Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə51/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   47   48   49   50   51   52   53   54   ...   153

                                                                                                                                                  

133 


 

-Baş üstə... 

Rəzi  iri  siniyə  çaydan  və  fincanları  qoyub  çıxanda,  mollanın  məsləhəti  ilə 

Qapaqlı, Əliyə emr elədi: 

-Əli, get karvansaraya, gör kərbəlayi Vəlidən bir xəbər-ətər varmı? 

Əli çıxanda Hacı Qədir dəvə kimi uzun boynunu əyib içəri girdi,lök dodaqlarını 

marçıldadaraq  salamlaşdı  və  məhz  dəvə  kimi  də  diz  çöküb  taxtın  bir  küncündə

əyləşdi. 

Oturanların  hamısı  intizar  içində  gözlərini  Molla  Qurbanqulunun  üzünə  dikib 

durmuşdular. Molla Qurbanqulu adəti üzrə hər bir cümlənin son sözünü təkrarlaya-

təkrarlaya sözə başladı: 

-Hacı,  Məşədi  Alış  da,  özüm  də  eşitmişəm  ki,  bu  təzələrin  bir-birinin  dalınca 

bağlanan  təzə  uşqolları  elə  yağışdan  sonrakı  göbələk  kimi  genə  də  bir-birinin 

dalıncan yerdən dombalıb çıxır... bəli, bəli, çıxır. 

Güllübəyim-kəsmiş  elə  getdi,  İrza  bəyinki  belə  getdi...  indi  də  deyirlər  ki,  o 

naseyid Əzim təzə qaydada bir məktəb acmaq üçün dost-aşnaynan xosunlaşır, bəli, 

bəli, xosunlaşır... lap səhih xəbərdi... 

-Nə danışırsan, canım? Onda pul hardeydi uşqol aça? Uşqolun bir aləm xərci, 

dərdi-azarı var. 

-Əh,  özü  günorta  durur  yuxudan  ki,  qarnım  acar,  sən  də,  ay  axund,  görəsən 

hansı yuxu görənə inanmısan? 

-Nə  danışırsan?  Əşədənbillah,  peyğəmbər  haqqı  doğru  sözdü,  Hacı!  Mən 

bəyəm  yoxlamamış,  bir  işə  iqdam  elərəm,  cənabını  narahat  elərəm?  Sən  baxma 

lütün  biridi,  amma  o  Kərim  bəy  var  ha,  deyirlər  o  da  elə  əvvəl  əldən  120  manat 

ianə verib... süftəsinə, verib... 

Hacıların gözləri kəlləsinə çıxdı, hər ikisi əllərini dizlərine çırpdı: 

-Pah atonnan, bu babi uşağı babi, pul qoymağa yer tapmırlar da... 

-Bəli, elədi ki, var... Mahmud ağa da, Əlyar bəy də, siyahı eləyiblər, hərə karına 

göre  20-dən,  30-dan,  100-dən  söz  verib...  Sonra  da  naseyid  Əzim  gedib 

Ağaseyidəli ağanın qulluğuna, ondan izin alıb... rüsxət istəyib... bəli, bəli, istəyib... 

-Hə, o nə deyib? İçkiçi, qumarbaz, çəngibaza izin verib? Elə şey olar? 

-Ele  iş  də  ondadı  ki,  Ağaseyidəli  ağa  ona  inanır,  niyəsini  bilmirəm,  amma 

inanır.  Deyirlər  ki,  Qurana  əl  basdırıb,  tövbə  elətdirib  ki,  bir  də  dilinə  içki 

vurmayacaq... bəli, vurmayacaq... 

Bu  xəbəri  Qapaqlı  ilə  Hacı  Qədir  hərəsi  bir  növ  qarşıladı.  Hacı  Əsəd  dərhal 

səsləndi: 

-Ay tövbə elədi ha... yalansa tövbə ona qənim olsun... 

 

 




                                                                                                                                                  

134 


 

Hacı Qədir dilləndi: 

-Tövbə eləyibsə, Ağaseyidəli ağaya söz veribsə dayı nə söz? 

Hacı Əsəd səylə nəyi isə yadına salırdı. Birdən od götürmüş kimi coşdu: 

-A  kişilər,  nə  tövbə?  Nə  söz?  Hələ  dünən  Cinin  başına  yığılan  gədə-güdə 

bazarda hırıldaşa-hırıldaşa onun təzə qəzəlini oxuyurdu,yadımda ilişib qalan da bu 

beyt oldu: 

Hər işindən eləyə tövbə, yəqindir, Seyyid  

Çəkməz əl badədən, etməz bu xətadan tövbə! 

Bu da sənə onun tövbəsi! Təpəsinə dəysin...  

Məşədi Alış söhbətə qarışdı: 

-A kişilər, siz də ona inanırsız? Getdiyim qəriblər ağasına and olsun ki, dünən 

öz gözümnən onu Gürcübazardan Aleksan bəynən qol-boyun çıxan görmüşəm... 

-Pay atonnan seyid yiyəsi, ay sənin cəddin özünə qənim olsun... 

-Bu ola bilməz, əgər söz veribsə... - yenə də şübhə Hacı Qədiri dilləndirdi. 

Bu  pir  və  ocaq  dəlisi  omründə  Ağaseyidəli  ağaya  inanan  kimi  heç  Allaha  da 

inanmırdı. 

-Olar,  olar,  deyirlər  ki,  hələm  onun  uşqolunda  urus  dilindən  də  bir  erməni 

dığası dərs verəcək; belə qayda qoyub... 

-Əh... ay cəddi onun üzünə tüpürsün, onda hansı imansız ona uşaq usburt olar? 

-Heç  kim,  heccə  kim...  O  da  gedər  inşallah  urus  İrza  bəyin  məktəbinin 

dalısıycan... 

-Bu  babi  köpək  uşaqlarından  bundan  artıq  nə  gözləmək  olar?  İçkixana, 

həcvxana onlara azlıq eləyir? 

-Əl çəkmirlər... Din eldən gedir... 

Molla məsləhətə xitam verdi: 

-Hacılar, bax borcumuz avamı başa salmaqdı, baxmasınlar ki,seyiddi, nə bilim 

ağadan izin alıb, çoxunun gözünü bu məsəfələr örtə bilər... odu ki, bizim borcumuz 

camaatı başa salmaqdı, bəli, salmaqdı!Qoy öz fərzəndələrini öz əlləri ilə odun içinə

atmasınlar!  Onlardan  babi  qayırmasınlar,  urus-erməniyə  tay  eləməsinlər, 

eləməsinlər! 

Hacı Qədiri isə fikir götürmüşdü. Şübhə onun inadkar və etiqad sahibi qəlbinə

yol tapmışdı. Əvvələn, Seyid Məhəmmədli böyük və nəcib ocaqdı, onlar hələ heç 

kimin bir həbbəsinə kəc baxmayıblar... 

 

 



                                                                                                                                                  

135 


 

Haram yeməyiblər.,. O biri tərəfdən də Ağaseyidəli ağa kimi bir müctəhid bu 

işi nehy eləməyib, urusxat veribdi... deməli, burda nəsə var... üçüncü tərəfdən Hacı

Qədir axı bu təzə "məşədi"Alışı yaxşı tanıyır. 0 hardan belə camaat gözləyən çıxdı, 

Allahdan qorxan oldu? Hələ o Molla Qurbanqulu!.. El bilir, aləm bilir ki, hər təzə

açılan mollaxana, məktəbxana onun cibinə ziyandı... Uşaqları on-on beş il oxudur, 

bir  çərəkəden  başqa  heç  nə  öyrədib  bir  yana  çıxartmır,  bir  ucdan  da  gətir 

hagətirdi....Hər  bayramda,  hər  surə  qurtaranda,  çərəkə  çıxanda,  Quranın  fılan 

yerinə  çatanda,  hələ  də  gətir  ha!..  Uşaqların  əllərini,  ayaqlarını  falaqqaya 

salmaqdan  canlarını  üzüb...  Özlərini  də  gah  meşəyə  oduna,  gah  bulağa  suya 

göndərməkdən  çiyinlərini  ulağ  beli  kimi  yağır  eləyib...  Yox,  bu  adamların  heç 

birinə  inanmaq  olmaz...  Qaldı  mənim  bu  əziz  qonşum  Hacı  Qapaqlı...  O  da  ki, 

Tərlan  əhvalatından  sonra  Ağaya  düşməndi...  ona  heç  inanmaq  olmaz!..  öz 

aramızdı,  əgəm  Ağaseyidəli  nəhy  eləməsə  və  əgəm  deyilənlər  düz  olsa,  uşqolda 

uşaqlara hesabdan, çötkədə öyrətsələr, lap elə o kafir urusun dilini də öyrətsələr, nə

zərəli var mənə? Həm dükanda gərəyim olar, həm divanda-dərədə əlimdən tutar,.. 

Vallah əgəm deyilənlər düz olsa, gedib Ağaseyidəli ağaya istixare elədəcəm, saat 

xoşduyub  Ramazanı  aparıb  verəcəm  Ağaya.  Qoy  onun  dərsin  alsın!  Alışın, 

mollanın  və  Hacı  aşnamın  acığına,..  öz  oğlu  əlindən  çıxıb,  indi  başqalarının 

uşaqlarına "yaxşılıq" istəyir, qoca tülkü? 



MƏKTUBLAŞMA 

Baradəri-mehribanım, əziz şairim

Əhvalımı  xəbər  alsan  babətəm,  cismən  sağlamam,  cismimdə  heç  bir  cərahət 

yoxdur.  Qaldı  bir  zəmanə  əhlinin  heç  yerində  qoyduğu  ruh  məsələsi,  o  da  mən 

yazmamışdan  cənabına  məlum  olsun  gərək.  Əziz  Vətəndən,  istəkli  dost  və

yaranından  uzaq,  kimsəsiz  qəribin  ruhu  necə  ola  bilər?  Mən  cismən  yaşayıram, 

cismən  varam...  qalanı  sənə  məlumdur,  istəkli  dostum,  nuri-çeşmim  mənim! 

Qəzəllərinin  və  digər  əsərlərinin  sorağı  buralara  gəlib  çatır,  gözəl 

həmvətənlərimizə qoşduğun nəzmlərinin qidası ilə yaşayıram desəm, inan. Qırmızı

Qulam  sağ  olsun,  əşarının  hər  ələ  keçənini  bu  diyara  yolu  düşənlərin  vasitəsilə

mənə göndərir.  Mənim  salam  və  minnətdarlığımı  ona  yetirməyini  xahiş  eləyirəm. 

Səndən  bir  ricam  var,  baği-Gülüstan  seyrlərində,  Mahmud  ağa  məclislərində

nəvalara qulaq asanda, Zoğalavayın kənarındakı ağac 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə