Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə153/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   145   146   147   148   149   150   151   152   153

                                                                                                                                                  

425 


-Amma  hərdən,  səhər  obaşdan  evə  qayıdanda,  səni  ana  qarşılayırdı,  "ömrüvə

haram  qatdın,  ovqatuvu  zay  elədin  deyirdi...  Ceyran  kimi  gəlinə  xəyanət 

elənməzdi... 

-Olub ana, keç günahımdan. 

-Ana da, Ceyran da keçib, Allah keçsin... 

-Onun cavabını özüm verrəm... 

-Həlbət ki... özün... 

Kimin isə, hardansa əlinə bir əl uzandı... Elə bil əlindən tutub aparırdılar onu... 

hara, özü də bilmirdi, amma bilirdi ki, bu yoldan döndü yoxdur... Gözləri axırdı... 

"Sizi  tərk  edib  gedirəm...  Əlvida!..  İman-gümansız,  tavanasız  qoyub  gedirəm... 

Cəfərimi...  anamı...  Ceyranımı...  əməllərimi...  "Bircə  mən  səni  tərk  etməmişəm, 

Ağa, səndən əvvəl köçmüşəm o dünyaya", "Yox, pərilər soltanı, səhvsən! Sənin də

gedən cismindir, ilham  isə bu Şirvan torpağını tərk etməyib... eləyə bilməz də..." 

"Nə deyirəm ki, Ağa, yesirin olum, sən bilən yaxşıdı..." 

"Mən bilən?! Bəlkə də... Amma hər halda..." 

Onun gözləri yumulur, açılır, elə bil ki, gah ölür, gah yenidən dirilir, yenidən 

qayıdırdı. 

Seyyid həyata vida edirdi, lakin sevdiyi həyat onu tərk etmək bilmirdi! Sevməli 

şairini  həyat  sevirdi.  Onun  qulaqlarında  bütün  bir  aləm,  mübarizələrdə, 

çarpışmalarda keçmiş bütöv bir ömür öz sədası, qayğıları ilə canlanırdı: 

Mahmud ağanın səsi: 

"Əhməd ağanın ərvahına and olsun ki, düz buyurmusan, cədda. 

"Dürdi-mey ta vardır biz dərdi-aləm çəkmərik,  

Biz bu aləmdə səfanı şahdan kəm çəkmərik..." 

Molla Qurbanqulunun səsi: 

-Deyib, bəli, bəli, özü deyib, özü öz hökmünü verib bu sözlərlə,özü öz küfrünə 

fıtva verib, həzərat: 

Bu küfrnüma şerüvü, Seyyid, görüb aləm  

Kafər deməsinlər səni, aya nə desinlər? 

Qapaqlının səsi: 

-Kafərdi,  əşhədənbillah,  dilim  kəlməyə  gəlməsin  ki,  kafərdi,  kafərdi,  babidi, 

daha babinin başında buynuz olmur ki, moltanıdı yalan deyən. 

 

 



                                                                                                                                                  

426 


Ağaseyidəli ağanın səsi:  

-  Cəddinin  vəsiyyətinə  əməl  etmədin.  Axı  "səlamətil-insan  fi  hifzi  lisan" 

deyiblər.  Həlak  eylədin  özünü,  əmoğlu,  lap  nahaq  yerə...  Aləmi-nasutda 

gözləyirəm  səni,  gələrsən,  mübahisəmizi  orda  ayırd  elərik.  Xaliqi-ləmyəzəlin 

hüzurunda, görərik kimdir haqlı, kimdir nahaq? 

Seyyidin bozarmaqda olan dodaqlarında kinayəli bir təbəssüm qaynayır, özü öz 

səsini  eşidir:  "Ordadamı,  ordadamı  çalışmalar  bitməyəcək,  ordadamı  yorulan 

beyinlər dincəlməyəcək!?.  

Afıd əfəndinin səsi:  

- Kişilər özü deyib ki,  

Budu gəldi səfahətin kani,  

Hacı Seyyid Əzim Şirvani.  

Dayı  burda  çök-çövür  yoxdu  ki...  səfahətdi  o  başdan  ayağa...  Yenə  də  pərilər 

soltanının  səsi  canlandı,  bu  səsi  eşidəndə  şairin  soyumaqda  olan  cismindən  bir 

gizilti keçdi; elə bildi ki, son dəqiqədə soyuq tər basmış ilıq alnına xəfıf bir nəsim, 

bəlkə də incə, ətir qoxulu Sona dodaqları toxundu: 

-Yox, elə deyil, qulaq vermə, Ağa, yesirin olum, onlar, o namərdlər bilməsə, də

tərəqqi aləmi yaxşı bilir ki, sən "zəmanə dərdini, qüsseyi-cahanı yazmısan". 

Rza bəyin səsi: 

-Heyif,  əməlləri  puç  oldu  Ağanın...  əvvəli  və  sonu  heç-puç  olan  dünyada... 

Yaxşı deyib: 

Bikəsəm aləm ara, dərdü qəmindən özgə  

Nə həvadarü nə yavər, nə kəsim var mənim.  

Pərilər  soltanının səsi:  

-Niyə  ki...  heçcə  yerə  elə  deyil,  axı  bircə  aşağıdakı  beytə  qulaq  ver  bir  nə 

deyib?  


Etmişəm gərçi bu dəm aləmi-nasutu vətən,  

Ey könül, böylə degil, pişü pəsim var mənim.  

Onun  sələfi də, xələfı də var, kimsəsiz neyşə olur Ağa? Əzəli , Füzuli sələfli, 

sonu Sabir, Hadi xələflidi... Məgər əməllərini 

 

 



                                                                                                                                                  

427 


heç  kimə  tapşırmayıb  gedir?  Bu  torpaq  elə  münbitdi  ki,  hələ  çox  Seyyidlər 

yetirəcək... 

Birdən  şair  özünü  Gülüstan  ətəklərində  gördü.  Burda  o  seyr  zamanı  bir  Rast 

dəstgahı  dinləmişdi...  İndi  "qarabağlı  balası  Hüsünün"  səsi  yenidən  qulaqlarında 

canlandı,  yazdığı  qəzəl  də...  Hüsünün  məftunedici  səsi,  nəfəsləri,  zili,  bəmi, 

zəngulələri  ürəyini  oxşayırdı.  Məclisin  sədrində  əyləşmiş  Mahmud  ağa,  adəti 

hərəkətilə  musiqinin  ahənginə  uyğun  olaraq  başını  yelləyir,  arabir  ən  təsirli 

məqamlarda  əlini  yuxarı  qaldırıb  fındıqça  çalır.  "Afərin,  Əhməd  ağanın  ərvahına 

and  olsun  ki,  belə  nəfəs,  bəlkə  sarənc  oxunmağını  eşitməmişəm,  bunu  sənə  mən 

deyirəmsə, inan..." Təbəssümdən şairin dodaqları səyridi, solmaqda olan yanaqları

bir anlığa allaşdı... 

Sonra birdən-birə Cin Cavadı məşhur yerində "Cavad daşının" üstündə oturan 

gördü,  yenə  də  başına  bir  aləm  dinləyici  yığıb  Seyyidin  "Köpəyə  ehsan"ını

özünəməxsus xüsusi ahəng və lətifəguluqla oxuyurdu... 

Bir az aşağıda Zoğalavayın sahilində Tərlanla birlikdə altında əyləşdikləri tənha 

söyüd  yellənir,  saçaqları  suyacan  enib,  bu  sudan  Səfanınmı,  Tərlanınmı  siması

görünür, qulaqlarını Tərlanın səsi oxşayır: "Məni bu dünyada tənha qoyub getdin, 

Ağa!  İndən  belə  kimin  sorağı  ilə  yaşayacam?  Qarateldən  sarı  nigaran  olma, 

Tiflisdə  qız  müəllimlər  hazırlayan  məktəbdə  oxuyur...  Bəli,  təəccüblənmə... 

Qaratel Tərlanova sənin binəsib bacılarının ilk müəllimi, ilk qadın məktəbdarların-

dan biri olacaq...Sənə bunu salim qəlb ilə söz verirəm. Bu da mənim el-günümüz 

üçün gördüyüm kiçik bir işdir, qardaş!" 

İncə bir ana səsi onun sözünü tamamladı: 

-Çox sağ ol, Tərlanım, sevgilim! Sən əhdinə artıqlıqca vəfa etdin! 

Balamdan sarı dayı nigaran deyiləm... 

Gənc şair Sabirin səsi: 

-Nəydi  günahı?  Niyə  onu  bu  günə  saldılar?  Neyşə  qoca  bir  millətin,  qoca  bir 

şairinin zülümlü ölümünə bais oldular? Axı o xalqına, millətinə yaxşılıqdan başqa 

bir  şey  eləməmişdi?  Maarifdən,  mədəniyyətdən  sivay  amalı,  xalqın  balalarının 

gözünü açmaq, elin gününü bircə parça yaxşılaşdırmaqdan başqa qərəzi yox idi!!! 

Pərilər soltanı: 

-Elə  günahı  bu  böyük  məhəbbətində  idi...  O  öz  xalqını  böyük  bir  məhəbbətlə 

sevirdi... Əgər vardısa, buydu onun günahı... Sən də öz xal 

 

 




                                                                                                                                                  

428 


qının gələcəyini belə bir məhəbbətlə sevə, yolunda belə bir fədakarlıqla qurban 

olmağı  boynuna  götürə,  çiyinlərində  daşıya  biləcəksənmi?  Şairin  gözlərində

"Şahnamə"dən  səhnələr  canlandı...  Şahnaməxanların'  oxuduğu  bu  səhnələri 

dinləməyi  çox  sevər,  "Şahnamə"  oxunulan  məclislərə  gedərdi.  İndi  həmin 

mənzərələrdən  biri  gözü  önündə  canlandı:  "Ona  elə  gəldi  ki,  özü  də  həmin 

cəngavərlərdən biridir, yaralanıb, ələmi əlindən düşüb. 

-Bəs kim qaldıracaq bu ələmi, pərilər soltanı? Sən kimə ilham verəcəksən? Bəs 

Alışlar, Qapaqlılar dünyası ilə kim çarpışacaq? Beləcə qalacaq, Seyyidin ölümünü 

qalibiyyət kimi bayram edəcəklər? 

-Elə  neyşə,  Ağa...  Sən  rahat  yat!  Anamız  Vətən,  canını  fəda  etdiyin  Şirvan 

torpağı sənin üçün pərğu olsun!.. Sənin ölümün Şirvanı nehrə kimi çalxalayacaq, 

yağı bir yan, ayranı-zordabı bir yan olacaq... Sənin Sabirin Şirvanı, Azərbaycanı, 

Yaxın  Şərqi  un  kimi  ələyəcək,  valası  bir  yan,  kəpəyi  biryanlıq  olacaq...  Arxayın 

yat,  ələmin



2

  yenə  göylərə  yüksələcək!  Şagirdinin,  amalını  vəsiyyət  etdiyin 

Sabirinin əlində. 

Alışın səsi: 

-Qurban  olum  Allaha,  ölüb  gedəcək,  adı  da  silinəcək  yer  üzündən;sabah 

basdırılan kimi, min ilin ölüsünə qatılacaq, qurtarıb gedəcək... 

Yenə  də  Seyyid  özümü,  anasımı,  pərilər  soltanımı,  Ceyranmı,  könlümü,  axı

kimdir o, kimin səsidir, Seyid Əzimin öz misralarını oxuyur: 

-Qulaq vermə, Ağa, yesirin olum, boş sözdür, özün demisən ki: 

Mövti-cismani ilə sanma mənim ölməyimi,  

Seyyida, ölmənəm, aləmdə səsim var mənim... 

Ölməkdə olan şairin göz qapaqları ağırlaşırdı. O, dərin, şirin bir yuxuya gedirdi, 

o bilirdi ki, bu yuxudan oyandı yoxdur. Yalnız cisminə oyandı yoxdur, səsi isə bu 

aləmdə  qalacaq,  əbədi  qalacaqdır.  Odur  ki,  sakit,  xoş  bir  yuxuya  gedirdi, 

qulaqlarında  çarpışan  bir  aləmin  vuruş  səsi,  yaxınında  ananın,  Ceyranın,  pərilər 

soltanının hələ bəlkə Sarabəyimin də səsi həzin bir layla çalırdı. 

...Sabah oldu. Şirvan dəbiycən cənazəni tez suya tutdular, Mahmud ağa Kərim 

bəy, Hacı Ömər bəy, Hacı Səməd bəy, şairlərdən Zühuri, Rağib, Qafil və Nasehin, 

Şirvan ziyalı və tərəqqipərvərlərindən möh- 

 

 




                                                                                                                                                  

429 


təşəm  bir  izdihamın  müşayiəti  ilə  şairi  onun  öz  vəsiyyətinə  görə,  Şaxandan 

qəbiristanına apardılar. Mahmud ağa onun bir zamanlar dediyi beyti də yada salıb, 

həzin, sızıltılı bir səslə qəbri üstündə, ucadan təkrarladı. Sənduqənin üstündə şairin 

çox sevdiyi xəttat məktəbinin təlimi üzrə məhz bu beyt həkk olundu: 

Mövti-cismani ilə sanma mənim ölməyimi,  

Seyyida, ölmənəm, aləmdə səsim var mənim... 

Şirvan  ziyalıları  bu  beyti  şair  Hacı  Seyid  Əzim  Şirvani  yaradıcılıgı

istiqamətləndirən, bütün ədəbi və ictimai fəaliyyətinə qiymət verən bir rəmz kimi 

qəbul etmişdilər. 

Bu gün 8 ramazan 1305-ci il idi. Elə həmin gün şairin həmvətənlərindən, gənc 

qələm  dostlarından  biri  olan  Ağaəli  Naseh,  nazik  dodaqlarını  qəzəb  və  kədərlə

sıxmış,  mülayim  ifadəli  ağ  bənizi  boğulmuş,  cənazə  alayını  müşayiət  etdikcə

düşünürdü: "Sevinməyin, şadlanmayın, ağalar! Seyid Əzim öldü - Seyyid ki,  şeir 

ki,  ölmədi,  Vəfat  edən  Hacı  Seyid  Əzim  Seyid  Məhəmməd  oğludur.  -  Əməl  ki 

deyil! Siz, sağlığında onun özündən, kəlamından, öləndən sonra da cənazəsindən, 

cənazə  alayından  qorxursunuz  və  hələ  çox  da  qorxacaqsınız!!!  Bundan  sonra  da 

"öldü",  deyə  sevinməyin.  Bundan  hələ  çox-çox  sonra  balalarınız  mənzumələrini 

oxuyanda, satiralarını söyləyən Cavadın səsini eşidəndə, qəzəliyyatını xanəndələrin 

sövtündə  dinləyəndə,  kitablarını  rəflərdə,  nəsihətlərini  çərəkə  əvəzinə  şagird 

əllərində görüb dəfən-dəfən boğulacaq, fovt olacaqsınız... hələ bu harasıdır?!" 

Əziz dost, Naseh bacarsaydı, hələ deyərdi ki, gün gələcək, Şirvan torpağının ilk 

addımında böyük müəllim, maarifçi şairin şəkli, heykəli ucalacaq. Gələn qonaqlar 

onu salamlayıb şairlər Vətəni olan müqəddəs torpağa qədəm qoyacaqlar. 

Qərəz,  səkkiz  ramazan  günü  isə  Ağaəli  Naseh  Seyyidin  ölümünə  kədərli 

misralar  həsr  etmiş,  vəfat  tarixini  əbcəd  hesabı  ilə  şerindəki  bu  misralarda 

gizlətmişdi: 

Naseh dedi tarixi-vəfatın qəm ilə:  

Səd heyf ola Seyyidi-Şirvan getdi. 

Şirvan,  sənin  paytaxtının  səddində  üç  təpə  var,  bu  üç  təpə  üç  də  məzarlıqdır: 

Şaxandan, Lalazar, Yeddigünbəz... Zövq əhli olan baba- 

 

 



                                                                                                                                                  

430 


lar  həmişə  ev,  yurd  yeri  kimi,  məzarlıq  üçün  də  səfalı,  axar-baxarlı  yer 

seçiblər...  Elə  bil  istəyiblər  ki,  bu  yüksəkliklərdən  gözləri  doymayan,  ürəkləri, 

ciyərparələri qalan Vətən torpağını həmişə seyr edə bilsinlər... Elə bil istəyiblər ki, 

qoyub  getdikləri  doğma  diyarda,  əzizləri  hər  qapıya  çıxanda  onların  məzarını

görsünlər, Lalazarda, Şaxandanda, Yeddigünbəzdə yatanları unutmasınlar... Arada 

rabitə qalsın... İstək kimi, o da ölməsin... 

İndi  Şaxandan  şairimi,  Seyyidimi,  Ağamı  qoynuna  aldı...  Şirvan,  sənin  gözəl 

oğullarından biri XIX əsr Azərbaycan musiqisinin bilicisi, musiqiçilərin, şairlərin 

hamisi,  Qafqaz  incəsənətinin  mesenatı  Mahmud  ağa  bir  az  sonra  Lalazara 

gömüləcək!  Sabirin  isə  Yeddigünbəzi  təzədən  ziyarətgaha  çevirəcək!  Sənin  üç 

böyük oğlun, bu məzarlıqları ziyarətə gələnlərə müraciətlə deyəcəklər: Budur sizin 

panteon,  əziz  xələflərimiz!  Diyarbədiyar  Təbrizdə,  Hələbdə,  Kərbəlada,  Şərqin 

digər şəhərlərində, qərib torpaqlarda dəfn olunmuş övladların da Vətən adı dilində

gözünü  dünyaya  yumub,  bizim  kimi...  Sizin  üçün  yazıblar,  "Sizi  deyib  gəliblər" 

bizim kimi... 

Şamaxı  yollardan başlayır... Sonsuz, nəhayətsiz  yollar... Şirvana gedən  yol  az 

qala dünyanın bütün ticarət aləminə məlumdur. Hələ uzun illər, qərinələr keçəcək, 

Şərqin bir sıra ölkələrində "Şamaxı" adlı kəlağayı örtüləcək, uzaq Hindistanda indi 

də "Şirvani" adlandırılan geymələri kişilər sevə-sevə geyəcəklər... "Şirvana gedən 

karvan  yolu",  "Şamaxı  yolu",  "Şirvan  şahlığı",  "Şamaxan  sultanlığı",  "Şirvan-

şahlar sarayı" ifadələri dillərdə qalacaq. Bir nağıl, bir əfsanə, bir hekayət başlanğıcı

kimi...  Şirvandan  çıxan  yollar  Şirvan  oğullarını  diyarbədiyar  salır.  Uzaq  ölkələrə

biri ticarətə gedir, - Şirvandan xas ipək aparır. Bir başqası elm əxz və intişar üçün 

gedir,  -  saraylar  bəzəyi  şair,  alim  olur.  Nə  olar...  Dar  çərçivədə  qalmayıb  gedən 

oğullar, Vətən eşqilə yenə də qayıdıb gəlir... Təki sağ olsunlar. Hara getsələr də, 

təki  Lalazar  yolu,  Şaxandan  yolu,  Yeddigünbəz  yolu  getməsinlər;  qayıtsınlar... 

Şirvanı gözsüz, sözsüz, oğulsuz qoymasınlar... 

Ayrılıq  vaxtı  çatdı,  dostlar,  sizə  sonsuz  səadətlər  diləyirəm.  Mənə  rəfaqət 

etdiyiniz üçün çox sağ olun. Gələcək görüşlərədək... 

Bakı, 1970-1972 

 

 



                                                                                                                                                  

431 


MÜNDƏRİCAT 

Ön söz.................................................................................................................4 

Şamaxı yollardan başlayır……………………………………………………..11 

İlk imtahan………………………………………………………………..…...18 

Görüş yeri……………………………………………………………………..34 

Məsləhət……………………………………………………………………….45 

Pərilər soltanı....................................................................................................59 

Bəst…………………………………………………………………………….69 

Yenə Şamaxıda………………………………………………………………116 

And…………………………………………………………………………...124 

Məktublaşma…………………………………………………………………135 

"Beytüs-Səfa"………………………………………………………………...159 

Qəmzə………………………………………………………………………..180 

Güllübəyim…………………………………………………………………...195 

Vida (müsibət)………………………………………………………………..223 

Zəmanənin ikinci Leylisi…………………………………………………….236 

Sona…………………………………………………………………………..252 

Çillə çıxartmaq……………………………………………………………….261 

Müsəlla……………………………………………………………………….278 

"Aslan və iki öküz"…………………………………………………………..291 

Yenə də Sona (davamı)………………………………………………………328 

Ziddiyyətlər içində…………………………………………………………...338 

Ana duası…………………………………………………………………….354 

Qaravəllidə…………………………………………………………………...398 

"Mizan-tərəzi" və yaxud dörd Ramazan……………………………………..408 

 

 




                                                                                                                                                  

432 


ƏZİZƏ CƏFƏRZADƏ 

  

ALƏMDƏ SƏSİM VAR MƏNİM 

"ŞƏRQ-QƏRB" 

  

BAKI-2006 



 

 



                                                                                                                                                  

433 


  

Buraxılışa məsul:

 

Əziz Güləliyev 



Nəşriyyat redaktoru:  

Əlişirin Şükürlü 

Tərtibatçı-rəssam:

 

Nərgiz Əliyeva 



Kompyuter səhifələyicisi: 

Rəvan Mürsəlov 

Korrektorlar: 

 

Elnaz Xəlilqızı 



Tutu Məmmədova 

 

 




                                                                                                                                                  

434 


  

Yığılmağa verilmişdir 20.06.2006. Çapa imzalanmışdır 29.08.2006. 

Formatı 60x90,

1

/



16

. Fiziki çap vərəqi 27. Ofset çap üsulu. 

Tirajı 25000. Sifariş 137. 

Kitab "Şərq-Qərb" mətbəəsində çap olunmuşdur.  



Bakı, Aşıq Ələsgər küçəsi, 17. 

Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə