Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə11/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   7   8   9   10   11   12   13   14   ...   153

                                                                                                                                                  

27 


 

Oğul, fikir vermişəm, görürəm ki, elmə həvəslisən, kəsb-kara yaxın düşmürsən, 

sən  tinətdə

1

  olan  adamdan  molla  da  çıxmaz.  Bu  yolun  qulu  ola  bilməyəcəksən. 



Amma  bil  ki,  qələm  əhli  həmişə  zəlalətdədi.  Nə  qədər  düz  yazsan,  bir  o  qədər 

üsrətdə  olacaqsan.  Zamanın  böyüklərinə  baş  əyməsən,  qəriblikdə  dəfh  olunmuş

həmvətənlinin Xaqani kimi, Gengənin qoca şeyxi Nizami kimi, Kərbəla xüddamı

Füzuli rəhmətüllah təki həmişə Ömrün əziyyətdə, əlin pulsuz keçəcək. Külfət ya-

nında başıaşağı, xarü zəlit olacaqsan. Bu elə bir qədəmdi ki, iqdam etməkdən əvvəl 

gələcək  günü  düşünməlisən,  bütün  ömrün  uzunu  əzaba,  nadanların  tənə-tərizinə

qatlaşmağı,  İsa  ruhullah  kimi  dirigözlü  çarmıxa  çəkilməyi,  şəhidi-Kərbəla  təki 

qurban getməyi qabaqcadan göz önünə almalısan. Sən buna dözəcəksənmi? Həqiqi 

şairin yollarına gül əkilmir, tikan bitir... Bir tağar buğda, bir dəyirmanlıq rizqdən 

ötəri ona-buna, ləyaqətsiz şəxslərə, layiq olmadıqları tərifi deməyəcəksən ki?.. Bir 

bax,  Şirvanda  o  qədər  dəyərsiz  şair  törəyib  ki,  hər  bir  savadlı  baqqal  özünə

dəbdəbəli bir ləqəb secib, təxəllüs götürub, qurşanıb nəzrn inşadına... Şirvanın hər 

bir  bisavad  baqqalı  şairdi,  -  az  qala  məsəl  yerinə  keçib;  amma  bil  ki,  hər  baqqal 

savadlı  olmadığı  təki,  əsil  şair  də  baqqal  deyil,  baqqal  olmamalıdı.  Şeri,  Allah-

taalanın  Adəm  övladına  bəxş  etdiyi  bu  ən  gözəl  neməti  tərəziyə  qoymamalıdı. 

Nəzm, istedadi-şeir böyük nemətdi. Kəlamullahi-məcid nəzmən inşad olunub, odu 

ki,  tez  dillər  əzbəri  olur.  Peyğəmbər  sələvatullah  şerin,  nəzmin  bu  gözəl 

xüsusiyyətini  yaxşı  dərk  eləyibdi.  Amma  hər  cızmaqara  olunan  da  şeir  deyil. 

Qərəz,  oğul,  istedadi-nəzmi,  əgər  o  səndə  zühur  eləsə,  peyda  olsa,  tərəzi  malı

eləmə!" Şair, babasının sözlərini indi də kəsməyə cürət etmir, xəfif bir təbəssümlə

titrəyən dodaqları isə pıçıldayırdı: 

Oldum ol gün ki, çardəh salə,  

Düşmədim fıkri-dövlətü malə,  

Eylədim arifanə kəsbi-ülum... 

Şair öz aləminə, xəyal ilə şeir aləminə qapılmışdı. Cavan şair nə bileydi ki, bir 

zaman babasının sözləri haqq çıxacaq, onun həyatı çox üsrətli keçəcək? O nədən 

bileydi  ki,  "Köpəyə  ehsan",  "Hədisi-vaiz",  "Şamaxı  bəylərinə  həcv"  yazacaq  və

özünə yüz-yüz düşmən qazanacaq, yeddi-səkkiz baş külfəri dolandırmaq üçün ruzi 

tapa  bilməyəcək,  dost-aşinalara  "tərif  dolu  mənzum  məktublar"  da  yazmağa 

məcbur olacaqdır? Odur ki, bu gələcəyi indi başqa gözlə görür və gülümsəyirdi... 

 

 



                                                                                                                                                  

28 


 

Onunla  yanaşı  addımlayan  Tərlan  da  öz  aləmində  idi,  bu  məhəbbət  aləmi  idi. 

Tərlan  öz  dostunun  nə  düşündüyü  ilə  maraqlanmır",  duymurdu  da.  Onun  gözləri 

qarşısında  bir  ceyran,  bir  sona  cilvələnirdi.  Qızın  afətlər  saçan  gözləri  Tərlanı

harasa səmavi bir aləmə çağırır, rəqsan əlləri ona gəl-gəl eləyir, oynaq ayaqları isə

qaçır,  bu  xoş,  gözəl  xəyalı  Tərlandan  uzaqlaşdırırdı.  "Onu  istəməyimə  kim  razı

olar?  Heç  ata-anamı  demirəm,  budu  ey,  yanımda  yeriyən  dostuma  da  deyə

bilmərəm  ki,  onu  istəyirəm,  onun  üçün  Məcnun  kimi  səhralara  düşərəm,  Fərhad 

kimi Bisütun çaparam, Vamiq kimi sulara baş vuraram... Amma adını dilimə gətirə

bilmərəm...  kimə  desəm,  ələ  salıb  gülər  mənə...  "Çəngidən  arvad  olar?  -  deyib 

dolayarlar. Heç kəsin ağlına da gəlməz ki, mən Sonadan ötrü diri-diri ölərəm, elə

indinin  özündə  də  yanıram,  tüstüm  təpəmdən  çıxır,  amma  görən  yoxdu,  bilən 

yoxdu  dərdimi...  Yaxşıdı  ki,  yoxdu  da...  Ah,  kaş  ki,  şair  olaydım,  ona  bir  qəzəl 

yazıb  göndərəydim.  Amma  hayıf  ki,  nə  qədər  çalışıramsa  bircə  söz  də  qoşa 

bilmirəm..." 

Birdən o xoş xəyallarının təsirilə dostuna müraciət elədi: 

-Ağa, gəlsənə mənim üçün bir qəzəl yazasan... 

-Necə yanı mənim ücün? 

-Mən  onu...  -  O  duruxdu,  qıpqırmızı  kəsildi,  sözünü  davam  etdirə  bilmədi, 

qeyri-ixtiyari gəlib çıxdıqları Zoğalavay sahilindəki söyüd ağacına söykəndi. Şair 

də  dayandı.  İndi  onun  gözləri  Tərlanda  idi  ki,  o  da  Tərlan  kimi  gənc  idi,  bu  sıx 

çatma  qaşlar,  onların  altında  daha  da  aydın  ala  görünən  gözlərə  diqqətlə  baxdı, 

onlardakı  yuxu  xumarlığı  Seyid  Əzimi  oyatdı.  "Deyəsən,  ürəyin  kiminsə  eşqilə

vurur, ağa Tərlan, dostum, bəlkə səhv eləyirəm? 

-Hə, sən onu... neyləyəcəksən? Aadə, oxuyacaqsan? 

-Təkcə mənim üçün yaz, birnəfərə göndərəcəm onu... ona... 

-Kimə, bilmək olar? 

Tərlan daha da qızardı, nəzərlərini dostundan gizlətməyə çalışıb uzaqlara baxdı, 

ona  elə  gəlirdi,  şairin  dərin-dərin  nüfuzedici  baxışları  gözlərinə  sancılsa  sirrini 

bilər! Halbuki Tərlan onun, sevdiyi gözəlin adını ürəyində də çəkməyə qorxurdu, 

qorxurdu  birdən  çaşıb  yuxuda  dilinə  gətirər,  anası  eşidər,  atası  -  "qapaqlı"  bilər, 

xəbər tutar... 

Tərlanın halı şairdən yayınmadı, gulümsədi: 

-Qorxma, dostum, bəyəm mən bilmirəm ki, bizim kişilər nə qədər 

aşiq olsalar da, sevdikləri sonanın adını dillərinə gətirməzlər (Tərlanın 

ürəyi qopdu, necə? Sona?), istədikləri yaşılbaşın, ceyranın ismini heç 

kəsin yanında çəkməzlər. (Tərlan bir az sakitləşdi). Di yaxşı, əcəb 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə