Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə48/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   44   45   46   47   48   49   50   51   ...   153

                                                                                                                                                  

125 


 

yirdi  ki,  məktəbdə  şagirdlərə  rus  dili  də  öyrədilsin.  O  özü  yaxın  tanışlarının, 

xüsusilə Mahmud ağa, Aleksan bəy və başqalarının köməyilə rus dilini öyrənməyə

başlamışdı.  Amma  çətinlik  çəkirdi.  Dilin  ta  uşaqlıqdan  təlimi  məsələsi  zəruri  idi. 

Doğrudur,  məktəbdə  rus  dilinin  təlim  olunması  bir  çox  valideyni  bura  uşaq 

verməkdən  çəkindirəcəkdi;  lakin  bu  dili  və  bu  dildə  yazılan  zəngin  ədəbiyyatı

oxuyub öyrənmək, böyük bir aləmə göz açmaq üçün balaca həmvətənlərinə zəruri 

idi...  Odur  ki,  şair  dostlarından  bir  müəllimin  məsləhətilə  şəhər  məktəbinin  zəki 

şagirdlərindən  sayılan  Manveli  gözaltılamışdı.  İş  baş  tutsa  onu  rus  dili  müəllimi 

dəvət edəcək idi. Elə indidən atası ilə danışıb, razılığa gəlmişdi. 

Əsil  məsələ  icazə  almaq  və  iane  toplamaq  məsələsi  idi.  Dostlar  bir  ağızdan 

demişdilər:  "Əgər  müvəffəq  olmaq  istəyirsənsə,  mütləq  Ağaseyidəli  ağanın 

razılığını almalısan, əks halda aqibətin Rza bəydən uzağa getməyəcək, məktəbin də

onunku kimi tezbazar olacaq". 

İndi  Seyid  Əzimi,  Ağaseyidəli  ağanın  otağına  gətirən  də  məhz  bu  idi.  O, 

məqsədini  ağaya  açacaq  və  seyiddən  yardım  istəyəcək  idi.  O,  ruhani  olsa  da, 

şəhərdə böyük nüfuza malik olan seyidə müraciət etməyə məcbur idi. 

Ağaseyidəli  ağanın  yanına  getməmişdən  əvvəl  düşünüb  daşınmısdı,  ona 

deyəcəyi sozləri, alacağı məsləhət və istəyəcəyi yardımı dostları ilə birlikdə çoxdan 

qərarlaşdırmışdı.  İndi  yolüstü  qarşısına  çıxan  Cin  Cavad  onun  bütün  arzu  və 

xəyallarından xəbərdar idi: 

-Hara belə, Ağa? 

Seyid  Əzim  qarşısına  dostunun,  həm  də  belə  xoşniyyət  bir  dostun  çıxmasını 

iqdam edəcəyi işdə yaxşı bir fal hesab edib gülümsədi: 

-Xeyirdi, aadə, Ağaseyidəli ağanın qulluğuna gedirəm... 

-Allah  xeyir  versin,  yaxşı  olar  inşallah.  Neynim,  Ağa,  kaş  Allahın  altında  bir 

molladan, ya cəddündən irağ yerdə seyiddən-zaddan olaydım. Özü de eləsindən ki, 

camaat mənim dalımda cümə namazı qılaydı, mənə itaət eləyə idi. Onda çıxardım 

minbərə,  deyərdim:  ya  eyyühənnas,  bu  cavan  ağanı  ki,  görürsüz,  vallah,  gündüz 

işıqnan  axtarsaz,  balalarınız  üçün  xeyirxah  və  yaxşı  təlimçi,  müəllim,  molla  tapa 

bilməzsiz... Nahaq yerə uşaqlarınızı aparıb verməyin mollaquyruqqululara. Bu kişi 

sizin  balalarınızdan  həqiqi  insanlar  yetişdirər,  onlar  bütün  millətlərin  arasında 

barmaqla göstərilən ağıllı adamlar olarlar... 

Cavad "vəz" elədikcə Seyyid gülümsəyir və diqqətlə qulaq asırdı: 

-Allah dəvəyə qanad versə, uçurmamış dam-daş qoymaz, elə oldu ki, sən molla 

olmamısan da... Molla adı gələn kimi canuva titrətmə 

 

 



                                                                                                                                                  

126 


 

düşür,  başlayırsan  qaralarınca  deməyə.  Daha  onlar  da  hardan  sənnən  dost 

olsunlar... 

Cavadın bir az əvvəl ilhamla işıqlanın üzünü kinli bir qəzəb bürüdü: 

-Neyniyim, aadə, bu qırılmışların əməllərin görəndə sağ adam dəli olar... hansı 

yetimin  malını  həzmi-rabədən  keçirib,  özünü  çöllərə  salmayıblar?..  Hansı  dul 

övrətin yiyəsizliyindən istifadə edib siğə boyunduroğun boğazına keçirməyiblər?.. 

Harda  bir  əhli-qətəm,  gözü  açıq  adam  görürlər  ya  babi,  ya  kafir  elan  eləyirlər... 

Dostun  Bixud  öz  adı  molla  ola-ola  gör  bir  bunların  əməllərindən  nə  yazır;  öz 

aramızda,sənə onun bir qədi açılmamış rübaisin deyim: 

Zahid bizi görcək tüpürür, ar etməz,  

Bilməz ki, tüpürcəyi bizə kar etməz,  

Biz bəhri-mühit qılmışıq kəndimizi,  

Bir zərrə nəcasət bizi murdar etməz! 

Görürsən, Ağa, necədi curun? 

-Afərin, vallah, əladı! Amma eşidən olsa, Bixud batdı, aadə... 

-Eh,  kim  eşidəcək?  Belə  şeyləri  eşitmək  istəyən  lələşinə  müraciət  etməlidir. 

Mən  də  ki,  bunların  xiridarını  tanıyıram;  bilirəm  ki,  kimə  oxumaq  olar,  kimə

olmaz.  Di,  yaxşı,  gözlərin  parıldamasın.  Qoy  ağanın  qulluğuna  səni  əməlli 

hazırlayım, birini de deyim, sonra tamam-dəsgah get, ürəkli vuruş... 

Ey mərsiyəxan, Hüseyn bizar əz to,  

Aşüftəvü xəstəvü diləfkar əz to,  

Yekbar bədəsti-Şimr əkər koşte şode  

Hər sal şəvəd koştə be səd bar əz to'. 

Şairin diqqətlə dinlədiyi bu rübailər az qala məqsədini və gedəcəyi yeri də ona 

unutduracaqdı. 

-Afərin Bixud, aadə, o zalım nə yaman qurd ürəyi yeyib... 

Cin Cavad güldü: 

-Heç özündən xəbərin yoxdu, istəyirsən birini də Seyyiddən deyim? 

 

 




                                                                                                                                                  

127 


 

İki kəs şərə gedib, versə biri iki manat,  

Söz onundur ki, verib pul; nə qəmi, tapdı nicat!  

Tez yazıb hökmü verir qaziyi-şirinhərəkat.  

Bu tərəfdən verə məcbun olan üç danə manat,  

Filfövr yazdıgı hökmünü elər rədd qazi. 

Hər ikisi güldü. Cavad dedi; 

-Axund yanına, seyid, qazı yanına gedirsən, mən də bir gör nə 

danışıram, dilim quruyar, ağzım eyilər... 

O ciddiləşdi: 

-Get,  Allah  işivə  fərəc  versin,  amma  təslim  olma,  ürəklə  çarpış,sən  ki,  bu 

güruhi-nafərcamı yaxşı tanıyırsan... 

Onlar görüşüb ayrıldılar. Cavad arxasınca səsləndi: 

-Ağa, az qalıram, evlərin birindən bir piyalə su alıb dalıncan atam. Xeyir və xoş 

xəbərlə qayıdasan... 

-Atmışcan varsan... 

...Ağaseyidəli  ağa  günün  bu  vaxtında  qəribə  görünsə  də  otağında  tək  idi, 

"istiftaya",  məsələyə  gələn  yox  idi.  Onun  yaşı  qırxı  təzə  adlasa  da,  saqqalı  və

bığları ağarmağa başlamış, hətta qalın qaşlarına da təkəmbir dən düşmüşdü. Daima 

evdə çiynindən düşməyən ağ, nazik əbaya bürünmüşdü. İkiqat döşəkçənin üstündə

bardaş  qurub  oturmuşdu.  Üzünün  və  əllərinin  rəngi  təzə  süd  kimi  ağ  zərif  idi. 

ömründə  qələmdən  və  Qurandan  başqa  bir  ağırlıq  görməyən  əllərinin  uzun 

barmaqları və tərtəmiz vurulmuş, hamar, şirmayı kimi dırnaqları vardı. İri cüssəli 

deyildi,  indidən  hələ  yarı  yaşına  çatmamış,  elə  bil  qəddi  əyilmiş,  oturduğu  yerdə

sinəsi  çökmüş,  mütəkkələrə,  yaslandığı  nazbalışlara  qarışmış  bir  yığın  ağ  ipəyə

bənzəyirdi.  Peyğəmbər  nəsli  hesab  edilən  bütün  seyidlər  bir-birini  "əmioğlu" 

adlandırdıqlarından, o da çox vaxt bu adətə riayət edirdi. Amma pis tinətinə bələd 

olduğu  adamları  seyid  də  olsa  adı  ilə  çağırar,  çəndan  hörmət  qoymazdı.  Dərin, 

daxili  bir  ədəbə  malik  idi.  Gördüyü  zəngin  dini  təhsil  onda  çox  qəribə  bir 

dünyabaxışı yaratmışdı. Yüksək, pak bir mənəviyyata malik adam idi, hələ heç bir 

yetimə,  dula  qəyyum  durmamış,  heç  kəsə  siğə  eləməmiş,  birisinin  malında  gözü 

olduğunu deyən olmamışdı. 

Məhz bu paklığına görə də hər şeyi çox böyük bir həssaslıqla duyan, hərəyə bir 

quyruq  bağlamağı,  dodaq  büzməyi  adət  etmiş  bir  para  şamaxılılar  Ağaseyidəli 

ağaya irad tuta bilməmiş, nöqsan tapa bilməmişdilər. Günün birinci İmamı kimi nə

desəydi, istər sünni, istər şiə 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə