Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə3/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   2   3   4   5   6   7   8   9   ...   153

                                                                                                                                                  

 



kecmişinə  aid  yalnız  baş  vermiş  hadisələr,  yenilikdə  köhnəliyin  mübarizəsindən 

inandırıcı  səhifələr  deyil,  həm  də  bir  sıra  etnoqrafik  detallar,  adətlərin  necəliyi, 

mühitin havası haqqında maraqlı məlumat alırıq. Kitabı vərəqlədikcə, bir zamanlar 

gördüyümüz  məişət  adət-ənənələri,  insan  xarakterləri,  faktlar  düzümü  illərin 

uzaqlarında,  xatirələr  toranından  aşkarlanan  fotoşəkillər  kimi  yavaş-yavaş

gözlərimizdə görümlüləşir". 

Şirvan trilogiyasının sonuncu romanı olan "Yad et məni" (1980) əsərində XX 

yüzilin  əvvəllərində  cərəyan  edən  hadisələrdən  danışılır.  Romanda  üç  dostun  - 

Abbas Səhhətin, Mirzə Ələkbər Sabirin, Ağəli Nasehin portreti yaradılmışdır. Belə

ki, Səhhətin simasinda vətəndaşlıq və xeyirxahlıq, Sabirin timsalında fədakarlıq və

cəsurluq,  Nasehin  şəxsində  təvazökarlıq  və  səmimilik  kimi  mənəvi-əxlaqi 

keyfiyyətlər  inandırıcı  bədii  detal  və  ştrixlərlə  əks  olunmuşdur.  Lakin  yazıçı

romanda  əsas  diqqəti  Abbas  Səhhətə  yönəltməyə  çalışmış,  hadisə  və  əhvalatları

mümkün qədər onunla bağlamışdır. 

Əzizə Cəfərzadənin "Bakı-1501" (1981) romanı Şah İsmayıl Xətayinin həyat və

mübarizə yolundan bəhs edir. Məlum olduğu kimi, Azərbaycan ədəbiyyatında Şah 

İsmayıl  haqqında  bir  sıra  əsərlər  yazılmışdır.  Bunların  içərisində  Əlisa  Nicatın 

"Qızılbaşlar",  Fərman  Kərimzadənin  "Xudafərin  körpüsü"  və  "Çaldıran  döyüşü" 

(qeyd  edək  ki,  yazıçı-dramaturq  Kamal  Abdullanın  son  dövrün  məhsulu  olan 

"Yarımçıq  əlyazma"  romanının  paralel  sujetindən  biri  də  Şah  İsmayıl  mövzusu 

üzərində  qurulmuşdur)  xüsusi  yer  tutur.  Şah  İsmayıl  şəxsiyyətinə  dönüş  zərurəti 

sovet  imperiyasında  siyasi  iqlimin  bir  qədər  mülayimləşməsi  və  bunun  nəticəsi 

olaraq Azərbaycanın milli-azadlıq hərəkatının ilkin oyanış mərhələsini yaşaması ilə

bağlı  idi.  Şübhəsiz  milli-azadlıq  hərəkatı  eyni  zamanda  tarixə,  onun  milli 

dəyərlərinə  qayıdışla  müşayiət  olunur  ki,  bu  məqamda  yazıçıların  üzərinə  böyük 

vəzifə düşdüyü etiraf olunmalıdır. 

Adı  çəkilən  romanların  da  hər  birində  Şah  İsmayıl  şəxsiyyətinə  dönüşün 

məğzində,  mahiyyətində  Azərbaycanın  itirilmiş  dövlətçiliyinin  bərpası, 

parçalanmış  məmləkətin  birləşdirilməsi,  bütövləşdirilməsi  amalı  dayanmaqdadır. 

Əgər Ə.Nicatın "Qızılbaşlar" romanında əsas etibarilə Çaldıran döyüşündən, Sultan 

Səlimlə  Şah  İsmayıl  arasında  gedən  müharibə  fonunda  Türk  dünyasının  yaşadığı

faciələrin  ağrılarından  bəhs  olunursa, Fərman Kərimzadə  daha  çox  Şah  İsmayılın 

həyatı və mübarizə yolunu xronoloji səpkidə canlandırmaq məqsədi izləmişdir. Bu 

mövzuda  romanlar  içərisində  yazılma  tarixi  etibarilə  ilk  sırada  dayanan  "Bakı-

1501"- də böyük sərkərdənin Bakını ələ keçirməsi əks olunmuşdur. Lakin romanda 

Şah İsmayılın Bakıya yürüşü əsas yer tutsa da, müəllif tarixi hadisələri yalnız bu 

faktla  məhdudlasdırmamışdır.  O,  Şah  İsmayılın  hakimiyətə  gəlişindən  tutmuş

ömrünün sonuna qədər cərəyan edən hadisələr fonunda bir hökümdar, sərkərdə və

şair  kimi  onun  ömür  yolunun  başlıca  məqamlarına  işıq  tutmuşdur.  Tənqidçi-

ədəbiyyatşünas Akif Hüseynov 

 

 



                                                                                                                                                  

 



"Bakı-1501"  romanını  təhlil  edərkən  baş  qəhrəmanı  yazıçının  uğuru  kimi 

dəyərləndirmişdir.  Onun  fikrincə,  müəllif  "Şah  İsmayılın  mürəkkəb  xarakterini 

canlandırarkən  nəinki  birtərəflilikdən,  aludəliçilikdən  uzaqlaşa  bilmiş,  həmçinin 

obrazın  məziyyətləri,  fəaliyyətinin  pozitiv  cəhətləri  ilə  yanaşı  qüsurlarını  da 

göstərmiş  və  qəhrəmanın  milli  şüurunun,  vətənpərvərlik  duyğularının  inikasına 

ciddi diqqət yetirmişdir. Romanda Şah İsmayıl Azərbaycan hökmdarı, Azərbaycan 

dövlətinin yaradıcısı kimi səciyyələndirilir." 

Romanın epiloqunda Şah İsmayıl şəxsiyyətinin və mübarizasinin simvolu kimi 

dil,  qeyrət  və  Vətən  sevgisi  diqqət  mərkəzinə  çəkilmişdir  (Onu  da  qeyd  etmək 

yerinə düşər ki, Əzizə Cəfərzadənin məzar daşına belə "Bakı-1501" romanından - 

Şah İsmayılın dilindən gətirilən "Sizə vəziyyətim: dilimizi, qeyrətimizi, Vətənimizi 

qoruyun" sözləri həkk olunmuşdur). 

Əzizə Cəfərzadənin "Xoş gördük, səyyah" adlı povestinin yenidən islənmiş və

genişləndirilmiş  variantı  kimi  oxuculara  təqdim  etdiyi  "Eldən-elə"  romanı  XIX 

yüzildə  yasamış  Azərbaycan alimi  və  səyyabi  Zeynalabdin  Şirvaninin  həyatından 

alınmışdır. Yazıçı həyatının otuz yeddi ilini səyahətdə keçirmiş olan bu görkəmli 

şəxsiyyətin  ömür  yolunu  vərəq-vərəq  izləmiş,  oxuculara  indiyədək  qararlıq  qalan 

bir  çox  məqamları  üzə  çıxarmışdır.  Etnoqrafik  detallarla  zəngin  olan  "Eldən-elə" 

romanında  İran,  Türkiyə,  Hindistan,  Pakistan,  Orta  Asiya, ərəb  ölkələri  haqqında 

verilmiş zəngin məlumatlar əsəri oxunaqlı edir. Romanda Zeynalabdin Şirvaninin 

həyatının  -  uşaqlıq  çağlarından  tutmuş  ömrünün  sonlarınadək  olan  dövrü  əhatə

olunmuşdur. Əsər baş qəhrəman Zeynalabdinin gəmidə səyahət edərkən Səudiyyə

Ərəbistanında  ölümü  səhnəsi  ilə  bitir.  Onun  arvadına  və  dostuna  da  vəsiyyəti 

ömürünü  büsbütün  yollarda  keçirmiş  bir  insanın  ideal  və  məramını,  romanın  isə

bədii qayəsini təşkil edir: 

"Vəsiyyət  yüngüllükdür, islamiyyətin qaydalarındandır, qulaq verin. Əvvəlinci 

və  axırıncı  ilk  yadigarımı  tapşırıram  hər  ikinizə,  kitablarım,  yazılarım...  bir  də

balalarım. Yazılarımı əmin yerdə saxlayın, yad əllərə düşməsin. Nəysə əminəm ki, 

gün  gələcək  onlar  insanlara  lazım  olacaqdır.  Yoxsa  heç  ömrümü  sərf  etməyə  - 

balalarımdan, səndən kəsib dünyanı dolaşmağa dəyməzdi. Can sizin, can yazılarım 

əmanəti.  İkincisi,  balalarımı  oxudun,  qoy  anlasınlar  ki,  elm  yük  deyil,  elə  bir 

xəzinədir ki, insanı afətlərdən qoruya bilər, həmişə düz yola dəvət edər". Onu da 

xatırladaq  ki,  əsərdə  Zeynalabdinin  yolda  ölməsi,  cəsədi  dənizə  atıldığından 

məzarının olmaması rəmzi məna daşıyır. 

Tarixi  mövzuda  qələmə  alınmış  əsərlərdən  biri  də  sənətkarın,  olümündən  bir 

qədər əvvəl yazdığı və türk şerinin peyğəmbəri Məhəmməd Füzulinin həyatından 

bəhs edən "Eşq sultanı" (2003) adlı romanıdır. 

Məlum  olduğu  kimi,  Füzulinin  həyatı  və  qeyri-adi  yaradıcılığı  beş  yüz  ildən 

artıqdır ki, söz dünyasını öz sehrində, cazibəsində saxlamaqdadır. Tarixin səhifəleri 

çevrildikcə bu milli şeir dühasının əsərləri daha artıq dərəcədə 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə