Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə43/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   39   40   41   42   43   44   45   46   ...   153

                                                                                                                                                  

112 


 

gecəsini  həmin  həyəcanların,  duyğuların  təlatümü  içində  yatdı.  Yuxuda  da 

Sonanı gördü... Qəribədir. Sona elə bil lap anası idi, yaxınında idi, yaxınına gəldi, 

əlini onun yanan alnının üstünə qoydu: "Yat, arxayın yat, mən görmüşəm, yaxşıca 

qızdı,  lap  sənə  layiq...  Qorxma...  İstəyirsən,  gəl  sənə  göstərim..."  Sona  gərdəyin 

pərdəsini qaldırdı... pərdənin dalında üzüi duvaqlı bir qız dayanmışdı, duvaq açıldı, 

amma  şair  qızın  üzünün  cizgilərini  ha  çalışdısa  da  ayırd  eləyə  bilmədi...  "Belə

görmək olarmı, Sona, - dedi, sən de məni aldadırsan?.." "Yox, yox, aldatmaq niyə, 

heç  aldatmıram,  Ağa,  yesirin  olum,  vallah,  görmüşəm..."  O  ayıldı...  Sərasimə

ayıldı.  Lakin  hamısından  qəribəsi  bu  idi  ki,  indi  artıq  o,  Sonanı  nə  yuxuda,  nə

oyaqlıqda  bir  aşiq  gözü,  qəlbi  ilə  görə  bilmirdi...  Bütün  günü  yuxu  yadından 

çıxmadı, bəy hamamından çıxanda da, özünə bəy otağında sağdış-soldışı ilə oturub 

təbrik hədiyyələri qəbul eləyəndə də... 

...Qolundan  tutub  içəri  apardılar.  Əvvəlcə  yengə  Əzizbikə  onu  sağdış  və

soldışdan ayırıb, gərdək qurulmuş otağa gətirdi. Burada anası durmuşdu: sevincdən 

rəngi allaşmış, gözləri par-par yanırdı. "Can ana, sən özün elə lap cavan gəlinsən, 

niyə bəs qayınana olmağa tələsdin?" Minasoltan oğluna yanaşıb, xeyir-dua verdi, 

alnından, gözlərindən dönəm-dönəm öpdü. 

-  Toyun  mübarək,  oğul,  oğul-qız  atası  olasan,  xoşbəxt  olasan,  get,  Ceyran 

gəlinim sənin intizarındadı... 

Onlar  yengə  ilə  birlikdə  çıxdılar.  Seyid  Əzim  üstü  tirmə  başlıqlı  al  zərxara 

pərdəni qaldırıb içəri girdi: 

...Taxt döşəyinin üstündə oturmuş gəlin ipəklər, məxmərlər, qanovuzlar içində

itib  batmışdı.  Ceyran,  bəyin  içəri  girdiyini  duyunca  ayağa  qalxdı.  Məxmər 

qırçıntuman, qaymağı xara arxalıq, bənarə örpək üstündən salınmış duvaq gəlinin 

boy-buxununu, üzünü gizlətmiş, onu bir topa ipəyə, ipək yığınına çevirmişdi. "Səni 

başa düşməyə çalışacağam, sevə biləcəyimi deyə bilmirəm, amma başa düşməyə, 

dərk etməyə çalışacağam. Səndə də belə bir səbir, belə bir arzu olacaqmı? Qurban-

lıq  quzu  kimi  bəzədilib  gətirilən  gəlin,  məni  tanıyırsanmı,  heç  olmasa  bircə  dəfə

görmüsənmi?  Bəlkə  də,  görmüsən..."  O,  tərəddüd  içində  durmuşdu.  Bir  tərəfdən 

gəlinin üzünü tez görmək istəyir, digər tərəfdən duvağı onun üzündən götürməyə

qorxur,  ehtiyat  edirdi.,.  Nəhayət,  maraq  bu  hissə  qalib  gəldi,  o  yaxınlaşdı,  sağ-

soldışının öyrətdiyi kimi "Xoş gəlmisən" deyə üsulluca al duvağı gəlinin üzündən 

qaldırıb  dalına  atdı  və  ayağını  yüngülcə  basmağa  tələsdi.  Duvaq  altından  şairin 

üzünə birparça nurparladı... Gəlinlikpaltarında, məşşatə bəzəyindən çıxmış, 

 

 




                                                                                                                                                  

113 


 

duvaqlı  qız-gəlin  həmişə  gözəldir,  çirkin  də  bu  geyimdə  babət,  gözə-şirin 

görünə  bilər...  Amma  Ceyran,  doğrudan  da,  gözəl  idi...  "Birparça  nur...  bir  parça 

nur  kimi".  Şair  bundan  özgə  bu  dəmdə  söz  tapa  bilmədi...  "Afərin,  əhsən,  əgər 

əqlin-kamalın  da,  tərbiyən  də  gözəlliyinin  yansınca  varsa,  bəxtim  işləyib"  deyə

düşündü və bəxtiyarlıq içində gülümsəyib qızın əlindən tutdu: "Sənə demədimmi, 

qorxma, demədimmi?" 

-elə  bil  qəlbinin  ən  dərin  bir  guşəsinə  çəkilmiş  ilham  pərisi  ona  səs  verdi.  O 

artıq fərqinə varacaq halda deyildi, bilmirdi bu səs kimindir: 

Sonanınmı, anasınınmı, könlününmü?.. 

...Onlar  hələ  kəlmə  kəsməmiş,  yengə  Əzizbike  əlində  aftafaləyən  içəri  girdi, 

Qafarın təlimi yadına düşdü: "Əvvəlcə iki rükət namaz qılmalısan, sonra gəline əl 

uzadıb, duvağını başından götürərsən", Seyid Əzim, gülümsədi, "Bay evin tikilsin, 

aadə, telimin, yadımdan lap çıxıb ki! Ceyranı görməyə elə mayil idim ki, Qafarın 

dediklərini deyəsən lap alt-üst eləyəcəyəm". O, aftafanı görürüb dəstəmaz almağa 

başladı.  "Yaxşı  ki,  Əzizbikə  gəlin  tərəfə  baxmadı,  yoxsa  qaydanın  pozulduğunu 

görəcəkdi. Belə də adət olar? Sən ölməyəsən, Qafar, səni bilmirəm, mən belə adəti 

heç  bəyənmirəm  axı!  Gərdəyə  girəsən,  cavan  olasan,  gəlinlə  söhbət  əvəzinə

başlayasan namaza". O, qəlbindən keçən bu sözlərə gülümsəyə-gülümsəyə namaza 

başladı. 

Ceyranın  zahirdə  anası  Bikəxanıma  bənzəməsi  gəncin  ürəyini  ümidlə

doldurmuşdu:  "Bəlkə,  batində  də  oxşadı,  eləcə  nəcib,  ağıllı  oldu?..  Amma 

Bikəxanım  xala  qızına  Ceyran  adı  qoymaqda  heç  yanılmayıb.  Bir  də  görursən 

idbarın  birinin  adı  Pərizad,  Gözəl,  axsağın  adı-Maral,  ifritənin  adı  -  Huri,  eh..." 

Onun  dili  namazın  kəlmələrini  deyir,  qəlbi  isə  gəncliyin  ilıq-sıcaq  hissləri  ilə

dolurdu. Namaz qurtarana yaxın Əzizbikə bir də içeri girdi. Bu dəfə onun əlində

plov dolu dövrə vardı. "Hə, bu başqa məsələ, yoxsa acından qarnım curuldayır,sən 

ölməyəsən, Bixud zalım gözüm görə-görə "Sənin payın behiştdə,yəni gərdəkdə" - 

deyib  qulağıma  pıçıldayır,  mənə  hər  nə  gətirirdilərsə,  hamısını  içəri  ötürürdü;  bu 

gün, səhərdən utandığımdan, nigarançılıqdan dilimə heç nə dəyməyib... Yəqin sən 

də elə, hə?" 

Əzizbikə  süfrəni  düzəldib  gedən  kimi  o,  gəlinə  elə  bu  sözlərlə  də  müraciət 

elədi. Dövrəni aralarına qoyub oturdu: 

- Bixud mənə, payın gərdəkdə deyib, ac qoyub; yəqin sən də elə, hə? Gəl birgə

yeyək, Ceyran. Yoxsa sən yemisən? 

Bayaqdan  bəri  bəyin  hərəkətlərini  gözaltı  süzən  Ceyran  bəxtiyarlıqla 

gülümsədi: 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə