Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə45/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   41   42   43   44   45   46   47   48   ...   153

                                                                                                                                                  

117 


 

ölmür... nə olar: mən olmaram... sən olmazsan... bununla bu əngin göylərdən, 

bu  əlvan  kainatdan,  bu  musiqili  və  gülümsər  dodaqlardan,  üzlərdən  heç  nə

əsgilməz... 

Darvazaya  çatanda  şırıqqa  və  musiqi,  "afərin,  maşallah,  fətabarəkəllah..." 

səsləri  daha da  ucaldı...  Bu musiqi  onun qolunun qanadından  yapışıb  içəri  çəkdi. 

Dilmanlı gədəsi baş əyib üzünə gülümsəyir, o, "Ağa, xoş gəldin"ə cavab verirdisə

də, gözünün önündə başqa bir aləm, özgə bir mənzərə canlanırdı: "İçəridə oynayan 

Sonadırmı?  Əlbəttə,  Sonadır...  Sonasız  bu  evin,  bu  məclisin  nə  yaraşığı...  Məgər 

Sonasız  rəqs,  musiqi  olar?  İndi  mən  içəri  girəcəyəm,  Sonanın  badamı  gözlərini, 

burma  birçəklərini,  uzun  hörüklərini,  əlvan  şətəl  geymiş  balaca  ayaqlanın,  belinə

vurduğu  incə  əllərini  görəcəyəm...  Sonanın  gərdəni  çevrəsində  cığalı  qıvrım 

birçəklər,  ilan  kimi  qıvrılan  hörüklər  səksəkəli  quş  təki  çırpınacaq,  gözləri  gah 

sağa, gah da əlinin ahəngilə sola süzüləcək, məstü xərab olacağam, ilahi..." 

O, bir anlıq Sonanın başına gələn fəlakətləri unutdu, şerinin qanadı, ilhamının 

pərisi,  könlünün  soltanı  olan  gəlin-qızın  eşqilə  yenidən  çırpınan  kimi  oldu  və  bu 

eşqlə  də  içəri  qoşdu...  Burada,  doğrudan  da,  rəqs  gedirdi.  Şair  ortada  oynayanı

dərhal  tanıdı.  Bu,  Sonanın  şagirdi  və  indi  Şamaxı  çəngiləri  içərisində  yeganə

rəqqasə idi ki, Sonanı əvəz edə bilirdi. Nisənin xırdaca çənəli, yaraşıqlı simasında 

balaca ağız-burnu, nazik qələmi qaşları və xüsusilə uzun, çin-çin burma birçəkləri 

dərhal  nəzərə  çarpırdı.  Bu  birçəklər  altından  dördqat  piyalə  sırğalar  qızın 

çiyinlərinə düşür, rəqsin ahənginə uyğun cing-cing cingildəyirdi. 

Şair  nazik  vücudlu,  cəld  hərəkətli  rəqqasəni  böyük  bir  maraq  və  məftunluqla 

seyr  etməyə  başladı,  göstərilən  mövqedə  oturmağa  tələsmədi,  yanına  dəvət 

edənlərə  el  hərəkəti  ilə  qaş-gözlə  sükut  işarəsi  verib,  rəqsin  qurtarmasını  qapının 

ağzında durmaqla gözlədi. 

...Nisə yerinə keçəndə Mahmud ağa məsnədidən diz üstə qalxdı: 

- Bura, bura, buyur, Ağa! Ya cədda, orda yox, burda, yanımda... 

Mahmud ağa məst idi, məstanə idi, xumar aləmində idi, nədəndi bu məstanəlik? 

Bir aləm, bir dünya sevdiyi musiqidənmi? İncə rəqsilə oturanları valeh etmiş, hətta 

Ağaya belə bir anlığa Sonanın ecazkar rəqslərmi unutdurmuş Nisənin rəqsimi, ya 

təzə  Şuşalı  xanəndənin  səsindəki  məlahət,  Mahmud  ağa  düzəlişləri  ilə  oxunan 

sarəncmidi? 

Nəydi Mahmud ağanın məstanəliyinə səbəb?Şair kef, nəşə, musiqi məclisində, 

çəngi  məclisində  olduğunu  unudub  dərin-dərin  xəyallara  dalmışdı.  Sona  kimi, 

ondan yalnız cəldliyi ilə seçilən Nisə incə-incə, 

 

 



                                                                                                                                                  

118 


 

xırda-xırda  ona  baxır  və  gülümsəyirdi...  bu  təbəssümlər  arasından  Sonanın 

hicran, cəfa, ələm dolu sonuncu baxışları bəlirir; "Şairim, sənmisən burda? Nə tez 

unutdun  əməllərini?  Nə  tez  unutdun  arzularını?  Hər  bir  incə  mələk  sənə  pərilər 

soltanımı olur, şairim? Sən əməl dalın-camı gəldin, kef, nəşə dalıncamı? Elə bilə

bilərsən ki, səni özümdən cavan, özümdən atəşin bir gözələ qısqanıram. Amma bu 

içimdə  olsa  da,  sənin  əməllərini  qısqanıram,  yenidən  badənuş  olub,  tərəb  eşqilə

arzulara vida etməyindən ehtiyat edirəm..." 

Şairin  xəyalında  yenə  də  aləm  bir-birinə  qarışdı,  yenə  də  bilmədi  ki,  bu  səs 

kimindir?  Sonanınmı,  Ceyranınmı,  anasınınmı,  könlünün-müdür?  "Yox,  yox, 

unutmadım;  amma  pərilər  soltanı,  bir  gör  hara,  kimin  qulluğuna  gəlmişəm...  Bir 

gör zavallı Şirvanın gözüaçıq ziyalı cavanlarının başına nələr gəlir, necə dərbədər, 

necə diyarbədiyar, necə cövqə-cövqə olub dağılırlar? Şamaxının yetişdirdiyi gözəl 

alim,  şair  və  qüdrətli  şəxslərin  heç  birisinin  Vətəndə  bir  gündürrüyü  olmayıb, 

hamısı  diyar-diyar  düşüb,  Xaqani  Təbrizdə,  Nəsimi  Hələbdə,  Nişat  Salyanda... 

kimi  deyim?  Mühit  qaçırıb,  didərgin  salıb  onların  hamısını,  Şirvan,  sənin  ziyalı

gənclərinə  zəmanə  neyləyir?  Yollar  onları  hara  aparır?  Bir  qismi  Tərlan  kimi 

diyarbədiyardır... onların da yarısı dərviş olub, məhv olur... yarısı gücünü, qüvvə

və  bacarığını  başqa  ellərə  sərf  edir,  amma  yenə  də  nə  isə  xeyirli  bir  iş  görür, 

tamamilə  məhv  olmurlar  –  Tərlan  kimi...  İkinci  qismi  beləcə  Vətəndə  olsa  da... 

çifayda "özü üçün yaşayır..." arabir ona, buna bəd ayaqda əl tutsa da, (daha çox) 

xeyri  zərər  verməməsindədir.  Kef,  nəşə  onları  xalqın  əlindən  alıb...  Maarifin 

cibindən  qoparıb...  Üçünçülər,  təhsil,  elin  dalınca  gedir...  bunlar  da  bir  neçə

cürədir, bəzisi urusyetə, Avropaya gedir, bir az işto-mişto bilən kimi dinin dəyişir, 

xristiyan  olur,  qınından  çıxıb  daxi  qınını  bəyənmir...  ata  ocağı  sönür,  əksəriyyəti 

isə  yeni  fıkirlərlə  vətənə  qayıdır...  millət  nə  fayda  görsə  bunlardan  görəcək... 

mollaqu-laqtar qoysa!.. Şərqə mollalığa gedənlər də qayıdır. Onların dabir qismi ya 

bir  fal  kitabı  ilə,  ya  da  mənim  kimi,  ruhaniliyin,  dinin  əsil  məğz  və  mahiyyətini 

dərk  edərək  qayıdır...  Urusyetdən,  Avropadan  qayıdanlarla  birləşir...  Bunların 

nəsibi nədir? Lənət, nifrin... təqib, tənə... üsrət, ianə... qərəz... Şirvan cavanlarının 

qəribə taleyi var..." 

-Ya cədda, sədəqən olum, nə xəyala dalmısan? 

-Heç,  elə  keçmişdən  bəzi  şeylər  xəyalımı  məşğul  elədi...  Mahmud  ağanın 

gözlərindəki şəfəq bir anlığa kədər pərdəsilə örtüldü: 

elə bil onun gözlərində də Sonanın unudulmaz şəkil və şəmayili canlandı: 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə