Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə5/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   2   3   4   5   6   7   8   9   ...   153

                                                                                                                                                  

12 


 

darayı  toxuyan  dörd  minəcən  usta  -  sənətkar  var.  Qərib  qonaqlar  saatlarla 

dəzgahların  yanında  durub  şərbafların,  kargərlərin  oxuduğu  əmək  mahnısını

dinləməkdən doymurlar. 

"Dələgeyin-dəmşalağın  baxtına,  balağı  cırıq  baxtına".  Deyirlər  ki,  belə

oxuyanda butalar dəzgahda bütöv çıxır... 

Şirvan  yollardan  başlayır.  Bu  yollarla  gələn  yolçular  Şamaxıya  çata-çatmaya 

onun  dörd  çevrəsində  cari  olan  Söyüdlü,  Güllü,  Minaxor...  bulaqlarının  başında 

müvəqqəti bina salır, çadır kimi kölgəliklər yaratmış ağacların altında dincəlir, əl-

üzünü uzun yolların tozundan yuyub təmizləyir, pal-paltarını səliqəyə salır, Şamaxı

bazarına "insan kökündə" girməyə hazırlıq görür... 

Şamaxı  bazardan  başlayır...  Burada  bazar  çoxdu:  Misgərbazar  dünyaya  Lahıc 

işi  -  mis  qazanlar,  bəzəkli  sərniclər,  güyümlər,  naxışlı  aftafa-ləyənlər,  lüleyinlər, 

aşsüzənlər,  sərpinclər  göndərir.  Bu  mis  üzərinə  salınmış  ornamentlər,  naxışlar 

baxanı valeh eləyir... Bəzzaz-bazar tacirləri adnandı. Onların dükanlarında Məkərə

yarmarkalarından  başlamış  Hindistan,  İran,  Çin  və  başqalarından  gətirilmiş  gözəl 

ipək  parçalarla  yanaşı,  Şamaxının  özündə  toxunan  əlvan  kəlağayılar,  qanovuzlar, 

darayı,  cecim  və  xalçalar,  güləbətin  işləmələr  satılır.  Bir  çox  ölkə  və  şəhərdə

Şirvan  kəlağayısı  "Şamaxı"  adlandırılır.  Şirvan  ustalarının  əl  işləri  dünya 

bazarlarına yol açır. Şamaxının, Şəkinin xam  ipəyini də tacirlər bu cərgədən alır, 

karvan-karvan Şərqin və Qərbin, Şimalın və Cənubun karxanalarına göndərirlər. 

İngilis  sarayının  daimi  müvəkkili  Şamaxıdan  əl  çəkmir.  O  burada  toxunan 

ipəklərin  ən  zərifini,  xalçaların  ən  rəngarəngini  çeşid-çeşid  seçir,  bircə-bircə

yoxlayır  və  alır.  Deyirlər  ki,  onun  aldığı  ipəklər  İngiltərə  sarayında  xüsusilə

bəyənilir, şah və şahzadə xanımlar məhz Şamaxı ipəyi geyməyə can atırlar. 

Multanı tacirləri, atəşpərəst Kəşmir qəribləri də burada daimi məskən salıblar, 

onlar  da  buradan  Hindistana  müxtəlif  çeşidli  mallar  alıb  göndərirlər.  Kərbəlayı

Vəlinin karvanı gələndə Şamaxı bazarları xüsusilə rövnəqlənir, canlanır. 

Bazar  çoxdu...  Baqqalbazar,  Dərzibazar,  Başmaqçıbazar,  Xarrat-bazar... 

Gürcübazar...  Bəzzazbazar  tacirlərilə  yanaşı  Gürcübazardakı  bir  əczaxana  və

əczaxananın  alt  mərtəbəsində  salınmış  meyxanənin  də  bizim  hekayətimizə  dəxli 

var... Gürcübazarda gözü açıq cavanların bir çoxu öz rus, erməni, malakan, gürcü 

qardaşları  ilə  sərbəst  görüşüb  danışa  bildikləri  kimi,  məşrəb  aludələri  də  burada 

tez-tez görünür... 

 

 



                                                                                                                                                  

13 


 

Onların güdükçüləri, qulaqçıları  da buralara  tez-tez  baş  çəkir...  Bir  cavana bu 

məhəllədə  rast  olan  kimi,  onu  qeyri  millətlə  durub  söhbət  edən  görən  təki  az 

keçməmiş  xəbər  bütün  bazara  yayılır:  "Adə,  sən  öləsən,  meyitüvü  görüm  yalan 

deyirəmsə, hindicə Hacı Məhəmmədin oğlunu Gürcübazarda, o xaraba qalmışdan 

çıxan gördüm, özü də o erməni oğlu ilə qolboyun. Dilim kəlməyə gəlməsin əyəm o 

yan, bu yanı varsa"... 

Bəli...  Şirvan  yollardan...  Şamaxı  bazardan  başlayır...  Bizim  üçün  isə  təkcə

bircə  yerdən-Bəzzazbazardan...  Bazar...  O  canlı  cismə  bənzər...  Onun  öz  başı, 

ürəyi,  qolları var...  Bazarın öz  dərdi, öz  sirləri,  öz kədər  və  sevinci  var...  Burada 

xam,  nabələd  adam  aldana  da  bilər;  burada  insan  xətası  lağa  qoyula  bilər,  o 

alçaldıla  da  bilər,  lakin  burada  əsil  dərd,  ümumun  kədəri  kimi  də  qarşılanır... 

Fağırın,  əlsiz-ayaqsız  məsumun  birinə  bəs  deyincə  əl  də  tutarlar,  bazar  əhlini 

xamlamaq istəyən namərd isə ələ də salınar, bazardan, bu canlı aləmdən əbədilik 

qovularda...  Bazar  canlı  bir  dünyadır...  Bir  aləm,  bir  cəmiyyətdir...  Onun  öz 

yazılmamış qanunları, qanun hökmünə qaldırılmış adətləri var... 

Şərqdə  öz  canlılığı,  zənginliyi,  rəngarəngliyi  və  sərvətilə  məşhur  olan 

qələbəlikli Şirvan, Şamaxı bazarından dünyanın bir çox məşhur şəhərlərinə yollar 

gedir,  bu  yollar  Pirdirəki  dağından,  Gülüstan  aşırımından,  Qobustan  düzündən 

keçir. 


Bazarın  öz  daimi  sakinləri,  öz  satıcısı,  alıcısı,  öz  hoqqabazı,  dəlisi,  öz  şairi, 

müdriki,  öz  dilmancı,  darğası,  öz  vəkili,  ağsaqqalı,  başbiləni  var...  Bazar  yad 

qonaqlı, yaxın qohumlu, doğma övladlı, ögey oğullu, ağıllı balalı, başabəla, əliəyri, 

eybəcər  vələdli nəhəng bir ailə, bir külfətdir...Onun öz dərdi, öz azarı var, onun öz 

sevinci, öz qayğıları var. Bazar bunu heç kəsə verməyi sevməz, yada, naməhrəmə

sirr  açmaz,  açanı  da  cərgəsindən  qovar...  Onun  sevinci  payansız  olduğu  kimi, 

qəzəbi də dəhşətlidir... 

Gəlin  əl-ələ  tutaq,  çiyin-çiyinə  verib  hekayətimizlə  sıx  əlaqəli  Bəzzazbazarından 

keçək, birbəbir də olmasa, onun bəzi daimi sakinləri ilə tanış olaq. 

Ən  əvvəl,  bax,  o  başında  tabaq  gəzdirən  ayaqyalın,  ucaboy  kişiyə  baxın, 

pərakəndə  geyimindən  də  görürsünüz  ki,  kasıb  adamdır.  Ağası  Baqqalbazarda 

halvaçı dükanı saxlayır, özü isə tabaqçıdır, qışda ədvalı (İsfahan), küncüd, fındıq 

halvalan,  Şəkidə  hazırlanıb  gətirilən  paxlava,  riştə-xətai,  yayda  isə  yağasər  (buz) 

satır.  Tabaq  bütün  gün  uzunu  başından  düşmür,  dükan-dükan  gəzib  bəzzazlara 

halva paylayır, adına 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə