Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə37/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   33   34   35   36   37   38   39   40   ...   153

                                                                                                                                                  

96 


 

daha  cavan  qızlar  cəlb  edirdi.  Bu  ara  Ədil  uzaq  kəndlərin  birindən  şəhərə

dilənməyə gələn özü sinnində bir arvada təsadüf edib onu aldı. 

Sona  xəyala  dalıb  susmuşdu,  onun  sükutunu  hekayətin  qurtarması  kimi  qəbul 

edən  Mirtasoltan  yerindən  qalxdı,  çay  qoymaq  üçün  o  biri  otağa  keçdi,  arvad 

ürəyində deyirdi: "Yazıq qız, kaş o viranəyə düşüncən, özün demişkən, anan kimi 

ölüb  qurtaraydın,  bıy  əstəğfürullah,  Allahdan  qismət  beləymiş,  alnına  belə

yazılıbmış". 

...Sona  isə  gözünü  divara  zilləyib  həyatının  Ədil  evindəki  səhifələrini 

vərəqləyirdi... 

Ədil Sonanı yavaş-yavaş rəqsə alışdırmağa başladı. Qız əvvəllər utanır, qısılır 

və karıxırdı. Az sonra musiqini və rəqsi elə duymağa başladı, elə bir istedad büruzə

verdi ki, sazandalar və Ədil, balaca qızın qabiliyyətinə heyran qaldılar. Sona rəqsə

girdimi - dünyanı unudurdu. Bu zaman o musiqiyə elə bir aludəliklə uyğunlaşır, elə

bir  həvəslə  oynayırdı  ki,  incə  cizgilərə  malik  olan  siması  daxilindən  gələn  bir 

ilhamla işıqlanır, daha da gözəlləşirdi. Onun yalnız əli və ayaqları oynamır, bütün 

əzaları  rəqs  edirdi.  Ədil  də,  tarzən  də  Nüsrətullah  da  onun  gələcəkdə  böyük 

müvəffəqiyyəti olacağını duyurdular. Ədil indi daha çox onun tərəf-müqabilləri ilə

məşğul  olurdu.  Qız  rəqsin  bütün  incəliklərini  duymuş,  ustadlaşmışdı.  "Şeydalı", 

"Dəyirmançı qoca", "Fatma xanım xoş amədi", "Diksinmə" rəqslərində onun tərəf 

müqabilləri Sonadan qat-qat zəif çıxırdı. Ədil özünü saxlaya bilməyib bağırırdı: 

-Korsan? Balaca qız səndən qanacaqlıdı. 

Beləcə  Bəyim  arvadın,  zəifliyinə,  "cındırlı  pir"  kimi  yırtıq-yamaqlı  geyiminə 

görə  gah  "imam  cüməsi",  gah  da  "yoluq  cücə"  adlandırdığı  xırdaca  qız,  Şamaxı

məclislərinin, toy və seyrəngahların bəzəyinə, Sonasına çevrildi. 

Seyid  Əbdül  Əzim  Dağıstandan  anası  ilə  birlikdə  Şamaxıya  qayıdanda,  Sona 

artıq  "su  sonası"  kimi  gözəlliyi  və  rəqsləri  ilə  şöhrət  tapmışdı.  Cavan  Mahmud 

ağanın  təzə  açılan  musiqi  məclislərində  Sona  oynayanda,  hamı  nəfəsini  gizləyib 

heyranlıqla ona tamaşa eləyirdi. Sona sözlərini belə qurtardı: 

-Amma hamısından pisi bu idi ki, hüzur yerinə də gedə bilmirdim,təziyəyə də... 

Mənə belə gəlirdi ki, getsəm, ağlaram, ürəyim boşalar... 

Amma  qorxurdum,  gedəndə  qapıdan  da  aşağıda  otururdum,  həzrət  Fatimənin 

itindən  də  pis,  qotur  it  idim  elə  bil.  Heç  kəs  yanımda  əyləşmək  istəmirdi.  Mənə

hamı pis-pis baxırdı. Bir dəfə lap az qaldı dəli olam... Bir toya aparmışdılar bizi... 

Oynadım, yorulub yan otağa keç 

 

 




                                                                                                                                                  

97 


 

dim,  cavan  qız-gəlin  mənə  maraqla  baxırdı,  amma  yaxınlaşmağa  cürət 

eləmirdilər. Otaqda bir qadın var idi. Yaşlı olsa da, qoca deyildi, çox gözəl arvad 

idi. Məni gorcək, "çəngi" sözünü eşitcək, tez yasmandı, üzünü örtdü! İlahi, elə bil 

naməhrəm  kişidən  gizlənirdi!  Bu  mənə  ölümdən  də  arttq  gəldi...  İçəridə  dayana, 

verilən  yeməyi  yeyə  bilmədim,  utandım,  ölüb  yerə  girdim,  çıxıb  təzədən  məclisə

qayıtdım, amma necə oynadım, nə elədim, o gecə heç bilmədim. O mehriban ana 

kimi  gözəl,  gülərüz  arvadın  məndən  yaşınması  mənə  dərd  olmuşdu...  İndi  də

arvadın əvvəl mehriban, gülümsər, "çəngi" sozünü eşidəndən sonra qorxu və nifrət 

dolu baxışları gözlərimin önündən getmir... 

-Yazıq... nə əzablar çəkmisən... 

-Eh bütün əzablar bircə belə baxışın qabağında nədir ki... ...Minasoltan əlindəki 

çay  sinisi  ilə  içəri  girəndə  Sona  halsız  başını  mütəkkəyə  söykəyib  narahat  bir 

yuxuya getmişdi. Ana, yalnız analara məxsus bir üsulluqla çayları yerə qoymadan 

gəldiyi  qapıdan  geri  qayıtdı.  "Yazıq  (bayaqdan  bəri  neçə  dəfə  o,  Sonanı  "yazıq" 

adlandırmışdı)  qoy  bir  az  çimirin  alsın,  gözünün  acısı  çıxar,  yüngüllüyər.  Allah 

var,  rəhmi  də  var,  o  vaxtacan  Əbdüləzim  balam  da  bir  xeyir  iş  düzəldib  gələr, 

inşallah!..  Beş  gün  qaranlıq  olanda,  beşi  də  aydınlıq  olur,  bəlkə  yazığın  Allah 

günahlarını bağışladı, tövbə-əstəğfar elədi, düz yola çıxdı..." 

Minasoltan bu sözlərlə mətbəxtdə əlləşir, axşama şam yeməyi hazırlayır, tənək 

yarpaqlarından  hərəsi  bir  fındıq  boyda  olan  xırdaca,  məhz  Şamaxıya  məxsus 

dolmalar bükürdü. Seyid Əzim anasının bu xırdaca dolmalarını sarımsaqlı qatıqla 

yeməyi çox sevirdi... 

...Axşam Seyid Əzim evə dönəndə vəziyyəti tamamilə dəyişmiş gördü. Qapını

açan kimi anasında baş verən təbəddülatı duydu: 

-Hə, necəsən, mənə, gəlib-eləyən olmayıb ki? 

-Yox,  ay  bala,  heç  kim  gəlməyib,  xoşbəxtlikdən  qapını  bu  gün  döyən  də 

olmayıb... 

Seyid Əzim gülümsədi, anasının çiynini qucaqladı. 

-Necə döyəydilər, ana can, qapıya daldan qıfıl vurub getmişdim... 

-Bıy başıma xeyir, deyirəm axı... 

-Qonağın necədir? 

Arvad qayğı içində pıçıldadi: 

-Səs  salma,  bala,  yazıq  bütün  başına  gələnləri  mənə  danışıb,  bədbəxt  yetim! 

Allah  Ədilə  lənət  eləsin,  cəzasına  çatdı,  şeytan  ondan  ol  çəkib,  məndə  işi  yox, 

amma  yerində  cəhənnəmlik  olub.  Kimsəsiz  yetimi  bu  işə  o  qurşayıbmış...  Yaxşı, 

sən neynəyə bildin?.. 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə