Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə14/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   10   11   12   13   14   15   16   17   ...   153

                                                                                                                                                  

34 


 

Yaxında dilmanc da yox idi, mütərcim də... Mahmud ağa günorta yeməyindən 

əvvəl  öz  otağında  kamanda  inləyən  Bayatı-şirazın  həzin  laylaları,  nalələri  altında 

xoş  bir  yuxuya  getmişdi.  O,  bir  az  sonra  tanrı  çaldığı  şur  sədaları  ilə  yuxudan 

oyanacaq,  günorta  yeməyinin  hazır  olduğunu  bilib,  qonaqları  mey,  məzə,  rəqs, 

musiqi və şeir məclisinə dəvət edəcək idi... 

Gəlin biz də heç bir şeylə kömək edə bilməyəcəyimiz cavanları ilk insanın dili 

ilə anlaşmaqda qoyub yolumuzu dəyişək... Başqa bir məkana, bizi maraqlandıran 

başqa insanların yanına gedək, görək onların taleyi nə yerdə qaldı... 

Orda bizi bir dəstə qız, ana torpağın yetirdiyi çiçəklər qədər incə, rayihədar bir 

qız dəstəsi gözləyir... 

GÖRÜŞ YERİ 

Qızlar bu gün paltarlarını yumaq, yuyunub arınmaq üçün özlərini çayın adam 

ayağından  uzaq  bir  guşəsinə  vermisdilər.  Buralarda  gediş-gəliş  yox,  gicələr  isə

dərin  idi.  Səhər  gün  istisi  qalxmamış,  Ədil  onları  bura  gətirmiş,  əmin-aman  yer 

olduğuna arxayınlaşıb, onlardan aralanmış, yaxındakı meşəliyin kölgəliyinə çəkilib 

palaz saldırmış, uzanıb yatmışdı... Qızlar deyə-gülə paltar yuyurdular. Sona, İzzət. 

Qəndi çaydakı iri çopur daşları kənara çəkib, paltarları bu daşların üstündə yuyur-

dular. Ağ gilabı suda islandıqca paltarların üstünə yayılır, köpüklənirdi; qızlar yaş

paltarları  çəngələyir,  daşa  çupır,  ovxalayır,  sonra  da  çayın  göz  yaşı  kimi  duru 

suyunda  yaxalayıb,  sahildən  aralı  kolların  üstünə  sərirdilər.  Sona  əlindəki  iri 

mələfəni yuduqca gözləri yol çəkirdi. Qəndi ona sataşdı: 

-Hə, nə əlində paltar dondun aaz... Gözün yol çəkir, deyəsən... 

-Hə, gözüm yol çəkir... 

-Səfərdən gələnin var? Sonanın səsi titrədi: 

-Kimim olacaq ki, sən bilməyəsən, a çoxbilmiş... 

Qəndinin  qələmiqaşları  quş  qanadı  kimi  qalxdı,  elə  bil  körpə  quş  uçacaqdı, 

birdən dayandı... İncə dodaqlarındakı xəfif təbəssüm qəh-qəhəyə çevrildi: 

-Hardan çoxbilmiş oldum? Hansını bilsəm də, sənin bircə sirrini bilmədim ki, 

bilmədim... 

 

 




                                                                                                                                                  

35 


 

- Mənim sirrimi? 

Qəndi  kəlağayısını  suya  çəkməklə  məşğul  olduğu  halda,  onlardan  göz 

çəkməyən İzzətə göz vurdu: 

-Bəs kimin? 

-Mənim heç bir sirrim-zadım yoxdu... Necə deyiblər? 

Pirdirəki pirivüz,  

Mən də sizin birivüz. 

-Elə  var!..  Elə  bilirsən  bilmirik  ki,  axır  vaxtlar  kimin  üçün  oynayırsan,  kimin 

üçün  ah-uf  eləyirsən?  Keçən  üzük  falında  kimin  üçün  üzük  salmışdın  suya,  a 

faqqı?! 

-Sən Allah bəsdi... 

Qəndi süzgün gözlərini bir az da süzdü. Sonaya sanki məhəl qoymadan söhbətə 

başladı: 

-Bilirsən, İzzət, iki adama gümanım gedir, amma hansıdı bilmirəm... 

Hamısından kiçik olmasına baxmayaraq, Sonaya daha çox yaxın olan Nisənin 

üzündə həyəcan duyuldu, elə bil ki, dostunun sirrinin açılmasını istəmirdi, amma 

gizləyə də bilmirdi. Sonaya yaxınlığını göstərmək arzusu bu hıssə qalib gəldi, uşaq 

sadəlövhlüyü ilə gülümsünüb dilləndi: 

-Amma mən bilirəm, bi-li-rəm... 

Sonanın qaşları çatıldı, qara gözlərindəki şəfqətlə Nisəyə baxdı, qıza acıqlana 

bilmədi: 

-Sən heççə şey bilmirsən, Nisə, gəl bu ağı apar sər. 

Nisənin  dolğun  dodaqlarındakı  təbəssüm  dərhal  soldu,  o  dostunun  səsindəki 

kədəri duymuşdu, dostu ondan narazı idi. Qız yaş balaqlarından su süzülə-süzülə

yerindən  qalxdı,  yumaqda  olduğu  balaca  köynəyi  çəngələyib  xışmaladı, 

yumurlayıb  onun  üçün  çanağı  əvəz  edən  daşın  üstünə  qoydu,  ürkək  addımlarla 

sevimli  müəlliməsinə  yanaşdı.  Sona  sıxılmış  mələfəni  Nisəyə  verəndə  gəlinin 

gözlərində  elə  bir  dərd,  elə  bir  ələm  var  idi  ki,  bu  gənc  qızın  nəzərlərindən 

qaçmadı, ağır daş kimi qəlbinə çökdü. Qız təəssüfləndi. Hələ heç bir şey deməsə

də,  sirri  vermiş  kimi,  cinayət  üstə  tutulmuş  uşaq  təki  dodaqları  büzüldü,  az  qala 

ağlayacaqdı. Onun bu halı Sonaya bərk təsir elədi, şəfqətlə şagirdinə baxıb yavaşca 

dedi: 

-Di yaxşı, amma bundan sonra böyük danışanda sən sus... 



-Yaxşı...  -  qız  burulu  mələfəni  alıb  açdı,  çırpdı,  qırışlarını  düzəldə-düzəldə 

qaramığ kollarının üstünə sərdi. 

 

 



                                                                                                                                                  

36 


 

İzzətlə Qəndi isə əl çəkmirdilər; xüsusilə Qəndi bərk maraqlanmışdı: 

-Aha,  torbada  pişik  varmış  ki...  bizim  xəbərimiz  yox...  Sən  Allah,  Nisə,  sən 

mənim canım, de görək bildiyin nədi? 

İzzət da ona qoşuldu: 

-Ayıb  deyil,  Nisə,  bizdən  neyşə  gizləyirsən?  Bu  gün  də  olmasa  sabah 

biləcəyik... bizim ki, bir-birimizdən gizlinimiz yoxdu... 

Qız  duruxub  durmuşdu,  amma  artıq  tərəddüd  etmirdi,  duraxması  da  özünü 

yamanca  yerdə  ələ  verməsinə,  ağzından  lazım  olmayan  söz  qaçırmasına görə  idi. 

İndi daha onu öldürsəydin də bildiyini heç kəsə deməzdi. Təkcə pərt olmuşdu ki: 

"Niyə mən bö'üklərin sözünə qarışdım?" Sona harayına gəlməsəydi, Qəndi ilə İzzət 

ondan əl çəkməyəcəkdilər: 

-Di  yaxşı, bəsdi,  əl  çəkin  uşaqdan... Axı  o  nə bilir, nə desin  sizə...  Paltarınızı

yuyun, gün suyu qızdırıb, nə qədər adam-zadyoxdu, çimək... 

-Aralığa söz qatma, niyə bizdən gizləyirsən?.. 

-Dedim ki, heç bir şey gizlətmirəm... Sona paltar yumağı bitirib durdu: 

-Nisə, gəl başıma su tök... 

Nisə  hələ  də  pərtltyin  təsiri  ilə  aram-aram  yerinden  qalxdı,  qazançada  gün 

altına  qoyulmuş  suyu  yaxına  çəkdi.  Sona  qara,  parlaq  hörüklərini  açdı,  mis 

piyalənin  içinə  iki  yumurta  çırpdı,  bir  az  su  əlave  edib  çaldı,  sonra  başına  töküb 

saçlarını yumağa başladı. Sonanın tələbi ilə Nisə, arabir mis piyalə ilə qazançadan 

ilıq su alıb onun başına tökürdü. 

Sona  saçlarını  yuyub  tağ  ayırdı,  narın  dişli  taxta  daraqla  daramağa  başladı. 

Onun üzündən, çənəsindən, saçtarından və dirsəyəcən çılpaq qollarından təmiz su 

süzülürdü. Tərdən təmizlənmiş, sudan sərinlənmiş başında bir yüngüllük duydu. O 

hər  iki  tərəfdən  saçlarım  hörüb  ayağa  qalxdı,  indi  hörükləri  onun  dizlərinəcən 

enirdi. Sona bu uzun hörükləri bir neçə dəfə başının ətrafına doladı, uclarını gətirib 

əmgəyinin  üstündə  düyünlədi,  ağ  güllü  al  sərqətfə  ilə  başını  bağladı.  İndi  artıq 

gülümsəyirdi,  elə  bil  ki,  bir  az  əvvəlki  kədər  də  üzündən  su  ilə  yuyulub  getmiş, 

qara  fəttan  gözlərinə,  qızarmış  yanaqlarına,  nəm  dodaqlarına  qızılgül  təzəliyi, 

tərliyi gətirmişdi: 

-Qızlar, gəlin çimək... 

Sona üst paltarlarını soyundu. Köynəyini və islaq dizliyini çıxarıb daşın üstünə 

atdı, bircə uzun, ərəbi donu xatırladan, nazik gecə köynəyində qaldı. Cəld cumub 

özünü giconun ən dərin yerinə saldı, tez-tez qol ataraq üzməyə başladı. Qızlar da 

gülüşərək ona qoşuldular. İndi 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə