Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə46/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   42   43   44   45   46   47   48   49   ...   153

                                                                                                                                                  

119 


 

-Elə mən də eləyəm! Hər Nisəyə tamaşa eləyəndə bədbəxt Sona yadıma düşür... 

Cavanlığımızın  sütül  vaxtları  gəlib  durur  gözlərimin  qabağında.  İstəməsəm  də 

dərdlənirəm... 

-Səndəmi, cənab Mahmud ağa? Mahmud ağa gülümsədi: 

-Mən də, Ağa! Yoxsa elə güman edirsiz ki, qəm-qüssə bizə yaddu"? Seyyidin 

gözlərində nadinclik qığılcımları parladı: 

-La  ilahə  illəllah...  -  o,  məclisə  göz  gəzdirdi.  -  Bu  büsatın  sahibi  də  qəm-

qüssənin nə olduğunu bilirsə, onda vay bizim halımıza!.. Adəmi cənnətdən eləyən 

bir buğda üçün dərgah qalmayıb ki, əl açmayaq... nə tərəb yada düşür, nə şeir, nə

musiqi... nə gözəllik... 

Açıq deyilməsə də Mahmud ağa şairin vəziyyətini başa düşürdü: "Evində yenə

də yəqin ki, dəyirmanlığı yoxdur. Külfəti çətinlik çəkir, bəlkə elə bunun üçün də

gəlib, amma üzü gəlməz ki, desin. Nə qədər tapşırıb, xahiş eləyirəm ki, vaxtaşırı

yadıma  salsın,  başım  gəlib-gedənə  qarışıq  olur,  yadımdan  çıxır,  o  da  ildə  bir  yol 

heç olmasa belə bir işarə də vermir... Nə isə lənət şeytana..." 

-Ağa, yoxsa külfətin çətindədi? 

Seyyidin  dodaqlarında  incə,  güclə  duyula  bilən  kinayəli  təbəssüm  sezitdi: 

"Səndə  nə  günah  var?  Və  niyə  də  təəccüb  edəsən?  Əkənim  yox,  biçənim  yox..." 

Sonra birdən-birə şuxluğa salıb, vəziyyəti məclisdəkilər duymasın deyə, dilləndi: 

-O  da  var,  başqası  da...  Yanına  başqa  bir  iş  üçün  gəlmişdim...  Elə  bir  fərəh 

məclisinə düşdüm ki... 

-Müsəlmanzadəliyi unudub, bütpərəst oldun yenə, eləmi? Eh, Ağa, hayıf ki, bir 

az  gec  gəlmisən.  Cavan  bir  şuşalı  balası  xanəndə  gəlib  bizə,  Əhməd  ağanın 

ərvahına and olsun ki, onun kimi ürəyəyatan səsli xanəndə höləm bizim məclisdə

oxumuyub.  Əgəm  bunu  mən  özüm  dilimə  gətirib  deyirəmsə,  inan  mənə,  Ağa! 

Səndən bir az irəli dincəlməyə təşrif aparıb. Xörəkdən sonra inşallah qulaq asarsan. 

Özü  də  sənin  bir  qəzəlini  mənim  təzə  tərtibimlə  sarənc  üstündə  bir  oxuyur  ki! 

Vallahi elə bil bir bülbül gütdən ötrü, siz şairlər demişkən, cəh-cəh vurur... Özün 

görərsən...  Çox  da  ağıllı  cavandı...  Sabah  yox,  o  birisi  gün  Dərgahqulu  bəyin 

oğlunun  toyudu,  yazıb  məndən  çəngi  dəstəsini  xahiş  eləyib,  gedərik;  gedəndə

şusalı balasını da aparrıq. Qoy ona da, bizə də töhfə olsun... Nadir nəfəsi var... 

Seyyid sükut içində yenidən hər şeyi unudub öz musiqi və tərəb aləminə dalan 

Mahmud ağam dinləyirdi, nəhayət, dedi: 

 

 



                                                                                                                                                  

120 


 

 -Onda sizi və bütün musiqi dostlarını bu nadir səs və nəfəslə təbrik edirəm... 

Amma məni əfv buyurun, xahişim özgədir sizdən... 

Mahmud  ağa  heç  bir  çətinlik  qarşısında  durmayan  və  heç  bir  ağır,  ciddi  işlə

özünü yormaq istəməyən adamlar kimi əlini cəld gözünün üstünə qoydu: 

-Nə işin olsa, mənim, bax, bu gözlərim üstə... 

-Gözlərin var olsun. 

-Amma  mən  ölüm,  nə  deyirsən  eləyim...  ancaq  çox  dərinə  çəkmə,  qəmlə-

kədərlə danışma. Yaxşımı? 

Onun  gözlərində  elə  bir  ifadə  var  idi  ki,  Seyyidi  gülümsətdi;  əlini  dostunun 

çiyninə qoydu: 

-O da mənim gözlərim üstə... 

-Ay  sənin  gözlərin  var  olsun.  -  Hər  ikisi  bu  tələsik  deyilmiş  təkrarlara 

güldülər... 

Şair qəlbində: "Neyləmək olar, sənin də yaradılışın belədir, musiqidən başqa nə

varsa,  mənə  haram  olsun  -  deyənlərdənsən!  Musiqi  sənin  Leylin,  sən  musiqinin 

Məcnunusan.  Və  ondan  başqa,  yəni  Leylimdən  özgə  nə  varsa,  mənə  haramdır 

demisən..." 

Plovlar  da  yeyildi,  ovşarlar  da  içildi...  Mahmud  ağanın  "Şuşa  balası" 

adlandırdığı  cavan  xanəndə  oxumağa  başladı.  Bu  nazik  vücudlu,  uca-boylu,  top 

birçəkli, əsmərüzlü bir cavan idi, əynində qara çuxa, çit köynək, başında ağ quzu 

dərisindən papaq vardı. Dəfı dizlərinin üstünə qoyub, sağ qolunun dirsəyi ilə dəfə

dayaq  vermiş,  qumral  gözlərini  yumub  oxuyurdu...  Musiqini  bu  cavan  təkcə  ifa 

eləmir, ona bütün varlığı ilə dalırdı... Seyyid əvvəlcə seyr edirdi. Az sonra gəncin 

səsindəki  qəribə,  çox  həzin  və  dərin  kədər  dolu  sızıltı  onun  varlığına  işləməyə

başladı,  elə  bil  ürəyini  yerindən  çıxarıb,  bu  səslə  birlikdə  harasa  incə  nəvalar, 

iniltilər  ucalan  bir  aləmə  apardılar...  Bu  yerdə  insanların,  bütün  məzlum  bəşərin 

göz  yaşları,  ah  və  əninləri  toplanmışdı...  Bu  yerdə  bütün  yazıq,  əzilən  adamların 

yalnız ürək dərdlərini, arzu və istəklərini deyil, məhz faciəli talelərini səhifə-səhifə, 

vərəq-vərəq  çevirib  oxuyurdular...  Şair  heyrət  etməyə  belə  macal  tapmayıb  bu 

dərdlərin tərcümanı olan səsin ecazına vuruldu... Özünü unutdu... Ona elə gəldi ki, 

kədər, ələm yaşları gözlərindən içəri, qəlbinə gilələnməyə başlayıb, axır, hey axır. 

Birdən  musiqidəki  nidalar,  ahənglər  dəyişdi,  "Şuşalı  balası"nın  səsində  indi 

kədər, hicran deyil, bu qəmləri törədənlərə, bu faciələri yaradanlara qarşı bir üsyan, 

bir  etiraz  ucalırdı.  Bu  səs  getdikcə  qüvvətlənir,  güclənir,  axan  bir  şəlalənin, 

təlatümə gələn bir ümmanın coşqun 

 

 



                                                                                                                                                  

121 


 

uğultusuna  çevrilməyə  başlayırdı.  Onunla  birlikdə  şairin  də  ürəyinə  ümidlər 

dolmağa,  göz  yaşları  qurumağa,  azadlığa,  ucalara,  əngin  səmalara  uçmağa, 

ucalmağa  başlayırdı...  Qəribə  idi...  elə  bil  bir  az  bundan  əvvəl  onun  qəlbinin 

içərisinə, köz üstündəki kababın yağı təki gilələnən göz yaşları heç yox imiş... O 

elə azadlıq dolu, həyat dolu, şəlalə, ümman bir aləm imiş... Yavaş-yavaş şairin üzü 

gülməyə,  qəlbinə  ümid  və  fərəh  enməyə  başladı...  Sarəncin  yeni  xalları  hamını

valeh etmişdi. "Afərin, əhsən" səsləri məclisi titrətdi, musiqi həvəskarları, musiqi 

biliciləri  yığılan  bu  məclisdə  Mahmud  ağanın  sarəncdə  etdiyi  yeniliklərə  xüsusi 

qiymət  verib,  onun  muğama  gətirdiyi  təzə,  tər  xalları,  tərtibi  böyük  bir  fərəh  və

iftixar hissilə, sevinclə qarşıladılar. 

-Afərin, cənab Mahmud ağa, sizin bu tərtib xoş və ürəyəyatandır... 

Mahmud ağa təvazökar və utancaq bir sima ilə dilləndi: 

-Mənim  xidmətimi  o  qədər  də  yüksəltməyin,  iş  onu  tarda  səsləndirən 

barmaqlarda və nəva ilə oxuyan bu cənabların bacarığındadır... 

- deyə çalğıçılardan tarzəni və "Şuşalı balasını" göstərdi. 

Tarzən dizi üstünə qalxıb dedi: 

-Cənab  Mahmud  ağa,  məni  əfv  buyurun,  mən  ifaçıyam,  amma  birincilik  bu 

sarəncdə sizə məxsusdur. Əgər mənim də musiqidə anlayacağım bir şey varsa, o da 

budur  ki,  sizin  bu  muğama  əlavələr,  onu  elə  dəyişib  ki,  elə  bil  əvvəlki  sarənci 

çalmıram; o daha xoş, daha həzin və ürəyə yatan olub, mənə elə gəlir ki, qadirdən 

musiqi  sevənlər  bu  muğamı  bundan  sonra  "Mahmud  ağa  sarənci"  adlandırsınlar 

gərək... 

Məclisdən yeni bir nida "əlbəttə, afərin" səsləri qopdu... 

Mahmud  ağa  daimi  qaydasınca  bardaş  qurub  oturduğu  halda,  əlinin  altındakı 

tarı  sığallayır  və  balaca  oğlu  Cavad  bəyə  baxırdı:  "Gorəsən,  o  da  muğamı  mən 

istəyən kimi oxuya biləcəkmi? Səsi pis deyil, babətdir... Amma hələ uşaqdır, həya 

ilə  gizlin-gizlin  oxusa  da,  arabir  eşidirəm...  Xanəndə  olmayacaq,  amma  musiqini 

əməlli-başlı xoşlasa bəsimdir..." 

Şair  isə  bir  az  öncə  qəlbinə  əvvəl  kədər,  sonra  ümid  dolu  bir  fərəh  dolduran 

muğamın təsirilə artıq özünü ələm dünyasında deyil, mey, sevinc, fərəh dünyasında 

hiss edirdi... "Yaxşı ki, artıq "Ümmü!-xə-baisə" vida elemişik, yoxsa bu saatda yeri 

idi deyəsən ki: 

Nə bu gün bağda yarım, nə meyim var mənim?  

Seyri-gülzardə bihudə neyim var mənim? 

Sizi tari, yetirin piri-xərabata məni  

Ki, bu gün saqi əlindən gileyim var mənim. 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə