374
-Qurbandı sizə, Minasoltan...
-Bıy, Allah eləməsin! Qurbanın qoyun olsun! Allaha xoş getməz, bəndəsin
qurban kəsən bir cənab İbrahim peyğəmbər olub ki, ona da razı olmayıb, qoyun
göndərib göydən Allah, cənab Cəbrayılnan... - O, qızın başını sığalladı, - lap
özündü durub, ay Sona, - və əyilib qızın alnından öpdü...
-Ağzın şirin olsun, Minasoltan...
-Bı da mənim gəlinimdi...
Gəlin, Sonanın qənşərinə qalxdı. İndi Sona, Minasoltan və qız artırmaya
yetişmişdilər. Ceyran da əyilib qızın başından öpdü:
-Bəs adı nədi?
-Əh adı... adı batsın onun, Minasoltan! Allaha acıq getsə də! Məni diyarbədiyar
salan o deyil bəyəm?.. İndi də ondakı kimi sizə pənah gətirmişəm, Minasoltan,
mənim öldüyüm gündü...
Sona dayana bilməyib Minasoltanın qabağında yerə çökdü, yenə ondakı kimi
yerimi öpmək istəyirdi, ya da taqətimi kəsilmişdi? Minasoltan və Ceyran haldan
getməkdə olan Sonanın qoltuğuna dilər, çətinliklə artırmaya qaldırdılar. Sona
kəsik-kəsik deyirdi:
- Kim deyir ki, alma ağacından gen düşər? Budu necə anam bədbəxt hələ bu
yaşında Şirvana gətirib çıxartdı, özü ölüb getdi, məni əllərdə qoydu, indi mənim də
öldüyüm gündür, Minasoltan amma sizə umudla gətirmişəm ki, yad əllərə
düşməsin...
Seyid Əzim özünü evə yetirəndə Sonanı yatağında rahatlamışdılar.İçəri girdi,
pərişan-pərişan yasdığa dağılmış saclara, Səmərqənd kağızına dönmüş sifətə baxdı.
Gözləri doldu, qapısını ilham pərisi, pərilər döyüb! Lənət sənə, fələk, lənət sənə,
zəmanə, nə gündə döyüb qapımı? Elə ac, yalavacı tapar! Mənim kimi lüt şairin
pərilər da bu kökdə olar! Məni nə günə qoydu zəmanə ki, pərimə bir gün aglasın?
-Ağlama, Sona, nə uşağın, nə də məmənin ürəyini ağrıtma... Sən ki,dogulub
böyüdüyün, içində azurğu ömür elədiyin zəmanəni yaxşı tanıyırsan...
-Tanıyıram
-Sən ki, kimlərin əhatəsində olduğunu, Alışların da, Qapaqlıların da kimliyini
bilirsən?
-Bilirəm...
-Hara gəldiyini necə?
375
-Onu da bilirəm... Bilməsəydim, bu halnan, eylə yolları keçib təzədən sizi
narahat elərdimmi?
-Onda ağlama!! Dünya xeyli dəyişilib, Sona! İndi dayı Qapaqlı əlində əsir olan
azalıb...
-Təki olsun...
-Ağlama, həlbət ki! Ağa doğru deyir. Neyşə ağlayırsan? Ağa,həkim Mirzə
Məmmədin yanına gedər, sənə dava-dərman alar. Çox hazıq həkimdi. İçərsən,
inşallah sappasağ olarsan. Səndə nə var ki!Yəqin özünü soyuğa vermisən...
Bu sözlərlə Minasoltan Ceyrana tərəf döndü:
-Ceyran, bala, kürən qızarıbsa, bir piyalə süd qızdır Sonayçın.
Axşam bəkləli qonağımız süd də gətirmişdi, siz yatandan sonra, qaymaq da,
süzmə də. Uşaqların bayramıdı bu gün...
Yaxşı ki, Tərlan səni görmür, Sona! Elə bircə ağagilin, bir də bizim
gördüyümüz bəs elər... Yoxsa yaralı aşiqinin onsuz da bişmiş bağrı bir az da
bişərdi...
Sona əllərini köksünün üstündə çarpazlamışdı, gözləri tavana dirənmişdi.
Qadının batmış ordlarında dərin çökəklər əmələ gəlmiş, saçları yastığının
üstünə dağılmış, bir zamanlar canlar alan gözəl gözləri kölgələnmişdi. Göylərə
dikilmiş bu gözlərdə elə bir dərin məlal, elə bir kədər, nigarançılıq var idi ki... Bu
gözlər göylərə yalvarır, heç bir zaman imdad almadığı ənginliklərdən indi son
nəfəsində balası ücün aman diləyirdi. Bu yalvarışları, bu imdad diləyilə sanki o
özünə qarşı amansız olmuş bütün qüvvələri əfv edirdi, təki balası bircə parçacıq
xoşbəxt olsun:
-İlahi, dünyaya gətirməydən nəydi məni məqsədin? Bilmədən ölürəm. Ey
böyük xaliq, nəydi mənə qəsdin? Niyə mənə o bir dünyan qədər əzab və əziyyət
verdin? Yaratdığın, başımın üstündən dünyaya yağdırdığın nemətlərdən
dadmadım, birinin ləzzətini bilmədim!Neydi günahım? Qanmadan ölürəm! Məni
sən yaratdın, sən də aparırsan. Özün haqsan, əlinin üstündə əl yoxdur! Yaratdın,
öldürdün. Kim səndən haqq-hesab istəyə bilər ki, mən, dünyanın ən məzlum xilqəti
səndən hesab istəyim? Yalnız, bircə arzumu (axı sən mənim heç bir arzumu
eşitməmisən) yerinə yetir! Mənim balamı afətlərdən, yerin,göyünkündən demirəm,
bu sənin öz işindir, heç olmasa, yaratdığın insanların afətindən himayət elə! Ona
mənim taleyimi qismət eləmə! Heç olmasa qabağına bircə ləyaqətli adam çıxsın.
Onun yediyi bir tikə çörəyi
376
minnətsiz elə, başına qaxınc eləmə!.. İlahi, xilqətimdən bu günə kimi,
yaratdıqların mənə nə zülm etmişsə, bağışlayıram, təki balama insan əlindən
sədəmə toxunmasın!
Yızıq Sona!.. Dostlar, imkan olsaydı, əyilib bədbəxt Sonanın qulağına
pıçıldardım: "Qorxma, bacım sənin nəslin məzlum olmayacaq! Zaman gələcək
sənin qızlarından Qəmərlər, Əminələr kimi rəqqasələr yetişəcək ki, Moskvanı,
Parisi, Londonu öz sənətilə heyran qoyacaq! -deyərdim.
Sona yazıq nə bileydi ki, onun qızları içindən Nisələr, Sonalar yetişəcək ki,
dava-dərmansız ölən nənələrin xatirinə, təbabətin ən məşhur korifeyləri ilə yanaşı
duracaq, tutulan gözlərə işıq, boğulan sinələrə nəfəs verəcəklər... Sona bədbəxt
hardan bileydi ki, onun əziz bala özü də, anasının taleyilə məhv olmayacaq. Şair
Seyyid onu bir qədər saxladıqdan, oxutduqdan sonra, Tərlanın xahişi ilə Aşqabada
göndərəcək, orada təhsil alıb, Tiflis qız məktəbini bitirəcək və xalqının ilk qadın
müəllimlərindən biri olacaq...
Sona nə bileydi ki, ...bunlar çoxdur, saymaqla qurtarmaz, əziz dost! Əgər
mümkün olsaydı, Sonanın xəstə yatağının qırağında oturar, onun damarları çıxmış
əlini əlimizə alar, hərəsi bir piyalə yaşla dolmuş gözlərindən öpər, deyərdim: "Əziz
bacım, qəm çəkmə, rahat yat!.. Sənin taleyin səninlə də qurtarır. Qızının
səadətindən arxayın ol! Gözlərini dincliklə yum!" Təəssüf ki, bu mümkün deyil!
Nə biz geri qayıda bilər, nə də dodaqlarındakı ana duası ilə bu dünyadan nakam,
nigaran gedən Sonanı arxayınlaşdıra, ovundura bilərik... Tarixdə geri yol yoxdur!
Biz onu görə bilərik, o bizi yox.
Nuri-didəm Ağa Tərlan!
Kiilli-nəfsin zaiqətiil-movt...
Adəti başsağlığı kəlməsilə başlanan məktubumu oxuyub elə güman etmə ki,
atan və ya digər qohumlarından biri bu dünyaya göz yumub, belə deyil, qardaşım
Bu dari-fənanı tərk edib gedən sənin bədbəxt Sonandır. Allah ona rəhmət eləsin.
Qurtardı bu dünyanın əziyyətindən. Zəmanə ona çox haqsız oldu. Xəllaqi-aləm
yaratdıqlarının ən gözəlinə, ən zərifinə olmazın zülmləri, əzab və əziyyətləri rəva
gördü. Qərəz, kimin haqlı, kimin haqsız olduğunu o dünyada biləcəyik!.. Sonadan
mənə bir qəribə yadigar qalıb, qardaşım, o da Qaratel adında, eynən özünün
Dostları ilə paylaş: |