Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə2/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   2   3   4   5   6   7   8   9   ...   153

                                                                                                                                                  

 



Əzizə  Cəfərzadənin  tərcümə  yaradıcılığı  sahəsindəki  fəaliyyəti  də  maraq 

doğurur.  O,  müxtəlif  dövrlərdə  Türkiyə  ədəbiyyatının  görkəmli  nümayəndələri 

olan  Sevinc  Çokumun  "Bizim  diyar",  Əhməd  Kabaklının  "Əjdaha  daşı",  Şəmçi 

Tellinin  "Atatürkün  eşq  macərası"  romanlarını,  rus  yazıçısı  S.Smimovun  "Brest 

qalası"nı dilimizə çevirərək nəşr etdirmişdir. 

Ədibin publisistik yaradıcılığı da zəngin və çoxcəhətlidir. Xüsusilə onun 1965-

1966-cı illərdə Afrikanın Qana respublikasında yaşadığı illərin bəhrəsi olan "Qızıl 

sahilə  səyahət"  (1968)  əsəri  Azərbaycan  publisistikasının  maraqlı  örnəklərindən 

sayılmaqdadır.  Bundan  əlavə,  müəllifin  mətbuat  səhifələrində  Azərbaycanın 

ictimai-siyasi və mənəvi-əxlaqi həyatının müxtəlif problemlərinə dair çoxlu sayda 

məqalədə və müsahibələri də çap olunmuşdur. 

Əzizə  Cəfərzadə  əsərlərini  müxtəlif  janrlarda  yazmasına  baxmayaraq, 

Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi yadda qalmışdır. 

Ədibin əsərlərində qədim dövrlərdən tutmuş XX yüzilə qədər Azərbaycan tarixinin 

mürəkkəb, keşməkeşli hadisələri (həmçinin bu fonda ədəbi və siyasi şəxsiyyətlərin 

obrazları)  öz  bədii  təcəssümünü  tapmışdır.  Yazıçının  tarixi  romanlarını

səciyyələndirən əsas cəhətlərdən biri müraciət olunan tarixi dövrü bütün təfərrüatı

ilə canlandıra bilməsidir. Daha doğrusu, yazıçı tarixi yalnız quru fakt və sənədlərin 

işığında təqdim etmir, ona can və ruh verir, özünün qeyri-adi fantaziyası ilə təsvir 

etdiyi  dövrün  təbii    mənzərəsini,  panoramını  yarada  bilir.  Əzizə  Cəfərzadənin 

romanları  tarixə  qeyri-adi  sevgi  və  vurğunluqdan  yaranmışdır;  onların  ruhunda, 

mayasında yurdsevərlik və vətandaşlıq amalı özünü göstərməkdədir. Bu romanlar 

yalnız  bədii  düşüncənin  məhsulu  olmaqla  qalmayıb,  xalqımızın  etnoqrafik 

yaddaşını əks etdirən qiymətli salnamələr kimi dəyər daşımaqdadır. 

Sənətkarın  tarixi  romanlarını  səciyyələndirən  ən  mühüm  cəhətlərdən  biri  də

onların ideyaca müasirliyi, bu günün problemləri ilə bağlı olmasıdır. Bu romanlar 

dil,  üslub,  yazı  manerasının  orijinallığı,  təsvir  olunan  faktlara  və  hadisələrə

yanaşma tərzi ilə də diqqəti çəkməkdədir. 

Bir məsələyə də fikir verilməlidir ki, sovet imperiyasının ən çətin və mürəkkəb 

dönəmində yazıb-yaratmasına baxmayaraq, Əzizə Cəfərzadənin əsərlərində dövrün 

konyunktur elementləri, saxta ideologiyanın izləri öz əksini tapmamışdır. Əksinə, 

yazıçı  tarixi  mövzulara  müraciət  etməktə  dolayısı  ilə  sovet  imperiyasının  təlqin 

etdiyi ideoloji stereotiplərə etirazım ifadə etmişdir. 

Yazıçının  yaradıcılıq  axtarışlarının  mühüm  uğurlarından  sayılan  Şirvan 

trilogiyasında  Azərbaycanın  tarixi  yaddaşında  əhəmiyyətli  yer  tutan  Şirvanın 

yetirdiyi ədəbi şəxsiyyətlərin bədii surətləri yaradılmışdır. Belə ki, trilogiyanın ilk 

əsəri  olan  "Vətənə  qayıt"  romanında  XVIII  yüzilin  istedadlı  söz  ustası  Nişat 

Şirvaninin, ikinci hissəsini təşkil edən "Aləmdə səsim var mənim" romanında XIX 

yüzilin görkəmli şairi Seyid Əzim Şirvaninin, sonuncu hissəsi olan "Yad et məni" 

romanında isə XX yüzildə yaşayıb-yaratmış vətəndaş şair 

 

 



                                                                                                                                                  

 



Abbas  Səhhətin  həyat  və  fəaliyyəti  təsvir  olunmuşdur.  Ancaq  bu  əsərləri  yalnız 

ayrı-ayrı  ədəbi  şəxsiyyətlərə  həsr  olunmuş  sənət  örnəkləri  kimi  dəyərləndirmək 

doğru  olmazdı,  çünki  burada  təsvir  olunan  dövrün  geniş  ictimai-siyasi  və  ədəbi-

mədəni  panoramı  öz  təcəssümünü  tapmışdır.  Başqa  sözlə,  yazıçı  tariximizin  iki 

əsrdən artıq bir dövründə Şirvanda cərəyan edən mürəkkəb, ziddiyyətli hadisələri 

izləmişdir.  Maraqlıdır  ki,  Əzizə  Cəfərzadə  Azərbaycan  tarixinə  faktların, 

sənədlərin  gözüylə  aydınlıq  gətirmiş,  eyni  zamanda  tarixi  qaynaqların  əsirinə

çevrilməmiş,  bir  çox  məqamlarda  keçmişin  qaranlıq,  öyrənilməmiş  səhifələrini 

bədii  təxəyyülünə  güvənərək  canlandırmışdır.  Bu  isə  həmin  əsərlərin  koloritini, 

canlılığını, xəlqiliyini təmin etmiş, təsir və təlqin gücünü artırmışdır. 

"Vətənə  qayıt"  (1973)  romanın  süjetində  Vətən  və  məhəbbət  xətti  aparıcı  yer 

tutmaqdadır. Yazıçı bütün roman boyu bu süjet xətlərinin paralel, bəzənsə qovuşuq 

təsvirini  verə  bilmişdir.  Əsərdə  yatnız  Nisat  Şirvaninin  deyil,  taleyini  vətənlə

bağlamış olan bir sıra qəhrəmanların obrazları da bədii inikasını tapmışdır. 

"Vətənə  qayıt"  romanın  sujeti  kədərli  motivlərlə  müşayiət  olunsa  da,  əsərin 

finalı  nikbin  səciyyə  daşıyır.  Əsərdə  həyatı,  varlığı,  yaradıcılığı  ilə  doğma  elinə-

obasına  bağlı  olan  şair  Nişat  Şirvaninin  sürgün  edildiyi  Salyandan  doğulduğu 

yurda - Şamaxıya dönuşü ibrətamiz məna və məzmun daşıyır. Onu da qeyd edək 

ki,  "Vətənə  qayıt"  romanı  vaxtilə  sovet  senzurasının  ciddi  "redaktə"sinə  məruz 

qalmışdı. 

"Aləmdə  səsim  var  mənim"  (1971)  romanı  yalnız  yazıçının  yaradıcılığında 

deyil,  ümumən  Azərbaycan  tarixi  nəsrində  əhəmiyyətli  yerlərdən  birini  tutur. 

Müəllifin ilk romanı olan və ədəbi mühit tərəfindən böyuk həssaslıqla qarşılanan 

bu  əsərin  adı Seyid  Əzim  Şirvaninin  şerindən götürülmüşdür ("Mövti-cismani  ilə

sanma mənim 

ölməyimi // Seyyida

, ölmərəm, aləmdə səsim var mənim"). 

Xatırladaq  ki,  yazıçı  romanı  əvvəlcə  "Məhəbbət  günahdırmı?"  adlandırmağı

nəzərdə  tutsa  da,  nəşri  zamanı  əsərin  adını  dəyişməyi  münasib  bilmişdir.  Bu  da 

şübhəsiz  ki,  romanın  ictimai  məzmunu  ilə  adı  arasında  olan  müəyyən  fərqlərin 

aradan qaldırılması niyyətindən doğmuşdur. 

"Aləmdə  səsim  var  mənim"  romanında  Əzizə  Cəfərzadə  yaradıcılığına  və

şəxsiyyətinə böyük məhəbbət bəslədiyi Seyid Əzim Şirvaninin obrazını yaratmağı

qarşısına məqsəd qoysa da, yazıçı bununla kifayətlənməmiş, bütövlukdə XIX yüz il 

Şirvan  tarixini,  daha  doğrusu,  Şamaxı  mühitini  ictimai-siyasi  və  ədəbi-mədəni 

hadisələrin canlı mənzərəsi fonunda və etnoqrafik yaddasın işığında izləmişdir. 

Xalq şairi Rəsul Rzanın fikrincə, "əsərin bəyənimli cəhətlərindən biri, bəlkə də

ən  dəyərlisi,  müəllifin  qələmə  aldığı  dövrə,  onun  insanlarına,  xalqın  məişətinə, 

adətlərinə yaxından, yaxşı bələd olmasıdır. Biz bu əsərdən xalqın 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə