Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə49/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   45   46   47   48   49   50   51   52   ...   153

                                                                                                                                                  

128 


 

hamısı onun sözünü ehtiramla dinlər, məsləhətlərinə qulaq asar, müxtəlif arzu 

və əməllə qapısına gələrdilər. 

Nüfuzlu ruhani bu böyük etibardan sui-istifadə etmir, şəxsi mənfəət güdmədən 

öz  qəribə  dünyabaxışı  ilə  itaətində  olanları  idarə  edirdi.  Bütün  dinlərə  hörməti 

vardı,  milli  ayrı-seçkilik  salmaz,  moizələrində  deyərdi:  "Şah  da  bilir  Şirvan 

sünnüdü...  Mən  Şərqin  bir  sıra  ölkələrini,  Kərbəlanı,  Hicazı  gəzdim,  gördüm  ki, 

dünyada sünnü şiədən çoxdu, peyğəmbər sələvatullah vaxtında heç sünnü-şiə sözü 

olmayıb. Qaldı, erməni və malağan qonşularımıza, onların da dini qədim və bizim 

Quranda  adı  dönə-dönə  çəkilən  peyğəmbərimiz  həzrət  Məryəmin  dinidi.  Əgər 

Allah istər, bir gün Əzrailini göndərib canlarını alar. Sizə dəxli yoxdu. Bir-birinizi 

yola verin. İndi ki, xudavəndi-taala sizi bir torpaqda xəlq eləyib, birtəhər ötüşün, o 

dünyada Allah-taala özü bilər: kimi behiştə, kimi cəhənnəmə göndərər". Bu kimi 

vəzlər  nəticəsində  şəhər  əhli  qonşu  kimi  dolanır,  o  qədər  də  dərindən  bir-birinə

düşmənçilik  bəsləmir,  sünni-şiə,  erməni-malağan  söhbəti  o  qədər  də  dərin  kök 

salmırdı.  Hətta  bir  həyətdə,  qonşuluqda  yaşayan  sünni-şiə  və  ya  erməni  arvadlar 

bir-birinin təndirində çörək də bişirir, bir-birinə gedib-gəlirdi. Lakin, bütün bunlara 

baxmayaraq, Ağaseyidəli ağa ruslara qarşı qəddar düşmən kəsilmişdi, bircəciyi ilə

də yola getmək istəmir, camaatın onlara yaxınlaşmasını, uşaqların yeni açılan rus 

məktəblərinə verilməsini qadağan edirdi: "Urus olub gedəcəklər, dini-islam  əldən 

gedəcək", deyirdi. 

Seyid Əzimin onunla görüşə gələcəyini gözləməsə də, hər halda onu görmək, 

bəzi millətə xeyir verə bilən cavan kimi tanıdığı, əsərlərini bəyəndiyi şairlə söhbət 

etmək  istəyirdi.  Qəribədir  ki,  bir-iki  gün  əvvəl  ona  Seyyidin  içkiyə  qurşandığını

xəbər  verən  Molla  Qurbanqulu  və  daha  sonra  Hacı  Əsəd  çox  canfəşanlıq 

elədiyindən bir neçə gün idi ki, şair onun yadından çıxmırdı; bu gün də səhərdən 

bir neçe dəfə onu xatırlamış və görməyi arzulamışdı. Elə indi də Hacı ilə söhbətini, 

Hacıya verdiyi cavabları xatırlayırdı: 

-  "Xəti-reyhan"dan  qərəz  heç  də  məlum  anlayış  deyil  -  bu  məşriq  zəmin 

ədəbiyyatinda,  qəzəliyyatda  məruf  bir  təşbeh,  bir  ifadədir.  Füzuli  rəhmətüllah 

"Bağdadi ki, Gərbübəlada xuddam idi", qəzəlində istəsən elə söz və ifadələr tapa 

bilərsən  ki...  Seyyidinkilər  onun  yanında,  övrətlər  demişkən,  toya  getməlidi... 

bunlar hamısı məşriq ədəbiyyatına peyrövlüyün nəticəsidi... 

Hacı haldan çıxmışdı: 

 

 



                                                                                                                                                  

129 


 

-Ay onu icad eləyənin lap atasına lənət... 

-Əbədən...  bu  bir  şairin  istər  cavan,  istər  cəvanəzən  olsun  gözəllik  ilahəsinə 

büti-siminbərə  səcdəsidi,  bunsuz  şeir  yaranmaz...  İnsan  dimağını  incələşdirən, 

zərifləşdirən  şeir...  bu  ifadələrdən  qərəz  tək-tək  şəxslər  deyil,  ümumən  gözəlliyə, 

xudavəndi-aləmin yaratdığı və peyğəmbər sələvatullahın "fətəbarəkəllahu əhsənül-

xaliqin"  -  yəni  səni  yaradan  Allaha  şükr  olsun  dediyi  bəşəri  gözəlliyə  ibadətdir. 

Xudavəndi-təbarəkin  ən  gözəl  töhfəsidi  şeir  qabiliyyəti.  Qurani-şərif  də  şeirlə

yazılıb...  ya  Hafizə  bax,  şeyx  Sədiyə  bax...  Məgər  onlar  hamısı  əxlaqsız  olub, 

meyi-nab deyəndə məbz siz düşünən piyanis-keliyi eləyiblər?.. 

Elə bu anda müridlərindən könüllü nökər vəzifəsini ifadə eləyənlərdən biri içəri 

girib Hacı Seyid Məhəmməd oğlu Seyid Əzim ağanın gəldiyini xəbər verdi: 

-Buyursun,  buyursun...  qəlbində  düşündü:  yaxşı  ki,  otağa  bu  gün,bu  saatda 

gələn  yoxdu,  oturub  bir  əməlli  əməli-saleh  adamla  Allahdan,  bəndədən  söhbət 

eleyərik.  Əmr  bə  məuf,  nehy  əz  münker  şəri  qanunu  da  mən  öz  həmvətənim 

haqqında yerinə yetirmiş olaram. 

Seyid Əzim otağa daxil olub göstərilən yerdə əyləşdi, onların yaşları arasında 

fərq  o  qədər  də  deyildi,  amma  buna  baxmayaraq,  Ağaseyidəli  ağa  az  qala  onun 

atası yaşında görünürdü. 

Əhval pürsandan sonra şair öz məqsədini açıb Ağaseyidəli ağaya bildirdi. Onun 

gözlədiyinin əksinə olaraq seyid bu təklifi böyük bir məmnuniyyətlə qarşıladı: 

-Mübarəkdir,  gözəl  işdir,  mən  əlimdən  gələn  köməyi  əsirgəmərəm.  Növbəti 

cümə günlərindən birində camaat məsciddə xüsusilə çox olanda bu barədə onlarla 

danışaram. 

"Yaxşı oldu, başı xeyir işə qarışar, şer və naşər işlərdən əl çəkər, bir də camaat 

balalarını  urus  uşqoluna  yox,  öz  müsəlman  qardaşı  açan  məktəbə  verər",  -  deyə

düşündü. Sonra əlavə elədi: 

-Çox gözəl işə iqdam eləyirsən, əmioğlu, mən də sənə qahmar! 

Amma  bir  neçə  şərtim  var,  birinci  şərtim  budur  ki,  sən  -  o,  yanındakı  rəhilin 

üstündən xəttat məktəbinin məxsusən ona hədiyyə üçün gözəl xətlə yazdığı böyük 

Quranı  aldı,  öpüb  alnına  qoydu  və  Seyid  Əzimin  qarşısına  tutdu  -  bu  müqəddəs 

kəlamullahi-məcidə and içib, içkidən tövbə eləməlisən. 

Şair bir an duruxdu, lakin o buna çoxdan hazır idi, o bilirdi ki, Ağaseyidəli ağa 

məhz bu andı ondan tələb edəcək; bunu ondan anası da, 

 

 



                                                                                                                                                  

130 


 

ən  yaxın  əməl  dostları  da xahi  edirdi,  o  özü  də  bilirdi  ki,  içkiyə  aludəlik  onu 

yaman yola apara bilər. 

Şair qəlbində gülümsədi. 

"Bəli,  şərab  da  olub,  musiqi  də,  çəngi  də...  Şərabdan  tövbə...  min  tövbə... 

Musiqi və gözəllik olmadan yazmaq, şeir düzmək imkanı olsaydı, amalım yolunda 

ondan  da  tövbə  edərdim...  Lakin  bu  mümkün  deyil,  ağa,  ya  sən  bunu  unudub 

tövbənə daxil etmədin, ya da vallahi ki, zövqün var! Bilirsən ki, bunlardan tövbə

etdirmək,  məni  yalana  mürtəkib  etdirmək,  mənə  nahaq  and  içdirmək  olar.  Mən 

təbi-şeir  qarşısında  acizəm;  əhdimi,  andımı  sındıra  bilərdim.  Yaxşı  ki,  bircə

şərabdan  tövbə  etdirirsən,  -  deyə  düşündü.  Bu  anda  o  çoxdan  hazır  idi.  Əlini 

qaldırıb  Quranın  üstünə  qoymaq  istədikdə  Ağaseyidəli  ağa  Quranı  ondan  kənar 

etdi: 

-Bir  sözün  kafıdir,  əmioğlu,  bir  sozün  kafıdir.  İçki  tövbəsi  üçün  həmmamda 



qüsl etmədiyindən Qurana əl vurmagın caiz deyil. Elə bir sözünə qailəm. 

Seyid Əzim and içərcəsinə ciddiyyətlə dilləndi: 

-Mən o sözü sizə səmimi-qəlbdən verirəm. 

Axundun nazik dodaqları səyridi: 

-İnanıram...  İndi  bir  nəsihətimə  qulaq  asmalısan:  Sənin  barəndə  qulaqlarıma 

yaman sözlər gəlir, içkidən qeyri... guya xoşməşrəb cavanlara qoşulmusan... 

Seyid  Əzim  etiraz  edərcəsinə  əlini  qaldırdı,  nə  isə  demək  istədi,  lakin  axund 

buna imkan vermədi: 

-Axıra  qədər  sözümə  qulaq  as.  Bilirəm,  xeyirxahın  olduğu  kimi  bədxahın  da 

çoxdur. Bilirəm ki, sözlərin çoxu bədxah qayırmasıdı. 

Amma  genə  də  səni  xəbərdar  eləyirəm,  övladım!  Mənim  nəzərimdə  özünü 

paklığa,  təmizliyə  çıxartma,  bunun  faydası  yoxdu!  Mən  onsuz  da  sənə  inanıram, 

tinə-tinə bələdəm. Sən çalış ki, xalqın nəzərində pak ol! Öz millətinə, həmvətəninə

xeyir vermək istəyən insan təmiz,gün kimi aydın və həmişə göz qabağında olduğu 

üçün, hərtərəfli pak olmalıdır. Onu hamı görür: biri təmşiyət götürürsə, bir napak 

da irad tutmağa yer axtarır. Onun paklığı aftab kimi elə ziya saçmalıdır ki,adamlar 

bu  şüadan  isinə  və nur  ala  bilsinlər. Əks halda, onun bütün ulu və  qüdsi  arzu və

əməlləri puç olar gedər. Sən xalqa xidmət etmək xəyalına düşdüyün gündən artıq 

özünə  məxsus deyilsən, ona göre də hamının  gözü önündəsən.  Bu  ağır yoldu,  ya 

seçmə,  ya  da  seçdinsə,onun  bütün  ağır  və  əzablarını,  keşməkeşlərini  qəbul  elə! 

Peyğəmbər nəsihətini onu eşidənlərə deyil, qulaq asmayanlara, ağzına daş vuran- 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə