Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə21/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   17   18   19   20   21   22   23   24   ...   153

                                                                                                                                                  

52 


 

lazımdı. Zamın pulunu özü verəcək, varıdı, amma divan ayağında məni zamın 

qəbul  eləməzlər,  nə  mənquləm  var,  nə  qeyri-mənquləm'.  Bax,  oğluvu  xatadan, 

külfətini  şərməndəlikdən  qurtarmağın  əvəzinə  sənin  də  boynuna  Alışı  zamına 

götürmək düşür. Zamına götürmək. Hacı Əsəd rahat nəfəs aldı: 

-Allah sənin atana rəhmət eləsin... 

-Bə həm digər... 

Hacı fikirli-fikirli dilləndi: 

-Bura  bax,  axund  ağa,  sonra  təzədən  qaçaqlığa  qurşanıb  məni  divan-dərə 

yanında xataya salmaz ki?.. 

-Yox,  a  kişi,  onunku  pul-dövlət  idi,  o  ki  var  özün  tutub,  daha  yol  kəsməyi 

neynir  qurumsaq?  Gəlib  oturacaq  evində,  üzə  çıxandan  sonra,  məsciddə  tövbə

eləyəcək,  sonra  da  göndərərik  onu  kamali-ehtiramla  qəriblər  ağasının  qulluğuna, 

gedər  ziyarət  elər,  gələr, olar  mömin  müsəlman,  biz də  savab  yiyəsi  olluq ki, bir 

yolundan azmışı düz yola qaytarmışıq... 

-Bəli, yaxşı fikirdi... 

O barmağından əqiq üzüyü çıxartdı, mollanın əlini əlinə alıb,üzüyü onun çeçələ 

barmağına güclə keçirtdi: 

-Bu  sənin  xəbərin  üçün,  ağa!  Fitnə  yuvası  dağılandan  sonra,  inşallah  gedələr 

Qəmər dayı da gətirib bağlarlar qapına... inşallah... inşallah. 

Molla  üzüklü  əlini  kənara  tutub  aralıdan  baxdı,  sevə-sevə  baxdı,  sonra 

gözlərinin  önünə  tutub  yazını  bir  də  oxudu  "Allah-Məhəmməd",  dodaqları 

bərabərinə gətirib qaşı, yazılan öpdü. 

-Gözəl,  qiymətsiz  hədiyyədir,  çox  çağ  ol,  Hacı,  iltifatın  artıq  olsun,  -  dedi  və

sonra gəlişindən daha çox mənfəət qazanmaq məqsədilə sözünə davam etdi: 

-Bilirsən,  Hacı  övlad  atanın  belinin  qüvvəti,  dizinin  taqətidi.  Onu  niyə  yox 

eləyəsən,  canından  iraq.  Yaxud  niyə  gərək  o  firnə  yuvasını  sən  öz  əlinlə,  ya 

gədələrin əli  ilə  dağıdasan? Hə?  Məsələtün  də...  Hacı  adamsan,  qan-qadaynan  nə

işin var? Özünü niyə xətaya salasan? Hə? Məsələtün də... Qoy elə Alış eləsin, elə

bu da onun üçün savaba yazılacaq... Yazılacaq savaba... 

-Bəli... bəli... - Hacı sərpici qaldırdı, otağı zəfəranlı plovun ətri bürüdü, molla 

ağzının suyunu udub, cəld barmaqlarını düyünün içinə soxdu. 

 

 



                                                                                                                                                  

53 


 

-  Öz  aramızdı,  Bircə  bacının  plovunun  ətrini  heç  bir  yerdə  bişən  plov  ətrilə

qarışıq  salmaq  olmaz.  Allah  həzrət  Fatiməyə  bağışlasın,cənab  Zəhraya  kəniz 

versin, gözəl bişirir. 

Hacı: 

-Nuşcan olsun, - deyib arxayın-arxayın yeməyə başladı. Lakin kişinin Tərlana 



qarşı  qəzəbi  soyumamışdı.  Qəlbində  oğlunun  qarasınca  deyirdi:  "Üzümü 

sürtdüyüm  Həcərə  and  olsun,  bu  gecə  sənə  bir  toy  tutacam  ki,  qiyamətəcən  dadı

damağından getməsin,  bir  ay  yerində  dura,  o  məclisə  gedə  bilməyəsən,  nadürüst, 

məıni  bazar  camaatına  gülünc  eləmək,  mənə  şəki  bağlatmaq  istəyirsən,  a  küçük? 

Dayan, dayan,verrem cəzanı, hələ bir gəl çıx, görərsən..." 

Kişi,  demək  olar  ki,  nə  yediyini  bilmir,  yalnız  qonaq  xatirinə  əlini  süfrəyə

aparıb-gətirirdi. 

...Xörək  qurtardı,  Hacı,  nökər  Səfini  səsləməyə  hazırlaşanda,  molla  bir  daha 

pıçıltı ilə soruşdu: 

-İndi  mən  Alışa  ismarış  göndərim,  Hacı  qardaş,  razısan?  Qapaqlı  Hacı  Əsəd 

qəti qərar verdi. 

-Hə, razıyam... 

Molla gedəndən sonra Hacı Əsəd nə qədər çalışdısa, özünü sakitləşdirə bilmədi. 

Vaxt keçirdi, Tərlan isə gəlib çıxmırdı, kişi cin atına mindi. 

-Allahın lənətinə gələsən, oğul, bir parça halal çörəyimi də rahat zəhərlənməyə

qoymursan,  məni  bu  yaşımda  dindən-dondan  çıxartdın, dəxi  bəsdi! A gədə, Səfi! 

Səfi! 

-Bəli, ağa! 



-Çuxamı, börkümü bəri elə! 

Nökərin  çıxması  ilə  qayıtması  bir  oldu.  Hacının  qəzəbli  səsi  yan  otaqda  qab-

qazanla əlləşən Bircə xanımın canına üşütmə saldı, əli kəfgirli içəri girdi, kişinin 

harasa  hazırlandığını  görən  ananın  ürəyinə  qorxu  doldu,  ətli  yanaqları,  buxağı

titrədi, dolmuş gözlərinin ətrafındakı qırışlar dərinləşdi: 

-Bu bivaxt çağı hara, ay Hacı? Xeyir ola! 

-Cəhənnəmə-gora. Sizdən gələn xeyir düşmənə qismət olsun, budey, küçüyün 

hələ de gəlib çıxmayıb... 

-Gələr  də,  elə  dəmə-dəmdi,  sən  Allah  özünə  zəhmət  vermə,  hardan  gedib 

axtaracaqsan? 

-Gəzdiyi  xarabalardan.  Vallah,  ona  bir  üsul  biçəcəm  ki,  pişiyə  Əbülqasım 

desin... Dayan, hələ gəlib sənin də payuvu verəcəm!.. 

 

 



                                                                                                                                                  

54 


 

Anaya  elə  bil  cürət  gəldi,  kəfgiri  dala  tullayıb,  Hacının  geyməkdə  olduğu, 

amma  acığından,  haldan  çıxdığından  qolunu  tapa  bilmədiyi  çuxanın  ətəyindən 

tutdu, ağlar səslə yalvardı: 

-Səni and verirəm üzünü sürtdüyün Həcərə, balama sədəmə toxundurma! 

-Sənin də, balanın da belindən Həcər vursun, əl çək, binamus oğul doğmusan, 

cəzandı! Elə zılxın belə də qazanı olar. Elə onu əzizləyə-əzizləyə yoldan eləyən sən 

deyilsən?  Yəqin  haram  süd,  haram  tikə  dadızmısan  o  məlun  xəserəddünya  vəl 

axirəyə... 

Kişi arvadını yamsılamağa başladı, sözləri Bircə xanım kimi uzada-uzada dedi: 

-"Ay  Haci,  gözünün  ağı-qarası  bircə  balandı,  qoy  getsin  dərs  oxusun,  filan 

bəyin,  fılan  ağanın  balasından  geri  düşməsin..."  Allah  sənə  lənət  eləsin,  tacir 

babaydım, bir ərşinim vardı, bir xurcunum, bəsiydi... 

yox... buyur, bu da sənə oxumuş oğul! Belə oğul doğan ananın dədəsi tünbətün 

düşsün... 

Hacı  çuxanı  elə  zəhmlə  dartıb  çıxdı  ki,  arvad  üzüqoylu  yerə  yıxıldı.  İndi  o 

özünü  saxlaya  bilmirdi,  hönkurüb  ağlayırdı.  Elə  bil  yazıq  ana  balasının  başına 

gələcək  bütün  işləri,  fəlakətləri  irəlicədən  duyur,  onun  cənazəsi  üstünə  düşüb 

ağlayır, oxşayırdı... 

Hacı,  Tərlanı  axtarmağa  getdi.  Gəlin  biz  də  başqa  yerə,  ürəyimizə  bir  qədər 

fərəh gətirə bilən mənzilə gedək, görək gənc dostumuz haradadı, neyləyir. 

...Bu  axşam  şamaxılıların  "təzə  oxutmuş",  "Urus  İrza"  adlandırdıqları

ziyalılardan biri olan Rza bəygildə də məsləhət idi. Bu gün dostlar buraya yığılıb 

ilk qələbələrini bayram edirdilər. Bir neçə gün idi ki, Rza bəy Tiflisdən icazənamə

ilə qayıdıb gəlmişdi. Ona Şamaxı şəhərində ikiillik ibtidai, yeni qaydalı bir məktəb 

açmağa  icaze  vermişdilər.  Yerli  "tatarlar"  üçün  açılacaq  bu  məktəbin  necə

olacağını hələ otaqda oturanlardan heç birisi əməlli bilmir, yaxşı təsəvvür etmirdi. 

Amma, hər halda, bu kiçik qələbə böyük bayrama çevrilmişdi. Bu gün Rza bəy öz 

dostlarını başına toplamış, yeni məktəb üçün onlardan məsləhət və kömək istəyirdi. 

Geniş,  səliqəli  mənzil  yarı  Şərq,  yarı  avropasayağı  bəzənmişdi.  Döşəməyə

babət  xalı  və  palazlar  döşənmiş,  divar  boyu  nündər  və  mütəkkələr  düzülmüş,  bir 

küncdə  isə  ayaqları  naxışlı  dəyirmi  miz  qoyulmuşdu.  Mizin  ətrafında  dörd  kürsü 

vardı. Üstündəki otuzluq lampa 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə