Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə139/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   135   136   137   138   139   140   141   142   ...   153

                                                                                                                                                  

383 


Elə bu zaman Kəblə Mürvətin nalələri göyə ucaldı: "La ilahə illəllah..." 

Seyyidin çiyinlərindən elə bil ağır yük götürüldü: "Ömrümdə əzan səsini belə 

həsrətlə  gözləməmişəm.  Ömrümdə  Kəblə  Mürvətin  "La  ilahəsini"  belə  sevinclə

dinləməmişəm, necə ki, bu bir ayda... ah, Ceyran, Ceyran..." 

-Bircə tez ol... - deyə o cəld süfrəyə yaxın əyləşdi. Öz əli ilə tələsik nəlbəkiyə

bir  qədər  dağ  su  töküb  arvadına  uzatdı.  Bir  dənə  də  xurma  verdi.  Ərinin  qayğısı

Ceyranın gözlərini yaşartdı, qəlbini köyrəltdi. Bir anlıq aclıq da, mədəsindəki küt 

ağrı da yadından çıxdı. 

Yerində bütün varlığına hakim kəsilən güclü, dağlar qədər uca və qüdrətli bir 

məhəbbət qaldı. O nəlbəkini aldı, xurmanı dişləyib dağ suyu içdi... Bədəninə xoş

bir istilik yayıldı... 

-Ceyran, gerçəyimdi, sən neyşə mənim sözümə baxmırsan, hə? 

Qadın  gözlərini  süfrəyə  dikdi.  O  çətinliklə  yeyirdi,  bütün  günün  aclığından 

sonra yemək çətin idi. 

-Nə barədə ki? 

-Özün  yaxşı  bilirsən  nə  barədə...  Sənə  oruc  tutmaq  yaramaz.  Mənə  inan, 

əvvələn  sən  süd  verirsən,  çox  zəifsən,  hifzi-bədən  vacibdi.  Sən  özün  də  heç 

bilmirsən  ki,  necə  günah  işləyirsən.  Həm  çağa  barədə,  onun  südü  azalır,  həm  öz 

barəndə  -  üzülürsən...  Bu  ən  böyük  günahdı.  Ceyran,  mənə  inan,  qoy  babalını

mənim boynuma... 

-Mən  sənə  inanıram,  Ağa,  amma...  orucumu  yeyə  bilmirəm,  qorxuram, 

utanıram.  Onsuz  da  bizim  barəmizdə  elə  sözlər  danışırlar  ki...  Bircə  bu  qalıb 

deyələr ki, mən də oruc tutmuram, səni deyirlər bəsdi... 

Ceyran sözlü idi, onu nə isə üzürdü, bu aclıqdan, uşaq əmizdirməkdən daha ağır 

bir  əzab  idi.  Mənəvi  yorğunluq  və  qorxu  idi  ki,  şair  indicə  bunu  başa  düşdü. 

Bayaqdan  bəri  qadının  üzgünlüyünü  təkcə  oruca  həml  etmişdi.  O  birdən-birə 

dəyişmiş, daha mehriban və nəvazişkar bir səslə soruşdu: 

-Nə olub bəyəm, Ceyran nə dərdin var, əzizim? 

Ceyran  bu  nəvazişkar  səsdən  ötəri  ölürdü:  Ah,  bu  mehriban  sözləri  eşitmək 

üçün  çox,  həmişə...  eşitmək  üçün  o  nələr  etməzdi!  Amma...  elə  şeylər  danışırlar 

ki...  O  öz  məhəbbəti  üçün  qorxurdu.  Axı  bütün  bunları,  qeybətləri,  söz-sovları

Ağaya necə demək olardı? O hardan, nədən başlayacağını bilmirdi. Neçə gün idi 

ki,  Ağa  ilə  danışmaq  istəyirdi,  macal  tapmırdı.  Gecələr  yarıyacan  yazır,  pozur, 

yerinə  az  qala  ilk  xoruz  banında  girir.  Gündüzlər  uşqolda,  çöl-bayırda,  kənd-

kəsəkdə, adam içində olur. 

 

 




                                                                                                                                                  

384 


Bir    də  Minasoltanın  yanında  heç  onunla  kəlmə  də  kəsə  bilməz...  Utanardı... 

İndi  əlinə  fürsət  düşüb  -  onda  da  həya  qoymur...  Odur,  Qaratel  nağılı  qurtardı, 

uşaqları  rahatlayıb  özü  də  yerinə  girdi.  Çağa  azacıq  süd  gəlmiş  məməsini  əmib 

yatdı... Ağa neyşə uşağa bu adı qoydu? 

Küçədən  hənirtilər  kəsildi,  bir  azdan  sonra  Meşədi  Qənbərgildən  Minasoltanı

ötürənlər  gəlib  çıxacaq,  yenə  də  fürsət  əldən  gedəcək...  Seyyid  isə  Ceyran  üçün 

şərait yaratmaq, ürəyindəkiləri bilmək istəyirdi. O ikiqat salınmış yorğanın üstündə

uzandı, mütəkkəni itələdi, süfrəni yığışdırıb qurtarmış Ceyranı yanına çağırdı: 

-Bura gəl, Ceyran, bax, bura, bu mütəkkəni o yana elə, - deyə Ceyranı yanında 

əyləşdirdi,  başını  ilk  gəlinlik  gecəsində  imiş  kimi  qıp-qırmızı  qızaran  arvadının 

dizinin üstüno qoydu: 

-Hə, bax belə... İndi danış görüm nə var? Ürəyini yeyən nədi,Ceyran?! 

Ceyran əlini ərinin ağ tikmə araqçınlı başına qoydu, gicgahlarını tumarlamağa 

başladı. Seyid Əzim bu balaca qayğıkeş əli tutub yanağına sıxdı: 

-Hə,başla görüm... 

Ceyran, nəhayət ki, dilə gəldi. Neçə vaxtdan bəri ürəyinə dolanları açıb tökdü. 

O danışdıqca Seyyidin qəlbi sıxılırdı. "Bir bax, gör nəyi nəyə  həml edirlər? Gör 

mənə  hardan  hücuma  keçirlər?..  Nə  eybi!..  O,  Ceyranın  əzablarına  razı  ola 

bilməzdi,  onu  sakitləşdirmək  vacib  idi.  Hər  şeydən  əvvəl  axı  Ceyran  uşaq 

əmizdirir...  Şair  çevrildi,  üzünü  Ceyranın  zərif  dizlərinə  söykədi,  əllərini  tutub 

hərarətli öpüşlərə qərq elədi: 

-  Ceyran,  əzizim,  -  dedi,  -  sən  də  onlara  inanırsan?  Məgər  mənim  bütun 

həyatım,  gecəm  və  gündüzüm  sənin  gözünün  qabağında  keçmırmi?  Sən  məni 

haçan sərxoş, sərməst görmüsən? Səndon əvvəl, cavanlığımda bu olub, səndən nə

gizlədim? Amma elə ki, varlığımı, kimə və nə üçün lazım olduğumu, əməllərimi, 

arzularımı  dərk  eləmişəm  ,  bilmərə  tərgitmişəm.  İnan  mənə!..  Qaldı...  gözəllik... 

Sən özün bilirsən ki, mən gözəllik aşiqiyəm, Ceyran!  Şeir və gözəllik aşiqi. İncə

lik,məhcubluq,  nəciblik  aşiqiyəm!  Xah  insanda,  xah  təbiətdə,  xah  bəşərdə,  xah 

kainatın başqa zihəyatında... Güllərdə, çiçəklərdə, dağlarda, dərələrdə, çəmənlərdə, 

xah  kişidə,  xah  övrətdə...  Məgər  sən  bunu  bilmirsənmi,  əzizim,  mehribanım, 

Ceyranım? 

Aşiqinin sözləri qəlbinə incə bir musiqi kimi zövq verən Ceyran 

 

 



                                                                                                                                                  

385 


-Bilirəm!.. - O tək bir söz dedi, o eşitmək, dinləmək istəyirdi... 

-Bilirsən...  Məgər  körpə  bir  uşağın  ilk  təbəssümü  mənə,  təzəcə  açılmış  bir 

qönçə kimi, gözəl bir musiqi, zərif bir şeir kimi, ətirli bir reyhan, nəcib bir gəncin 

nazik rəftarı, dərin əqli kimi, eyni bərabərdə zövq və fərəh vermirmi? Sən ki, bunu 

bilirsən... 

-Bilirəm!.. 

-Amma yenə də... şübhələr, qəbih sözlər qəlbinə yol tapır... Axı bütün bunlarsız 

insan cahildir, ölüdür, Ceyranım... Sənin o qədər dərin-dərin iman bəslədiyin cənab 

Əli  deyib  ki:  "Və  filcəhli  qəbləlmoti  motün  iləhlihi  və  əcsədühüm  qəbləl-qüburi 

qüburun", - yəni cahil adamlar ölümlərindən əvvəl cəsəddirlər, qəbrə girməmişdən 

qabaq elə qəbirdədirlər, diri ikən... Sən cahil adamların sözlərinə, qiybətlərinə fıkir 

vermə... 

-Vermərəm... 

-Deyirsən...  hər  danışığımızda,  hər  söhbətimizdə  bu  məsələlərə  qayıdıram, 

amma  yenə  də  xala-bacılar,  bibi-cicilər  sənə  üstün  gəlir.  Sən  vaxtın  olanda 

oxumağa fikir ver, kitablara bax, onda daha yaxşı başa düşərsən... 

-Baxaram... 

Həyətdən hənirti eşidildi, deyəsən, Minasoltan qayıdırdı. Ceyran qayınanasının 

gəlişini  duyunca  cəld  hərəkət  etdi.  Seyid  Əzim  Şirvani  başını  arvadının  dizinin 

üstündən  götürüb,  mütəkkəyə  yaslandı.  Ceyran  qalxıb  qapıya  çıxdı,  qayınanasını

qarşıladı. İçəri girən arvadın çadrasını alıb bükdü: 

-Hələ  yatmamısan,  bala?  Yorulub  əldən  düşmüsən  ki...  Get  uzan,  dincəl...  O 

başdanlığı mən hazırlaram. İftar eləmisən? 

-Bəli, məmə... 

-Ağa necə? Çaydan-zaddan vermisən? 

-Bəli, məmə... 

Şair anasını görüncə gülə-gülə soruşdu: 

-Hə, məmə, necə keçdi səninçün? 

-Lap yaxşı, bircə siz sarıdan nigarandım? 

-Bizə nə var ki, oturmuşuq özümüzçün... 

-Ac-acına... 

-Elə neyşə, məmə, əməlli-başlı şam eləmişik. Sənin gəlinin də özünə oxşayıb, 

heç adamı ac qoyar? 

Tərifdən  utanan  Ceyran  Öməri  beşikdən  götürüb  əmizdirmək  üçün  uşaqlar 

yatan otağa keçdi. 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə