Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə20/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   16   17   18   19   20   21   22   23   ...   153

                                                                                                                                                  

49 


 

qoy heç kəs bu govur oğlunun açdığı məktəbə uşaq verməsin, kişi, bəyəm biz 

görmürük bunun axırını? Görmürük bəyəm? Hacı dedi: 

-Baş üstə, axund ağa, elə sabah bazarda dükan otağına tacir və əsnaf tayfasını

çağırtdırıb məsləhətləşərik və sənin də sözlərivi onlara yetirrəm. 

Molla bir qədər aramla dilləndi: 

-Bilirsən, Hacı, padşah yer üzündə Allahın kölgəsidi. O kafir də izni padşahın 

qoyduğu gomumatdan alıb, odu ki, sən elə çox hündürdən danışma, nə özüvün, nə

də  mənim  adım  olmasın.  Qoy  işi  asta  görək,  usta  görək.  Yoxsa  bu  uruspərəstlər 

hökumətə xəbər çatdırarlar ki,guya filankəslər padşahın fərmanı əleyhinə çıxıblar, 

Gomurnatın  qulağına  çatar,  niyə  gərək  cəncəl  olsun...  bizdən  görsün,  incisin? 

Yaxşısı budu elə əlaltından... əlaltından yaxşıdı. 

Hacı razılaşdı: 

-Bəli, yaxşı məsləhətdi... Əlaltdan... 

-Hə,  hə,  el,  qara  camaat  küyə  düşsün,  sən,  mən  neyniyəcəyik?  Nə  sənin 

məktəblik  uşağın  var,  nə  mənim...  Bizim  çalışmağımız  öz  şəriətimiz  üçündü, 

camaatın  balaları  üçündür  ki,  dindən-dondan  dönməsinlər...  Ağvalideyin 

olmasınlar...  Odi  ey,  təzə  cavanlarımız  hələ  təzə  məktəb  oxumayıb,  gör  bir  nə

hoqqalar  düzəldir,  nə  pəstahalar  açırlar.  Gündə  hər  bağda  tar  məclisi,  hər  bulaq 

başında  şeir  məclisi,  az  qalıb  ki,  hər  ev  də  çəngi  məclisinə  çevrilsin...  Balam 

çevrilməsin?.. 

Hacının ehtiyat etdiyi, eşitmək istəmədiyi söhbət başlandı. O heç bir şeylə də

bunun  qarşısını  ala  bilməyəcəkdi.  O  ürəyində  Allaha,  getdiyi  Kəbəyə,  üzünü 

sürtdüyü Həcərə yalvarırdı ki, Tərlanla bağlı yaman bir xəbər eşitməsin. Qəlbinin 

ən  dərin  bir  guşəsində  Tərlanın  öz  yeri,  öz  məhəbbəti  var  idi.  Kişi  atalıq 

məhəbbətinin  bütün  qüvvəsi  ilə  bu  mövqeyi  qoruyurdu,  lakin,  buna  baxmayaraq, 

Tərlanın  ölümünə  razı  olardı,  şəriətə  müxalif  iş  tutmasına  razı  olmazdı.  Molla 

Qurbanqulu  Hacını  qızışdırmaq,  vuracağı  zərbəni  daha  kəskin  etmək  üçün  bir  an 

durdu, yerini daha da rahatladı, boğazını bir də artlayıb sözə başladı: 

-Hacı  ağa,  bu  gunlərdə  yəni  beş-altı  gün  irəli  iraq  olsun,  bir  yaman  xəbər 

eşitmişəm, vallah, elə bəddi ki, heç dilim də varmır. Əvvəl heç inanmadım, amma 

sonra təhqiq öyrənib, əmin oldum, indi Hacı qardaş, gərək çarəsini eləyək... eləyək 

gərək çarəsini... 

Hacının həyəcanı artdı: 

-Allah, sən saxla, nə bəd xəbərdi? 

 

 




                                                                                                                                                  

50 


 

-Qısası, Hacı qardaş, sənin oğlun Tərlan o çəngi Sonaya bənd olub. Bəli, bəli, 

bəli... olub. 

Hacı yerində dikəldi: 

-Bu ola bilməz, axund ağa, ola bilməz! 

Molla Hacının çiynindən basdı: 

-Hövsələ elə, Hacı ağa, olub, çox hayıf ki, lap düz, səhih xəbərdi. 

Bir on-on iki gün irəli onları meşədə görən olub. Dedim özgədən eşi- 

dənəcən, qoy özüm deyim sənə... Axı çörək kəsmişəm evində, ehsan 

qapın üzümə açıq otub... açıq olub. 

Hacı yenə qalxmaq istədi, qəzəblə köpürdü: 

-Doğraram  o  it  küçüyünü,  bircə  bu  qalmışdı  ki,  şamaxılıları  mənim  üstümə 

güldürsün... 

Molla yenə də Hacının çiynindən basdı: 

-Dedim ki, səbr elə, "əsəbrü miftahül fərəc", səbir fərəc qapısının açarıdı, Allah 

səbir edənləri dost tutub. 

Hacı  "fərəcin  qapısını"  tanımırdı,  özünü  zorla  saxlayır,  hirsini  güclə  udurdu. 

Molla isə elə bil Hacının ürəyini xırda-xırda doğrayır, aram-aram şişə çəkirdi... 

-Xuda nə kərdə, doğramaq neyşə?.. Hələ ki, iş təzə başlayıb. 

Çarəsi tapılar... Tapılar çarəsi... 

Hacının gözləri qanla doldu: 

-Daxı nə çarə... 

-Xeyr,  xeyr,  naümid  olma...  Allah,  dərd  verib,  dərman  da  verib...  verib 

dərmanın. 

-Bağrım çatladı, axund ağa, məsləhətüvü, çarəni de... 

-Xuda nə kərdə, bağrun niyə çatlasın? Qoy düşmənlərüvün bağrı çatlasın! Sənə 

mən,  Hacı  qardaş,  bəd  xəbərnən  şad  xəbər  də  gətirmişəm...  Necə  deyərlər,  bir 

əlimdə od, bir əlimdə su, bir əlimdə dərd, birində dərman gəlmişəm. 

Hacı hirsini boğmağa çalışdı: 

-Allah imanuvu kamil eləsin.,. -Bəhəmdigər... 

-Bəs çarə... 

-Hə,  -  molla  dəstərxan  salan  nökərə  işarə  ilə  Hacıya  müraciət  etdi,  -  bu  saat, 

səbr elə, qoy bir şam eləyək. 

Hacı qəzəbli olsa da anladı ki, molla nə isə gizli bir söz deyəcək və bu sözün 

nökər tərəfindən eşidilməsini istəmir. Nökər səfi isə aramla  

 

 




                                                                                                                                                  

51 


 

süfrəni saldı, Üstü sərpinclə örtülü plov sinisini, xuruş, ovşara və digər lazımi 

şeyləri dəstərxana düzdü, toyuğu parçaladı, "nuş can, ağalar" deyib çıxdı. O qapını

kip  örtüb  getdi.  Yaxşı  təlim  görmüş  nökər  idi  Səfı,  o  ağasının  gizli  məşvərət 

apardığını başa düşdüyündən indi içəriyə hec kəsi buraxmazdı. 

Hacı  mehmannavazlıq  vəzifəsini  əda  eləmək  məqsədilə  əqiq  üzüklü  əlini 

sərpincə  uzadanda,  Molla  Qurbanqulu  əlini  onun  əlinin  üstünə  qoydu;  ərkyana 

dedi: 


-Sərpinci  götürmə,  Hacı  qardaş,  təamımız  soyuyar.  Söhbəti  sonraya  qoya 

bilmərəm, bilirəm ki, boğazından tikə getməyəcək... gəl bir şərt kəsək.., - mollanın 

gözü, üzərində "Allah-Məhəmməd" sözləri həkk edilmiş əqiq üzükdə idi. 

-Nə şərt? 

-O şərt ki, əgər çəkdiyim çarə döşünə düşsə, xata səndən sovuşsa, bu qiymətli 

əqiq üzük mənə müjdəlik olsun. 

Hacı yumşalan kimi oldu: 

-Qurbandı  sənə,  axund  ağa,  əgər  xəta  evimdən  uzaq  olsa,  üstəlik  sənə  bir 

Qəmər day da bağışladım... Amma tez ol, bağrım çatlayır... 

Mollanın gözü parıldadı; "xuda nəkərdə"ni unudub dedi: 

-Allah razı olsun, sənə dövləti-İbrahim kəramət eləsin. Mən heç razı ollam ki, 

sənin  külfətüvə  sədəmə  toxuna...  Məsələ  belədi,  bir  üç  gün  bundan  əvvəl  qaçaq 

Alış yanıma gəlmişdi gecə. 

Hacı səbirsizliklə soruşdu: 

-Onun bu işə nə dəxli var? 

Molla səsini bir qədər alçaltdı: 

-Bu saat, səbir elə, Alış deyir ki, üzə çıxmaq istəyirəm, mənə kömək elə. Özün 

də bilirsən ki, divan-dərəyə o qədər zəhmet verib ki,üzə çıxması çətin işdi. Mən də

onuynan  şərt  kəsdim  ki,  o  fıtnə  yuvasını,  mütrif  Ədilin  evini  dağıtsın,  o  Sonadı 

nədi, o çəngini də aradan götürsün, onda kömək elərəm, "elərəm" deyir. 

Hacının ürəyi qismən sakitləşdi: 

-Yaxşı, burda mənim boynuma nə düşür? 

Molla səsini bir qədər də alçaltdı, lap pıçıltıya keçdi: 

-Bilirsən,  Hacı  qardaş,  bu  iş  bütün  müsəlman  cavanlarını  xilas  etmək  üçün 

böyük  savab  qazanmaq  deməkdi,  bir  tərəfdən  də  sənin  balan  dinməz-söyləməz, 

çəngi  aradan  götürüləndən  sonra,  çəkilib  oturacaq  evində.  Sən  arxayın,  hamı  da 

arxayın. Alışı zamına götürmək 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə