Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə23/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   19   20   21   22   23   24   25   26   ...   153

                                                                                                                                                  

57 


 

-Elə  qubernator  cənablarının  yanına  getməmişdən  əvvəl  də,  mən  Rza  bəyə

demişdim, ən əvvəl ianəni özüm verəcəyəm, qalanlarını da bir növ məcbur elərik... 

-Qaldı  dəftər-kitab...  hələlik  ilk-əvvəl  əlifbanı  öyrənənəcən  çərəkə  ilə

kifayətlənməli olacağıq, sonra az-maz oxumağa başlayanda öz türki dilimizdə olan 

şeir və lətifələrdən, hekayələrdən seçib oxutdurruq... 

Mahmud ağa yalnız indicə maraqlandı: 

-Yəni  elələri  var?  Mən  elə  bilirdim  ki,  bizim  dildə  təkcə  şeir  var,  qəzəl  var, 

vəssalam, qalanları fars dilindədi... 

-Xeyr  ağa, farsca  nəzm  və  elmi  kitablar  çox  olsa da,  türkicən  az-maz  da  olsa 

oxumağa  şey  tapılar...  Yoxsa  evimiz  yıxılardı,  təzə  kitablar  yazılanacan,  çap 

olunanacan neynərdik... 

Bayaqdan bəri susqun oturmuş Tərlan dilləndi: 

-Amma bir şeyi lap yaddan çıxardırsız; görək bizim bu məktəbə,bu təzə qaydalı 

məktəbə  kim  uşaq  verəcək?  Hansı  valideyn  öz  övladının  əlindən  tutub, 

mollaxananı  qoyub,  bizim  bu  əvvəli-axırı  bilinməyən,  kitabı,  dəftəri  tanınmayan, 

içində şəriət dərsi, molla dərsi olmayan məktəbə övlad verəcək? - onun gözləri yol 

çəkirdi,  elə  bil  atası  Hacı  Əsədi  gözü  ilə  görür,  sözlərini  qulaqları  ilə  eşidirdi: 

"Kafir çıxar ordan. Orda Quran oxudulmur, molla dərs demir, ora kim övlad usburt 

olar? Sonra da gedib başına Kərim bəyin oğlu kimi şilapqa qoysun,boynuna xalta 

taxsın, dindən dönüb urus olsun!". 

Dostlar da ona tərəf baxdı, hamısı sanki birdən-birə ən çətin məsələni yaddan 

çıxartdıqlarını düşünüb susdular. Sükutu Mahmud ağapozdu: 

-Bilirsiniz nə var, az-çox ziyalılarımız, təzəpərəstlərimiz həvəslə məktəbə uşaq 

verəcəklər.  Bəziləri  qubematorun  əmrilə  açılan  məktəbdən  imtina  etməyə  cəsarət 

eləməyəcək,  sizdən  də  lazımdı  ki,  tanış-bilişi  dilə  tutasız,  qapı-qapı  düşüb 

adamları,  dükan-dükan  gəzib  valideynləri    başa  salasız,  deyəsiz  ki,  məktəbi 

qurtaran  hökumət  qulluğuna,hesabdarlığa,  kargüzarlığa    gedə  biləcək,  çötkə

çəkmək öyrənəcək... 

Onda  tacir  tayfası  da  tərəfmizə  keçər...  İndi  isə  gəlin  bayramımızı  pozmayaq, 

bu  al  yanaq,  bal  dodaq  badədən  bir  piyalə  nuş  eləyək,  nə  qədər  ki,  görən,  gələn 

yoxdu, fürsəti fövt eləməyək... - O, qarşısındakı şüşəni alıb piyalələrə şərab süzdü. 

Tərlan piyaləni qaldırıb gülümsədi: 

-Dədəmin və bir də Molla Qurbanqulunun gözündən İraq, əgər bilsələr - mən 

öldüm! Rza bəyin məktəbi isə ömürlük boş qaldı! O saat 

 

 




                                                                                                                                                  

58 


 

aləmə səs salacaqlar ki, "O məşrəbidi, şərab istemal eləyir, ona uşaq ki verdiz, 

özü kimi sərxoşlar yetişdirəcək övladlarınızdan". 

Bu  sözə  şair  də  gulümsədi,  piyaləni  əlinə  alıb  baxdı,  xəfif  bir  təbəssümlə

gözünün bərabərinə qaldırdı, baxışlarını dostu Mahmud ağayı zilləyib dedi: 

-Elə  ona  görə  də  gizlin  adət  eləmədən,  az-az  və  xirədmənlərlə  nuş  etmək 

lazımdı badəni, necə ki, Xəyyam rəhmətüllah buyurubdu: 

Cər badə xori to ba girədməndan xor,  

Ya ba sənəmi - laləroxu xəndan xor,  

Besyar məxor, verd məkon, faş məsaz,  

Əndək xoru gah-gah xoru penhan xor.' 

...Qapıya dəyən zərbədən dördü də diksindi, başlarını çevirəndə Qapaqlı Hacı

Əsədi dəhşətli bir kabus şəklində qapının çərçivəsi arasında bitmiş gördülər. Kişi 

qeyzindən  qapqara  qaralmışdı,  hirsindət  boğulurdu.  Əlindəki  əsaya  dayaq 

vermişdi,  deyəsən  titrəyir,  güclə  ayaq  üstə  dururdu;  arxasından  nökərin  karıxmış

siması görünüdü. 

O, Rza bəyə baxıb kəkələdi: 

-Bəy, billah, Hacı macal ver-vermədi... 

Hacı kükrədi: 

-Hə,  indi  də  buranı  şərabxana  qayırmısız!  Mahmud  ağa  cənablarını  da  öz 

evində  tapa  bilmədim.  Bu  naseyidin  də  cəddi  üzünə  tüpürsün!  İrza  bəy,  sənin 

dədən-baban... Elə əvvəldən bəy tayfası xoşməşrəb olub, öz işinizdi. Yaxşı, mənim 

bu batmışımdan nə istəyirsiz, hə? 

-Ata!!! 


-Zəhrimar ata, çor ata, - Qapaqlı özünü saxlaya bilmədi, qolaylandı, əsanı düz 

oğlunun çatma qaşları, ala gözlərinin üstündən alnına endirdi, dostları əl yetirməyə

macal tapmadılar, kişi əsanı çomaq tək budayır, sağa-sola zərbələr endirir, Tərlanın 

əlindən  alınmasına  mane  olurdu.  Zərbələrin  çoxu  boşa,  havaya  gedirdisə  də,  qan 

Tərlanın üz-gözün bulayıb, aşağı süzülür, gözlərini örtür, görməsinə mane olurdu 

Tərlan əsla müqavimət göstərmirdi. O atasından nə desən gözləyə bilərdi: omı

söyər,  danlar,  evə  çatandan  sonra  döyə  də  bıler...  Amma  yoldaşlarının, 

həmyaşlarının, dostlarının yanında onu belə xar eləməz! 

_____________  

Şərabı ən arif insanlarla iç,  

Güllüzlü, nazənin cananlarla iç,  

Arabir, gizlicə, alışma az-az  

Meyin hörmətini qananlarla iç.'  

Tərcümə M. Müşfiqindir 

 

 



                                                                                                                                                  

59 


 

Amma  elədi  və  bu  indi  Tərlana  ölümdən  də  pis  gəlirdi.  Necə  də  olsa  doğma 

atası tərəfindən edilən bu ağır təhqir, Tərlanı elə çaşdırmış, qürurunu sındırmış, elə

xar-zəlil  eləmişdi  ki,  o  özünü  qorumur,  müdafiə  olunmur,  Allahdan  arzu  eləyirdi 

ki,  atası  onu  elə  bir  yerindən  vursun  ki,  bu  anda  ölüb  qurtarsın  və  bu  boyük 

təhqirdən sonra bir də dünya üzünə çıxmasın, onsuz da yer ayrılsaydı içinə girməyə

hazır idi. Mahmud ağa, Rza  bəy və Seyid Əzim birtəhər Tərlanı Hacının əlindən 

aldılar,  kişini  sakitləşdirmək  mümkün  olmurdu.  Deyəsən,  o  özü  artıq  elə

yorulmuşdu, gənclərə elə dərin bir nifrət bəsləyirdi ki, daha bir an da bu "xarabada, 

bu şər-şeytan yuvasında" qalmaq istəmirdi. 

-Yaxşı, əl çəkin yaxamdan! Dur düş qabağıma, heyvan, səninlə işim evdədi... 

-Hacı, yaxşı deyil, qoyun yarasın bağlayaq, sonra... 

Hacı nə qədər qəzəbli olsa da Mahmud ağa ilə münasibətini pisləşdirmək, ona 

ağır söz demək istəmirdi. Onun nüfuzuna bələd idi. 

-Lazım deyil, cənab Mahmud ağa, oğul mənimdi, necə istərəm elə də aparram... 

evdə bağlallar... 

Tərlan  da  bu  ağır,  xəcalətli  hadisənin  tez  qurtarmasını  istəyirdi.  Dostlarının 

yanından  getməyə,  onları  nahamvar  sözlər  eşitməkdən  xilas  etməyə  tələsirdi. 

Yaralarının  qanını  arxalığının  ətəyi  ilə  sildi,  qalxdı,  səntirləyə-səntirləyə  qapıdan 

çıxdı. Ata da onu müşayiət elədi. 

Otaqda  üçü  qalmışdı,  bir  az  əvvəlki  səliqə-sahman  pozulmuş,  bir  az  əvvəlki 

bayram  şənliyindən  əsər-əlamət  qalmamış,  gənclərin  üzünü  dərin  bir  kədər 

bürümüşdü; uzun sükutdan sonra Mahmud ağa dilləndi: 

-Heç bilmirəm bu hadisədən sonra sabah işə necə iqdam eləyəcəyik... 



PƏRİLƏR  SOLTANI 

Şair  Sonanı  unuda  bilmirdi...  Günlər  ötür,  günlər  həftələrə,  həftələr  aylara 

çevrilirdi... Şair Sonanı unuda bilmirdi. Gəlinin surəti yalnız tez-tez ziyarət etdiyi 

Mahmud  ağa  məclisində  deyil,  gündəlik  həyatında,  evdə,  bazarda,  məsciddə, 

yuxuda belə onun gözlərini, qəlbini tərk etmirdi... Şair Sonanı unuda bilmirdi. Bu 

vaxt ərzində o, Mahmud ağa ilə dostlaşmış, onun qonaq otağına gələn şeir, musiqi 

və  gözəllik  aşiqi  cavanlarla  həmqəlb,  həmsöhbət  olmuşdu...  Bu  məclislərdə  şeir, 

musiqi  və  gözəllik  haqqında  qoşduğu  qəzəllərini  oxumuşdu,  təhsinlər,  əhsənlər 

eşitmişdi, amma Sona ilə bir kəlmə də kəsməmiş, danışmamışdı. 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə