Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə44/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   40   41   42   43   44   45   46   47   ...   153

                                                                                                                                                  

114 


 

-Yox... 


-Onda  başla,  vallah,  elə  acam  ki,  nəinki  bu  plovu,  sənin  özünü də  diri,  bütün 

yesəm doymaram... 

Üç gün keçdi,  bu üç gündə gənc  şair  evlilik  səadətinin  ilk  şərbətini  içib  məst 

olmuş  kimi  Ceyrandan  başqa  heç  nə  düşünə  bilmədi.  Üçüncü  gün  gəlin  üçün 

"paytaxt"  oldu,  təzə  gəlinlər  gəlib  onu  üzə  çıxartdılar,  şənlik  edib  dağılışdılar. 

Qohum  və  dostların  evinə  "ayaqaçdı"  məclisləri  başlandı.  Evləndiyindən  bir  ay 

keçənəcən günlər onun üçün bir günlük, uzunca bir qonaqlıq kimi keçdi. Sona da, 

Tərlan  da,  Mahmud  ağa  məclisləri  də, şeir-qəzel dəftərləri  də  yadından  tamamilə

çıxdı. Bir ayın tamamında babası Yaqsaya qayıdacağı günü bildirdi və nəvəsi ilə

təkbətək görüşmək niyyətində olduğunu söylədi. 

Onlar anasının otağında görüşdülər. Seyid Əzim təzə bəy olduğundan hələ də

babası ilə üz-üzə oturub əməlli-başlı danışmağa utanırdı. Bir müddət sükut etdilər. 

Sükutu axund özü pozdu: 

-Övladım,  bu -  şərən  qanuni,  bütün  zihəyatın  və  mövcudatın  zərurəti  olan  bir 

əməldir. Şəri işdə həya saqitdir və lakin ədəbin, həyat məni məmnun edir. Şükr bir 

olan  xaliqə  ki,  ananın  rizasını  rədd  etməmisən.  Toyun  mübarək  olsun,  ağbəxt  ol, 

oğlum. Lakin bir qərəzim var. 

Mənim bu dünyada karvanımı çəkmək zamanım yavuqlaşır, sənin əlini bir işdə

görmədən dünyadan göz çəkə bilmərəm, nigaran gedərəm. 

Atan  behiştməsnədin  qulluğunda  xəcalət  ollam.  Mən  ona  verdiyim  əhdi  və

boynuma götürdüyüm vəzifəni tamam yerinə yetirməmisəm. 

Hələ  əhdimin  biri  durur.  O  da  sənin  təhsilini  Nəcəfül-Əşrəfdə,  Ətabati-alidə

ikmal etdirməkdir. Cənab Əli əleyhüssəlam buyurub: "Ütlübül-elmə vəlo bissini". 

Elm  nə  qədər  uzaqda  olsa  da,  onu  əldə  etməkdən  heç  vaxt  çəkinmə,  bərəks  ona 

çatmağa tələs. 

Gənc  şairin  ürəyi  vurdu,  yanaqlarına  bir  qızartı  çökdü.  Axund  baba  ondakı

təbəddülatı duydu və özü düşündüyü kimi yozdu: 

-Əlbəttə, bu tezlikdə səni külfətindən ayırmaq fikrində deyiləm... 

Seyid Əzim etiraz etmək, nə isə demək istədi; lakin baba onun sözünü kəsdi: 

-Qulaq as, mən bilirəm ki, anan səni evləndirməkdə tələsib, -səni evə bağlamaq 

xəyalilə. Bu bütün anaların arzu və təşvişinin nəticəsidir. Lakin sən indiki halında 

yarım təhsillə qalsan, gələcəkdə ailəni 

 

 



                                                                                                                                                  

115 


 

çox üsrətlə keçindirəcəksən. Nə sən xüms toplayan seyid, nə də mən mali-yetim 

həzmdən keçirən molla olmadığım üçün, elə bir mal-mənal toplamamışam ki, sizin 

hamınızın  gələcəyinizi  təmin  edə  bilsin.  Amma  sənin  təhsilini  ikmal  etmək  üçün 

imkanım  var  və  sən  mütləqa  oxumalısan.  Sən  təhsilini  tamam  edib  axund  adı  ilə

qayıdarsan və Allah əcəldən aman versə, sən qayıdanacan ömrüm mənə yar olsa, 

səni münasib bir məscidə və ya məhəlləyə molla, qazi, nə isə bir yerə təyin etdirib, 

haqqında  bütün  vəzifələrimi  icra  etdikdən  sonra,  arxayın  dünyaya  vida  deyə

bilərəm.  Bəhər  hal,  niyyətim  sənə  əyan  oldu...  İndi  mürəxxəssən,  bir  ilin 

tamamında,  inşallah,  hazırlaşıb  yola  düşərsən,  mən  də  o  vaxtacan  lazımi 

binagüzarlıq elərəm, ananı da razı sallam. 

Onun  ayrı  məqsədi  yox  idi.  Babasının  niyyəti  onun  da  təhsilini  ikmal  etmək 

arzularına  uyğun  gəlirdi,  təkcə  mollalıq  məsələsindən  başqa.  Bu  da  sonranın  işi 

idi...  Gənc  əyildi,  minnətdarlıq  hissilə,  uğrunda  zəhmətlər  çəkmiş  babası  və  ilk 

müəllimi olan qocanın əlindən öpdü: 

- Təşəkkür edirəm, baba... 

...Hadisədən il deyil, ilyarım keçdi, Seyid Əzim, Şirvanı tərk edib Nəcəfə yola 

düşərkən, artıq təkcə Ceyranın baş yoldaşı deyil, həm də ata babası Mir Cəfərin adı

qoyulmuş  xırdaca  bir  oğulun  atası  idi.  Qəlbində  təzə,  yenicə  daddığı  atalıq 

duyğusunun  şirinliyindən  hələ  lazımınca  ləzzət  almamış  körpəsindən,  varlığına 

hakim  kəsilməyə  başlayan  şirin  məhəbbətli  Ceyrandan,  yer  üzündə  ikinci  Allahı

kimi  sevdiyi  anasından;  uzaq  Yaqsayda  ömrünün  son  illərini  yaşayan  ata  əvəzi 

babasından  ayrılarkən,  birümidlə  yola  çıxırdı:  oxumaq,  təhsilini  davam  edib 

Vətənə  qayıtmaq,  balaca  vətəndaşlarına  Rza  bəy  kimi  kiçik  bir  məktəb  açıb  dərs 

demək, xeyir vermək... 

...Qarşıda yenə də yol görünür... Şirvandan gedən yol. Bu yol sarvan Kərbəlayi 

Vəlinin  himayəsinə  tapşırılmış  Seyid  Əzimi  Kərbəlaya,  Nəcəfə  aparırdı.  Bu 

yollarda  onu  nə  gözləyirdi?  Bu  ayrılıq  uzunmu  çəkəcək?  Qayıdanda  dost  və

tanışlar,  sevdiyi  adamlar  sağbasağ  yerindəmi  olacaq?  Təşviş-təşvişlər...  O, 

Vətəndən  bu  əziz  məhəbbətdən  başqa,  bir  də  boş  bir  bayaz  aparırdı...  hər 

düşərgədə, hər mənzildə, hər dayanacaqda o, bir guşəyə çəkiləcək, qəlbini qələyana 

gətirən hissləri qələmə alacaq... yazacaqdı... "Yollar, şairimi məndən almayın, onu 

mənə  sağ-salamat  qaytarın..."  Ananın  ardınca  atdığı  suyun  səsilə  birlikdə

qulaqlarında  səslənən  bu  cümləni  kim  dedi?  Ayrılıq,  hicran  ələmilə  irəlicədən 

solmağa başlayan Ceyranmı? Qəlbinin dərinliklərinə çəkilib gizlənən ilham pərisi, 

pərilər soltanımı?.. 

 

 



                                                                                                                                                  

116 


 

YENƏ ŞAMAXIDA 

Yollar götürüb aparanda ayrılmışdıq şairimizdən. İl keçdi, ay dolandı, onu yenə

yollar  qaytarıb  gətirdi.  Vətən  torpağında  bir-iki  il  dost-aşna,  qohum-əqrəba  və

istəkli  balası  ilə  birlikdə  nəfəs  almamış,  yollar  onu  yerindən  alıb  apardı: 

"Ərəbistan,  İran,  Türkiyə  səyahətləri,  qəribə-qəribə  ölkələr,  maraqlı  insanlar... 

Seyyid o qədər maraqlı təəssüratla qayıtdı ki, sanki bu bir-iki il ərzində bir-iki yaş

deyil, on-on beş il böyüdü; on-on beş illik təhsil aldı. Qayıdanda Seyyidi görənlər 

ondakı  təmkinə,  ondakı  siqlətə  heyran  idi,  təəccüblə  baxır,  bir  insanın  bir-iki  il 

ərzində  bu qədər  təbəddülata uğrayıb, dərinləşməsinə  qibtəe  qarışıq  bir heyrət  və

maraqla  baxırdılar.  Seyyidin  oturuş  və  duruşunda  təmkin  əmələ  gəldiyi  kimi, 

danışığı,  səsi  də  yumşalmış,  onlarda  gəncliyə  xas  olan  coşqunluq,  müdrik  bir 

insanın  həlimliyi  ilə  əvəz  olunmuşdu.  İndi  onun  müsahibələrini  curları,  yaşıdları

hörmət qarışıq xəfif bir qorxu ilə, özündən böyüklər isə diqqət dolu bir maraq və

ehtiramla dinləyirdilər. Söhbətlərin məzmunu, məğzi dəyişməsə də söhbət eləyənin 

özünə  inamı  artmış,  gətirdiyi  sübut  və  dəlillər  etiraza  yer  buraxmır,  şübhəyə  yer 

qoymurdu. 

Seyid Əzim Mahmud ağagilə yaxınlaşanda onu qarşılayan musiqi səsi oldu. Bu 

rəng  idi,  yəqin  ki,  muğam  arası  rənglərdən  birində  kim  isə  rəqs  eləyir;  çünki 

içəridən şırıqqa səsi gəlirdi... Bu səslər, bu nidalar onun ətrafındakı dağıntılı aləmlə

o qədər də tutuşmurdu. Zəlzələnin nəticələri hələ göz qabağında idi... Hələ evlər o 

qədər  də  ucalmamış,  adamlar  müvəqqəti  tikililərdən  çıxıb  təzə  evlərə,  əsaslı

binalara  köçməmişdi.  1859-cu  ilin  amansız  zəlzələsi,  qubernatoru  təşvişə  salıb 

qubemiya idarəsini Şamaxıdan Bakıya köçürən zəlzəle... nə qədər günahsız qanlara 

bais  olan  zəlzələ...  amma  şəhərdə  canlanma  artmış,  üzlərdən  qorxunun  zəfəran 

rəngini  götürmüşdü.  Dodaqlara  təbəssüm  qonmağa,  bağlardan,  seyrəngahlardan 

nəğmə  və  musiqi  səsləri  ucalmağa  başlayırdı...  Ölənlərin  ili  çıxmış,  il  qarası

əyinlərdən çıxarılmış, şəhərdə əlvan libas geyənlərin sayı çoxalmışdı... 

İndi  Seyid,  Mahmud  ağanın  evinə  yaxınlaşdıqca  bütün  bunları  fıkirləşirdi.  O, 

rahatlıq  gətirən  bir  şəkildə  köksünü  ötürüb  düşünməyə  başladı:  insan  doğulur, 

insan ölür... həyat isə baqi və daimidir, qoy molla Qurbanqulular fəna haqqında nə

çərənləyir  çərənləsinlər...  Həyat  əbədidir...  orada  mən  yoxam,  sən  yoxsan...  nə

olarki, ataları oğullar, oğulları nəvələr əvəz edir... Torpaq daimi, yer, su, hava... ab-

atəş-xak-bad-dan  yaranan  nə  varsa,  o  daimidir...  cismi,  canı  olan  nə  varsa  o 

daimidir... 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə