Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə135/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   131   132   133   134   135   136   137   138   ...   153

                                                                                                                                                  

374 


-Qurbandı sizə, Minasoltan... 

-Bıy,  Allah  eləməsin!  Qurbanın  qoyun  olsun!  Allaha  xoş  getməz,  bəndəsin 

qurban  kəsən  bir  cənab  İbrahim  peyğəmbər  olub  ki,  ona  da  razı  olmayıb,  qoyun 

göndərib  göydən  Allah,  cənab  Cəbrayılnan...  -  O,  qızın  başını  sığalladı,  -  lap 

özündü durub, ay Sona, - və əyilib qızın alnından öpdü... 

-Ağzın şirin olsun, Minasoltan... 

-Bı da mənim gəlinimdi... 

Gəlin,  Sonanın  qənşərinə  qalxdı.  İndi  Sona,  Minasoltan  və  qız  artırmaya 

yetişmişdilər. Ceyran da əyilib qızın başından öpdü: 

-Bəs adı nədi? 

-Əh adı... adı batsın onun, Minasoltan! Allaha acıq getsə də! Məni diyarbədiyar 

salan  o  deyil  bəyəm?..  İndi  də  ondakı  kimi  sizə  pənah  gətirmişəm,  Minasoltan, 

mənim öldüyüm gündü... 

Sona  dayana  bilməyib  Minasoltanın  qabağında  yerə  çökdü,  yenə  ondakı  kimi 

yerimi  öpmək  istəyirdi,  ya  da  taqətimi  kəsilmişdi?  Minasoltan  və  Ceyran  haldan 

getməkdə  olan  Sonanın  qoltuğuna  dilər,  çətinliklə  artırmaya  qaldırdılar.  Sona 

kəsik-kəsik deyirdi:  

-  Kim  deyir  ki,  alma  ağacından  gen  düşər? Budu  necə  anam  bədbəxt  hələ  bu 

yaşında Şirvana gətirib çıxartdı, özü ölüb getdi, məni əllərdə qoydu, indi mənim də

öldüyüm  gündür,  Minasoltan  amma  sizə  umudla  gətirmişəm  ki,  yad  əllərə

düşməsin... 

Seyid  Əzim  özünü  evə  yetirəndə  Sonanı  yatağında  rahatlamışdılar.İçəri  girdi, 

pərişan-pərişan yasdığa dağılmış saclara, Səmərqənd kağızına dönmüş sifətə baxdı. 

Gözləri  doldu,  qapısını  ilham  pərisi,  pərilər  döyüb!  Lənət  sənə,  fələk,  lənət  sənə, 

zəmanə,  nə  gündə  döyüb  qapımı?  Elə  ac,  yalavacı  tapar!  Mənim  kimi  lüt  şairin 

pərilər da bu kökdə olar! Məni nə günə qoydu zəmanə ki, pərimə bir gün aglasın?  

-Ağlama,  Sona,  nə  uşağın,  nə  də  məmənin  ürəyini  ağrıtma...  Sən  ki,dogulub 

böyüdüyün, içində azurğu ömür elədiyin zəmanəni yaxşı tanıyırsan...  

-Tanıyıram 

-Sən ki, kimlərin əhatəsində olduğunu, Alışların da, Qapaqlıların da kimliyini 

bilirsən?  

-Bilirəm...  

-Hara gəldiyini necə? 

 

 




                                                                                                                                                  

375 


-Onu  da  bilirəm...  Bilməsəydim,  bu  halnan,  eylə  yolları  keçib  təzədən  sizi 

narahat elərdimmi? 

-Onda ağlama!! Dünya xeyli dəyişilib, Sona! İndi dayı Qapaqlı əlində əsir olan 

azalıb... 

-Təki olsun... 

-Ağlama,  həlbət  ki!  Ağa  doğru  deyir.  Neyşə  ağlayırsan?  Ağa,həkim  Mirzə 

Məmmədin  yanına  gedər,  sənə  dava-dərman  alar.  Çox  hazıq  həkimdi.  İçərsən, 

inşallah sappasağ olarsan. Səndə nə var ki!Yəqin özünü soyuğa vermisən... 

Bu sözlərlə Minasoltan Ceyrana tərəf döndü: 

-Ceyran, bala, kürən qızarıbsa, bir piyalə süd qızdır Sonayçın. 

Axşam  bəkləli  qonağımız  süd  də  gətirmişdi,  siz  yatandan  sonra,  qaymaq  da, 

süzmə də. Uşaqların bayramıdı bu gün... 

Yaxşı  ki,  Tərlan  səni  görmür,  Sona!  Elə  bircə  ağagilin,  bir  də  bizim 

gördüyümüz  bəs  elər...  Yoxsa  yaralı  aşiqinin  onsuz  da  bişmiş  bağrı  bir  az  da 

bişərdi... 

Sona əllərini köksünün üstündə çarpazlamışdı, gözləri tavana dirənmişdi. 

Qadının  batmış  ordlarında  dərin  çökəklər  əmələ  gəlmiş,  saçları  yastığının 

üstünə  dağılmış,  bir  zamanlar  canlar  alan  gözəl  gözləri  kölgələnmişdi.  Göylərə

dikilmiş bu gözlərdə elə bir dərin məlal, elə bir kədər, nigarançılıq var idi ki... Bu 

gözlər  göylərə  yalvarır,  heç  bir  zaman  imdad  almadığı  ənginliklərdən  indi  son 

nəfəsində  balası  ücün  aman  diləyirdi.  Bu  yalvarışları,  bu  imdad  diləyilə  sanki  o 

özünə  qarşı  amansız  olmuş  bütün  qüvvələri  əfv  edirdi,  təki  balası  bircə  parçacıq 

xoşbəxt olsun: 

-İlahi,  dünyaya  gətirməydən  nəydi  məni  məqsədin?  Bilmədən  ölürəm.  Ey 

böyük xaliq, nəydi  mənə qəsdin? Niyə mənə o bir dünyan qədər əzab və əziyyət 

verdin?  Yaratdığın,  başımın  üstündən  dünyaya  yağdırdığın  nemətlərdən 

dadmadım,  birinin  ləzzətini  bilmədim!Neydi  günahım?  Qanmadan  ölürəm!  Məni 

sən  yaratdın,  sən  də  aparırsan.  Özün  haqsan,  əlinin  üstündə  əl  yoxdur!  Yaratdın, 

öldürdün. Kim səndən haqq-hesab istəyə bilər ki, mən, dünyanın ən məzlum xilqəti 

səndən  hesab  istəyim?  Yalnız,  bircə  arzumu  (axı  sən  mənim  heç  bir  arzumu 

eşitməmisən) yerinə yetir! Mənim balamı afətlərdən, yerin,göyünkündən demirəm, 

bu sənin öz  işindir, heç olmasa,  yaratdığın insanların  afətindən himayət  elə!  Ona 

mənim  taleyimi  qismət  eləmə!  Heç  olmasa  qabağına  bircə  ləyaqətli  adam  çıxsın. 

Onun yediyi bir tikə çörəyi 

 

 



                                                                                                                                                  

376 


minnətsiz  elə,  başına  qaxınc  eləmə!..  İlahi,  xilqətimdən  bu  günə  kimi, 

yaratdıqların  mənə  nə  zülm  etmişsə,  bağışlayıram,  təki  balama  insan  əlindən 

sədəmə toxunmasın!  

Yızıq  Sona!..  Dostlar,  imkan  olsaydı,  əyilib  bədbəxt  Sonanın  qulağına 

pıçıldardım:  "Qorxma,  bacım  sənin  nəslin  məzlum  olmayacaq!  Zaman  gələcək 

sənin  qızlarından  Qəmərlər,  Əminələr  kimi  rəqqasələr  yetişəcək  ki,  Moskvanı, 

Parisi, Londonu öz sənətilə heyran qoyacaq!   -deyərdim. 

Sona  yazıq  nə  bileydi  ki,  onun  qızları  içindən  Nisələr,  Sonalar  yetişəcək  ki, 

dava-dərmansız ölən nənələrin xatirinə, təbabətin ən məşhur korifeyləri ilə yanaşı

duracaq,  tutulan  gözlərə  işıq,  boğulan  sinələrə  nəfəs  verəcəklər...  Sona  bədbəxt 

hardan bileydi ki, onun  əziz bala özü də, anasının taleyilə  məhv olmayacaq.  Şair 

Seyyid onu bir qədər saxladıqdan, oxutduqdan sonra, Tərlanın xahişi ilə Aşqabada 

göndərəcək,  orada  təhsil  alıb,  Tiflis  qız  məktəbini  bitirəcək  və  xalqının  ilk  qadın 

müəllimlərindən biri olacaq... 

Sona  nə  bileydi  ki,  ...bunlar  çoxdur,  saymaqla  qurtarmaz,  əziz  dost!  Əgər 

mümkün olsaydı, Sonanın xəstə yatağının qırağında oturar, onun damarları çıxmış

əlini əlimizə alar, hərəsi bir piyalə yaşla dolmuş gözlərindən öpər, deyərdim: "Əziz 

bacım,  qəm  çəkmə,  rahat  yat!..  Sənin  taleyin  səninlə  də  qurtarır.  Qızının 

səadətindən  arxayın  ol!  Gözlərini  dincliklə  yum!"  Təəssüf  ki,  bu  mümkün  deyil! 

Nə biz geri qayıda bilər, nə də dodaqlarındakı ana duası ilə bu dünyadan nakam, 

nigaran gedən Sonanı arxayınlaşdıra, ovundura bilərik... Tarixdə geri yol yoxdur! 

Biz onu görə bilərik, o bizi yox. 



Nuri-didəm Ağa Tərlan!  

Kiilli-nəfsin zaiqətiil-movt... 

Adəti  başsağlığı  kəlməsilə  başlanan  məktubumu  oxuyub  elə  güman  etmə  ki, 

atan və ya digər qohumlarından biri bu dünyaya göz yumub, belə deyil, qardaşım 

Bu dari-fənanı  tərk  edib  gedən  sənin bədbəxt  Sonandır. Allah ona  rəhmət  eləsin. 

Qurtardı  bu  dünyanın  əziyyətindən.  Zəmanə  ona  çox  haqsız  oldu.  Xəllaqi-aləm 

yaratdıqlarının ən gözəlinə, ən zərifinə olmazın zülmləri, əzab və əziyyətləri rəva 

gördü. Qərəz, kimin haqlı, kimin haqsız olduğunu o dünyada biləcəyik!.. Sonadan 

mənə bir  qəribə yadigar qalıb, qardaşım, o da Qaratel adında, eynən özünün 

 

 


Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə