Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə38/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   34   35   36   37   38   39   40   41   ...   153

                                                                                                                                                  

98 


 

Cavan, anasını arxayın elədi: 

-Narahat olma, ana, Sonanın şəhərdə olduğunu bilən, duyan yoxdu. 

Gecə  əl-ayaq  yığışandan  sonra  Mahmud  ağanın  dəyirmançısı  malağan  Vasil 

gəlib bizdən guya dəyirmanlıq dən aparacaq, örtülü furqunda,kisələrin arasında ona 

da yer eləyərik, onu da aparar. 

-Hara? 

-Mahmud  ağanın  Ağsudan  o  yana  Ərəbcəltikçi  deyilən  kənddə  qonağı  var, 



Əlyar  bəy  -  onlara  göndərir.  Qonağı  varlı-hallı  bəy  adamıdı,  Sona  orda  qulluqçu 

duracaq, Mahmud ağa bəyə kağız da yazıb. 

Sonra nə lazım olsa genə elər. 

Arvad azacıq arxayınlaşdı: 

-Allah ağadan irazı olsun. 

...O gecə Sona, Seyid Əzimin pənah evini tərk edəndə Minasoltanın qalın şalına 

bürünmüşdü. Şair evindən iki qəzəllə bir solmuş gül, ana nəvazişindən isə ömründə

ilk dəfə gördüyü riyasız, səmimi bir pay da aparırdı: 

-Get, bala, Allah amanında olasan, başuvu aşağı sal, işində-gücündə ol, Allah 

da  sənə  kömək  olar,  -  deyə  Minasoltan  Sonanın  ayaqlarının  üstünü  yorğança  ilə

örtdü. 

Vasili  tələsirdi;  o  öz  səmişinini  gecə  ikən  şəhərdən  çıxartmalı,  gün  doğana 



qorxulu Ağsu dolayından aşıb keçməli idi. 

...Günortaya  xeyli  qalmışdı.  Minasoltan  xörək  bişirməyə  hazırlıq  görür, 

oğlunun qəssabdan qayıdıb, ət gətirməsini gözləyirdi. Qapmın çaxçaxı səslənəndə

o  Seyid  Əzimin  gəldiyini  düşünüb  darvazaya  doğ-ru  tələsdi.  Amma  gələn  oğlu 

deyildi, bu Qapaqlı Hacı Əsedin arvadı Bircəxanım idi, arvad melul-müşkül içəri 

girəncfe,  qapaqlı  ailesindəki  hadisələrdən  xəbərdar  olan  Minasoltan  əl-ayağa 

düşdü. 



Xoş gəlmisən, ay Bircə bacı, səfa gətmisən, keç, keç içəri ağa Tərlan nə



təhərdi, eşitdim bir az kefsizdi? 

Bircəxanım çadrasını çiyinlərinə salıb Minasoltanın ardınca içəri girdi: 

-Sağ  ol,  Minasoltan,  Allah  balanı  saxlasın,  elə  bir  az  nasazdı,  indi,  Allahın 

köməkliyinən babatlaşır... 

-Allah eləsin, Allah eləsin... Hacı necədi? 

Bircəxanımın  gözləri  doldu,  yanaqları,  buxağı  titrədi,  çadrasını  alıb  bükmək 

istəyən ev sahibəsinə mane oldu: 

-Zəhmet  çəkmə,  Minasoltan,  uşaq  evdə  təkdi,  tez  qayıdasıyam,Hacıya  nə

olacaq, yaxşıdı, başıma gələnləri eşitmiş olarsan... 

 

 




                                                                                                                                                  

99 


 

-Eşitmişəm, neynəmək olar, atadı... 

-Elə  atanı  Allah  özü  haqqına  çatdırsın...  Uşağımı  bir  kökə  salıb  ki...  Başına 

dönüm,  ay  Minasoltan,  dərdimi  götürüb  sənin  üstünə  gəlmişəm,  deyirəm  böyük 

Ağanın  canamazını  ver,  aparım  uşağımın  başına  salım,  bir  az  rürbət  vermişem. 

Qorxub deyirəm bəlkə... Ağanın cəddinə qurban olum, ruhuna yasin oxutdurram, 

balamı  nəzirli  elərəm,  qapından  şəfa  istəyirəm  balama,  Minasoltan,  atasından 

inciyib, balama iraq-iraq, qarğış eləməyin!.. 

Minasoltan diksindi, rəncidəxatir oldu: 

-Nə danışırsan, Bircə bacı, ayıb deyil? Ağa Tərlan kimi cavana kimin dili gələr 

qarğış  eləyə?  Dilin  Allah  qurudar.  Ona  dəyən  dəyib.Bircəxanım  gözlərini  dizinə

dikib dilləndi: 

-Düzdür,  balama  dəyən  deyib,  bəlası  güclü  gəlib,  özü  də  düşmən  əliynən 

dəyməyib, belindən gəldiyi atasının əlindən, əli qurumuşun... 

Allah mənim naləmi yerdə qoymaya gərək. Bu bir ayda, Allah şahiddi ki, mən 

nə  çəkmişəm,  balam  nə  çəkib?..  Nə  yeyir,  nə  içir,  gücnən  bir  tikə  dadızdırıram. 

Deyir:  "Ana,  dayı  mən  tay-tuş  içinə  necə  çıxaram"-  gözünün  yaşını  leysan  kimi 

tökür. Neçə vaxtdı heç nə demirdi, indi dünən kişi ölmüş gedib Şəkiyə, xam ipəyə, 

karvan  üstüynən...  Deyəsən,  elə  özü  də  dərdin  dağıtmağa  çıxıb,  yoxsa  sarvan 

Kərbəlayı  Vəliyə  gördürürdü  qırağkı  alverini.  Bu  səhər  atasının  getdiyini  eşidən 

kimi  dedi:  "Ana,  sənə  qurban  olum,  get  Ağagilə,  deyinən  bir  zəhmət  çəkib  bizə

gəlsin,  ona  sözüm  var".  Əvvəl  istəmədim  gələm,  dedim:  "Ay  bala,o  soz-sovdan 

sonra  Ağa  bizə  ayaq  qoymaz,  üzüm  də  gəlməz,  necə  gedim?  Sonra  atan  bilər, 

qayıdandan sonra, iraq-iraq Ağaya tərk-ədəb söz-zad deyər, cəddi bizə qənim olar". 

Çox yalvardı, Minasoltan, sənə qurban olum, neynim, balamdı! Bala adamı, sizdən 

irağ yerdə, düşmən qapısına da aparar... Qorxuram balam xəft-damağ ola... 

Bircəxanım  danışdıqca  onun  sözlərindəki  şübhələr  Minasoltanın  da  qəlbini 

gəmirirdi. Lakin o ana idi, həm də Seyid Əzim anası! Məgər o, dərddən boğulan 

başqa  bir  anaya  yox  deyə  bilərdimi?  Sonra  oğlunun  üzünə  necə  baxardı.  "Allah, 

sən  saxla  xata-baladan! Görəsən, razı  olum? Görəsən, özü  nə  deyər? Gedər!  Heç 

bir söz deməz - gedər". 

Bircəxanımın intizarlı sükutu ananı dilləndirdi: 

-Ağa evdə yoxdu, qəssaba gedib! İndi gələr, deyərik, mən bilən o,dostunu darda 

qoymaz. Qoy hələ bir durum kişinin canamazını gətirim. 

Bu  sözlərlə  Minasoltan  narahatlığım  büruzə  verməmək  üçün  yerindən  qalxdı, 

qonşu otağa keçdi, ərinin köhnə canamazını taxçadan alıb 

 

 



                                                                                                                                                  

100 


 

qonağın yanına qayıtdı; titrək əllərini uzadıb canamazı əlinə alan Bircəxanım, 

seyid canamazını dərin bir etiqad və ümidlə öpdü, gözlərinə, alnına sürtdü, qatlayıb 

bağrına basdı: 

-Cəddinə  qurban  olum,  qəbrin  nurnan  dolsun,  Ağa!  Allah  sənin  balanı  cənab 

peyğəmbər yanında üzü ağ eləsin. Səndən balama şəfa istəyirəm... 

Analar  çox  gözləməli  olmadılar.  Şair  içəri  girən  kimi  Bircəxanım  oğlunun 

yaşıdı  olsa  da,  Ağadan  yaşmaqlanıb,  cəld  ayağa  qalxdı.  Qadının  tez  yaşınmasına 

baxmayaraq,  Seyid  Əzim  onu  tanıdı.  Bu,  Tərlanın  anası  idi.  Gənc  şairin  ürəyi 

qırıldı,  təzəcə  açılan  üzünü  bulud  aldı,  ona  elə  gəldi  ki,  Tərlanın  taleyində  o  da 

nədəsə müqəssirdir. Bu fikir neçə vaxtdan bəri şairə rahatlıq vermirdi. Amma dostu 

haqqında Mahmud ağa ilə Cavaddan başqa heç kəslə danışa, xəbər-ətər tuta, yanına 

gedib əhval soruşa bilmirdi. Qapaqlı onun kölgəsini də qılınclayırdı. Şair, Hacının 

bütün  hiylələrindən  xəbərdar  idi.  Dostları,  xüsusilə  Cin  Cavad  ona  bir  çox  şeyi 

demiş, xəbərdar eləmişdi. Hacı Əsəd nədənsə, oğlunun işlərinin açılmamasına soy 

edir,  Tərlanı  soruşana  "azarlayıb"  deyir,  döydüyünü,  yaraladığını  bildirməməyə

çalışırdı. Tərlanı küçədə-bazarda görən olmamışdı. O mənhus gündən bəri, heç kəs 

onunla  alağa-salağa  saxlaya  bilməmişdi.  Qapaqlının  evi  qapaqlı  qazan  kimi 

bağlanmışdı,  quş  quşluğuynan  hasardan  içəri  səka  bilmirdi.  İndi  Bircəxanımı  öz 

evlərində  görməsi  Seyid  Əzimi  çox  təəccübləndirdi  və  təşvişə  saldı.  Dərhal 

"görəsən, Tərlanın başında nə iş var?" - deyə dostunu düşündü. 

-Xoş gəlmisən, Bircə xala, ağa Tərlan nə təhərdi? 

-Xoş  günün  olsun,  Ağa,  babatdı...  -  qadın  naməhrəmlə  danışdığını  unudub 

dilləndi və utandığından səsini kəsdi. 

Ana dəsmala bükülü əti oğlundan alıb, məsələni anlatmağa başladı: 

-Başına  dolanım,  Bircə  bacını  ağa  Tərlan  özü  yollayıb  ismarışdayıb,  səni 

istəyir... 

Şair tərəddüd içində duruxdu: 

-Bəs... 

Hər iki ana məsələni anladı; Ağa, Hacının bu işə necə baxacağını fıkirləşirdi, o 

razı olardımı ki, şair, Tərlanla görüşsün? Tərlanın anası tələsik dedi: 

-Qurbanın olum, Ağa, kişi kəsmiş. şəhərdə yoxdu, Şəkiyə gedib... 

Seyid Əzim məsələni anladı, onun dostu ilə görüşü gizli təşkil olunurdu. 

Bircəxanım sözünə davam elədi: 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə