Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə35/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   31   32   33   34   35   36   37   38   ...   153

                                                                                                                                                  

91 


 

Birdən  qapıda  ikinci  bir  kölgə  göründü,  bu  o  idi!  Səlbi  bəyim  ağır-ağır 

irəliləyib,  astanada  durmuş,  qapının  çərəngüləsinə  söykənmişdi,  artıq  tabı

qalmamışdı, güclə ayaq üstündə dururdu... 

-Əlsəftər bəy, bir bu qalmışdı ki, mənim başıma gətirəsən? Heç utanmırsan, ay 

nəməkbəharam?  Gözüm  görə-görə,  özünü  çölün  sayılına  tay  qoyursan?  Mənim 

evimi  murdarlayırsan,  ay  haramxor?  Şamaxı  çəngiləri  sənə  azlıqeləyir?  Gözüm 

görə-görə... indi işi bura yetirdin?.. 

Ağa qalxdı, donquldandı: 

-Gözün kor olsun... - dedi və otaqdan çıxdı... 

Səlbi bəyimin zarıltılı səsi indi də qulağımdan getmir. 

-Aaz...  ay  payyığan  köpək  qızı,  çörəyim  səni  belə  qudurdub  ki,indi  də  bəyə 

göz-qaş eləyib, döşəyimə göz dikmisən? 

-Bəyim, vallah... 

-Vallah kəssin səni, dur sürün, mənim xarabamdan... 

Bu  sözlərlə  Səlbi  bəyim  qapının  ağzındakı  qara  aftafanı  qapıb  anama  tərəf 

zolladı,  aftafa  anamın  düz  başına  dəydi.  Anam  dərdindən,  xəcalətindən  heç 

ufuldamadı da... Onun yerinə mən çığırdım... 

Anam  yıxıla-dura  yerindən  qalxdı,  mən  də  arxasınca  cumdum,  bəyimin 

yanından  cəld  ötüb  həyətə  çıxdıq,  gecənin  oğlan  çağında,  zülmətdə  tək-tənha 

qaldıq...  Sonralar  bildim  ki,  şairlər  ilin  belə  qaranlıq  gecəsini  "şəbi-yelda" 

adlandırır, onu gah gözəlin qara gözlərinə, gah qara qaşlarına, gah da qara tellərinə 

bənzədirlər..." 

Sonanın  gözləri  yol  çəkdi,  solğun  yuvarlaq  dodaqlarına  xəfıf  bir  təbəssüm 

qondu,  sanki  bu  ağır  düşüncələr,  hekayələr  içində  nə  isə  olduqca  xoş  və  əziz  bir 

xatirəyə gülümsəyən kimi oldu: 

Gün olsa gecə olmaz, ey mah, nədir vəchi  

Yeldayi-səri-zülfun gün üzdə olub peyda?! 

-Ağanındı... 

Minasoltan  ağır  xatirələrin  içində  gülümsəyən  gəlinə  əvvəlcə  heyrətlə 

baxmışdı,  "ağanındı"  kəlməsini  eşidincə  şerin  oğluna  məxsus  olduğunu  başa 

düşdü, o da dərindən bir ah çəkib gülümsündü. Deyəsən, buz doğrudan da əriyir, 

bu xəfif təbəssümlər onu suya çevirirdi. 

-Hə... bəs sonra? 

Sona köksünü ötürüb sözünə davam edincə təbəssüm dərhal dodaqlarından yox 

oldu, əvəzinə üzünü solğun bir kədər bürüdü: 

-Hə,  sonra!..  Sonrasını  Allah  düşmənə  də  göstərməsin...  Gecəni  canavar 

qorxusundan, yol azmaq qorxusundan evin daldasında keçirdik. 

 

 



                                                                                                                                                  

92 


 

Gün  çırtmamış  bir  az  hörümçək  toru  tapıb  yaraya  basdıq,  yaranı  ləçəknən 

bağlayıb  kənddən  çıxdıq.  Çodarlıdan  sonra  daha  banımız  daş  kölgəliyi  görmədi. 

Gəlib  bir  tərəkəmə  köçünün  dalınca  şəhərə  çatdıq...  Cuma  məscidin  qabağında 

birtəhər  dilənib  dolanırdıq.  Anamın  günü-gündən  olan-olmaz  qanı  da  üzündən, 

dodaqlarından çəkilirdi, gözləri  çuxura  düşmüşdü,  yarası da  simləyirdi,  sağalmaq 

bilmirdi...  Axşamlar  yaman  qızdırırdı,  bilmirəm  onu  da  atam  kimi  uzun  azar 

tutmuşdu, ya yara üzmüşdü, ya yığdığımız azurğu əppəyi də mənə yedirtdiyindən 

özü çox vaxt ac qalırdı, ona görə, ya da titrətmə-qızdırmaya tutulmuşdu, nə idisə, 

günü-gündən  əriyirdi,  gun  qabağındakı  buz  parçası  kimi,  közə  düşmüş  quyruq 

kimi...  Dərisi  də  yanıb  sümüyünün  üstünə  yapışmışdı,  əlindən  tutub  gücnən 

yeridirdim. Çox vaxt bazar ağzına gedib çıxa bilmir, eləcə Cuma məscidin yanında, 

gecə yatdığımız yerdəcə oturub qalırdıq. 

Bir gün anam bir az babat idi, əlimdən tufub küçələri gəzdirməyə başladı. Xeyli 

gəzdik,  Pirkülövüşlü  məhəlləsində  bir  evdə  arvadlardan  biri  bizə  bayat  xörək  və

çay verdi, "Ay yazıq, bu halnan hara gedirsən, səni qulluqçu götürən neynəyəcək? 

Çörək yapa bilməzsən, ocaq qırağında otura bilməzsən, axı səndə o hal hardadı?" - 

dedi.  Anam  gülümsədi,  bu  neçə  ayda  birinci  dəfə  idi  ki,  balaca  gülümsəyirdi, 

sevindim ki, anam daha sağalır, son demə çırağın axır işığıymış bu təbəssüm... Bir 

az  da  gedib,  Qəriblər  məhəlləsinə  çatdıq...  birdən  anam  qəfıl  yerə  oturdu...  daha 

dura  bilmədi...  Ah...  ana,  kaş  ölümün  bir  yarımca  saat  əvvəl,  biz  Pirkülövüşlü 

məhəlləsində,  o  mehriban  arvadın  həyətində  olanda  gəlib  çataydı,  öz  əlinlə  məni 

aparıb o xarabanın yanına, Mütrüf Ədilin qapısına çıxartmayaydın... Qərəz ki..." 

...Anasının  ölümü  gözləri  önündə  yenidən  canlandığından  Sonanın  kirpikləri 

nəmləndi...  susdu...  Boğazı  qəhərləndi,  danışa  bilmədi...  səsi  xırıldadı,  o  bir  neçə

dəfə  udqundu,  gözlərinin  yaşını  sildi.  Birdən  Sona  əlinin  sığallandığını  duydu, 

bayaqdan  ana  xatirələrinə  dalmış  gəlin,  bunun  fərqinə  varmamışdı;  Minasoltan 

onun,  çəngi  Sonanın  əllərini  sığallayırdı!..  Sonanın  hıçqırığı  gücləndi,  özünü 

saxlaya  bilməyib,  üzü-qoylu  Minasoltanın,  bayaqdan  bəri  qırx  kişidən  artıq  həya 

eləyib  utandığı  bu  nurani  qadının  dizləri  üstünə  düşdü.  Onun  çiyinləri  qalxıb-

endikcə,  Minasoltan  bir  əli  ilə  kəlağayısının  ucuynan  öz  gözlərindən  cari  olan 

yaşları silir, digər əli ilə səhərdən bəri iyrəndiyi, nifrətlə baxdığı çənginin çiyin və

kürəkiərini  tumarlayırdı,  Ana  əlindən  bu  zəif  çiyinlərə  qüvvət  axır,  məhəbbət 

səpilirdi... 

 

 



                                                                                                                                                  

93 


 

-Qalx,  a  bədbəxt,  bədtaleh  bala,  ağlama,  sil  gözlərinin  yaşını,  kimin  anası

dünya  durduqca  yaşayıb,  yanında  qalıb  qəbir  evinəcən?  Ana  ölər,yerində  bala 

qalar, amma sən bəlalı qalmısan... 

Arvad  bu  sözləri  deyə-deyə  həm  özünün,  həm  də  Sonanın  gözlərini  sildi, 

aşiqlərin,  şairlərin,  xanəndələrin  minbir  söz,  şeir  qoşduğu,  indi  pərişan  halda 

dağılmış, islanıb alnına, yanaqlarına yapışmış cığa və birçəklərini kənar elədi... 

Sona sözünə davam etdi: 

-Yazıq  anam  elə  oradaca  keçindi.  Məhəllədən  iki-üç  adam  yığışdı,yazığı 

gələnlərdən biri də çal bir kişi idi, elə onun evinin qənşərində düşüb qalmış anamı, 

onunca həyətində yudular, köhnə-külə ağdanzaddan tapıb kəfənlədilər. Hamısı da 

gözümün  qabağında...  Ağlayıb  eləmirdim,  gözümün  yaşı  da  qurumuşdu.  Axşama 

yaxın  idi,  tələm-tələsik  anamı  qəbiristana  aparan  iki-üç  kişinin  dalınca  düşüb 

gedəndə,o  çal  kişi  mənə  diqqətlə  baxıb  əlimdən  tutdu.  Kimsəsiz  qaldığım  bu 

dünyada  ən  ağır  dəqiqələrimdə  əlimdən  tutan  bu  adama  qorxa-qorxa  baxırdım. 

Kim  idi,  nəçi  idi,  bilmirdim,  amma  görürdüm  ki,  adamlar  onunla  yanpörtü 

könülsüz-könülsüz danışırlar... Qərəz anamı basdırıb qayıtmaq istəyəndə dərdimin 

böyüklüyü birdən-birə ürəyimi qopartdı,özümü təzəcə torpaqlanmış qəbirin üstünə

atıb bağırdım: "Məni də basdırın, mən indi anamsız hara gedəcəm?" 

Ölənəcən xatirimdən çıxmayacaq: kişilər bir-birinin üzünə baxıb durdu, hamısı

fağır,  üst-başından  kasıb  adama  oxşayırdı,  heç  birisi  artıq  ağızı  evinə  aparmağa 

ürək eləmirdi, bircə o, o qorxduğum çal kişi əlimdən tutub məni qəbirin üstündən 

qaldırdı: 

-Gedək bizə, ay qız! - dedi. 

İndiki  kimi  yadımdadır.  O  kişilər  günahkar  kimi  bir-birinə  baxıb  bir  söz 

demədən  dağılışdılar.  Mən  də  həmin  kişinin  böyrünə  düşüb  bir-iki  saat  əvvəl 

anamın  keçindiyi  evin  qapısına  gəldim.  Anamın  düşdüyü  yeri  görəndə  təzədən 

kövrəlib ağlamağa başladım, kişi çiynimdən tutub məni həyətə saldı, bayaq anamı

yuyan arvadlardan biri həyətdə bizi qarşıladı: 

-Bu imam cücəsin neyşə getdün, əppəyün artıq düşüb? 

-Yazığım gəldi, arvad... 

-Bizə yazığı gələn kimdi bəs? 

-Allah kərimdi... 

-Kərimin  quyusu  elə  dərindi  ki,  düşən  bilmir  necə  çıxsın,  gəlir  düşür  mütrüf 

öyünə... 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə