Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə41/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   37   38   39   40   41   42   43   44   ...   153

                                                                                                                                                  

107 


 

İndi  həmin  hadisələrdən  bir  ilə  yaxın  müddət  keçdiyi  bir  zamanda  gənc  sair, 

Sonaya  olan  eşqini  yadına  salır  və  düşünüldü  o  bir  eşq  idi,  ani.  O  bir  eşq  idi, 

baharın  nəsimi  kimi  xoş  və  ötəri...  Ömrümə  bir  anlıq  təzə,  tər  bir  qızılgül  ətri 

gətirdi, dimağımda süsən kimi xoş bir rayihə qoyub getdi... Mən onun cilvələrinə, 

rəqsinə aludə idim, bunun həqiqi eşq, əsil məhəbbət olub-olmadığını heç başa da 

düşmütdüm... Mənə elə gəlirdi ki, onu görəm, ətrini duyam gərək... O mənim üçün 

behişf cilvəli bir huri, bir pəri idi. Bir yuxu idi ki, oyandım, alimdə heç nə qalmadı. 

Xatirəmdə isə əbədi, füsunkar bir gözəllik həkk olundu. Onu oradan heç bir qəza 

silib tullaya bilməz... Təkcə Sona, o bədtale sənətkar anladı ki, bu eşq iki qəlbi bir-

birinə  əbədi  bağlayıb,  həyata  züriyyət,  davamiyyət  gətirən  məhəbbət  deyil.  Bu 

olsa-olsa bir şairin gözəllik ilahəsinə, bir büti-siminbədənə olan sitayişidir. Burada 

son  tikəni  bərabər  bölüşdürən,  bütün  həyat  boyu  çiyin-çiyinə  gedən,  oğul-uşaq 

böyütmək, nəsli davam etdirməkdən ötrü həyatın bütün keşmə-keşlərinə dözən ər-

arvad  məhəbbəti  üçün  yer  yoxdur.  O  başa  saldı  məni!  Anlatdı  ki,  "mən  sənin 

xəyalına,  ilhamına  bəzək  ola  bilərəm,  həyatını  isə  qura  bilmərəm.  Bunun  üçün 

məni  çoxdan  məhv  etmişlər".  O  mənə  anlatdı  ki,  "mən  artıq  yanmış  bir  şamam, 

pərvanə olma, özünü bu şama yandırma". Sona, sən nə dilbər bir qız idin, zəmanə

və ruzigar səni bədbəxt etməsəydi, sən gözət bir baş yoldaşı olardın, insanın bütün 

əməllərini başa düşən bir baş yoldaşı... 

Görəsən, bəs tale istəkli anamın əliylə mənə kimi baş yoldaşı seçir?.. 



Düşüncələr  onu  yormuşdu,  bir  neçə  gün  idi  ki,  yazdığı  qəzəllər  də  xoşuna  gəlmirdi. 

Dönə-dönə sevdiyi Füzuli "Divanı"nı qarşısına açıb oxuyur, sevgili ustadına nəzirəni nəzirə

dalınca qoşurdu. Bu gün o, Füzulinin  

Kərəm qıl, kəsmə, saqi iltifatın 

binəvalərdən,  

Əlindən gəldiyi xeyri diriğ etmə gədalərdən  

-mətləli'  məşhur  qəzəlini  təxmis  etmək  arzusuna  düşmüşdü..,  Təxmis  bir  növ 

nəzirə  olsa  da,  şairdən  böyük  ustadlıq  tələb  edirdi:  axı  şair  öz  sələfindən  aldığı

qəzəlin hər beytinə üc elə misra əlavə etməli idi ki, həm məzmun, həm də vəzn və

qafiyəsini  pozmasın,  qəzəlin  gözəlliyini,  məna  və  bədii  keyfıyyətini  mühafızə

etməklə, yeni bir əsər, bir müxəmməs meydana qoysun. Şair yazırdı: 

 

 




                                                                                                                                                  

108 


 

Şikəstə kaseyi-çini misalı bir sədamız yox,  

Sınıq ney tək sədadan düşmüşüz, bir dəm nəvamız yox.  

Səba, ol gülbədəndən nameyi-rahətfəzamız yox,  

"Əsiri-qürbətiz, bir səndən özgə aşinamız yox,  

Ayağın kəsmə, başınçün, bizim möhnətsəralərdən". 

Qəzəlin, Füzuli eşqinin ahəngi, Seyyidin bugünkü halına elə uyğun gəlirdi ki, 

gənc şair yararlı söz, uyğun kəlmələr, misralar tapmaqda çətinlik çəkmirdi. Sözlər 

narın səhər mehi, gözü arınmış bulaq suyu təki incə-incə, zərif-zərif axırdı; azad bir 

eşqin  qarşısına  çəpər  çəkənlər,  insan  hisslərinin  solmasına,  boğulmasına  səbəb 

olanlar,  Sonaları,  Tərlanları,  Seyyidləri  nakam  qoyan  Qapaqlılar,  Alışlar  onun 

nəzərində canlanırdı. "Ey Şərqin qoca Füzulisi, sondən sonra bu üç yüz il ərzində

elə bil heç nə dəyişməyib, səndən sonra da eşqlər, hisslər boğulur, səndən sonra da 

Sənan  tərsa

1

  eşqilə  boynuna  zünnar



2

  salıb,  zahidlər  simbər

3

  bütlər  tamaşasını



qadağan  eləyirlər. Aşiqin vücudu  cəfalərdən  surax-suraxdır. Xudnümalər  yenə  də

asiqdən eşqi tərk edib, məscidə girməyi tələb edirlər". O alışıb yanırdı, yanaqları

od tutmuş, allaşmış, qələmi yarın siyah zülfü kimi qara mürəkkəbə girib çıxır, qar 

kimi  ağ  sinəsinə  bənzər  Səmərqənd  kağızı  üzərinə  misraları  misra  dalınca  düzür, 

Füzulinin səsinə üç yüz ildən sonra səs verən şair deyirdi: 

Qəsəm piri-muğanə varisalər peyrəvi olmam,  

Bu qovmi-xudfüruşü xudnümalər peyrəvi olmam,  

Həqiqət əhliyəm, əhli-riyalər peyrəvi olmam,  

"Girib məscidlərə gər müqtədalər peyrəvi olmam,  

Budur vəchi ki, hər giz görmədim üz müqəddalərdən". 

Minasoltan  yalnız  analara  məxsus  ahəstə  addımlarla  otağa  girdi,  mis  sinidəki 

zağlı çaydan və fıncanı oğlunun qarşısına qoydu və sözlü-sözlü durub baxdı, o bu 

gün  mütləq  Seyid  Əzimlə  danışmaq,  ürəyindəki  arzularını  həyata  keçirmək  üçün 

razılığını  almaq  fıkrində  idi.  Sonra  da  Dağıstana,  Yaqsay  qazısı  olan  atası  Molla 

Hüseynə xəbər yollamalı; onu da dəvət edib xeyir işi tamamlamalı idi. 

Şair  anasının  otağa  girməsini  görməkdən  ziyadə  hiss  elədi  və  başını  qaldırdı. 

Ananın sözlü görkəmindən alındı. Deyəsən, çoxdan gözlədiyi 

 

 




                                                                                                                                                  

109 


 

və  neçə  gündən  bəri  baş  verəcəyini  hiss  elədiyi  bugünkü  söhbətdən  yaxa 

qurtara bilməyəcəkdi. Xəfifcə gülümsədi; 

-Nədi, məmə, sözlü adama oxşayırsan? 

O bəzən, uşaqlıqda olduğu kimi, anasını "məmə" adlandıranda bu, Minasoltana 

xüsusi ləzzət verir, ona öz böyüklüyünü xatırladır, onu cürətləndirirdi. 

-Oğul, Allahdan gizlin deyil, bəndədən nə gizlin. Qərəzim səni evləndirməkdi... 

Gənc qızardı: 

-Elə birdən, bu tezliklə? 

-Yox,  tez  niyə  olur...  Allaha  şükür  boylu-buxunlu  cavan  olmusan,  lap  elə 

vaxtındı... 

-Nə  deyim  axı...  Neçə  gündü  hamınız  düşmüsüz  üstümə,  deyəsən,  sənin 

kələyindi bunlar hamısı, hə, ana? Hara gedirəm, elə hamı bir söz deyir, "evlən"... 

Evlənmək bəyəm bazardan bir girvənkə ət, ya bir ərşin bez almaqdı?.. 

-Yox,  mənim  kələyim  oldu  olmadı,  məsələyə  dəxli  yoxdu...  Sən  də  görüm 

razısan? 

Gənc  daxilindəki  həyəcanları,  gizli  duyğuları  büruzə  vermək  istəmədi,  bir  az 

zarafat tərzində kimi nəzərdə tutduqlarını öyrənmək istədi: 

-Yaxşı, ana, sənətim yox, sübutum yox, kimdi mənə qız verən? 

Hansı yazığı bəxtəvər eləmək istəyirsən? 

Ana  sözdəki  zarafatı  başa  düşəcək  halda  deyildi,  məqsədi  onu  elə  almışdı  ki, 

oğlunun şuxluq yolu ilə gələcək gəlin haqqında xəbər bilmək istədiyini duymadı; 

incidi: 

-Elə  neyşə  deyirsən;  nəyin  əskikdi  Allaha  şükür?  Hamı  xoşluqnan  sənə  qız 

verer, əslin-nəslin, özün başıaşağı. Əlində yazı-pozun... 

-İncimə, ana, doğrudan kimi fikrində tutmusan, axı, bilmək olmaz?.. 

Arvad məsələni başa düşdü, gülümsədi: 

-Bıy,  başıma  xeyir,  neyşə  bilmək  olmur,  evlənən  sən  deyilsən  bəyəm?  Belə 

Bəyimxanım xalanın qızı Ceyranı. 

Seyid  Əzimin  qəlbi  qismən  sakitləşdi,  o,  Ceyranı  ömründə  görməmişdisə  də, 

"Fit  dağından  köçüb  gəlmiş"  və  uzaq  ana  qohumlarından  olan  anasını,  Bəyim 

xalanı tanıyırdı. Arvad bacılığı Kiçginəxamıngilə tez-tez gələr, çox vaxt rəfıqəsi ilə

birlikdə yorğan-döşək salmaq kimi mövsümi işlərdə ona kömək elər, bəzən burda 

gecələrdi  də;  yaşlı  bir  qadm  olmasına  baxmayaraq:  oğlu  yerində  olan  Ağadan 

yaşmaqlanardı.  Amma  bununla  belə  Seyid  Əzim  onu  görmüşdü,  gözəl  deyiləcək 

qədər 


 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə