Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə4/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   2   3   4   5   6   7   8   9   ...   153

                                                                                                                                                  

10 


 

diqqətı  çəkməkdə  və  nəzəri-estetik  fikri  məşğul  etməkdədir.  Bu  mənada  Əzizə

Cəfərzadənin Füzuli sehrinə düşməsi tamamilə təbiidir. 

"Eşq sultanı" Əzizə Cəfərzadə yaradıcılığının son məhsulu kimi maraq doğurur. 

Bu romanı yazıçının zəngin və çoxcəhətli yaradıcılığının təsadüfi bir örnəyi hesab 

etmək doğru deyildir. 

Əzizə xanım bütün ömrü boyu gərgin işləsə də, onun həyatının son illəri daha 

səmərəli və məhsuldar olmuşdur. Belə ki, yazıçı ilə yaxın ünsiyyətdə olanlar ədibin 

daim vaxt azlığından şikayətləndiyini xatırlayırlar. 

Onu  da  qeyd  edək  ki,  Füzuli  mövzusu  Əzizə  Cəfərzadənin  yaradıcılığı  üçün 

gözlənilməz  deyildir.  O,  uzun  illər  boyu  bu  mövzu  ilə  maraqlanmış,  nə  zamansa 

yazacağını  düşündüyü  roman  üçün  fakt  və  materialları  daha  erkən  illərdən 

toplamağa  baslamışdı.  Yazıçının  Fuzuliyə  həsr  olunmuş  elmi  tədqiqatları  da 

diqqətə layiqdir. Habelə xatırlatmağa ehtiyac vardır ki, Şamaxı rayonunda yerləşən 

xaraba Bayat kəndində abidə qoyulması təsəbbüsü də Əzizə xanıma məxsusdur. 

Təsadüfi  deyil  ki,  romanda  yazıçı  Füzulinin  Şirvandan  köçüb  getməsi,  əslən 

Şamaxının qədim Bayat kəndindən olması versiyasını əsas götürmüş və hadisələri 

bu  məcrada  təsvir  etmişdir.  Ona  görə  də  roman  boyu  Füzulinin  yaşadığı  vətən 

həsrəti, qürbət duyğuları qabarıq ifadəsini tapmışdır. 

"Eşq sultanı" romanında, həmçinin "Söhbətül-əsmar" və "Bəngü-Badə" əsərinin 

yaranması  ilə  bağlı  təsvir  olunan  epizodlar  özünəməxsusluğu  ilə  yadda  qalır. 

Yazıçının  əsərdə  yaratmış  olduğu  tarixi  şəxsiyyətlər  orijinallığı,  bənzərsizliyi  ilə

diqqəti çəkməkdədir. 

Daha  bir  səciyyəvi  detal  romanda  yazıçının  öz  yaradıcılıq  üslubuna  sadiq 

qalaraq dövrün etnoqrafiyasını canlandırması ilə bağlıdır. 

Romanda  diqqət  çəkən  məqamlardan biri də  burada  Füzulinin  və onunla  həm 

əsr digər sairlərin yaradıcılığından gətirilmiş poetik parçaların təsvir olunan hadisə

və  əhvalatların  məzmununa  uyğun  verilməsidir.  Bu  poetik  örnəklər  bir  tərəfdən 

tarixin  cizgilərini  canlandırmağa  imkan  vermiş,  digər  tərəfdən  əsərin  poetik 

ovqatını və ruhunu təmin etmişdir. 

Romanın üslubuna dərin, axıcı bir lirizm hakimdir. Bu lirizmi bir yandan əsərin 

mövzusu,  digər  yandan  yazıçının  özünəməxsus  üslubu  diqtə  etməkdədir.  Əsərin 

bölmələri süjetin bütövlüyünü təmin etdiyi kimi bu bölmələrin hər birinin müəyyən 

mənada bitkin məzmuna malik olduğu da diqqətdən qaçırılmamalıdır. 

İnanırıq  ki,  müəllifin  yalnız  öz  dövrünə  deyil,  gələcəyə  ünvanlanmış  əsərləri 

geniş oxucu kütləsinin diqqət və marağına səbəb olacaq, sevilə-sevilə oxunacaqdır. 



Vaqif Sultanlı 


                                                                                                                                                  

11 


 

ŞAMAXI   YOLLARDAN   BAŞLAYIR 

Şamaxı yollardan başlayır... Yollar... Sonsuz, nəhayətsiz yollar... Şirvana gedən 

yol az qala bütün dünyanın ticarət aləminə məlumdur. Şərqin bir sıra şəhərlərində

hələ  uzun  illər  "Şirvana  gedən  karvan  yolu",  "Şamaxı  yolu",  "Şirvan  şahlığı", 

"Şamaxı sultanlığı" ifadəsi qalacaq... Bu yollardan gələn karvanlar Şirvan gözəlləri 

üçün Benaresdə toxunmuş incə, zəngin və gözəl bənarə örpəklər, hind gəlinlərinin 

örtdüyü  sarı  kimi  zərif  çarşablar,  Bakıdan  neft,  duz,  zəfəran,  Şəkidən  ipək, 

Dağıstandan şal, Qafandan misgərlər üçün mis külçələri, Qəbələdən qoz, fındıq və

şabalıd,  Məkərə  və  Moskvadan,  İrandan, Türkiyədən, Ərəb ölkələrindən  müxtəlif 

matahlar  gətirir.  Qapan  meydanı  səhərdən  axşamacan,  axşam  namazından  sübh 

azanınacan  aramsız  işləyir.  Burada  baş  qapançı  Ağa  Rəsulun  köməkçiləri  və

şagirdləri  yükləri  qapana  vurur.  Mirzə  Səftər  isə  hesabat  dəftərinə  salır.  Sonra 

möhkəm  yaddaşlı  Ağa  Rəsul  dəstəmazını  sındırmadan  oturub,  gələn  malları

hesablayır.  Şamaxının  dörd  mindən  ziyadə  sənətkarına,  yeddi  yüz  toxucu 

dəzgahına, iki qanovuz karxanasına, bəzzaz, baqqal, misgər, başmaqçı cərgələrmə

lazım olan malları, tacir və sənətkarların tələb etdiyi qədər bölüşdürüb paylaşdırır, 

qalanını  sarbanlar  üçün  hazırlatdırır.  Ağa  Rəsul  bütün  bu  ağır  hesabatı  Mirzə

Səttardan  yaxşı  yadda  saxlayır,  heç  kəsin  sifarişini,  sifarişin  qədərini  unutmur. 

Hesab dəftərindən düşənləri də Mirzə Səttarın yadına özü salır. 

Şirvanın  aləm  vaxtında  giririk  bazara.  Hələ  nə  1859,  nə  1872,  nə  də  1902-ci 

illərdə  bu  yerləri  xərabəzara  çevirən,  onun  görkəmli  adamlarını,  adlı  tacirlərini 

diyarbədiyar  salan,  gözəl  binalarını,  daş  döşənmiş  dürüst  küçələrini  alt-üst  edən 

zəlzələlər  baş  verməyib,  az  qala  yüz  əlli  minə  çatan  əhalisinin  çoxu  didərgin 

düşməyib, hələ hər bir evdən, hər ağac dibindən bir toy, bir şənlik məclisinin səsi 

gəlir,  Şirvan  xanəndələrinin,  rəqqasələrinin  şöhrəti  dünyaya  yayılıb,  şən-şatir 

adamlar “əhli-kef”, bəxtiyar camaat kimi, dövlətli-varlı, gülərüz, qonaqsevər xalq 

kimi  tanınır.  Zeynalabdin  Şirvaninin  Hindistan,  Ərəb  ölkələri,  İran,  Əfqanıstan 

səfərləri  haqqında  əfsanələrə,  nağıllara  bənzəyən  hekayələri  bitib  qurtarmayıb. 

Cavan tacirlər onun izilə, onun gəzib, görüb gəldiyi ölkələrə getmək həvəsindədi. 

Tək bir Şamaxıda qanovuz, kəlağayı, 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə