Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə147/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   143   144   145   146   147   148   149   150   ...   153

                                                                                                                                                  

407 


Şairin  gözü  qarşısından  Şirin  Abdulla,  Sərçə  Bağı,  Yetim  Hüseyn,  lap  elə  öz 

külfəti  keçdi:  "Əhsən,  aşıq  qardaş,  ehsən,  Abbas,  sənə  min  rəhmət!  Sənin 

zamanından  bəri  heç  nə  dəyişməyib,  elə  indi  də  biri  tapanda,  onu  tapmır,  üzü 

gülməyənin, çörəyə möhtacın sayı çoxdur". 

Aşıq deyirdi: 

Adam var dəstinə verəsən güllər.  

Adam var gözünə çəkəsən millər,  

Tufarqanlı Abbas, başına güllər,  

Nə günə qalmısan qarı bəyənməz?! 

Son sətirdə gülənlər oldusa da, əslində əksəriyyət dərin fıkrə dalmışdı. "Bir də

rəhmət  sənə,  Tufarqanlı  Abbas"  deyən  şairin  son  bəndə  "gözünə  mil  çəkilməli 

adamlar" - Alışlar, Qapaqlılar, molla Qurbanqulular nəzərində canlandı. 

Aşıq  isə  "ustadlar  ustadnaməni  iki  deməyib  üç  deyir,  biz  də  deyək  üç  olsun, 

düşmanların gözü puç olsun" - deyib üçüncü ustadnaməyə keçdi... 

...Yabı  yavaş-yavaş  üzü  dağa  tərəf  qalxırdı.  Buludsuz  səma  onun  könlü  kimi 

açıq,  aydın  idi.  O,  bir-iki  gün  əvvəl  dinlədiyi  sənətkarın  sözlərinin,  sazda  çaldığı

musiqinin  təsiri  altında  gedirdi.  Qəlbi  zamanın,  evin  dərdlərindən  elə  bil  ki,  bu 

musiqinin sədaları ilə təmizlənmiş, boşalmış, vücuduna bir bəxtiyarlıq yayılmış idi. 

O  bu  ani  səadətin  hardan  gəldiyini  bilirdi.  "Sənətkar...  hansı  dildə,  hansı  səpkidə

yaratsa  da  sənətkardır.  Şeirdə  dörd  rükn  var,  övladlarım:  vəzn,  qafiyə,  ehsasat, 

məzmun.  Bunlardan xali  olan  nəzm  adi  söz  yığınıdır, şeir  deyilməz  onlara". Ona 

elə  gəlirdi  ki,  şagirdlərinə  dediyi  bu  sözləri  indi  qəlbində  əyləşmiş  kim  isə  onun 

özünə  deyir:  "Bəli,  o  əsil  şeir  oxuyurdu.  Zamanın  keşməkeşlərindən  çıxmış, 

əsrlərin imtahanına dözmüş şeir... Necə deyirdi: 

Göydən gedən göy bülbüllər,  

Sinəmə yeridi millər,  

Dost bağından qızıl güllər  

Gəlir sallana-sallana... 

"Sinəmə  yeridi  millər...  gözəl  deyib...  hələ  musiqisindəki  xoş,  könül  oxşayan 

nəva  nə  incə  idi..."  Onun  qulaqlarında  aşığın  cingiltili  səsi  bütün  gözəlliyi,  incə

oxşayışlı təranələri ilə canlandı, aşıq duma kimi səkir, sazı sinəsinə, gahdan bir də

boynunun ardına sıxıb cəh-cəh vururdu: 

 

 



                                                                                                                                                  

408 


Göydən gedən alabaxta  

Qanadı var taxta-taxta,  

Mənim yarım ol otaxda,  

Gəzir sallana-sallana. 

Şair  də  aşığın  gözü  ilə  gəlin  üçün  bəzədilmiş  ağ  keçə  alaçığda  nazlanaraq  

gəzişən incə sənəmi görər kimi oldu. Aşıq isə onun xəyalında da sazını dilləndirib, 

sözünə davam edir, ürəyi nəğməni xoş bir nəqarət kimi hey təkrarlayırdı:  

Göydən gedən topa qazlar,  

Laçın vurar, tükün tozlar,  

Alaçıqdan baxan qızlar - 

Gəlir sallana-sallana.  

Bu elə təbii bir mənzərə idi ki... şairin məftun, vurğun gözləri alaçıqdan oğrun-

oğrun baxıb, qaçıb gizlənən toy yaraşığı, əlvan bəzəkli qızları, canlı-qanlı bir həyat 

kimi  gördü...  və  gördüyünə  dodaqları  səyridi,  gülümsədi:  "Nə  gözəldir,  ilahi... 

camaat  da  yaxşıca  başa  düşür,  həvəslə  qulaq  asırdı...  Bəs  Füzuli?  ...Bəs  mənim 

təkilər?...Yox, elə eləməliyik ki, qəzəllərimizi də aşıq məclislərində oxunan qoşma 

kimi,  gəraylı  kimi  oxuyub  anlasınlar...  Təkcə  savadlılar  yox,  hamı,  bütün  el!.. 

Görəsən, elə bir zaman olacaqmı ki, bizim  yazdığımızı da hamı, bütün el-camaat 

beləcə yaxşı başa düşəcək? Bax, mənim əsil  məqsədim, amalım da budur... hamı

oxuya  bilsin...  hamı!..  Lap  elə  qaravəlli  do,  nabırrı  da,  şəhərli  də,  köç  əhli  də... 

Məktəb...  bizə  indilik  ən  böyük  və  vacib  məsələ  məktəb  açmaqdı...  Elə  olsun  ki, 

təkcə şəhərlərimizdə deyil, kəndlərimizdə də məktəb aça bilək. Elin dövlətlisi də, 

kasıbı da öz balasını oxuda bilsin!". 

Gözəl xəyallar onu alıb aparırdı... 

Şair  Qaravəllidən  qayıdırdı.  Atın  cilovunu  yəhərin  qaşına  keçirmiş,  birayaq 

addımlarla gəlib Rusdarçaya çatmışdı. At caya girən kimi dayandı. Dağlardakı buz 

bulaqlardan  süzülüb  gələn  göz  yaşı  kimi  dumduru,  səhər  mehi  kimi  sərinlik  və

təzəlik gətirən sudan içməyə başladı, O boynunu çayın alçaq səthinə uzadıb, qalın, 

bozumtul və pırpız tüklü yumşaq dodaqları ilə zərif-zərif, ehmal-ehmal suyun üst 

qatlarını  sormağa  başladı.  Arabir  yügənli  ağzını  yuxarı  qaldırıb  göyşədikcə  şehə

bənzər parlaq damcılar dodaqlarından çaya süzülür, xırda ləpə 

 

 




                                                                                                                                                  

409 


ciklər  yaradıb  axır,  gedirdi.  Şair  təəssüfləndi:  "Kaş  çaya  girməmiş  yügəni 

aleydim, yazıq heyvan rahat içeydi". 

Çayın  o  tayında  sürünü  enişə  endirən  çoban  aram-aram,  irəliyə-irəliyə,  həzin 

bir səslə Şirvan şikəstəsi çağırır, sanki el sənətinə heyran olmuş şairin xəyallarına 

cavab verərək oxuyurdu: 

Şirvanın biyanı var,  

Otu var, biyanı var.  

Barı gəl, yuxuma gir,  

Desinlər, hayanı var. 

Şirvanın aşığı var,  

Sazı var, aşığı var,  

Belə qara günlərin,  

Həlbət bir işığı var. 

Şair  gülümsədi,  "yaxşı  deyirsən,  çoban  qardaş,  dünya  belə  durub-dayana 

bilməz. Onun bir işıqlı günü olsun gərək. Sənə bu ümidi verən, səni xoşbəxt eləyib. 

Yaxşı ki, qəlbində belə bir inam var. Yoxsa heç yaşamağa dəyməzdi. İnsan həmişə

yaxşı gün ümidi ilə yaşayır. Bununla da bəxtiyar olur", - deyə düşündü. 

Şair  düşündükcə  az  əvvəl  sahildən  uzaqlaşmış  qadın  kölgəsini  də  gözlərilə

izləyirdi. Qadın görünür səhərdən sahildə qazan açıb, paltar yuyub qurutmuş, indi 

təmiz  paltar  boğçasını  iri  mis  qazanın  ağzına  qoymuş,  çadrasına  sıx  bürünmüş, 

qazanı da başına götürüb gedirdi. 

Əvvəl əldə şairin qəlbi titrədi, diksindi. Bir anlığa ona elə gəldi ki, qarşısındakı

qadın Sarabəyimdir; onun yolunu gözləyə-gözləyə neçə gündür ki, çayın qırağını

kəsdirib  oturub.  Seyyid  bütün  diqqətini  gözlərinə  toplayıb  uzaqlaşmaqda  olan 

qadına  zillədi.  Yox,  bu o deyildi...  Sarabəyimin  şux, rəqsan  yerişi hara,  bu hara? 

Bunun yerişindən aydın bilinirdi ki, cavan deyil, yaşlı adamdır, bəlkə də hamilədir, 

yanbasa  yeriyirdi.  Şairin  ürəyi  sıxıldı,  səhərdən  bəri  qəlbində  çalınan  Koroğlu 

cəngisi,  Şirvan  şikəstəsinin  səsi  xırp  kəsildi.  O  atın  su  içib  doyduğunu  görüncə, 

cilovu  yəhərin  qaşından  çıxarıb  yügəni  çəkdi,  ağzını qantarğa kəsən  at cəld  ayaq 

götürdü, tərpəndi, bir göz qırpımında, ətrafa minlərlə zərrələr sıçradaraq çayı keçdi, 

qarşı  sahilə  çıxdı,  əl  qalınlığında,  tapdanmaqdan  una  çevrilmiş  yumşaq  torpaqlı

yolla yorğalamağa başladı, atlının ardınca toz dumanı qalxdı. 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə