Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə148/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   145   146   147   148   149   150   151   152   153

                                                                                                                                                  

410 


Qadın  arxasında  at  hənirtisini  eşidincə,  başını  geri  çevirmədən  yoldan  çıxdı. 

Atlı  ötüncən  yovşan  və  qaratikan  bitmiş  yol  qırağı  ilə  yeriyəcəkdi,  möhkəm 

yaşınmışdı. Atlı ona çatanda addımlar yavaşıdı, qadının ürəyinə mübhəm bir qorxu 

doldu:  "Kimdir?  Nəçidir?  Fağır,  hamilə  qadından  nə  istəyə  bilər?.."  -  düşünərək 

rübənd altdan atlıya baxdı. "Ah... Allah sənə şükür, Ağadır ki..." – deyə fikirləşdi 

və dərhal da ürəyinin çırpıntısı sakitləşdi. 

Şair atı birayaq sürməyə başladı, qadınla bərabərləşincə əl uzadıb qazanqarışıq 

boğçanı  onun  başından  götürdü  və  yəhərin  qaşında  qucağına  qoydu,  nə  baş

verdiyini anlamağa macal tapmamış qadına: 

-Bacı,  -  dedi,  -  sən  ehmal-ehmal  gəl,  mən  qazanı,  boğçanı,  bax,şəhərin 

girəcəyindəki o qoşa söyüdün altında yerə qoyacam, tələsmə,çatıb götürərsən. 

Qadın  cavab  vermədi,  yalnız  minnətdarlıqla  başını  təsdiq  və  anlayış  işarəsi 

olaraq yellədi: 

-Salamat ol. 

Yenə  cavab  gəlmədi.  Şirvanlı  qadın  naməhrəm  kişiyə  cavab  verər?  Ətini  də 

kəssən  dinməyəcək.  Yalnız  ürəyində,  onda  da  pıçıltı  ilə  deyirdi:  "Allah  sənə  yar 

olsun,  Ağa,  Allah  Mir  Cəfər  ağanı  sənə  çox  görməsin,  ömrün  uzun  olsun!  Gözə

görünməz pərvərdigar səni hardan mənə yetirdi? Gözümə durmuşdu yol, cəddüvə

qurban olum, Ağa!" 

"MİZAN-TƏRƏZİ"  

VƏ YAXUD DÖRD RAMAZAN  

1305-ci  il  Ramazan  ayının  4-ü  idi.  Cəmi  dörd  gün  idi  ki,  orucluq başlamışdı. 

Rəcəb ayından bu günəcən artıq üçaylığın iki ayını oruc tutmaqda olan möminlər, 

indi üçüncü ay idi ki, gündüzdən axşamacan dillərinə bir tikə çörək, bir qurtum su, 

bir  qullab  qəlyan  vurmurdular.  Onlar  hər  gün  sübh  namazından,  demək  olar  ki, 

iftara kimi vaxtlarının çoxunu məsciddə, axund otağında keçirirdilər. Kimisi qiraət 

öyrənir,  kimisi  ramazan  dualarını  təkrarlayır,  bir  qismi  də  qəza,  ayət,  hacət 

namazları  qılmaqla  vaxt  keçirir,  birtəhər  özünü  iftara  çatdıranacan  günü  axşam 

eləyirdi. 

Ramazanın dördü... Altı gün idi ki, Seyid Əzim məktəbdarlıq fəaliyyətinə görə

döş nişanı ilə təltif edilmişdi. Düşmənlər Seyid Əzimi artıq 

 

 




                                                                                                                                                  

411 


hökumət gözündən də sala bilmədiklərini, onun əsas havadarlarından biri olan 

Ağaseyidəli  ağanın  vəfat  etməsinə  baxmayaraq,  Şirvanda  xüsusi  ad-san 

qazandığını, törəyib-artdığım, adının hər yerdə səs saldığını, adı gələndə hamının 

"Ağa" deyə dik  ayağa  qalxdığını,  yazdıqlarının qəzetlərdə  çap olunduğunu  görüb 

həzm eləyə bilmirdilər. 

Bugünkü  qurğu  ayrı  idi.  Biz,  əlbəttə,  indi  yaşı  səksəni  ötsə  də,  əvvəlki 

əzəmətini  saxlayan,  şirvanlılar  demişkən  "Dəvədən  düşsə  də,  höt-hötündən 

düşməyən" Qapaqlının dükanına girməyəcək, evinə də getməyəcəyik. Orada onun 

prixod  mollası  Molla  Qurbanqulunun,  naməşədi  Alışın  və  başqalarının  nə  qurğu 

qurmaqlarını seyr etməyəcəyik. Kifayətdir. Biz onları daha tanıyırıq. Bir də o qara 

məclislərdə iştiraka nə hacət? O qara qurğuların nəticəsini bu gün görəcəyik. 

Müqəddəs  orucluğun,  Rəməzanül-mübarəkin  dördü  idi.  Məscid  ağzınacan 

dolmuşdu. Günorta namazı bu gün xüsusilə şurlu keçmişdi. "Təzə molla dəliləri", o 

taydan yeni molla gəlməyini eşidən həvəskar dindarlar məscidi doldurmuşdu. Odur 

ki,  adəti  günlərə  nisbətən  bu  gün  məscid  xüsusilə  qələbəlik  idi.  Gələnlərin 

içərisində sünnü cavanlarından, Abid əfəndinin sabiq müridlərindən də var idi. Bu 

halı irəlicədən duyan Meşədi Alış, Qaqapaqlı və Qurbanqulu, qurğularını məhz bu 

günə keçirmiş, "təzə molla aşiqlərinin" sırasına öz həmfikirlərindən xeyli adam da 

soxa bilmişdilər. 

Seyid  Əzimin  də  bu  gün  məscidə  gəlməsi,  camaat  namazına  qoşulması, 

xüsusən  namazdan  sonra  möminlərlə  məsciddə  oturub  qalmasının  səbəbi  məhz 

bugünkü Molla Xudaverən idi. Ağa düşünmüşdü ki, bəlkə bu mollada da maarifə

maraq  oldu.  Bəlkə  də  o  məktəb  işinə,  az-çox  ianə  yardım  toplamaq  məsələsinə

qarışdı, bir para açıq fıkirli ruhanilər kimi, bəlkə onun nüfüzundan da bu məqsədlə

istifadə  etmək  mümkün  oldu.  O  ərdəbilli  Xudaverənin  ağzını  aramaq  istəyirdi. 

Pişnamaz  Molla  Xudaverən,  camaat  namazını  xüsusi  şurla  aparandan  sonra, 

orucluğa görə alverindən, kəsbkarından əli soyumuş, yaylağa çıxan tərəkəmələrlə, 

köçərilərlə alayarımçıq alveri nökərə tapşıran dükançılar yerlərini rahatlayıb, şam 

və xüftən namazınacan vaxtı burada keçirmək niyyətilə oturub qalmışdılar... 

Mübahisənin başlanmağına ərdəbilli mollanın istifta zamanı dediyi bir söz oldu. 

Belə  görünür  ki,  Molla  Xudaverən  seyid  adından  gələcək  bayramda  özünə  xüms 

toplamaq üçün istifadə etmək istəyirdi, odur ki, seyidliyin mənsəbindən, seyidlərə

hörmətdən, onların dini-islamı intişar 

 

 




                                                                                                                                                  

412 


etməkdə  rollarından  və  nəsli-peyğəmbər  ali  peyğəmbər  olduqlarından  uzun-

uzadı  bəhs  açıldı.  Bu  zaman  aranı  qızışdırmağa  nazir  edilmişlərdən  biri  yerindən 

dilləndi: 

-Elə bütün seyidlər? 

 Məsələdən hali olmayan Xudaverən dedi:  

-Əlbəttə, onların mövqeyi Allah yanında, mərtəbəsi bəşər yanında ucadı

-Amma  eləsi  də  var  ki,  babi  ondan  əfzəldi...  Dinə  balta  çalır...  Düzü  də 

yolundan eləyir, elə bizim bu cənab kimi... mübahisə qızışdı. İndi hərənin ağzından 

bir  avaz  gəlirdi.  Molla  Qurbanqulu,  Alış  və  Qapaqlı  çevrəsində  oturanlar,  bir-

birinin ardınca dillənməyə başladı:  

-Babidi... 

-Sünnüdü... 

-Moltandı, peyğəmbər haqqı. Özü deyib kafərəm. Bir baxın: 

Çəkməyin Seyyidi-laməzhəbi meyxanə sarı,  

Kafəri Kəbə ara hansı müsəlman aparır? 

-Küfrüdü başdan-ayağa. 

Deyib, özü deyib bunları: 

Çarə oldur ki, mənə hər gün içəm bir neçə cam,  

Eyləyim gərm təni-zari meyi-səhbadən. 

-Cizlində içməyini də gizlətməyib laməzhəb: 

Sanmın ki, tövbə eylədi Seyyid şərabdən,  

Vaiz məzəmmətin görüb, eldən nihan içər. 

-Mollalardan qorxur, yoxsa... 

-A kişilər, o cəhənnəm, uşaqlarımızın da ovqatını zayə eləyir, urusu öyrətdrir, 

sabah da şürbi' eləyəcək özü kimi... 

-Ə,yaxşı deyil, seyid peyğəmbər övladına elə neyşə deyirsən?  

-O,seyiddi?  O  bəni-Abbasdı?  Əhmədi-Muxtar  belə  nəvəsi  olmağından  utanar. 

Əgər bu yezid oğlu Hüseyn nəsli olsaydı, çaxır içərdi? 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə