Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə27/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   23   24   25   26   27   28   29   30   ...   153

                                                                                                                                                  

68 


 

Şair  çuxasının  iç  cibindən,  ürəyinə  yaxın  yerdən  bir  qızılgül,  bir-iki  də

yamyaşıl, ətirli süsənbər yarpağı çıxartdı. "İlahi, o bunları cibində necə saxlayıb ki, 

əzilib solmayıb?" - düşünən Sona, dəmətciyi aldı, gül kimi zərif burnuna tutdu. 

-Bağışla, səhvin var, Ağa! Mən qızılgül hardan oldum? Olsa-olsa boynu bükük 

bənövşəyəm,  yaza  həsrətəra...  Ellərimizin  qızılgülü  isə  sənin  qəzəlindi...  Əgər 

mənə bircə qəzəl yazıb versən, həm də onu təkcə mənə versən, təkcə mənim üçün 

düzsən, onda xoşbəxt ollam. 

Şairin  ilhamı  coşdu,  bu  sözlər,  ah  bu  sadə  sözlər  ona  necə  dəruni  bir  təsir 

buraxmışdı. O özünü saxlaya bilmirdi: 

-Yaz, Sona, sənin üçün. 

Gülşənlər içrə gər açıla səd həzar gül, Sənsiz, gülüm, gələr gözümə nişi-xar gül. 

Seyid dedikcə qız qızardı, güclə çatdırırdı. Amma yazırdı. Qəzəl bitər-bitməz, 

Sona minnətdarlıq dolu gözlərini şairə dikib dedi: 

-Çox  sağ  ol,  Ağa,  bundan  böyük  mükafat  görməmişəm,  bundan  xoşbəxt 

olduğum gün də yoxdu. 

-Bundan  sonra  harda  bir  pəriçöhrəni  təsvir  etsəm,  bil  ki,  o  sənsən;  nə  zaman 

kuyi-dilbərdən söz açsam - bil ki, bu gün səninlə diz-dizə oturub söhbət etdiyim bu 

bəxtiyar dəqiqələri yadıma salıb yazmışam: 

Gərəkdi kim, sala hal əhlini bəlayə fələk,  

Verir həzar bəla mərdi-mübtəlayə fələk. 

Əgər ki, bir-birinə mebriban ola iki kəs  

Salar bəlavü qəmü fırqəti araya fələk... 

Şair ayağa qalxdı, Sona da durdu; indi onlar könlü qırıq, ruhu pərişan iki gənc 

idi ki, bir az əvvəl qəlbləri sevinclə, həmahəng çırpınan cavanlara bənzəmirdilər. 

Oğlan  əlini  bir  daha  qızın  saçlarında  gəzdirdi,  göz  yaşlarından  islanıb  alnına, 

yanaqlarına yapışmış çətir və birçəklərini kənar elədi: 

-Əlvida,  pərilər  soltanı,  inan  ki,  "Vəlleyl"'  zülfündən,  "Vəşşəms"



2

  üzündən 

başqa Quranım olmayacaq... 

-Bıy, nəüzənbillah... 

____________ 

1,

 



2

 Quran ayələrindəndir. Ərəbcə mənasına görə şair Sonanın saçlarını geceyə



(leyl), üzünü günəşə (şəms) bənzədir. 

 

 




                                                                                                                                                  

69 


 

-"Vermərəm  könlümü  bir  dilbərə  bundan  sonra"  -arın-arxayın  qal,  Sona!  Hər 

dəfə  rəqsüvə  baxdıqca  sənətinə  səcdə  edəcəyəm,  qaşların  qibləm,  kuyin  Kəbəm 

olacaq.  Sənə  səcdə,  sənin  övsafın  dinim,  imanım  olacaq.  Ömrümün  axırınacan, 

Sona!  Qəsəm  ol  xaliqə  ki,  səni  belə  ecazkar  yaradıb!  Əgər  ondan  sənə

dönmüşəmsə, qoy özündən küssün! 

Qız yenə qorxu içində diksindi. 

-  Səni  ki,  o  özü  yaradıb,  deməli,  istəyib  yaradıb,  bəyənib  yaradıb;  Allah 

istəyənə heç nə olmaz... Qorxub eləmə, Sona! "Bir şəm ki, Həqdən yana, heç bad 

ilə  sönməz!"  Sənin  şəmin  Allahdan  yanıb,  bir  tərəfdən  səndən  aldığının  əvəzinə

sənə elə bir qabiliyyət verib ki, sən insanlara səadət bəxş edirsən, bu, özü də böyük 

səadətdi. 

Qapıda  öskürək  səsi  eşidildi;  yuxusu  ərsə  çəkilmiş,  uzanan  söhbətin  məğzini, 

nəticəsini  bilməyən  Mütrüf    Ədil  həyətdə  var-gəl  edir,  qorxu  içində  ətrafı

dinləyirdi.  Bilmək  istəyirdi  ki,  görəsən  Ağanın  bura  gəlməyindən,  xudanəkərdə, 

xəber-ətər  tutan  olub,  ya  yox?  "Əgər  xəbər  tutublarsa,  öyümüz  yıxıldı.  Bura 

Şamaxı deyərlər, sabah toylarda, qız-yığdılarda, Fatma xanını bağındakı seyrlərdə

xanəndələr, Ağanın macərasına söz qoşub oxuyacaq, təzə şəbədə, şəki dolu mahnı

dilə-ağıza  düşəcək;  bazarda  "yağasər",  "sələb"  satanlar  da  bu  təzə  mahnını

oxuyacaqlar.  Şamaxılılar  təzə  xəbər  aşiqidirlər,  həm  də  bu  təzə  xəbərləri  mütləq 

şeirlə,  mahnı  ilə  yaymaq,  dinləməyi  sevərlər.  Yox,  şükür  Allaha,  deyəsən,  görüb 

eləyən  olmadı",  -  deyə  Mütrüf  Ədil  qapının  çəkməcəsini  keçirib  otağa  qayıtdı. 

Sona üzüqoylu nimdərin üstünə düşüb ağlayırdı. 

BƏST

1

 

Gecədən xeyli keçmişdi. Gözlərindən yuxu tökülən sazandalar evlərinə getmiş, 

otaqda  təkcə  Sona  ilə  Mütrüf  Ədil  qalmışdı.  Onlar  təzə  bir  oyun  havasını  məşq 

etməklə  məşğul  idilər.  Otağın  baş  və  ayaq  tərəfində  yanan  iki  onluq  lampanın 

işığında Sona rəqs edirdi. Mütrüf Ədil əlmdəki dəflə ahəng tutur və artıq qocalsa 

da,  anası  Gülzamanın  çənəsi  kimi  möhkəm  çənəsilə  oyun  havasını  çalırdı.  Sona 

rəqsin yeni yollarını, təzə hərəkətləri dönə-dönə təkrarlamaqdan yorulmurdu... 

' Şərqdə müqəddəs məkanlar, pirlər, məclislər, bəzən hətta xalqın xüsusilə hör-

mət  etdiyi  seyidlərin  evi  bəst-pənah  evi,  sığınacaq  yeri  hesab  edilmiş,  bu 

məkanlara pənah aparan heç kesə toxunulmamış, ° amanda olmuşdur. 

 

 



                                                                                                                                                  

70 


 

Qız  oynadıqca  onun  kölgəsi  divarlara  düşür  və  sanki  Sonanın  dövrəsində

onlarla xəyali rəqqasə firlanır, onun hərəkətlərini təqlidə çalışırdı. Hər ikisinin başı

rəqsə qarışmışdı. Bayır isə zil qaranlıq idi. 

Gecə  qorxunc,  gecə  sağır,  gecə  lal  idi.  Bu  təhlükəli  gecedə  Sonanın  başı

üzərində  koma-koma,  dəstə-dəstə  bulud  toplandığı  bir  zamanda,  onu  tək-tənha 

qoymayaq,  müdaxilə  edə  bilməsək  də,  görək,  tale  donuna  girmiş  xəbis  adamlar 

onun üçün nə qurğu qurub?.. 

Qapı  qəfildən  açıldı.  Dörd  nəfər  silahlı  cavan  otağa  soxuldu;  Ədil  xəncərli, 

tapançalı  bu  cavanlardan  tək  bircəsini  tanıdı.  Bu,  Qabıstan  düzündən  keçən 

karvanlara bəla kəsilmiş qaçaq Alış idi... 

...Hər  ikisi  donub  durdu.  Ədil  diz  üstə,  əlində  dəf  yerindecə  qalmışdı. 

Qorxusundan  gözləri  kəlləsinə  çıxmışdı:  "Evim  yıxıldı,  əlli  ildə  min  töhmətnən 

qazandığım  da,  bu qaniçənə qismət  olacaq.  Allah  sən  saxla,  -  deyə  düşündü, heç 

olmasa, sağ buraxa, deyməyə mənə". 

Sona da qorxmuşdu, amma onun qorxusu itirəcəyi qızılları, bəzək-düzəyi üçün 

deyildi:  "Ah,  özün  kömək  ol,  ya  həzrət  Abbas,  heç  olmasa,  biabır  eləməyələr, 

üzümün  suyunu  tökməyələr,  elə-belə  öldürələr  gedəm,  canım  cəhənnəm.  Ay 

Ağanın cəddi, sən kömək ol mənə". Bir anlığa Seyid Əzimin vida dəqiqələrindəki 

qəmli  siması  gözlərində  canlandı:  "Cəddin  mənə  qənim  oldu,  Ağa!  Nəfəsini 

yaxşılığa  açdınsa  da,  cəddin  üzümə  tüpürdü;  peyğəmbər  övladına  ağ  olmağın 

cəzasını  yaxşı  çəkdim.  Kaş  yesirin  olaydım,  sözünə  baxıb  dalıncan  düşəydim, 

tövbə-istiğfar  edib  kənizin  olaydım,  Ağa".  Sonra  da  Tərlanın  məyus  gözlərini 

xatırladı. Bir an, təkcə bir anda... 

-Hə, necəsən, ay arvad süfət? – deyə Alış, Ədilin üstünə bağırdı. 

-  Qaladan  qayıdanda  yaxşı  əlimə  keçmişdin,  yalvar-yaxar  eləyib,yaxovu 

əlimdən qurtardın... indi necesən, tülənmiş tülkü? 

Ədil kəkələdi: 

-Necə o... o... lacağam... a... ağa... z... dövlətindən. 

Alış güldü: 

-Dövlətim sənə qənim olsun, hələ camaatın oğul-uşağın yoldan çıxartmaqdan əl 

çəkməmisən, a bihəya? Ayə, sən də aduvu kişi qoymusan? Bax, o başıörpəkli çəngi 

səndən min babət yaxşıdır, o heç olmasa arvaddı, Allah onu elə zəlil yaradıb! Bəs 

sən nəsən, hə? Molla sənə deməyib ki, tövbə elə, əl çək bu işdən?.. 

-Ağa... b... başuva dönüm, ç... çörəyim ondan... ç... çıxır... n.... neynəyim... 

Cavanlardan biri əlini xəncərinə atdı: 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə