Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə28/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   24   25   26   27   28   29   30   31   ...   153

                                                                                                                                                  

71 


 

-Ay səni sağ yeməyəsən o çörəyi, zəhərə dönsün o əppək... binamus... Alış ağa, 

izin ver gəbərdim getsin, Allaha xoş gedər... 

Alış acıqlandı: 

-Yox, ayə... Ağa Səməd, sən ölmə, özüm ölüm, gərək bunu burada bir zurnasız 

oynadam,  qabırğalarını  xəncərin  ucuynan  o  ki  var  qıdıqlayam,  sonra  gəbərdəm. 

Özü də öz əlimnən. Sənə də, bax, o nazəninsənəm, firiştə-küftarı bağışladım, get, 

nə bilirsən elə... 

Ağa Səməd narazı halda əlini şiş bığlarına çəkdi: 

-Mən zənən xaylağına əl qatdırım? 

-Ayə,  o  arvad  nöşün  oldu,  o  çəngidi...  Get  işində  ol...  -  deyə  Alış  yenidən 

Mütrüf Ədilə tərəf döndü: 

-Çox  cavanları  bu  çəngilərin  əliynən  yoldan  çıxartmısan,  Mütrüf  köpək  oğlu! 

Səni  öz  əlimnən  boğub  gəbərdəcəm.  Xəncərimi  sənə  vurub,  bişərəf  qanına 

bulamaram... Dur gəti görüm dür-düyünündə nəyin var, hə!.. Di tərpən... - o uzun 

xəncərin  ucu  ilə  Ədilin  böyrünə  toxundu.  Ədil  əsə-əsə  sandığına  tərəf  süründü, 

sözünə  baxmayan  titrək  əllərilə  ciblərini  axtardı.  Sonra  yadına  düşdü  ki,  açar 

boynundan asılıb, əlini köynəyinin boğazına atıb açarı çıxaranda Alış bir qəhqəhə

sovurdu: 

-Ay  biqeyrət,  açan  ordan  niyə  asmısan?  Hə  də,  arvaddan,  mütrüfdən  nə  baş

verər bundan artıq... 

Ədil sandığı açdı, qıfil incə bir melodiya çaldı və otaqdakı qorxunc sükut içində

qeyri-təbii  səsləndi.  Ədil  sandığın  içinə  əyilib  naxışlı  pul  kisələrini  və  qiymətli 

şeylər toplanmış düyünçələri çıxartdı. Alışa uzatdı: 

-Baş...şına  dönüm,  ağa,  al,  halal  xoşun...n...  o...olsun,  sən  həzrət  Abbas, 

öldürmə məni, məni çövür o cavanların başına, cavan Əliək-bərə bağışla... 

-Kəss... naxələf, nadürüst, səni öldürmək ən böyük savabdı ki, ömrümdə birinci 

dəfə  it  öldürüb  savab  qazanacağam.  Ayə,  Ağa  Əli,  Ağa  Hüseyn,  gəlin  tutun  bu 

çəngibasının əl-ayağını, əl-ayaq çalıb yorar məni, qoymaz işimi görəm... 

Onun arxasında duran cavanlar "vay dədəm vay" deyib qışqıran Ədilin üstünə

cumdular.  Ədil  özünü  Alışın  ayaqları  altına  atıb  palçıqlı  çarıqlarından  öpməyə, 

yalvarmağa başladı: 

-Ağa,  sən  imam,  sən  Allah,  ağa,  bağışla,  qələt  eləmişəm,  əldən  burax  məni, 

çıxım gedim burdan, bir də qələt elərəm, günah iş tutmaram... 

Alış ayağını Ədilin əllərindən dartıb ayrılmağa və boğazından tutmağa çalışırdı, 

əyilmişdi, qan üzünə vurduğundan tərləmişdi, alnı qızarmış, islanmış, gözləri qan 

çanağına dönmüşdü: 

 

 




                                                                                                                                                  

72 


 

-Kəs,  məlun,  sənə  çox  deyiblər,  haçan  qulaq  asmısan?  Molla  sənə  nə  qədər 

nəsihət eləyib, birinə baxmısan? 

Ədilin  əli  hər  yerdən  üzüldü,  Ağa  Əli  ilə  Ağa  Hüseyn  onun  qıçlarını  və

qollarını boğmuşdu; Alışın barmaqları boğazına keçəndə, o ömrünün başa çatdığını

anladı; son nəfəsdə mütrüfə sanki bır anlıq cürət gəldi; bağırdı: 

-Heç sən özün də məndən fərri deyilsən, yolkəsən, qaniçən quldur... Sənə də az 

tövbə verməyiblər... 

Ədil  xırıldadı,  onun  rəngi  boğuldu,  göyərdi,  səsi  kəsildi.  Dili  ağzından  çıxdı. 

Alış isə hələ də onun boğazını sıxmaqda davam edirdi, barmaqları açılmırdı: 

-Ay  əclaf,  arsız.  Mən  sarı  urusun  yolun  kəsib  qaçaq  olmuşam,  din,şəriət 

yolunda güdaza getmişəm, lənətlik... 

...Sonanın  vəziyyəti  Ədilinkindən  yaxşı  deyildi.  O  elə  bil  ayaq  üstündə

ölmüşdü.  Danışa,  yalvara  bilmirdi:  vuruşmaq,  didişmək  bacarmırdı.  Qarşısına 

yeriyən bu qamətli, boy-buxunlu, beli xəncərli, qaraqaş, qarabığ, gözləri qızarmış

cavan, əlinin yüngül bir zərbəsi ilə o zərif məxluqu yıxıb öldürə bilərdi. Sonanın ağ

ipək  köynəyi  altından  tez-tez  qalxıb  enən  köksündə  ürəyi,  bala  serçə  ürəyi  kimi 

çırpınırdı. Cavan qaçaq yaxınlaşdıqca Sona geri çəkilirdi, beləliklə onlar otağın baş

tərəfınə  -  lap  divarın  dibinəcən  getdilər.  Arxası  divara  dəyəndə  Sona  çırpındı, 

qəfəsdəki bülbül kimi həzin-həzin nalə elədi: 

-Qardaş, qurbanın olum, vuran əlüvə qurban olum, öldür, qanım halaldı sənə, 

amma  namussuz  eləmə  məni,  o  dünyada  həzrət  Fatimə  qulluğunda  ətəyindən 

yapışıb şikayətələrəm... 

"Namus"... Çəngi dilindən eşidilən bu söz oğlana gülünc göründüsə də, birdən-

birə  üç  şey  ona  qalib  gəldi:  əvvələn,  o  qızın  gözəlliyinə,  incəliyinə  heyran 

olmuşdu, bu gözəl çiçəyi qırıb atmağa, bu xınalı kəkliyin nəfəsini kəsməyə, körpə

ceyranın  gözlərini  yaşartmağa  əli  gəlmirdi.  Digər  tərəfdən,  Ağa  Səməd  Allahdan 

qorxan  gənc  idi,  qadın  ona  elə  bir  and  vermişdi  ki,  o  bu  anddan  keçsə,  arvad 

xaylağına  əl  qaldırsa,  əbədilik  özünü  günahkar  sayacaqdı.  Üçüncü  tərəfdən,  Ağa 

Səməd namus əsiri bir cavan idi. O yer üzündə namusu hər şeydən üstün tuturdu. 

Qarşısındakı çəngi olsa da, namusu üçün əsir, ölümündən qorxmurdu. Əgər Sona 

diz  üstə  düşüb  Ədil  kimi  onun  ayağından  öpsəydi,  nə  olursa  olsun  sağ

buraxılmasını  xahiş  etsəydi,  Ağa  Səmədin  əli  titrəməz,  dərhal  Sonanı  öldürərdi. 

Halbuki, Sona ölümü namussuzluqdan üstün tutmuşdu. Bu üç səbəbə görə də Ağa 

Səməd Sonanı 

 

 




                                                                                                                                                  

73 


 

öldürmədi, ona əl belə uzatmadı, başı Ədilə qarışan Alışa tərəf ötəri nəzər atıb 

pıçıldadı: 

-Yıxıl yerə, Sona, özünü ölülüyə vur, səhər gizlin şəhərdən itil,yoxsa Alış bilsə

səni sağ qoymuşam, derüvə saman təpər. 

Sona  əvvəlcə  inanmadı,  sonra  gəncin  gözlərinə  baxıb  onun  doğru  danışdığını

anladı, böyrü üstə yerə sərildi, onsuz da güclə ayaq üstə dururdu... 

...Alış  qalxdı.  Artıq  Ədilin  nəfəsi  tamamilə  kəsilmişdi.  O,  əllərini  çuxasının 

ətəklərinə  sildi,  yerə  düşmüş  papağını  Ağa  Hüseyndən  alıb  başına  qoydu,  Ağa 

Səmədə tərəf döndü: 

-Hə... sənin işin nə oldu? 

Ağa Səməd dik onun gözünün içinə baxıb saymazca dedi: 

-Deyəsən, qorxudan ürəyi partlayıb; heç əl vurmanuş o dünyalıq olub... 

Alış ucadan güldü: 

-Baxtun  işləməyib,  neyləmək  olar. Qalsın  gələn  səfərə...  Hə,uşaqlar,  tez  olun, 

əkilək, Hacıya muştuluğa. Biz əhdimizə vefa eləyib fıtnə yuvasını dağıtdıq. 

Onlar tələsik otağı tərk etdilər. 

Qan olmuş, meyit düşmüş bu evdən qanlı bir dəstə çıxırdısa da, yerdə qan izi 

görünmürdü. 

...Sona  yerindən  qalxdı,  taqəti  kəsilmiş  dizlərini  ovuşdurdu:  "Hara  gedim, 

Allah,  kimə  üz  tutum?  Bu  göy  çadır  altında  kimim-kimsəm  yoxdu.  Nə  ata,  nə

qardaş,  nə  ana!  Kimin  qapısını  döyüm,  kimdən  imdad  istəyim",  -  deyə  düşündü, 

əvvəlcə  ağlına  Mahmud  ağa  gəldi:  "Əl  tutar,  qoruyar  məni  bu  bəladan,  ürəyi 

nazikdi, dərdimi deyərəm çarə elər mənə". Sonra fikrini dəyişdi: "Yox, orda hamı

məni tanıyır, hamı bilir ki, mən kiməm, o saat səs hər yerə yayılacaq. Alış xəbər 

tutub biləcək ki, sağam, ölməmişəm. Yerin təkində də məni gizlətsələr, tapıb axı-

rıma çıxacaq. Yox, bu olmaz, gərək heç sağ qalmağım yerli-dibli bilinməsin, yoxsa 

o cavanı da bədbəxt elərəm. O məni binamus eləmədi. Mənə əl vurmadı. Gərək elə

eləyim  ki,  onun  adı  heç  yerdə  çəkilməsin,  izim-tozum  bilinməsin.  Təki  o  sağ

qalsın". Alışın qan sağılmış gözləri yadına düşəndə Sona ağrılarını unutdu, hövlnak 

yerindən  durdu:  "Əvvəl  bu  qan  ocağından  uzaqlaşım,  sonra  de  görüm  başıma  nə

çarə qılıram". 

İlk  xoruz  banı  eşidiləndə,  Sona  cəld  yerindən  qalxıb,  əyninə  köhnə-külə

geyindi. Qız taxçadakı Füzuli divanı arasından içərisinə nə isə qoyulmuş iki vərəq 

kağızı alıb bükdü və cunayısının ucuna bağladı. 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə