Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə145/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   141   142   143   144   145   146   147   148   ...   153

                                                                                                                                                  

401 


Mənsimə  arvadın  təhkiyyeyi-kəlamına,  gülümsər  simasına  bələd  olan  Seyid 

Əzim  yenə  də  "təbəssüm  yaxşı  insanın  əvvəlimci  şəhadətnaməsidir",  -  deyə

düşündü və gülümsünə-gülümsünə atdan endi: 

-Zəhmət çəkmə, Mənsimə bacı, uşaqlar irahatlar atı... xoş gördük. 

Arvad atın yəhərini ala-ala deyirdi: 

-Xoş  günün  olsun,  azarın  canıma,  can-can,  nə  zəhmətdi?  Sənin  cəddüvün 

kəniziyik  biz,  əskik  itinük,  zəhməti  sən  çəkmisən  ki,  eylə  yoldan  toyumuza 

gəlmisən, başımızı uca eləmisən. Nəfəsinə qurban olum, Ağa... a-az, Ürfət, Ürfət, a 

xoşbəxt olmuş, gəl Ağanın ayaqların yu, yer irahla, irağdan gəlib, incığdı... 

Ürfət  adlandırdığı  qız  alaçıqdan  çıxdı,  toy  paltarında  idi,  al  kəlağayı

yaşmanmışdı, al kəlağayı şoğundan üzü bir az da allanmışdı. Şairin əlindən öpüb 

gətirdiyi, göz qamaşdıran mis aftafa-ləyəni yerə qoydu. 

Şair valehliklə bu zərif qızın hərəkətlərini izləyir və mane olmağa çalışırdı: 

-Zəhmət çəkmə, qızım! 

Onun  sözünə  baxan  kim  idi...  Ağaməli  atı  hörükləməyə  apardı.  Ürfət  Ağanın 

patavalarındakı çarıqbağılarını açırdı, qız onun önündə diz çökmüş, çəməndəki al 

lalə kimi əsim-əsim əsərək, Seyyidin ayaqlarım yumağa hazırlaşırdı. Ön alaçıqda, 

Mənsimə  arvad  təmiz  döşək,  yastıq  qoyur,  döşəyin  önündə  ikiqat  dəsmal  atıb 

yüngül süfrə hazırlayır. Ağa üçün qəlyanaltı: təzə inək yağı, qoyun qaymağı, üzlü 

pendir  gamış  qatığı  və  kəlağayı  nazikliyində,  sarıbuğda  ununda  bişirilmiş  isti 

yuxalar düzürdü. 

Şair tərəkəmə qaydalarına xüsusən Qaravəli kəndinin adətlərinə yaxşı bələd idi. 

O  bilirdi  ki,  tərəkəmələrdə  evdə  kişi  olmasa  arvadlar,  gəlin-qızlar  utanıb-

çəkinmədən qonağı yaxşıca ləyaqətlə qarşılayır, gizlənib eləmirlər, yaşınmaq xala-

xətrin  qalmasın  üçündür.  O  da  çox  cavan,  təzə  gəlinlər  bir  az  artıqca  yaşınırlar, 

yeni  başlarına  isti-soyuq  üçün  örtdükləri  kəlağayının,  yaxud  cunanın  ucunu 

burunlarının üstünə qaldırırlar, vəssəlam! Qarı-arvadlar mərd kişilər kimi at minir, 

heyvan  alıqlayır,  yük  çatır,  ağbaşdılıq,  ağbirçəklik  eləyir,  yad  da  olsa,  qonaq 

qabağına çıxa bilirlər. 

Qaravəlli  öz  baməzə,  bəzən  hətta,  həcvə  bənzər  həzliyyatı,  lətifələri  ilə

məşhurdur. Şair Qaravəlliyə tez-tez də olmasa, ildə heç olmasa 1-2 dəfə gələr; yaz 

və  küz  binlərində.  Buradan  ona  mümkün  olan  şeylərdən:  motalla  pendirdən,  dəri 

ilə  yağdan,  sərniclə  qaymaqdan  pay  göndərər,  unutmaz,  "nəcim  seyiddi"  -  deyib 

hörmətini tutarlar. Şair 

 

 



                                                                                                                                                  

402 


Buraya  bir də obanın qəribə bir xüsusiyyəti üçün gəlir. Buranın camaatı deyil, 

qatı dindar da deyil; molla, seyid və dərvişlər buraya həvəslə ugramır, xam düşüb 

gəlirlər.  Burada  dərvişləri,  pay  yığan  seyidləri,  kəmsavad  mollaları  əməlli-başlı

dolayıb  yola  salarlar.  Oba  bir  nəfər  böyüklü-kiçikli  məzəlilərdən  ibarətdir.  Şair 

"Köpəyə  ehsan",Molla  və  çoban"  kimi  mənzum  hekayələrindəki  zəki  kəndli 

surətlərini  onların    xasiyyət  və  rəftarını,  dərvişə,  mollaya  münasibətlərini  məhz 

tərəkəmə  arasında  görüb-götürüb,  buralarda,  bu  ülgüdo  elə  lətifələr  ki,  dindar 

yanında danışsan, səni kafir hesab edər, dindən xaric elan eləyər, lənətləyərlər.  

Molla dərviş buralarda çox duruş gətirə bilməz. Burada ən çox qiymətləndirilən 

şey  ağıldır,  tizfəhmlikdir,  incə-qaba-zarafata  dözüm,  anlaqdır.  Tərəkəmə  camaatı

şairi  həm  də  bu  tizfəhmliyinə,  baməzə  lətifələrə  mayilliyinə  görə  də  sevir, 

qiymətləndirirdilər.  Seyid  Əzim  burada  hər  evin    öz  adamı  idi,  ailə  üzvü,  el 

ağsaqqalı,  başbiləni  idi.  Gəldimi,  böyüklü-kiçikli,  kişili-arvadlı  hər  axşam  başına 

yığılar,  söhbətlərini  ,  evbəev  qonaq  aparar,  hansı  evdə  gecələsə,  başına  yığılar, 

onun qonagı olardılar. Gecə yarıyacan yanından ayrılmaz, xeyir işi olanlar Agadan  

xeyir-dua istərdilər.  

Yari  xoş-yarı  güc  ayaqlarını  yuyub  quruladılar,  evə  keçirib  döşək  üstə

əyləşdirdilər.  Hələ  kişilərdən  heç  kəs  görünmürdü.  Hamının  başı  toyxanada, 

ağsaqqalların cəmləşdiyi alaçıqda, qazan üstə, heyvan kəsdidə qarışıq idi. Mənsimə

arvad qara aftafadan mis piyaləyə çay töküb qənşərinə qoydu:  

"Can-can,  iç  başuva  dönüm,  Ağa,  incığun  çıxsın,  sonra  Quluya  bir  dua  ver. 

Başına əl qoy. Özü utancaq xəsyətdi, gələn döyül...  

Deyə arvad nəvəsini xatırlayıb fərəhlə gülümsədi.  

Seyid Əzim çayı içdi:  

-Hardadı bəs bəy?  

-Əl-ayağını  qayırmışam  -  xına  yaxmışam,  alaçıqların  dalında,  _bucaga  çəkilib 

oturub. 

Şair təzə bəyi görməyə tələsdi. Piyalanı yerə qoyub qalxdı: 

-Məni ötür, oğlumuzu bir görüm...  

- Allah irazı olsun, Ağa, can-can...  

Arvad  irəli keçdi, alaçıqdan çıxıb oğrun addımlarla daldalardan qara-keçələrin 

dalına yönəldilər. Bəy utanıb qaçmasın deyə yavaş gedirdilər. Birdən onun gözü, 

dəvə yunundan toxunmuş təzə şalvar və don 

 

 




                                                                                                                                                  

403 


geymiş  cavana  sataşdı.  Bəy  on  səkkiz-iyirmi  yaşında  qaraqaşlı,  tünd  ala  gözlü 

cavan idi. Təpəciyin dibində daş üstündə oturmuşdu. Baldıracan çırmaqlı ayaqları

və əlləri kəklik ayağı kimi xınalı idi. Ağ nazik dərinin üstünü bu al rəng elə gözəl 

tutmuşdu ki, yaz günəşinin şüalarından şəfəq alıb, elə günəşin öz şüaları kimi qızılı

rəng çalırdı. 

Şair  bixəbər  cavanı  gözdən  keçirib  gülümsədi,  qəlbində  düşündü:  "Təki 

əlləriniz başqa qana batmasın, balalarım, beləcə həmişə bəylik hənasına boyansın". 

Oğlan fərəhli, xəfif bir təbəssümlə hənalı əllərini seyr edərək, dərin bir xəyala 

dalmışdı. Bəlkə də bu əlvan əllər ona başqa, incə əlvan əlləri - gəlinin gül yarpağı

kimi zərif əllərini xatırladırdı və buna görə də gülümsəyirdi. 

Şair və nənə böyürdən qəfil çıxdılar, cavan yerindən sıçrayıb qaça bilmədi, dik 

qalxdı, əllərini yanına, başını sinəsinə salıb durdu. Xəcalətdən üzü də əl-ayağı kimi 

qızardı, pörtdü, alnını tər basdı. Təbəssüm dodaqlarından qaçdı. Şair təəssüfləndi... 

"Bu  təbəssümdə  nə  qədər  böyük  bir  fərəh,  bir  bəxtiyarlıq  var  idi.  Yalnız  pak  və

məsum  adamlar  belə  gülə  bilir.  Elə  bil  cəh-cəh  vuran  bir  quş  uçdu..."  Şair  bu 

gülüşü dodaqlara qaytarmaq üçün tez çıxıb getməyə tələsdi, oğlana yanaşdı, əlini 

onun güləbətin araqçınlı başına qoydu: 

-Xoşbəxt  ol,  oğlum,  bəxtəvər  olasan,  Allah  ulduzlarınızı  barışdırsın,qoşa 

qarıyasız,  oğullu-qızlı,  nəvəli-nəticəli  olasız.  Biz  də  sizə  baxıb  fərəhlənək.  Qədir 

mövlam səni və gəlinini babana-nənənə çox görməsin. Biriniz min olsun. Uruğlu-

turuğlu olasız. 

"Molla  dilində"  anlamadığı  dualar  əvəzinə  müqəddəs  Seyyidin  -Ağanın 

dilindən  belə  ürəkaçan  xoş  sözlər,  yaxşı  dualar  eşitdiyi  üçün  Mənsimə  qarının 

uçmağa qanadı yox idi... 

-...Ağa,  canım  qurban,  kişi  hələ  heyvan  üstən  qayıtmayıb,  sabah  kəsiləcək 

öyəcləri  seçir,  günorta  nağılına  da  çox  var.  Aşıq,  sənəmlidə  yatıb  dincəlir. 

Toyxanada zurnaçıynan nağaraçı uşaqları oynadır. Ürfət qızın yer salıb, sən keç bir 

az incığuvu al, kişi gələndə oyadaram,çörəkdən-zaddan yeyib keçərsiz toyxanaya, 

nağıla... 

...Toyxana ağzınacan dolu idi. Amma yazılmamış qanunla hərənin öz müəyyən 

yeri  vardı.  Yuxarı  başda,  aşıq  dəstəsinin  sağ  əlində  Kəblə  Heybət  baba  və  Seyid 

Əzim başda olmaqla, obanın ağsaqqalları, aşıqdan sol əldə və qənşərdə ortabablar, 

aşağı başda qapının cəhənglərində cahıl-cuhul əyləşmişdi. 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə