Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə19/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   15   16   17   18   19   20   21   22   ...   153

                                                                                                                                                  

47 


 

Molla, Hacının şübhəli danışmasından razı qalmadı. O yaxşı bilirdi ki, Şirvanda 

Mahmud ağaya heç kəs dəyib dolaşa bilməz, elə onun özü də qazanc mənbəyi kimi 

qiymətləndirdiyi  Mahmud  ağa  ehsanlarından  az  bəhrələnmirdi.  O  bu  gün  buraya 

Mahmud ağa məsələsini həll etməyə gəlməmisdi, Hacı Əsəd nə qədər dövlətli və

arxalı  olsa  da  onun  Mahmud  ağa  kimi  adama  gücü  çatmazdı  və  bu  lazım  da 

deyildi.  O,  Tərlanın  çəngiyə  uymağını  da  Hacıya  öz  dili  ilə  çatdırmayacaq, 

"gördüm" deməyəcəkdi. Onun qurğusu ayrı idi. O Hacıdan da başqasının əli ilə o 

birisi qazanc mənbələrinə toxunmadan faydalanmaq fikrində idi. 

-Hacı ağa, məqsədim o deyil, bu urus evi yıxılmış axı bizim camaatı tanımır, 

bilmir  ki,  bura  necə  yerdi,  adamları  necə  adamdı,  hələ  bir  burda  öz  yerindəki 

məktəblərdən  də  açmaq  fikrinə  düşüb.  Cahıl-cuhul  qeyri  yerlərə  ayaq  açır,  gör-

götür  dünyasıdı.  Onlar  urus  dilini,təzə  məktəbi  neynir  axı?  Hazır  can  kimi 

mədrəsələrimiz  var,  öz  şəriətimizin  yolu  ilə  getsək  bu  bizə  kifayətdi,  kifayətdi, 

kifayətdi bizə... 

-Bəli,  doğru  buyurursan,  axund  ağa,  bizdən  təzə  urusu  məktəbə  uşaq  verən 

olmaz... 

-Verərlər,  Hacı  ağa,  niyə  vermirlər.  Şamaxıda  dindən-dondan  dönən  nə  qədər 

istəsən var, Allahın lənətinə gəlsin onları, odu ey, biri elə o Rza bəyi götür: deyirlər 

dünən  Tiflisdən  gəlib,  özü  bir  az  işto-pişto  öyrənib,  bəs  eləyib  ona,  gedib  bizim 

gomurnatın  yanına  təzə  üsuli-cədid  deyilən  bir  məkteb  açmağa  hökumətdən  izin 

alıb.  Mahmud  ağa  da  vəsatət  eləyib,  gomumat  ona  çox  inanır  axı,  xətrin  yaman 

tutur... 

-Nə danışırsan, axund ağa, mənim heç xəbərim yoxdu. 

-Bəli, bəli, elə indicə eşitmişəm mən də! Yanuva gəlməkdən başqa bir qərəzim 

də var idi. Elə dünəndən gələcəkdim, bu gün günorta namazından sonra cənabuvu 

məsciddə saxlamaq qəsdim var idi. Sonra fikirləşdim ki, Allah evi elə söhbətlərin 

yeri  deyiI.  Amma  bu  Rza  bəy  sözünü  eşidən  kimi,  daxı  duruş  gətirə  bilmədim, 

durub gəldim qulluğuna... 

Son  cümlələrdə  Hacı  Əsədin  dalağı  sancdı,  o  mollanın  nə  isə  pis  bir  xəbər 

soyləyəcəyini hissi-qəbləlvüqu ilə duydu, amma üzə vurmadı. 

-Əcəb eləmisən. Haçan gəlsən öz evindi... 

-Ev  yiyəsi  sağ  olsun,  Allah  sənə  Həcci-Əkbəri  dübarə qismət  eləsin,  inşallah, 

mərhəmətin artıqdı mənə, bilirəm... bilirəm... 

-Bahəm  inşallah,  imanın  kamil  olsun,  axund  ağa,  bəs  bu  məktəb  fəqərəsin 

kimdən eşitdin? 

-Cənab  İskəndər  bəydən,  Hacı,  çox  qabil  cavandı,  sən  onun  Mahmud  ağa 

məclislərinə getməyinə baxma, cavandı, amma orucu-namazı, 

 

 



                                                                                                                                                  

48 


 

ehsanı,  hər  bir  şeyi  öz  yerində  tutur...  Elə  mənə  bir  xoşagəlməz  xəbəri  də  o 

çatdırıb, bu barədə sonra qulluğuna ərz edəcəgəm... 

Yenə  də  Hacının  dərdi  zoqquldadı.  Amma  o  yenə  də  yetiklik  etmədi,  qəsdən 

soruşmadı, elə bil kişi qara bir xəbər eşitməkdən qorxurdu. 

-Qaldı  Rza  bəy...  deyir  o  da  Mahmud  ağanın  məclisinə  gedibmiş,  Seyid 

Məhəmmədin  oğlu,  naseyid  Əzimlə  bərk  dostdur  axı...  Hə,  deyir  çox 

söhbətləşiblər, təzə məktəbə izin olduğundan bərk sövünüşüblər. Əlqərəz, Mahmud 

ağa da bir xeyli məbləğ ianə buyurub. O lüt naseyid də söz verib ki, uşaqlar üçün 

nə isə cızma-qara eləsin... 

-Pah atonnan, mən bu Mahmud ağaya lap məəttəl qalmışam, deyən gərək, kişi, 

pulun  var,  ver  Allah  yoluna,  uşaq  oxutmaq  istəyirsən  -  ver  mədrəsəyə,  göndər 

Nəcəfül-əşrəf  tüllablarına,  yazıqlar  səhərdən  axşamacan  Allahın  kəlamı  üstündə

gözlərinin nurunu qoyurlar, bir öynə ac, bir öynə tox, qərib vilayətdə, qürbət eldə... 

-Onu da eləyir, Hacı, bunu da... Bilirsən, bu ağa bəy tayfası əvvəldən elə bir az 

özbaşına  olub,  dindən-dondan  çıxan  olub,  dövləti-qarun  qudurdub  onları;  digər 

tərəfdən,  mənim  ağam,  Mahmud  ağa  urus-erməniynən,  hökumət  adamıynan, 

gomurnatnan  oturub-durur;  eləməsə  olmaz;  bir  də  ki,  Şamaxının  bir  para  tayfası

çox  təzəpərəst  olur,  harda  bir  təzə  şey  dəb  düşdü,  gərək  hökmən  ondan  aldıra, 

yeməlidi – yeyə, geyməlidi - geyə, divara vurulmalıdı - asa divardan. Bu da təzə 

dəb şeydi. 

-Bəli, bu da dəbdən düşər inşallah... 

Molla  yerində  dikəldi,  qalanmış  buxarının  və  içdiyi  pürrəng  çayın  istisindən 

tərləmişdi.  Əmmaməsini  başından  çıxartdı;  ağ  araqçını  götürdü,  əba  altında 

geyməsinin cibindən yaylığı alıb alnını, tərtəmiz qırxılmış yöndəmsiz başını, uzun, 

pelə qulaqlarının ardını və qat-qat ət basmış boynunu sildi. Həna və rəngdən şəvə

kimi  parıldayan  bığ  və  saqqalını  tumarladı;  boğazını  artlayıb  vəzə  hazırlaşırmış

kimi hündürdən, xüsusi bir atəşinliklə Hacının sözünü kəsdi: 

-Xeyr,  xeyr,  Hacı  ağa;  o  yerəcən  çıxmağa  qoymaq  olmaz,  bu  körpəni  elə

beşiyində  boğmaq  lazımdı.  Əgər  ona  əl-ayaq  tutmağa  yol,vaxt  versən,  sonra 

qabağını heç almaq olmaz... Heç olmaz. 

Hacı  nədənsə  fikrə  dalmışdı,  söhbətdə  o  qədər  də  can-dildən  iştirak  edə

bilmirdi: 

-Bəs nə məsləhətdi? 

-Elə qulluğuva da ona görə tələsmişəm. Mən elə sabah sübh namazından fariq 

olan  kimi  məhəllə  mollaları  ilə  yığışıb  danışacağam,  sən  də,  Hacı,  Allahın 

köməkliyi ilə dost-aşna və hampalarunla söhbətləş, 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə