Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə34/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   30   31   32   33   34   35   36   37   ...   153

                                                                                                                                                  

88 


 

ki,  hər  yerə  vida  deyirdi,  elə  bil  ki,  doğulub  böyüdüyü,  sevib-sevildiyi,  ana 

olduğu,  analıq  səadətini  daddığı  bu  yerlərdən  həmişəlik  ayrıldığı  ürəyinə

dammışdı. Gözlərindən yaş leysan kimi töküldü, sonra tələm-tələsik əlimdən tutub 

yola düzəldi: 

-Gedək  bala,  dünya  böyükdü,  "tarı  böyük,  altı  gen"  deyiblər,Allah  kərimdi, 

bəlkə bir yaxşıya irast olduq, əlimizdən tutdu... Olmasa da, dilənəsi olsam da, irağ-

irağ, qoy heç olmasa tanış-biliş gözündən uzaqda dilənək, görən olmasın... Bəlkə

baxtımız gətirdi, bir qapıya qulluğa düzəldik... İşlərəm, səni saxlaram, bir-iki iləcən 

sən də böyüyüb hovuma çatarsan... 

Anam  bu  sözləri  deyə-deye  irəliləyir,  kənddən  hara  isə  uzaqlara  gedən  tozlu 

yolla məni də yanıycan sürüyüb aparırdı... 

...Yolumuzun üstündəki kəndlər bizimkindən də pis gündə idi... Amma yenə də

adamlar  bizə  əl  tuturdular,  kimisi  bir  parça  təndir  çörəyi,  başqa  birisi  iki-üç  cad 

əppəyi verirdi. Bostanlardan yemiş, bağlardan meyvə dilənirdik. Günlərin birində

Çodarlı  deyilən  bir  obaya  gəlib  çıxdıq,  yurdsuz-yuvasız  idik....yəllar 

yorğunuyduq... İki el bir təpə qalmışdıq. Elə bu zaman sanki tale üzümüzə güldü. 

Çodarlıda arvadlardan biri bulaq başında bizə rast oldu. "Kəndin ağasına qulluqçu 

lazımdı, arvadı azarlıdı, adam gəzirlər" - dedi, yolu bizə salıq verdi, getdik... Bəy 

evi indiyəcən gördüklərimdən böyük idi, dam-daş tikilisi çox idi. Xanımın yanına 

gəldik, o yatacağında uzanmışdı, ana-bala bizə diqqətlə baxdı, deyəsən, həm yazığı

gəldi, həm də tutacaqsız olduğumuzu başa düşdü; 

-Adın nədi, aaz? 

Anam  adını,  yer-yurdumuzu  dedi,  xanım  yerli-yataqlı  başımıza  gələnləri 

anamdan soruşdu, sonra, deyəsən, razı qaldı: 

-Allah bilən yaxşıdı, əlhökmilillah, nə olar, qalın, işlərsən, baxaram, bəyənsəm, 

günün burda pis keçməz... 

Çarəsiz  anam  hər  nə  iş  olsa  razı  idi,  təki  bir  yerə  ilişib  qalaq,  təki  üzümüz 

sərgərdanlıqdan qurtarsın... 

...Səibi  bəyimin  azarı  qıçında  idi,  bud  oynağında  bir  yara  vardı,  quyu  kimi 

dərin... gündə bu yaraya piltə çəkmək lazım olurdu, bu zaman yazıq bəyim haldan-

hala  düşürdü,  dişlərini  bir-birinə  qıcayıb  ağrıya  gücnən  dözürdü.  Evdə  hec  bir  iş

görə bilmirdi, yeriyəndə,  çölə-bayıra  çıxanda divardan  tuta-tuta  gedirdi.  Bir qarış

yolu  az  qala  bir  saata  yeriyirdi.  Sonra  da  gəlib  halsız  düşürdü.  Evdə  bütün  işləri 

əvvəlcədən kənizi varmış, o görərmiş, sonra qız bəyimin yarasından çimçə 

 

 




                                                                                                                                                  

89 


 

şib  qaçıb.  Əri  də  günlərnən  evdə  olmazdı.  Hardasa  kəndlərdə,  qonaqlıqlarda, 

ovda, qumar oyunlarında itib-batardı. Danışırdılar ki, bu var-dövlətin hamısı Səlbi 

bəyimin  imiş.  Ağa  ona  evlənəndən  sonra  yaxşı  da  yaşayırlarmış.  Səlbi  bəyimin 

qıçına  əvvəl  bir  çiban  çıxır,  sonra  nə  qədər  dava-dərman  olursa  sağalmır,  yara 

dərinləyib  quyuya  çönür,  bəy  də  arvaddan  soyuyur,  ev-eşiyi  başlı-başma  buraxır. 

Deyirdilər ki, Səlbi bəyimin övladı olmadığından, ağa onu boşaya bilmirmiş, çünki 

onda  var-dövlət  əlindən  çıxarmış,  evlənə  də  bilmirmiş  -  Səlbi  bəyimin  Şamaxıda 

urus qulluğundakı qardaşından çəkinirmiş... Qərəz ki, biz ağanı gəlişimizin üçüncü 

günü görə bildik... 

Evdə bütün iş-güc anamnan mənim üstümə töküldü, çoban-çoluğa çörək-xörək 

çatdırmaq, Səlbi bəyimin pərzanalarını' yetirmək, qonaq-qaranı yola vermək, pal-

paltar yumaq, ev-eşiyi süpürüb-təmizləmək, hamısı anamın öhdəsinə düşdü. Anam 

axşamacan təndir-ocaqdan aralana bilmirdi, elə yorulurdu ki, yerinə girəndə sız-sız 

sızıldayırdı. Amma yenə də şikayətlənmir: "Neynək bala, - deyirdi, - nə qədər çox 

iş olsa dözərəm, hamısını da elərəm, təki sənin başının üstündə həmişəlik kölgəlik 

olsun, təki qarnın tox olsun, bala, pal-paltarın olsun". O məni bağrına basıb uzanır, 

bir  müddət  ana-bala  gözümüzü  tavana  dikib  qalırdıq.  Sonra  hər  ikimiz  birdən 

xəyala  dalırdıq,  belə  hallarda,  anam  ürəyindən  keçənləri  mənə  pıçıldamağa 

başlayırdı: "Allah qoysa, Səlbi bəyim sağalar, ayağımız düşər ona inşallah, bir az 

pul düzəldib, kəndimizə qayıdarıq, ev-eşiyimizi sahmana sallıq, sən de, mən də öz 

damımızın altında dolannıq. Yerimizi əkərik, kəndimizi çox istəyirsənmi, Sona? 

-Hə, ana, amma burda da pis deyil. 

-Helədi,  amma,  necə  də  olsa  qürbətdi,  Allah  heç  bəndəni  özgə  qapısında, 

əlindən-obasından  uzaq  qulluqçu  eləməsin...  Amma,  şükür  Allaha,  heç  olmasa 

qarnın doyub, eynin bitib. 

Doğrudan  da,  Səlbi  bəyimin  köhnə-küləsindən  anam  özünə  və  mənə  bir  dəst 

təzə paltar düzəltmişdi, palaz-paltar yumağa gedəndə, çay qırağında qazan asıb su 

qızdırmış,  başımı-bədənimi  yuyub  arıtmışdı.  İndi  hər  ikimiz  insan  sifətinə

düşmüşdük... Yaman-yaxşı yeyib-içirdik. Heç bir korluğumuz yox idi, heç kimə əl 

açmırdıq,  bir  parça  halalca  zəhmətnən  qazandığımız  çörəyi  yeyirdik,  bircə  Səlbi 

bəyimin yarasından çimçəşmək olmasaydı... Bəyimin bir xasiyyəti var idi, hər   

 

 



                                                                                                                                                  

90 


 

gün səhər yarasının tənzifı dəyişiləndən sonra aftafa-ləyəndə azca əlini yuyub 

verdiyim  dəsmalla  silər,  sonra  da  çobanların  gətirdiyi  əti  tələb  edir,  onu  indicə

yaraya  piltə  çəkdiyi  əli  ilə  bölüb  ayırardı,  kimə  nə  lazımdı  bişirməyi  tapşırardı... 

Deyəsən,  anam  da  əvvəllər  qulluqçu  kimi  bu  isdən  çimçinirdi...  Amma  genə  də

dözür, bir söz demirdi... Bəy gəldi, əvvəlcə həyətdə ocaq qalayan məni gördü: 

-Hə, bu hansı itin küçüyüdü? Nökərlərdən biri cavab verdi: 

-Bəyim təzə qulluqçu tutub, onun qızıdı... Ağa güldü; 

-Hə, deməli, bəyim yanı qoduqlu eşşək alıb? 

Sonra içəri keçdi... Anamı haçan, necə gördü, nə dedi, bilmədim. Amma bizim 

gəlməyimizdən  sonra  ağanın  səyahətləri  seyrəldi,  indi  o  irəliki  kimi  gunlərlə-

həftələrlə kəndlərdə, şəhərdə itib-batmırdı. İstidə külafirəngidə, hava sərinləyəndə

kəllə  otaqda  yarım  çılpaqlaşıb  oturur,  döşəklər,  mütəkkələrə  yayxanıb  tükləri 

ağarmış sinəsini ovuşdurur və tez-tez çay, qəlyan, mer-meyvə tələb eləyirdi. Anam 

nədənsə  bu  haldan  çox  narazı  idi,  gecələr  məni  qoynuna  daha  bərk  basır  "Allah, 

özün köməyimiz ol" - deyib dua eləyirdi. 

Əvvəllər  bir  şey  anlamırdımsa,  az  keçməmiş  hər  şeyi  başa  düşdüm.  Səlbi 

bəyimin  mənə  münasibətindən,  anama  kəc  baxmağından,  həyət  adamının  bəzi 

atmacalarından da anladım, həm də mən kənd uşağı idim, kənd uşaqları belə şeyi 

daha tez başa düşür. Anam üçün də, özüm üçün də, lap açığını deyim ki, özümüzün 

olmasa  da,  bu  rahat  həyəti,  yatdığımız  bu  dam  evini  itirməyimiz  üçün  də

qorxurdum...  Bir  gecə  qorxduğumuz  şey  baş  verdi...  Gecə  yarı  olmamış  təzəcə

narahat yuxuya getmişdik, anamla mənim üstümüzdən yorğanın qaldınldığını hiss 

edib qorxu ilə gözlərimi açdım, cəld anama sıxıldım, qaranlıqda ağanın kölgəsini 

gördüm, hənirtidən tanıdım kişini... Bu cürə ancaq o nəfəs alırdı həyətdə... "Aana". 

-Kəs, küçük, qanına bularam, dur rədd ol.,. 

-Ağa, sənə qurban olum, yesirin olum, məni bədnam eləmə, bir parça çörəyimi 

kəsmə, ağa, yesirin olum, ağa, didərgin salma məni! Səlbi bəyim ətimi itə də atsa 

yeridi, ağa, qoy çıxım, balamı da götürüm gedim. 

-Suss! 


...Amma artıq gec idi, mənim qeyri-ixtiyari qışqırtım anamm yalvarışları Səlbi 

bəyimi  bidar  eləmişdi;  ya  özü  çölə  çıxmışdı...  Onsuz  da  naxoş  arvad  pis  yatırdı, 

axır vaxtlarda isə lap yuxusu ərşə çəkilmişdi. 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə