Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə22/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   18   19   20   21   22   23   24   25   ...   153

                                                                                                                                                  

55 


 

Xəfıf işıq saçırdı. Divarlara bəzəkli tikmələr, urusu dəsmallar, pərdə başlıqları 

və bir neçə çərçivəli mənzərə şəkli asılmışdı. 

Otaqda dörd nəfər idilər. Ev sahibi Rza bəy, ağ bənizli, zərif simalı bir cavan 

idi.  Əynində  o  zaman  dəbdə  olan  gödəkcə  və  urusu  şalvar  vardı.  Dalğalı  qumral 

saçları  uzundu,  Şərq  adətinin  əksinə  olaraq  başını  qırxdırmırdı.  Üzündə  ziyalı

cavanlara  məxsus  incə  bir  nəciblik  sezilirdi.  Tez-tez  yan  otağa  keçir,  oradan 

kiminsə  ona  ötürdüyü  yemək,  içki  və  çay,  quru  meyvə  gətirib  mizin  üstünə

qoyurdu. Adətən təmkinli olsa da, indi hər bir hərəkətində sevinc duyulurdu, elə bil 

sevindiyindən özünə yer tapmır, qonaqlarına necə xidmət edəcəyini bilmirdi. Tez-

tez özü öz sözünü kəsib, girir-çıxır, bu hərəkətilə də dostlarının təbəssümünə səbəb 

olurdu. 


İkinci  adam  buraya  ilk  dəfə  gəlmiş  Mahmud  ağa  idi.  Ucaboylu,  nazik  bədən 

Rza  bəyin  əksinə  olaraq,  Mahmud  ağa  dolğun  və  bəstərək  idi,  əynində  sürməyi 

şaldan yaxşı usta əli ilə tikilmiş kostyum var idi. Buğdayı simasında ən çox nəzərə

çarpan bir cüt iri qara göz idi. Bu gözlərdə daima hər şeyə yetiklik edən, gülümsər, 

mehriban,  şux  və  şən  bir  gənclik,  həyat  eşqi  qaynayırdı.  Tez-tez  danışır,  şən-şən 

gülür, özünü çox sərbəst aparırdı... Belə görünürdü ki, dostunun müvəffəqiyyətinə

fərəhlənsə  də,  məclisdəkilərin  əksinə  bu  hadisələrə  o  qədər  də  böyük  əhəmiyyət 

vermir, buna da növbəti, maraqlı bir iş kimi yanaşırdı. Odur ki, onun Rza bəy və

başqa həmyaşlarına müraciətində bir üstünlük, nisbi bir laqeydlik duyurdu. Elə bil 

deyirdi: "Məni şən bir musiqi məclisindən ayırdığınız üçün sizdən incimirəm, sizə

hər  bir  kömək  eləməyə  hazıram,  təki  könlünüz  xoş  olsun,  dostlar,  təki  həmişə

kefiniz kök, damağınız çağ olsun". 

Üçüncü cavan Seyid Əzim idi. Şairin bütün geyimində, zahirində əsil şirvanlı

görkəmi  vardı.  Mahmud  ağa  və  Rza  bəyin əksinə olaraq  ülgüclənmiş  başına  dəri 

börk qoymuşdu. Otaq isti olsa da, adətinə görə papağını çıxartmamışdı. Ortaboylu, 

mütənasib  əndamım  qara  ləzgi  şalından  tikilmiş  çuxa  kip  tutmuşdu.  Ayaqlarında 

ağ-boz  şətəl1  vardı.  Geniş  alnı,  nazik  üzü, buğdayı  dərisi,  qara qələmi  qaşları  və

qara gözləri üzünə ağıllı, dərin düşüncəli bir ifadə verirdi. Nazik bığları və təzəcə

xətti onu yaşından bir az böyük göstərsə də, gözlərindəki sevinci gizlədə bilmirdi. 

Bu  gün  elə  bit  əsil  bayram  onun  idi.  Nə  olar,  qoy  bu  ilk  məktəbi  açmaq,  balaca 

həmyerlilərinə elm öyrətmək ona nəsib olmayıb. 

 

 




                                                                                                                                                  

56 


 

Nə olar, qoy bu işin müəssisi-dostu və can sirdaşı Rza bəy olsun! Nə eybi var, 

başlanğıcdır. Onun da növbəsi çatar, bu ilk təcrübədən o da payını götürər. Balaca 

həmvətənlərini  molla  Qurbanquluların  bitli-sirkəli  mollaxanasından,  yırtıq 

həsirlərin,  soyuq  hücrələrin,  cansıxıcı  çərəkələrin,  amansız  fələqqələrin  üzündən 

qurtarar,  qonşu  erməni,  malağan  uşaqları  kimi  onlar  da  təmiz,  işıqlı  uşqolda  bu 

dünyada  lazım  olan  elmləri  öyrənərlər.  Bu  dünya  dərdi,  gün  ruzusu  qazanmağın 

yollarını öyrənər, xoşbəxt olar, mollaxanada xəlfə və mollaya nökərçilik etməkdən 

qurtararlar.  Onların  da  əsil  kitab-dəftəri,  yaxşıca  məktəbi  olar.  Bu  məktəbi 

xidmətçi  qızdırar,  uşaqlar  hər  dərsə  gələndə  çantalarında  manqala  qoymaq  üçün 

daha kömür gətirməzlər... Qoy bu ilk təşəbbüs Rza bəyə qismət olsun, nə olar! O 

da  çalışıb bacardığı  bir  işlə  dostuna kömək elər.  Elə  indicə  Rza  bəy dediyi  kimi. 

Uşaqlar  üçün  öz  doğma  dillərində  nəzm  inşad  elər,  azı  onlar  anlamadıqları  fars 

mətnlərini  çətinliklə  oxuyurlar,  anlamırlar,  birinci  dəfə  onun  -  şair  Seyid  Əzimin 

mənzumələri  doğma  ana  dilindəki  dərsliyi  əvəz  elər,  uşaqlar  onun  yazdıqlarının 

üzü ilə elm, bilik, savad öyrənməyə başlarlar... Nə şirin xəyal, nə gözəl arzulardı

ki, həqiqətə çevrilməyə başlayır... 

Dördüncü cavan Tərlan idi. Bir neçə gün əvvəl Sona ilə görüşəndə onun çatma 

qaşlarına,  ala  gözlərinə  tamaşa  eləmişdik,  rəqqasə  Sonanın  sevgilisi,  elə  indi  də

məhəbbətdən xumar, təzə xəbərdən bəxtiyar bir hal keçirirdi. Onun da üzündə bir 

fərəh, bir sevinc vardı. Rza bəy bu gənc dostunu dəvət etmişdi ki, ondan yardım 

istəsin,  ona  təklif  etmişdi  ki,  əgər  istəsən  sən  öz  savadınla  mənə  kömək  eləyə

bilərsən, gələcəkdə şagird çox olsa, məktəbi böyüdə bilsək, yavaş-yavaş uşaqlara 

əlifba öyrətmək işində mənə köməyin dəyər. 

Rza bəy deyirdi: 

-Düzdü,  izin  almışam,  amma  yamanca  quru  yerdən  başlayıram,nədən 

başlayacağımı heç bilmirəm, siz gərək mənə yardım əli uzadasız... Birinci növbədə

cənab Mahmud ağa. 

Mahmud ağa ötkəmlə səsləndi: 

-Divan-dərə və pul, ianə toplamağa təşəbbüs - mənim öhdəmə, əlimdən gələn 

budu... 

-Bu  özü  elə  ən  birinci  vacib  məsələdi,  -  deyə  Seyid  Əzim  sözə  qarışdı,  -  elə

birinci çətinlik bina məsələsi, qaydalı kürsü, miz, mən də sizin kimi bunları urus-

erməni  məktəblərində  görmüşəm,  sonra  da  ki,  yazı  ləvazimatı...  bunlar  pula 

bağlıdı... 

Mahmud ağa sözə yenə də xitam vermək üçün tələsdi: 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə