Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə52/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   48   49   50   51   52   53   54   55   ...   153

                                                                                                                                                  

136 


 

altında  məlum  yerimizə  qədəmin  düsəndə  məni  yad  elə  və  de  ki;  ey  gözəl 

Şirvan, sənin oğlun, sənin övladın sənin həsrətinlə yanıb qovrulur, qəlbən həmişə

səninlədir, ruhən həmişə səninlədir. Gözlərimdən bir an da olsa iraq deyilsən, nə

zaman gözlərimi yumsam, gözümün önündəsən. Uzun müddət sənə və yazıq anama 

heç  bir  məktub  yazmamağımın  səbəbi  çoxdur.  Əvvələn  sənin  Şirvanda  olub-

olmamağın mənə bəlli deyildi, Evlənəndən sonra təhsilə getdiyini Nəcəfül-Əşrəfdə

olduğunu,  zəlzələdən  diyarbədiyar  düşmüş,  avaravətən  olmuş  həmşəhərli-

lərimizdən Ağa Səməd danışdı. Digər tərəfdən, məktub yazmırdım, çünki hələ yer-

yurdum, iş-gücüm sərbirah olub sahmana düşməmişdi, yerim sabit deyildi. Bu gün 

burda, sabah bir başqa yerda idim. Elə kağız yazmaq qəsdində idim ki, sənin cənab 

Əlabbas  bəylə  Məkkeyi-mükərrəmə  ziyarətinə  təşrif  apardığının  sorağım  aldım. 

Burdan  Məkkə  ziyarətinə  gedən  Qara  Ələkbər  sizi  orda  görübmüs,  bir  məclisdə

təsadüfən  nağıl  elədi.  Qayıtmağını  bildim.  Ziyarətin  qəbul  olsun,  qardaş,  amma 

bilə  bilmədim  ki,  haçandan  sən  belə  qəni  olmusan  ki,  boynuna  Həcci-Əkbər 

ziyarəti vacib olub? Bu şad xəbəri eşitcək sənə məktub yazıb mübarəkbadlıq etməyi 

və çoxdan bəri qəlbimə yığılanları bildirməyi zəruri sandım. 

Əziz  bəradərim!  Burada,  mənim  işlərim  pis  getmir,  yavaş-yavaş  ticarət 

eləyirəm,  az-çox  gəlirim  də  var.  Özümə  burada  təzə-təzə  aşinalar  da  tapmışam. 

Burada da yeni-yeni insanlar, təzəfikirli tərəqqi-pərvər cavanlar yetişib, burada da 

məktəb açmaq, tərəqqi etmək xəyalına düşənlər var. Burada da tərəqqi düşmənləri, 

mollalar, işanlar, küfr sovuranlar az deyil. Əgər orada dostlara hər hansı bir xeyir 

iş  üçün  ianə  lazım  olsa,  məni  də  unutmayacağınıza  əminəm.  Burada  da  əlimdən 

gələni eləyirəm... 

Səndən bir şeyi gizli saxladığım üçün həmişə özümü danlayıram və indi gec də

olsa sənə biidirmək istəyirəm. Sən o zamanlar elə bildin ki, məni Vətəndən didərgin 

salan  təkcə  atamın  münasibəti  və  təhqiri  oldu.  Lakin  bu  təkcə  belə  deyildi, 

qardaşım.  Gec  də  olsa  qoy  sənə  bildirim  ki,  mən  o  bədbəxt  Sonanın  eşqiylə

yanırdım,  mən  onunla  görüşmüş,  hər  şeyi  qərarlaşdırmışdım.  İstəyirdim  ki,  onu 

götürüb uzaq bir diyara gedəm, razılığını da almışdım. O yerlərdə bunun mümkün 

olmayacagını  bilirdim.  Lakin  o  bədbəxtçilik  mənim  əhdimi  kəsdi.  Mən  Sonaya, 

dünyalarcan istədiyim o talesiz qıza kömək əlimi uzada bilmədim. Basına nə gəldi, 

kim və harda öldürdü, neylədilər onu, bilmədim. Dərdim o zaman elə böyükdü ki, 

ümidsizliyə elə düçar olmuşdum ki, son görüşdə bunu 

 

 


                                                                                                                                                  

137 


 

qulluğuna ərz eləməyə cürətim çatmadı. Son deyirəm, çünki mən onsuz da bir daha 

oralara  dönən  deyiləm.  Bülbülüm  uçmuş  bağda,  sonanı  uçmuş  göldə  nəyim  var? 

Mən  bunu  indi  sənə  ona  görə  yazıram  ki,  dost-aşna  hər  məktubda  "evlən  "  deyə

yazır.  Mən  əhd  eyləmişəm,  Sonadan  basqa  könlümü  heç  kəsə  verə  bilmərəm, 

konülsüz evlənməyi isə istəmirəm. Mənim üçün çox ağır olsa da, əgər onun başına 

nə  gəldiyini  bilsən  mənə  yaz,  rica  edirəm.  Daha  nə  yazım,  məktubunu  böyük  bir 

səbirsizliklə  gözləyirəm.  Özündən  yaz  görüm  nəylə  məşğul  olursan?  Əməllərin 

bircə  çiçək  açırmı?  Həsrətli  qəlbimlə  əziz  gözlərindən  və  müqəddəs  bildiyim 

əllərindən öpəb ayrılıram. 

Baqi ehtiram, səmimi dostun Tərlan  

21 rəcəb sənə... 

"Nuri-didəm, əziz sirdaşım Ağa Tərlan

Salamım daimidir! 

Suzişli kağızın yetişdi, oxuyub biqərar oldum...Ah, əziz dost, mən nə üçün sənin 

qəlbini  təlatümə  gətirən  həyəcanlarından  o  zaman  xəbərdar  olmamışam,  bəlkə

sənin  taleyin  o  zaman,  özün  demişkən,  belə  mənhus  olmazdı,  əbədi  kədərə  düçar 

olmazdın.  Qardaşım,  əvvəlcə  öz  haqqımda  yazım,  çünki  məktubun  sonunda  bu 

sözləri  yaza  bilməyəcəyəm.  Mən  arabir  yazdığım  qəzəl  və  həcvlərdən  başqa  indi 

həmvətənimiz  olan  şairlərin  həyat  və  şeirlərini  havi  bir  təzkirə  tərtib  edirəm, 

həmçinin  Şirvan  tarixini  yazmaq  xəyalına  düşmüşəm.  Biçarə  anandan  nigaran 

olma,  arabir  hüzürəzada  gedəndə  bizə  qədəm  əziz  eləyir,  hal-əhvallaşırıq.  Atan 

yerində və əqidəsində bərqərardır. 

Mehriban  qardaşım,  xos  və  xeyirxah  sözlərin  üçün  var  ol,  amma  gördüyüm 

kohnə  hamam  baqidir,  qənizad  olmamışam,  boynuma  da  Həcci-Əkbər  ziyarəti 

gəlmayib.  Cibimdə  fulusum  yox,  bir  çətən  külfətlə  mənə  Həcc  ziyarəti  nə

yaraşardı?  Necə  deyərlər  "arığın  neyşi  var  qoruqda,  vurub  qıçın  sındıralar?  " 

Sadə  desəm  şeytan  fitnəsinə  uydum  cənab  Əlabbas  bəyin  simasında,  özümün  də

taxsırım  onda  oldu  ki,  səyahətlər  mailiyəm,  dünyanı  görüb-götürmək 

həvəsindəyəm.  O  kişi  də  bunu  bilirmis,  sən  demə  zalım  oğluna  başmaq  götürən 

lazım imiş, çənə yoldaşı gərakmiş, qərəz olmazın əziyyətlər çəkdim ki, bir qismini 

nəzmən qələmə almışam sənin üçün bura qeyd edirəm: 

Leyk bir şəxs məni məkr ilə yoldan çıxarıb  

Necə kim, Adəmi şeytan edib əfsun ilə dəm. 

 

 


Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə