Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə59/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   55   56   57   58   59   60   61   62   ...   153

                                                                                                                                                  

153 


 

dəryasına qərq olduğunu başa düşdü. "Görəsən genə nə dərd üz verib ona? Yeni 

görəsən,  dünyada  da  dərdsiz-qəmsiz  adam  var?  Xüsusən  ki,  Ağa  kimisi,  lap 

cümləqayğıdı...  Cəddinə  qurban  olduğum,  elə  bil  hamının  haqq-hesabın  bundan 

alacaqlar...  Heç  gömürnat,  heç  hökumət  adamları,  pulu,  malı  başından  aşanlar 

bunuycan  fıkir  eləmirlər;  eləsələr  dünyada  bir  ac  qalar?  Bu  yazığın  öz  külfəti 

gücnən dolanır, özünə o-bu əl tutur, amma özü boğazından kəsib, dərsə gələn fağır-

fuqəra  balalarını  doyurub  yola  salır.  Neçə  dəfə  öz  gözümnən  görmüşəm".  -  Bu 

fıkirlə o, Seyyidin üzünü xeyli süzəndən sonra birdən nə düşündüsə dedi: 

-Ağa, təzə xəbərdən xəbərin var? 

Şair xoşa gəlməz xəyallarından ayrıldığı üçün sevindi. Abdullanın xasiyyətinə 

bələd  idi,  nə  isə  maraqlı  bir  əhvalat  danışacaqdı,  çünki  onun  bütün  maraqlı

xəbərləri məhz bu sualla başlanırdı. 

-Yox... Genə nə var, a Şirin? - deyə o, gözlərini Abdullanın üzünə dikdi. Şirin 

Abdullanın  qəribə  görkəmi  vardı,  elə  bil  taxçada-boğçada  nəyə  gümanı  gəlirdisə

hamısını əyninə geymişdi. Əyninə nə geymişdisə, hamısının da yaxası bir-birinin 

altından görünürdü. Çox iri, mixeyi qoyun dərisindən olan yekə papağı qulaqlarını

qabağa  basıb  əymiş,  onlar  da  qızarıb  gülməli  bir  görkəm  almışdı.  Şair  bu  hala 

təəssüf qarışıq bir təbəssümlə baxdı və Abdullanın nə nağıl edəcəyini gözləmədən 

soruşdu: 

-Hə, Şirinim, nə eşitmisən genə, yoxsa məni Tiflisə sərdar tikirlər? 

-Nə  olardı?!  Səndən  elə  sərdar  çıxardı  ki,  dünyadan  ac-yalavac  qurtarardı... 

hamının qarnı doyardı... 

-Elə  demə,  Şirin,  onda  hamı  Allahı  yaddan  çıxardardı;  gərək  dünyada  ac  çox 

olsun ki, Allah yaddan çıxmasın... 

Şirin  bu  sözdəki  incə  istehzanı  duymadı,  sözə  başladı:  -Nə  deyirəm  ki,  özün 

bilən yaxşıdır... Amma məsələ belədi: dünən deyirlər Cin Cavad gedib Haci Məcid 

əfəndinin  yanına,  otağa...  Deyib  ki,  əfəndi,  gəlmişəm  ki,  dönəm  Allah 

eləməmişkən, sünnü olam... Şair güldü: 

-Yeni Allah eləməmişkəni də o deyib? 

-Yox, Ağa, onu mən deyirəm... hə... Hacı Məcid əfəndi soruşub ki, "A Cavad, 

de görüm bu şiəlerdə nə pislik görmüsən ki, dönüb sünni olursan?.." Deyir, Cavad 

deyib ki, heç nə, elə-belə özümçün oluram... Onda hacı da deyib: Cavad, bəlkə əlin 

aşağı düşüb, pula ehtiyacın var, al bu yüz manat məscid pulundan verim, get işini 

düzəlt. Bizi şayılarla 

 

 




                                                                                                                                                  

154 


 

qannılığa  salma!  İndi  dəb  düşüb,  kimin  pulu  azalır  -  gedib  bir  məzhəbdən  o 

birinə  keçir  ki,  şirnikdirənlər  bunun  üçün  də  pul  yığıb  evləndirsinlər,  ziyarətə

göndərsinlər. Amma Cavad, sən ümum Şirvanın Cavadısan, hamının əzizi... Qərəz, 

deyillər Hacı Məcid əfəndi, Cavadın xoruzun verib qoltuğuna, salıb yola... 

Şair,  Abdullanın  söhbəti  boyu  gözləri  yaşarıncayadək  güldü;  axırda  göz 

yaşlarını silib dedi: 

-Aadə...  bu  ola  bilməz!  Yəni  mənim  dostum  Cavad  belə  ölüvay  olub  ki,  bir 

əməlli cavab tapa bilməyib? 

Şirin də gülürdü, o sevinirdi ki, Ağanı qəm dəryasından qurtarıb: 

-Cəddüvə qurban olum,  Ağa,  dayı  pulu  alandan  sonra  nə  söz? Elə  onunku da 

oracanmış da... 

Hər  ikisi  güldülər...  Şagirdiər  bir-bir,  iki-bir  həyətə  daxil  olmağa  başladılar. 

Uşaqların bəzisi yaxşı geyinmişdisə də, çoxunun üst-başı köhnə və nazik idi. Şair 

bunların bir az da əvvəl içəri girib qızma bilmələri üçün Şirinə işarə verdi, qapını

açdılar.  Uşaqlar  salamlaşıb  ədəblə  sinif  otağına  daxil  oldular.  Müəllim  bəzən 

onların birini daha da canlandırmaq üçün başını tumarlayır, zarafatla soruşurdu: 

-Aadə... Ələsgər, bala, nə imam cücəsi kimi büzüşmüsən? 

-Ağa, vallah, gələnəcən gözümün içində giləsi də dondu... 

-Pah atonnan mübaliğə yiyəsi... 

...Uşaqlar dərs otağına doluşdular. Hərə bir rəng, hərə bir cür varlı-varına görə 

geyinmişdi.  Şirvandakı  rus,  malakan,  erməni  məktəbi  şagirdləri  kimi  əyinlərində

rəsmi məktəbli forması yox idi. Bəzisinin çiyninə, ya papağına göz dəyməməkçin, 

gözmuncuğu,  hansı  bir  mollanınsa  yazdığı  pitik-nəzər  duası,  dağdağan  ağacı

parçası  tikilmiş,  bəzi  nəzirli  "Əli  qulunun"  sağ  qulağı  deşilib  oraya  bir  tay 

"Heydəri" sırğa da taxılmışdı - "Qulluq tanası - deyə şair düşündü... Görəsən bizim 

uşqolumuz  da  əsil  məktəb  siması  alacaqmı,  eh,  necə  deyərlər  şükür  Xudanın 

kərəminə, buna da şükür..." 

Müəllim dərsə başladı: 

-övladlarım,  ata-ananız  sizə  daima  öyrədir  ki,  hər  bir  işə  başlayanda 

"bismillahirrəhmanirrəhim" deyin, Allahın adı ilə başlayın!.. Bu nə deməkdir? 

...Məktəbin yanından ötənlər arabir dayanır, Ağanın şagirdlərə nə öyrətdiyinə, 

nə təlim verdiyinə qulaq asardılar. Bu gün buradan keçən Qapaqlı Hacı Əsəd idi. 

O,  ağanın  bu  ilk  sözlərini  eşidincə  dayandı:  "Aha,  deyəsən,  ağla  gəlib?  Bir  də

uşaqlara nə öyrətməlidi ki, görək!.." 

 

 




                                                                                                                                                  

155 


 

O  ayaq  saxladı,  dərsxananın  qapısı  dalına  keçib  huş-guş  ilə  qulaq  asmağa 

başladı; içəridən müəllim deyirdi: 

-Hər bir işə Allahın adı ilə başla, yeni doğruluqla, dürüstlüklə başla, heç kimi 

aldatma.  Əgər  sən  tacirsənsə,  işə  Allah  adı  ilə  iqdam  edirsənsə,  gərək  xam  bir 

tərəkəməni beş arşında üç çərək sürüşdürüb aldatmayasan! Əgər baqqalsansa, xam 

şəhərlini aldadıb batgəni bal əvəzinə ona sırımayasan. Bütün bunları eləyən adam 

istər bismillah dedi, istər demədi, bir faydası yoxdu... Namaz-orucu yerinə yetirdi, 

ya yox, bimənadı... İnsan səvab işlər görməli, heç kəsi aldadıb dövlət yığmamalıdı. 

Bizim həmvətənimiz olan şairlərdən Kərbəlayı Arif Allahı buyurubdu: 

Kafərəm dünyayi-mafiyhayə gər meyl eyləsəm,  

Xanlığa, sultanlığa, rəğbət məgər adəm qılır? 

İnsan  olan  heç  kəsə  alçalıb,  var  üçün,  dövlət  üçün  nücəbalara  boyun 

əyməməlidi.  Hər  şeyə  Allah  adı  ilə  başlamaq  o  deməkdi  ki,  yəni  hər  bir  işə

düzlüklə  iqdam  elə,  xəyanətlə  yox...  Ürəyində  Allah  xofu,  yeni  iman,etibar, 

sədaqət, düzlük olsun…..  Yoxsa  ki,  hər  dəqiqə  bir  "bismillah"deyib,  salavat 

çevirməklə  başqalarını  aldadan,  ribaxor,  təməkar,  rəngü  hənadan  təravət  tapmış

qırmızı saqqallı yalançı möminlərdən olma! 

"Bismillah"  sözü  hacının  döşünə  yatmışdısa  da,  burdakı  bəzi  təlimat  heç  onu 

tutmurdu. Tacir olasan, xam tovlamayasan? Bəs sonra Allahdan hansı günahlarını

bağışlamağı xahiş edəcəksən? Qıldığın namaz, oruc tutmağın, ehsan verməyin nə

üçündür?  Bu,  dünyadı...  Burda  atdadırsan  da,  aldanırsan  da.  Sonra  tövbə  eləyib 

bağışlamısan da!.. O şairin şaha-sultana boyun əyməmək haqqındakı sözlərini eşi-

dib  ürəyində  deyine-deyinə  yoluna  düzəldi:  "Hə  de,  hökumət  əleyhinə  bundan 

aydın  nə  demək  olar?  "Padşah  yer  üzündə  Allahın  kölgəsidi,  padşahına  ağ  olan, 

Allahına da ağ olur", "Amma gör bir bu, uşaqlarda indidən nə təlim eləyir??? Yox, 

bunu cənab pristova yeri düşəndə çatdırmaq borcumdur". 

...Məktəbdə isə müəllim sözünə davam edirdi. 

-Övladlarım,  sizə  ən  birinci  vəsiyyətim  budu  ki,  elm  öyrənin,əgər  birisi  sizə 

desə  ki,  dünya  elmlərini  öyrənmək  günahdı,  ona  inanmayın!  Quranın  özündə

peyğəmbər "Taha" surəsinde deyib: "Ya reb,elmimi artır" və yenə bilin ki, insanın 

gözəlliyi geyiminin bəzəyi ilə deyil, elm və ədəbindədir. Elmli və ədəbli olun! Öz 

ata-babanızın  xan  və  ya  ağa  olmağı  ilə  lovğalanmayın.  İnsanı  şərəfləndirən  onun 

elmidir: 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə