Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə33/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   29   30   31   32   33   34   35   36   ...   153

                                                                                                                                                  

85 


 

-Əvvələn,  Allaha  əyandı  ki,  mən  üşüyənin  biriyəm,  ona  görə  də  yerim 

məlumdu.  Bir  də  ki,  məni  behiştə  o  mollalarla,  hacılarla  bir  yerə  salmazlar, 

davamız  düşər,  onsuz  da  aramız  yoxdu. Nə  vermişəm  cəhənnəmə,  xanəndə orda, 

nəvazəndə orda, şərab orda, mütrüfə də ki, bu gün təşrif apartdırdılar... 

Bir  qəhqəhə  də  qopdu,  şair,  dostunun  bu  cəsarətli  cavabını  eşitcək  əvvəl 

diksindi,  sonra  məhəbbət  dolu  baxışlarını,  ölümlə  diri  gözlü  mübarizə  aparan 

Cavadın simasına zilləyib düşündü: "Sən nə cürətlisən, nə ürəklisən, Cavad! Mən 

tək-tək,  birini  həcv  edəndə  qorxudurlar:  "Özünü  gözlə!”  deyib  qoruyurlar  məni 

dost-aşna.  Əsil  ifşanı  sən  eləyirsən!  Mən  səndən  hələ  çox  şey,  birinci  növbədə

cəsarət öyrənməliyəm, Cavad! 

O  yerindən  qalxdı,  Cavaddan  və  ehtiramla  onu  müşayiət  edən  adamlardan 

uzaqlaşdı: "Səndən çox şey öyrənməliyəm, birinci növbədə cəsarət, Cavad! Mənim 

də Alışlar, Qapaqlılar, Molla Qurbanqulularla işim çoxdu, dava hələ təzə başlanıb, 

Cavad, təzə başlanıb..." 

Şair  bazardan  çıxanda  artıq  Sonanın  gizləndiyi  yeri  heç  kəsin  bilmədiyinə

arxayın  olmuşdu.  Erkən  olmasına  baxmayaraq,  Seyid  Əzim  üzüyuxarı  Minaxora 

tərəf  qalxmağa  başladı.  O,  Mahmud  ağanın  yanına  gedirdi.  İndi  Mahmud  ağanın 

necə  kədərli  olduğunu  təsəvvür  edirdi.  Yaxınlaşıb  dostlaşdıqları  bu  bir  il 

müddətində Seyid Əzim, Mahmud ağanın incə, hər şeydən yaralanan nəcib ürəyinə

yol tapa, bələd ola bilmişdi. İndi o sənət aləminin belə qiymətli bir inci, bir sona 

itirməsinə nə qədər heyifsilənirdi. Kim bilir nələr düşünür, Sonaya qəlbində necə

də  ağır  bir  matəm  saxlayırdı.  Gedib  onu  təskin  etmək,  Sonanın  ölmədiyini, 

itmədiyini  xəbər  vermək,  lakin  hardasa  gizlədilməli  olduğunu  məsləhətləşmək, 

kömək almaq lazım idi. O şübhəsiz ki, Sonanın sağ qalmasına sevinəcək, kömək də

verəcək, amma belə bir sənətkarın tərəb

1

 aləmindən əbədilik yox olmasına, belə bir 



ulduzun sənət fəzasında sönməsinə dərindən təəssüflənəcək... Elə mənim kimi... 

...Axşam  azanınacan  onlar  evdə  tək  qaldılar.  Əvvəl  Minasoltan  onunla  heç 

kəlmə də kəsmədi, ürəyində qarasına deyindi, balasını afətlərdən, çəngi məkrindən 

qorumaq üçün Allahına yalvardı. Amma günortaya doğru arvadın fıkirləri öz içini 

yeməyə başladı: "Çəngi də olsa, Ağa demişkən, Allah onun ölməyinə razı olmayıb. 

Mən nəkarayam seyid evinə pənah gətirən bədbəxt bəndəsini ac qoyam, susuz 

 

 



                                                                                                                                                  

86 


 

qoyam.  Çox  düşündükdən  sonra  arvad  içi-içini  kəsə-kəsə  daxili  bir  əzab 

duyduğu halda siniyə çörək, yavanlıq, bir fincan da çay qoyub, sübh namazından 

sonra  girmədiyi  bala  otağa  keçdi.  Sona  bayaqkı  qaydada  dizlərini  qucaqlayıb 

oturmuş, başını sinəsinə əymişdi. Gözlərinin yaşı hələ də qurumamışdı: "Ağlamalı

günün  axirətdədi,  abədbəxt,  siratdan  keçəndədi  sənin  yasın,  niyə  gözünü  kor 

eləyirsən?" O, bir söz demədən, naməhrəmdən çəkinər kimi, ağzı yaşmaqlı olduğu 

halda, sinini gəlinin qabağına qoyub çıxdı. 

Bir qədər keçdi. Minasoltan qorxudan həyətə çıxmırdı, qapı döyən olsa cavab 

verməyəcəkdi, Seyid Əzimlə belə qərarlaşmışdılar: "Qoy elə bilsinlər ki, heç evdə

adam yoxdu". Qadın bu tapşırığa sözsüz əməl eləyirdi. Amma qərarı gəlmir, duruş

gətirə bilmirdi. Yenidən qapıdan bala otağa baxdı: "Süfrəyə el vurmayıb, bəlkə heç 

görməyib də... Fikir dəryasına elə cumub ki.... yazıq..." Bu ilk dəfə dodağına gələn 

yazıq sözündən qorxdu: "Nə? Hə də, vallah, yazıqdı. Əgər adamın başına gələnlər 

"qalü-bəladan"  alnına  yazılırsa,  onda,  növzənbillah,  bu  bədbəxtin  taqsırı  nədi? 

Alnına belə yazılıb... Yazıya ki, pozu yoxdu... Haqqın dərgahına hamısı əyandı..." 

Onun  onsuz  da  nazik  ürəyi  yumşalmağa  başlamışdı.  Bir  də  təbii  fəlakət,  böyük 

qorxu  qarşısında  insan,  həmcinsilə  ünsiyyətə  adi  hallardan  daha  çox  can  atar. 

Minasoltanın  bağrı  çatlayırdı.  O  mütləq  kiminləsə  danışmalı  idi.  Dərdi 

yüngülləşməli idi; içəri girdi: 

-Niyə yemirsən? 

Sona  arvadın  içəri  girdiyini,  nə  isə  gətirib  qoyduğunu  indicə  duydu,  onun 

qarşısında dik qalxmaq istədi... 

-Otur, otur, səndə taqət hardadı, yazıq... 

"Qəribədir,  kişilər  qabağında  oynayan  Sona,  ömründə  yaşınmaq  bilməyən 

Sona, Mütrüf Ədilin əlində böyüyən Sona, deyəsən sən bu qadından utanırsan, bu 

nurani ana qarşısında səni həya təri basır, birinci dəfə, ya rəbbi, ömrümdə birinci 

dəfə... Yox, birinci dəfə deyil, bir dəfə də olub". 

Arvad sinidən bəri, Sonanın qənşərində oturdu; şəfqət duyulan bir səslə dedi: 

-Ye, bir tikə ye heç olmasa, ürəyin üzülər, sonra səfərə çıxa bilməzsən. 

Bu şəfqətli, mehriban səs Sonanın ürəyinə işlədi; yaş öz-özünə gözlərindən cari 

olub, solmuş yanaqlarına süzüldü; arvadın amanını qırdı; o da kövrəldi. İndi onun 

qarşısındakı Şirvana sədası yayılmış, adı 

 

 




                                                                                                                                                  

87 


 

dillər əzbəri, nifrət mənbəyi çəngi Sona deyildi, bədbəxt, yazıq bir məxluq idi. 

Elə bil ürəyini bir piyalə soyuq suya salıb oycalayırdılar: 

-Ay  yazıq,  axı  sən  hardan  bu  işə  düşdün?  Kimin  qızısan?  Danış,bəlkə  ürəyin 

boşala... Adam dərdini danışanda yüngülüyür axı... 

Sonanın  gözləri  Minasoltanın  çiyninin  üstündən  o  yana,  divara  zilləndi,  göy 

şirə  çəkilmiş  divarhamar  idi,  sürüşək  idi.  Orada  bir  ləkə,  bir  nöqtə  belə  yox  idi. 

Birdən-birə  bu  göy  şirəli  divar  gömgöy  bir  fəzaya  çevrildi;  Sona  bu  göy  çadır 

altında yanıb qaralan bir kənd gördü... Palçıq daxmalar,üstünəqarğı basılmış qazma 

damlar, güzlər... Bu qazma daxmaların birində... 

Sona sözünə bir xatirə kimi başladı; 

-Atam uzun azardan öləndə kəndimizdə bir yaxın adamımız qalmamışdı. Bir il 

ondan əvvəl qohumtarımızın çoxu ovmadan ölmüşdü. 

Kənd əhlinin heç yarısı qalmamışdı. Bağlar, əkinlər yanıb tələf olmuşdu. Başlı

başın saxlayırdı... 

...Minasoltan  hiss  edirdi  ki,  nə  isə  olduqca  təsirli  bir  hekayət,  bir  qəziyyə

dinləyəcək.  Sona  isə  artıq  bütün  olub  keçənləri,  dünən  və  bu  gün  baş  vermiş

hadisələri unutmuş, uzaq, çox uzaq bir xatirənin qoynuna atılmış, dəryada, ləpələr 

üzərində  çalxanan  xırdaca  qayıq  kimi  bu  xatirələrin  ağuşunda  yırğalanmağa 

başlamışdı... 

-Bir neçə gün damın altında ağlar-sızlar qaldıq, küləkdən başqa qapımızı açan 

yox idi. Kim də açacaq idi? Hamı öz canının, öz ölüsünün, öz batan əkənəcəyinin, 

qırılan mal-qarasının hayında idi... Biz heç kimin yadına düşmürdük. Nəüzənbillah 

elə  bil  Allah  da  bizi  yaddan  çıxartmışdı.  Yaratdığı  ağıza  bircə  tikə  çörək  də

göndərmirdi. Ot-ələf yanmışdı, qaynatmalı bir çəngə ispanaq, qovurmalı bir tutam 

əməköməci  də  yox  idi...  "Ana"  deyib  sızıldayırdım,  yaylığının  ucu  ilə  qızarmış

gözlərini  silməkdən  anamda  hal  qalmamışdı,  saçları,birçəkləri  də  islanmışdı.  Bir 

neçə gündən bəri çəkdiyi əzab, naxoşa qulluq, sonra da başyoldaşını itirmək anamı

üzmüşdü. Amma neynəyəsən ki, mən dizinin dibini kəsdirib çörək istəyir, dərdinin 

üstünə  sağalnaz  dərd  artırırdım.  Bir  gün obaşdan, dan  yeri  heç  qızarmamış  anam 

məni yerimdən qaldırdı... Yatan kim idi ki,...qarnım acından qırılırdı, gözümə yuxu 

getmirdi. Ağır da olsa deyim ki, atamın ölməyi də az qala yadımdan çıxmışdı, bircə

tikə  çörək  olsaydı...  Qərəz,  anam  daxmamızdakı  olan-qalanımı  əynimə  geydirib, 

belimi, başımı bağladı. 

Daxmamızın qapısını kilidləyib çıxdıq. Yazıq anam evdən aralananda bir ayaq 

saxladı, kəndin yuxuya gedən evlərini gözdən keçirtdi. Elə bil 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə