Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə53/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   49   50   51   52   53   54   55   56   ...   153

                                                                                                                                                  

138 


 

Etdi yüz hilə ilə dur məni meykədədin  

Eylədi Kəbə təvafında özüylə həmdəm. 

Gətdi yollarda mənim basıma yüz gunə bəla,  

Qüssədən axın sədparə könül tapdı vərəm. 

Niyyəti şöhrət imiş kim ona "hacı" deyələr  

Qoymuyubmuş demə məlun, yola sidq ilə 

qədəm. 

Mənə bir növ hükumətlər edirdi, billah  

Kim, onu eyləməyib Şamda Mərvan-hərəm. 

O cəfalar ki, mənə Şamdə etdi o şərir  

Əhli-beytə o qədər eyləməyib Şümr sitəm. 

Leyk səd şükür ki, bir növ ilə çatdıq Vətənə  

Oldu vəsli-rüxi-dildar ilə könlüm xürrəm... 

Nə  başını  ağrıdım,  bütün  səyahət  boyu  o  molla  yanına  dartdı,  mən  alim-şair 

yanına;  o,  məscidə  çəkdi,  mən  meyxanaya,  o  zirehə  səcdə  elədi,  mən  qədim 

abidələrə - Xaqani rəhmətüllahın qədəmi dəyən yerlərə. 

Əziz  və  əvəzsiz  dostum,  buradakı  ağır  keyfiyyətləri  yazmaqla,  qürbətdə  Vətən 

eşqilə çırpınan qəlbini bir qədər də xərab etmək fikrim yoxdur. Yalnız bir məsələni 

sənə mütləqa yazmalıyam. O da bədbəxt Sonanın taleyindən xəbər istəməyindir. Bil 

və agah ol ki, indi də, elə o zamanın özündə də həmin məsələni mənim qədər yaxşı

bilən  yox  idi.  Mehriban  qardaşım,  Sona  ölməyib,  hərçənd  ki,  sənin  üçün  ölüb, 

amma sağdır. O zaman Mütrüf Ədilin evinə basqın olan gecəsi Ağa Səməd adında 

bir  cavan  ona  nicat  veribmiş,  nə  üçün?  Hələ  indi  də  bilmirəm.  Görünür  quldur-

qaçaq  içində  də  comərd  adam  var  imiş!  Ya  qıza  yazığı  gəlib,  zənən  xeylağına  əl 

qaldırmayıb,  hər  nə  isə  onu  sağ  buraxıb.  Gecəynən  Sona  o  qan  ocağında  nicat 

tapıb  bizə,  mənim  evimə  pənah  gətirmişdi.  Bu  sirdən  indiyəcən,  bir  Mahmud 

ağadan  və  bir  də  anamdan  başqa  heç  kəs  agah  deyil.  Sona  birgün  bizdə  qaldı. 

Mahmudağaya  məsələni  açdım.  Ağsudan  xeyli  aralı  Ərəbçəltikçi  kəndində  Əlyar 

bəy  deyilən  bir  dostu  vardı.  Gecəynən  Sonanı  ora  yolladıq.  Orada  onu  tanıyıb 

bilən yox idi. Mahmudağa dostuna kağız yazdı ki, qızı orda bir qulluğa düzəltsin, 

qulluqçudan-zaddan  qoysun.  O  vaxtdan  bəri  hərdənbir  Əlyar  bəyin  məktubları

vasitəsilə ondan xəbər tuturuq. Şirvanın əvəzsiz gözəli, solmaz süsəni, orda həyat 

adamlarının içində bəy evində 

 

 


                                                                                                                                                  

139 


 

qulluqçudur.  Bundan  artıq  hələ  ki,  bir  şey  bilmirəm.  Onu  bilirəm  ki,  sağ-

salamatdır. Alışın isə bu məsələdən xəbəri yoxdur. 

Əvəzsiz qardaşım, əgər o zaman sirrindən agah olsaydım, bəlkə də, əlini əlinə

verib sizi bir diyara yollardıq. Şirvan bayatılarında deyildiyi kimi: 

Qoy mənə Kür desinlər,  

Kürdən də kür desinlər,  

Əlini əlimə versinlər  

Şirvandan sür desinlər. 

Şirvandan sürülərdiniz; amma heç olmazsa bərabər olardınız. Nə o, nə də sən 

əbədilik  bir  alov-atəş  içində  yanmazdınız.  İndi  məktubunu  alan  kimi  sənə  cavab 

yazdım ki, biləsən... Sənə ümid vermək istəmirəm. Boş ümid kişiyə yaraşmaz, amma 

əgər  mümkün  olsa,  xəbərləşərəm,  ayrı  bir  qəzavü  qədər  üz  verməyibsə,  bəlkə, 

vallah nə bilim, onu oradan uzaqlaşdırıb başqa bir yerə göndərmək və sənə xəbər 

vermək  mümkün  oldu.  Əgər  taleyinizdə  varsa,  ya  nəsib,  ya  qismət,  bəlkə  də  bir 

zaman gorüşə bildiniz. Onda yazaram hardadı və gedib götürüb öz yurd-yuvama 

apararsan.  Amma  bu  hələ  ki,  ümidsiz  fəqərədi.  Gör  bir  aradan  neçə  illər  keçib, 

daha nə qəzalar baş verib, nə bilim. Amma bir şey eləmək mümkün olsa, inan ki, 

əiimizdən  gələni  elərik.  Kağızım  cənab  Mahmudağa  ilə  bahəm  oxuduq,  gözləri 

yaşardı,  "Əhməd  ağanın  ərvahı  haqqı,  əgər  biileydim,  yüz  Alış,  min  qapaqlı

olsaydı, genə də Məcnunla Leylanın bir-birindən ayrı düşməsinə riza verməzdim" - 

dedi  və  dərhal  Əlyar  bəyə  məktub  yazıb  yolladı.  Hər  halda  sən  namümkün 

ümidlərə düşmədən, mənim ikinci məktubumu gözlə. Mümkün eləyə bilsəm yolum 

Bicov  və  Qəşətə  düşən  kimi,  səmtimi  Ərəbçəltikçiyə  salıb,  Sona  ilə  görüşməyə, 

qəziyyədən  onu  hali  eləməyə  çalışacağam.  Görək  nə  olar.  Mənim  kiranbəha 

dostum, kaş sirrini o zaman bilmiş olaydım... Əgər sən Sonanın bizdəki son gününü 

görmüş  olsaydın...  Onun  cəllad  əlindən  çıxmış  zavallı  görkəmini  görsəydin,  mən 

onun  o  halını  heç  bir  vaxt  unuda  bilmərəm.  Elə  bil  Şirvan  rəqqasələrinin  bəzəyi 

Sona deyildi... Düzdür, indi də Mahmud ağa məclislərində çəngi dəstəsi var, Nisə

böyüyüb, Sonanı əvəz eləməyə çalışır, amma heç kəs onun yerini verə bilməz. O bir 

ustad idi, o bir xəyal kimi gözəl, əfsanə idi, bir pəri idi əvəzsiz. 

Qərəz  kəlami-tuldan  yorulmadın  ümidindəyəm.  Başım,  bəlatı  tüllablıq 

dövründə çəkibdir. Vətəndən gələn hər bir kağız bir tutiya kimi 

 

 


Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə