Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə150/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   145   146   147   148   149   150   151   152   153

                                                                                                                                                  

416 


Yenə də küfr sovuran sözlər, həm də mollanın, vaizin dilindən eşidilir….-Yenə

də  kin-küdurət,  Qırmızı  Qulamın  sözləri  ilə  azalmağa  baş-qərəz  güclənir, 

alovlanırdı.  Qəti  zərbə  endirmək  zamanı  idi.  Qırmızı  Qulamın  səsi  cınladı, 

məscidin  indicə  küfr  sovrulan  qübbəsi  altında,  ilham  pərisinin  xilaskar  səsi  kimi 

eşidildi: 

-  Ağalar  özü  yaxşı  bilir  ki,  bəndələrin  tutduğu  hər  bir  iş  böyük  xaliqi  -

ləmyəzələ əyandır. Biz nəkarayıq ki, onun, əlinin üstündə əlinin üstündə  xaliqin 

bildiklərini  təkrar  eləyək.  "Allahü  ələm"  deyiblər  ..  O  özü  hamının  savabına  da, 

günahına  da  alimdir.  Cənab  şair  Ağa  Hacı  Seyid  Əzim  Şirvani  (o  şairin  bütün 

titullarını  qəsdən  deyirdi)  elə  özü  də  bu  xüsusda  yazıbdır.  İndi  ki,  şerü  nəzm 

oxumağa  meydan  verildı,  həzəratın  icazəsilə  birini  də  mən  deyərəm.  Cənab  Ağa 

Seyid Əzim özü deyir ki.  

Qərini-məğfirətin ilə cümlə zahirdir  

Nə iş ki, tutmuşam, ey qadiri-yeganə, sənə!  

Nəsib Seyyidə tövhidi-zatın et, ya rəb!  

Çıxıb bədəndən olan dəm rəvanə, rəvanə sənə.  

Hər bir bəndəsinin xeyir və şər əməllərindən xəbərdar olan xaliq, özü Seyyidə  

ilham verib, bu sözləri dedirtdirib, yoxsa necə deyə bilər-) biz bu gün inanmayaq 

ki,  bayaq  molla  oxuyan  şeri  Ağa  cavanlıgında,mən  indi  oxuyani  isə  hazırda 

yazmayıb və xaliqi də onu əfv eləməyib hə?  

Dottlar rahat bir nəfəs aldılar. "Allah atana rəhmət eləsin, Meşədi yaxşı girirsən 

Ağanın qanının arasına", düşmənlərin köksünü isə  qəzəb və  kin dəlirdi: "Dayan 

babi  köpək  oğlu,  getdiyin  Məşhəd  sənin  belindən  vursun,  haqqına  çatarsan, 

tələsmə... 

"  Hər  nə  isə  birdən  Seyid  Əzim  və  dostları  yerlərindən  qalxdılar;  onlar  artıq 

məsciddə qalmağı biməna hesab eləyirdilər. Çünki mübahisənin sonu görünmürdü. 

Uzandıqca acı bağırsaq kimi uzana bilərdi. Buna isə maarif dostlarının həvəsi yox 

idi. Onların heç biri oruc deyildi, sübh obaşdan da durmamışdılar. Odur ki, durub 

evə  getməyi  məsləhət  bildilər.  Seyid  Əzim,  Meşədi  Qulam  və  bir  neçə  tanış

başmaqgeyilən  bala  dəhlizə  çıxanda,  Alışın  gizli  işarəsi  ilə  Əli,  Mənsim, 

Ağahüseyn  və  Abid  əfəndinin  bir  neçə  sabit  və  sadiq  müridi  də  qalxdı.  Məscid 

camaatının çoxu insanlardakı qədim bir adətlə, "başqaları durdu, biz də duraq" adə 

 

 



                                                                                                                                                  

417 


tilə  yerlərindən  qalxmışdılar.  Hamı  birdən-birə  qapıya  tərəf  üz  qoydu.  Seyid 

Əzim araqarışda Meşədi Qulamdan aralı düşdü. Və birdən-birə özünü çox qəribə

hiss  etdi:  bir  zaman  Şərbaflar  evinin  kəlləsində,  Abid  əfəndinin  müridlərinin 

əhatəsində olduğu kimi tək, yalqız, yad ruhlar, biganə cisimlər, düşmən məxluqlar 

arasında!..  Onu  qabaqlarına  qataraq  sıx  dairə  içərisinə  alıb  məscidin  dəhlizinə, 

başmaqçıxarılan  yerə  aparırdılar.  Bəli,  bəli,  məhz  aparırdılar.  Çünki  artıq  ayağı

yerdən üzülmüşdü. Çiyni üstündə Alışın üfunətli nəfəsi, hənadan qızarmış saqqal 

və  bığları  arasında  güclə  eşidilən  pıçıltısını  duydu:  "Hə,  cəzanı  çəkəcəksən".  O 

sonra da heç bilmədi ki, bu sözlər ona deyildimi, yaxud o da bu kəlmələri Alışın 

acıqdan alışıb yanan gözlərindənmi oxudu? 

Başsız  kütlə  onu  sım-sıx,  dəmir  məngənə  içərisində  imiş  kimi  sıxıb,  dar 

qapıdan başmaqçıxarılan dəhlizə saldı, arabir onu əhatə edənlər səslənirdi: 

-Adə, yavaş, Ağa qabaqdadı... Bir başqası: 

-İtələşməyin, aadə, kişini sıxırsız axı!.. 

-Ay  Allah  bəndələri,  yavaşun  axı,  Ağa  qabaqdadı...  Cəddinə  qurban  oldğumu 

incidərsiz axı!.. 

Bu  son  sözləri  də  Alış  deyirdi.  Alış  Seyid  Əzimi  arxadan  bərk  qucaqlamışdı, 

sağınca  Ağahüseyn,  solunca  Mənsim  gedirdi.  qarşıda  və  arxada  bir-birini  basan, 

itələşən adamlar... Dostlar arxadan qəribə bir hissi-qəbləlvüqu ilə nigaran qalmış, 

adamların  arxasından  boylanır,  gözlərilə  Seyid  Əzimi  axtarırdılar.  Lakin  özlərini 

ona çatdıra bilmirdilər. Meşədi Qulam şairdən xeyli dalda qalmışdı. Şirin Abdulla 

isə irəli basılıb başmaqçıxanlandan çölə, məscidin qabağına salınmışdı. Şirin qapı-

dan  boylanır:  "Ağa,  Ağa"  deyə  ürəyində  pıçıldayırdı.  Lakin  içəridə  nələr  baş

verdiyini  başa  düşə  bilmir,  yaman  bir  şey  yovutmur,  amma  intizar  içərisində

Seyyidin çıxmasını gözləyirdi. 

Başmaqçıxarılanda isə qəribə, anlaşılmaz hadisə baş verirdi. Seyid Əzim birdən 

necə  oldusa  Meşədi  Alışın  qolları  arasından  çıxa,  arxasını  başmaqçının  sıxılıb 

durduğu divara səmt çevirə bildi. Onu xilas edən də bəlkə bu oldu. O düşmənləri 

ilə üz-üzə, göz-gözə qaldı. Başmaq rəfləri üstünə dikəlmiş qoca başmaqçı vəziyyəti 

çox gec dərk elədi: 

-Ayə, nə qayırdığuvuzdı?.. - deyib həyəcanla səsləndi. Həmişə hörmət gördüyü 

Ağanın, nəcib bir insan kimi sevdiyi şairin gözü önündə sıxılıb əzilməsi kişini dəli 

eləyirdi. 

 

 




                                                                                                                                                  

418 


 -Ayə, Ağahüseyn, Mənsim... Əyşi... Ağa, başuva dönüm... Ay camaat, kömək 

eləyin... Ağa boğulur... 

Seyid  Əzimin  nəfəsi  daralırdı.  Elə  olduğu  kimi  Abid  əfəndinin  müridi  və

Qapaqlının  nökərinin  əli  vücudunda  gəzir,  dirsəklər  böyürlərini    deşir,  barmaqlar 

gah  boğazını,  gah  da  köksünü  araşdırırdı...  Canavar  nəfəsi  qulağının  dibində, 

dodaqlarının  ucunda  xırıltı  ilə  səslənirdi...Seyid  Əzimin  nəfəsi  kəsilirdi.  Daldan 

Alışı  itələyib  şairə  köməyə  gəlməyə    can  atanlar,  vəziyyəti  daha  da  pisləşdirirdi. 

Çünki Alış və Ağahüseyn bu haldan daha artıq istifadə edir və guya canıyananlıq 

eləyərək tez-tez səs çıxarırdılar: 

- Geri durun, aadə, itələşməyin, demirəm? 

- İtələşməyin, yol verin, aadə, Ağanı sıxırsuz... 

- Ay zalım uşağı, nə qayırdığınızdı... Utanmırsız? 

- Aadə, kişinin nəfəsini kəsdüz ki... 

Cöhnə  qapı  davam  vermədi,  cırıldadı...  Alış,  Mənsim,  Ağahüseyn,müridlər 

gurultu  və  tappıltı  ilə  çölə  töküldülər.  İndi  Seyid  Əzim  arxadan  onu  böyük  bir 

məhəbbətlə qucaqlayıb saxlayan və gözlərinin yaşı qəlbinin içərisinə tökülən qoca 

başmaqsaxlayanla  birlikdə  qalmışdı.Adamlar  seyrələnə  yaxın  Qırmızı  Qulam  ona 

yetişdi.  Şirin  isə  hələ  də  camaat  çölə  cumduğundan  adamları  yarıb  içəri  girə

bilmirdi. 

Başmaqsaxlayan  və  Qırmızı  Qulam  şairin  qoluna  girib  heyətə  çıxaranda, 

məscidin  səhnində  artıq  onlardan  heç  birisi  yox  idi.  Qaragüruh  qara  niyyətini 

həyata  keçirib,  ortadan  çıxmışdı.  Şirinin  gözləri  Seyid  Əzimin  üzünə  sataşanda 

ürəyi oycalandı. Şairin rəngi kəhrəba kimi sap-sarı idi, elə bil üzünə zəfəran isladıb 

çəkmişdilər.  Ayaq  üstə  güclə  durmuşdu.  Kəsik-kəsik  nəfəs  alır,  nə  deyəcəyini, 

kimdən,  nədən  şikayət  edəcəyini  bilmirdi...  Dostlar  şairin  qoltuğuna  girib  evə

yollandılar... 

Dostlar  şairin  xəstə  yatağını  əhatə  etmişdilərsə  də,  bu  gün  o,  özü  ilə  təkətək 

qalmışdı. Bu gün BÖYÜK HESABAT günü idi. Bu gün o özü qarşısında həyatına, 

həyatının mənası saydığı əməllərinə yekun vururdu. Şairin qəlbində "mizan-tərəzi" 

qurulmuşdu. Xeyir və bəd əməlləri bir-bir getdikcə fəri itən nəzərlərində canlanır, 

gördüyü işlərə bir növ aralıdan baxır və qiymətləndirirdi. Bəli, bəd də olub, xeyir 

də... Qələbə də olub, məğlubiyyət də... Bu çarpışmalar içində dünya əməllərindən 

zövq  aldığı  günlər  də  olub,  əzab  çəkdıyi  də...  Bu  uzun  yolda  ara-sıra  gənclik 

təcrübəsizliyinin nəticələri olan qüsurları da olub... Amma deyəsən, axı yaxşı işləri 

daha çox olub... Onun dodaqla- 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə