Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə54/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   50   51   52   53   54   55   56   57   ...   153

                                                                                                                                                  

140 


 

gözlərimə  ziya  verərdi,  istərdim  tuğrayi-hümayun  kimi  təvil'  olsun.  O  qərəzlə

belə tul yazdım. Həsrətli gözlərindən öpürəm, qardaşım. Təvəqqə edirəm ki, cavab 

gecikdirməyəsən, vəssəlam. 

Xeyirxahın Seyid Əzim Seyid Məhəmməd oğlu 

fi 25 şəvval sənə... flan... 

Ağa  məktuba  cavab  verəndən  sonra  mütləq  Ərəbçəltikciyə  getməyi,  şəxsən 

Sonanı görməyi qərarlaşdırdı. 

O, Mahmud ağadan Əlyar bəyin üstünə kağız alıb getmək, Sonanın əhvalından 

xəbər tutub Tərlanın yanan ürəyinə bir parç su səpmək istəyirdi... 

...Şair  bazara  girəndə  Qapaqlı  ilə  Hacı  Qədir  dükanlarının  qarşısındakı  kiçik 

meydançada  qələbəlik  idi.  Adamlar  dairə  vurub  nəyə  isə  tamaşa  edirdilər. 

Adamların nisbətən sakit dayanmasından anladı ki, meydandakı tamaşaçılar xoruz, 

qoç  və  ya  bildirçin  döyüşməsinə  tamaşa  eləyənlər  deyil.  O  yaxınlaşıb  dəstəyə

qoşuldu.  Tanıyanlardan  bir  neçəsi  yol  verdi,  irəli  boylandı.  Meydanda  iki  dərviş

durmuşdu.  Hələ  səs  çıxarmırdılar.  Ya  çıxışlarının  əvvəli  idi,  ya  da  özü  fasiləyə

gəlib  çıxmışdı.  Dərvişlərin  geyimi  bir-birinə  çox  bənzəsə  də  özlərində  heç  bir 

oxşarlıq yox idi. Sağdakı qoca nəzərə gələn, ucaboy, qədd-qamətli kişi başındakı

şiş  bərk,  uzun  ətəkli  köhnə  xirqə  ilə  daha  da  uca  görünürdü.  Əlində  təbərzin  və

qolunda keşkül var idi. Onunla üzbəüz dayanmış xirqəsi ayaqlarına dolaşan dərviş

cavan idi. Əlindəki təbərzini ucaya qaldırıb pəncələri üstünə qalxmış, müsahibinə

cavab verməyə hazırlaşırdı. Əvvəlcə yaşlı dərviş oxumağa başladı. Şiələrin birinci 

İmamı Əlinin şənində oxunan qəsidə köhnə olsa da, dərvişin ləfzi gözəl, səsi yaxşı

idi.  Ürəkdən,  eşqlə  oxuyurdu.  Arabir  aram  olanda,  cavan  dərviş  babət  səsilə  ona 

cavab verir, qəsidəni kəsildiyi yerdən davam etdirirdi. 

Adamların  cərgəsində  durmuş  bala  dərviş  isə  kiçik  kəşkülünü  sədəqə  və  ianə

toplamaq üçün hazır saxlamışdı; işarə, fürsət gözləyirdi. 

Füzuli qəsidəsində imamın təriflərindən əvvəl verilən dərin fəlsəfi parçalar şairi 

sevindirdisə,  "Şahi-Mərdan",  "Mürtəzanın  lütfü  qəhri"  haqqındakı  misraları

dinlədikcə təəssüflənirdi. "Böyük Füzuli, Əlini az qala Allah mövqeyinə qaldıran 

bu  misraları  sənə  yazdıran  nə  olub?  Mənim  kimi  külfət  dərdi,  ruzi  möhnətimi? 

Doğrudanmı sən özün də onu Süleyman, Adəm, İsmayıl, Davud, Loğman, Nuh və

kainatın ən 

 

 



                                                                                                                                                  

141 


 

böyük möcüzələrindən yüksək və qüdrətli bilmisən? Buna inanmısan? Bir bax; gör, 

sənin  sözünün  qüdrətilə  bədbəxt  həmvətənlərin  necə  də  baş  və  sinələrinə  döyüb 

ağlayırlar?  Bilərəkdənmi  onları  ağladırsan,  ya  həqiqi  imanlamı  yazmısan  bu 

misraları? Qələminin gücünəmi ağlayırlar, sözünün təsirinəmi, ya imanınmı onları

ağladır, ey böyük uslad? Bəs 

"Könül, ta var əlində cami-mey təsbihə əl vurma!  

Namaz əhlinə uyma, onlar ilə durma, oturma! 

mətləli qəzəlin hara, bu misralar, beytlər hara?"  

Dərviş oxuyurdu: 

Yüz məsəqqət çəksə kami-dil tapar əncami-kar,  

Hər kimin aləmdə mövlası Şəhi-Mərdan olur... 

Yığılanlar arasında səslər ucalırdı: 

- Kömək ol, ya Şahi-Mərdan... 

-  Adına qurban olum.. 

- Balalarım sənə qurban... Dərviş daha da avaz ilə oxuyurdu: 

Ol şahənsah kim, əgər bir murə qılsa iltifat,  

Mur hökm eylər, Süleyman üstünə sultan olur...  

Kövsəri-cənnət onun hökmündədir, ol vəch ilə  

Cümlə nəslindən həmin Adəm ona mehman olur... 

- Can... Qiyamət günü, kövsər ağası, nəzərini bizdən kəsmə. –Ya Əli,ya Əli! 

- Can Əli! 

Dərvişlər  isə  cuşa  gəlmişdilər.  Böyük  dərviş  getdikcə  coşur,  ağzı  köpüklənə-

köpüklənə  təbərzinini  göydə  oynadır  və  elə  qeyzle  oxuyurdu  ki,  elə  bil  gözləri 

hədəqəsindən çıxırdı... Cavan dərviş səsini ona çatdıra bilmir, heyranlıqla ustadına 

tamaşa eləyib dururdu. 

Dərviş aranı tapıb durdu. O, qəsidəni bitirmişdi. Cavan ustadının işarəsilə bala 

dərviş cərgələri gəzməyə başladı. 

- Ağam Əli eşqinə... 

- Ağam Şahi-Mərdan eşqinə,.. 

Kəşkülə  diyirlənən  pulların  səsi  eşidilməyə  başlayanda,  şair,  qəlbini  çuğlayan 

dərin kədər və təəssüf hissilə dəstədən ayrıldı. Arxasınca Qapaqlının aydın səsini 

eşitdi: 

-

 



Çoxları şairlikdən dəm vurur, amma gör bir heç Əli şənində, öz cəddi şənində 

bu rəhmətlik kimi bir şey yazır? 

 

 



                                                                                                                                                  

142 


 

Başqa bir səs ona qoşuldu: 

-Cəddi  onu  kəssin,  heç  olmasa  Əli  şənində  cibindən  bala  dərvişə  bir  abbası 

çıxardeydi... Şeri, qəsidəsi özünə qalsın... 

...Şair  bazardan  çıxmamışdı.  Bazara  gətirilmiş  təzə  nübar  meyvələrə  gozü 

sataşanda  şair  dərvişləri  unudub  düşünməyə  başladı.  Təzə  meyvələr  həmişə

nədənsə onun fərəhinə səbəb olardı: 

-"İllər  keçir,  hər  il  təəccüb  və  heyranlığını  azalmır  ki,  artır.  Hər  il  bu  və  ya 

başqa  bir  şeyin  gəlişinə,  nübarına  sevinirəm.  Bilirəm  yarpaqlar  açmalıdır,  amma 

yenə  də  görəndə  "ilahi,  nə  gözəl,  nə  tez  gəlibdir  bu  il  bahar"  -  deyirəm,  ürəyim 

fərəhlə dolur. Təzə tehrani, təzə xiyar... hər birisi, bilirəm ki, yenə də hər il olduğu 

kimi  bu  il  də  çıxacaq!  Dostlar  bir  töhfə  kimi,  ilk  nübar  kimi  göndərəcək,  özüm 

bazarda görəndə alacağam, yenə də hər bir meyvəni adamlar bir-birinə "neçə bele 

nübarlara  çıxasan"  deyib  töhfə  verəcək.  Amma  yenə  də  mən  qırmızı  gilası,  yaşıl 

alçanı,  ağ  tutu...  təbiətin  ilk  ecazı  kimi,  hədiyyəsi  kimi  qarşılayır,  heyrət  və 

fərəhimi gizləyə, saxlaya bilmirəm..." 

Şair bunları düşünə-düşünə bazardakı təzə xiyar, gilas və alçalara tamaşa eləyir 

və irəliləyirdi. O, Qırmızı Qulamın kitabfurüş dükanına tərəf üz tutmuşdu. Dükana 

çata-çatda  çayçı  Əlmuxtarın  şagirdi  Rəziylə  rastlaşdı:  şamaxılılara  məxsus  bir 

ahənglə sözü incə-incə uzadaraq dedi: 

-Salam, Rəzi bala, xoş gördük səni, aadə... 

-Əleykəssalam, Ağa, xoş günün olsun. 

-Məşədi Qulam dükəndədi? 

-Bəli, elə indicə qulluğuna çay apardım. 

-Birini də mənə gəti, meşədiynən balaca söhbətim var... 

Rəzi sevincək tərpəndi: 

-Baş  üstə,  can  üstə,  Ağa...  Elə  sən  içəri  girən  kimi  məşədi  özü 

buyurtduracaqdı... 

Seyyid güldü: 

-Bilirəm, ona görə də meşədinin boğazına qıymadım, özüm sifariş elədim. 

Rəzi daban aldı,Şair dükanın qapısına çatan kimi Məşədi Qulamı özünəməxsus 

bir tərzdə salamladı: 

-Əssəlamu-əleykə, ey şairlər ağası, şeirşünaslar gözünün işığı... 

-Və  əleykəssalam,  Ağa,  cəddinə  qurban  olum,  xoş  gəlmisən,qədəm  əziz 

eləmisən, həmişə sən gələsən, aadə, Rəzi - bir çay... 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə