Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə18/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   14   15   16   17   18   19   20   21   ...   153

                                                                                                                                                  

44 


 

Yüz min mehi-taban ola, könlüm səni istər.  

Ey xublərin şahı, könlüdür sənə talib,  

Aləm hamı xuban ola, könlüm səni istər. 

Qəzəl bitdi. Tərlan dedi: 

-

 



Ağa əvvəl söz verdi, mənə bir qəzəl yaza, ona deməmişdim kiminçün, amma 

özü o saatca başa düşdü, dedi, sənə elə bir qəzəl yazım ki,ceyranın kim olsa 

da, oxuyandan sonra səndən ürkməsin, üzülməsin yaxandan, nə desən, ləbbeyk 

desin. Hayıf ki, özü oxuya bilməyəcək. 

Dedim:  özü  oxuya  bilir,  dedi:  "Adə,  sən  gör  nə  xoşbəxt  adamsan  ki,istəklin 

oxumaq bilir? İndiki zəmanəmizdə bu böyuk nemətdi, bizim hec kişilərimiz əməlli 

oxuya bilmir..." Mən doğrudan da xoşbəxtəm,Sona, mənim Sonam. 

Gənc bu sözlərlə yenidən Sonanın əllərindən tutdu. 

Qəfil  tappıltı  səsi  hər  ikisini  ürkütdü,  qaranəfəs  gələn  Nisə  idi;  pörtmüşdü, 

qorxudan əsirdi, dili dolaşa-dolaşa dedi:- Meşədə yad adam var. Əvvəl at kişnərtisi 

eşitdim, elə bildim yoldan ötəndi, sonra hənirti də duydum, qaraltısın da gördüm, 

deyəsən bizi güdürlər... 

Mahnını qıran bu imiş... 

Sonanın  şirin  xəyalları,  qəfil  pozulan  yuxu  kimi  dağılıb  getdi,  yerində  real 

həyat, qorxu qaldı, bu dəfə özü gəncin əllərinə sarıldı: 

-

 



Ağa Tərlan, qurbanın olum, qaç get, qana çalxama özünü, bizi bir 

yerdə görən olmasın. 

Gənc tələsik: 

-

 



Məni gözlə, Sona, mən mütləq gələcəyəm... - deyib ehtiyatla gözdən itdi. 

Gənc,  sevdıyi  qızdan  ümid  dolu  inam  və  fərəhlə  ayrıldı,  "Gələcəyəm,  Sona, 

mütləq..." dodaqlarına bəxtiyar bir təbəssüm qonmuşdu, amma bilmirdi ki, amansız 

tale  ona  nə  hazırlayır.  Təkcə  kiminsə  onları  görüb  qaçmaqlarına  mane  ola 

biləcəyindən narahat idi. Görən isə olmuşdu. Həm də çoxdan: başqaları heç, amma 

bu gün Molla Qurbanqulunun onlara rast gəlməsi lap təsadüfən oldu. Bir neçə gün 

idi  ki,  molla  kəndə  getmişdi.  Mollanı  orada  vəfat  etmiş  bir  tanışın  malını  tərəkə

eləmək  üçün  çağırmışdılar.  Kənddən  xeyli  qazancla  qayıdan  Qurbanqulu,  yaman 

yorulmuşdu.  Vərəsələr  arasında  malı  təqsim  etməyə  xeyli  vaxt  getmiş  və  kişi 

bundan bərk əziyyət çəkmişdi. Uzun yolun zəhmətindən dincini almaq üçün özünü 

meşəyə  verdi.  Atdan  enib  heyvanı  yancidar  elədi  və  ota  buraxdı.  Özü  isə  çayın 

sahilinə enib əl-ayağını 

 

 



                                                                                                                                                  

45 


 

yumaq,  bir  az  sərinləmək  qəsdinə  düşdü.  Elə  bu  zaman  taladakı  ağac  altında 

əyləşmiş Tərlanla Sonanı gördü. 

-

 



Baho!.. Bu da cənab Hacının vələdi, çəngiynən kef-damaqda... 

Sən  ölməyəsən  yaxşıca  Hacının  evi  tikilib,  kişinin  halal  qazancı  gör  bir  hara 

gedir, kimə məsrəf olur... Yamanca özünü çəkirsən, Hacı, görək qırmızı qulluğuna 

bunu ərz eləyəndə nə deyəcəksən!.. 

Molla  Qurbanqulu  nə  qədər  çalışırdısa  gənclərin  nə  danışdıqlarını  eşidə

bilmirdi. Ehtiyatla özünü irəli vermək istəyəndə əmmaməsi kola ilişib düşdü, molla 

əyilib əmmaməni götürəndə üzüqoylu yerə yıxılıb ufuldadı. Nisənin eşitdiyi hənirti 

də  bu  idi.  Qız  özünü  saxlaya  büməyib  "vay"  elədi  və  qaçdı.  Molla  da  Nisəni  bu 

zaman gördü. 

-

 



Ay köpəyin qızı, güdükçüsü də varmış ki... 

O yerindən qalxdı, artıq güdməyin və gözə görünməyin mənasız olduğunu başa 

düşüb taladan aralandı, əl-ayağını yumağı da məsləhət bilmədi. "Bəlkə tanımadılar, 

Allah kərimdi, yoxsa indiki cavanları nə bilmək olar, boğazlar məni namərd oğlu, 

basdırar  meşənin  dərin  yerində.  Sonra  da  eşşək  gəti,  mərəkə  yüklə.  Yox,  yaxşısı

sağ-salamat aradan çıxmaqdı". O, atın cidarını açıb cəld mindi və götürüldü. 



MƏSLƏHƏT 

Hacı  Əsəd  oğlu  Tərlanın  Mahmud  ağa  məclislərinə  ayaq  açdığını  eşidəndə

əvvəl inanmamış, qulaq ardına vurmuşdu. Amma söz-sov getdikcə çoxalanda kişi 

narahat olmağa başlamış, bir neçə dəfə eyhamla oğluna söz qandırmışdısa da, bir 

şey çıxmamışdı. Axırda acığını arvadı Bircə xanımın üstünə tökmüşdü: 

- Bura bax, arvad, Allah bu gədəni doğan gündə qarnuvu cıreydi. Bu tuqi-lənəti 

mənim boğazıma keçirtməyəydin. Bax, sənə budu deyirəm, yığ küçüyün ayağını o 

xarabadan. Onun Mahmud ağa otağında nə ölümü var? 

- Nə bilim, ay Hacı, vallah mən elə eşidəndən bəri dəli-divana olmuşam, necə

kərəm danlayıb-dansamışam, uşaqdı, deyir nə olar, şəhərin bütün adlı cavanları ora 

gedir, mən gedəndə nə olar? 

Hacının gözləri qızdı: 

-

 

Vallah hər ikinizə qənim olsun. Başqası bir qələt eləyəndə, o da 



gərək eləyə? Ora gedənlərin hamısı səqərin dibində yanacaq... Eşitmirsən molla 

nə deyir? Bilmirsən, tar çalmaq da, ona qulaq asmaq da 

 

 



                                                                                                                                                  

46 


 

günahdı?  Hələm  o  bihəya  çəngiyə  baxmağı  demirəm...  Oğluvun  gözləri  kor 

olanda deyərəm sənə! Xəsrəddünya vəl axirə... Arvad qorxudan əsim-əsim əsdi: 

-

 



Ay Hacı, sən o getdiyin ağa, uşağa nifrin eləmə, valideyn qarğışı kəsərli olar, 

rəhmət qapısı açıq olar, dilim-ağzım qurusun, uşağıma sədəmə toxunar, - deyə

ağlamsındı. 

Hacı acıqlandı: 

-

Di  yaxşı,  yasxana  açma,  bəs  o,  ağvalideyin  olanda,  mənim  sözümə 



baxmayanda  mən  neynim?  Ağzıma  su  alım  oturum?  Ağa  Rəsulun,Hacı

Qədirin oğlanların görmür? Niyə onlara baxmır, özgədən təmşiyət götürür?.. 

Kişi  bütün  axşamı  deyindi.  Azandan  sonra  nökər  içəri  girib  Molla 

Qurbanqulunun  gəldiyini  xəbər  verəndə  deyintisini  kəsdi.  Ayağa  qalxıb  mollanı

qapıda qarşıladı: 

-

 



Buyur, buyur, axund ağa, xoş gəlib səfa gətirmisən. Keç içəri. 

Molla  Qurbanqulu  nəleyinlərini  qapıda  çıxartdı.  Hacının  ona  Məkkədən  pay 

gətirdiyi qara, nazik yun parçadan tikilmiş misri əbanın ətəklərini toplayıb otağın 

yuxarı  başına  keçdi,  Hacı  Əsədin  göstərdiyi  nimdərin  üstündə  əyləşdi.  Hacı  da 

onun yanında oturdu. 

-

 



Havalar  soyumağa  başlayıb,  Hacı  ağa,  bayırda  bir  sazaq  var,  deyirsən  çillə 

girib, amma hələ payızın əvvəl ayıdı. Bəli, əvvəl ayıdı. 

Hacı dedi: 

-  Bəli,  amma  gündüz  bazara  çıxmışdım,  hava  xeyli  isti  idi...  -  nökərin  sinidə 

gətirdiyi  çaylardan  birini  mollanın,  digərini  öz  qənşərinə  qoyub  nökərə  tərəf 

səsləndi: - Aaadə, Səfi, buxarını bir balaca qala. 

-Baş üstə, Hacı ağa, - deyə nökər çıxdı. 

-Hacı  ağa,  yanuva  bir  mətləbçün  gəlmişəm,  deyirəm  məsləhətləşək  səniylə... 

çün məsləhətli don gen olar... 

Hacı maraqlandı: 

- Buyuracaqsan, axund ağa! 

-  Hacı  ağa,  necə  bilirsən,  bu  cavanları  yolundan  eləyən,  onları  bəd  əmələ 

sürüyən nədi? Hə, nədi? 

-Vallah, nə deyim, sən özün də elə məndən yaxşı bilirsən, amma özün də yaxşı

bilirsən ki, zəmanə dəyişib, çox xarab olub dünya, axund ağa, əgər rəhmətlik xanın 

vaxtı  olsaydı,  bir  sahatın  içində,  gedələrdən  biriynən  sifariş  göndərib  hər  şeyi 

yerbəyer  elərdim.  Amma  indi...  Onun  dalı  böyüklərə  bağlıdı,  urusun  da 

məhkəməsi,  silisti  üzündən  açıq-açığına  bir  şey  eləmək  olmur.  Elə  cahılları  da 

yoldan çıxardan budu... 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə