Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə141/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   137   138   139   140   141   142   143   144   ...   153

                                                                                                                                                  

389 


Sevdalərə düşdüm, dedim: Allah kərimdi!  

Gər yandım, alışdım, dedim: Allah kərimdi... 

 Seyyid, dolanıb gün təki məcmui-cahanı  

Dəryaları aşdım, dedim: Allah kərimdi! 

-Hə,  ana,  qayıdanbaş  Qaravəlliyə  dəymək  niyyətim  də  var.  Məndən  nigaran 

olma.  Qaravəlli  qonağımız  Heybət  kişi  məni  oğlunun  toyuna  çağırıb...  Elə  yolu 

qurtarıncan Ramazan da qurtarar, toya çataram. 

-Allah mübarək eləsin... 

Lakin  ana  hamısını  başa  düşdü.  Dərindən  ah  çəkib  əlini  oğlunun  kürəyinə 

sürtdü: 


-Neynək,  get!  Allah  işinə  fərəc  versin...  -  Elə  bil  ananın  əlindən  oğlunun 

kürəklərinə  bir  qüvvət  axdı.  Gözlərindəki  kədəri  dağıtmaq  üçün  o,  sözü  zarafata 

salmaq istədi: 

-Allah verincən, Kərəm bəy versin, ay ana!.. 

-Bıy, əstağfürullah elə, oğul! Allah ürəyinə rəhm salmasa, Kərəm bəy neynəyə 

bilər?! 


...O  qələmdanı  yığışdırıb,  səhər  sübhdən  səfərə  çıxacaqdı....Odur  ki,  bir  az 

yatmalıydı... 

Şair çırağı söndürdü, amma ananın ürəyi səhərəcən səksəkəli, vəs-vəsəli qaldı: 

"İlahi,  balamın  işini  avand  elə,  yolunu  yüngül  elə,  işinə  fərəc  ver!  Getdiyi 

yerlərdən xeyir görsün! Bari-pərvərdigara, sən özün Kərəm bəyin ürəyinə rəhm sal, 

balam  külfət  yanına  əliboş,  üzü-qara  qayıtmasın..."  O  səhərəcən  bir  neçə  rükət 

qəza, hacət və nafılə namazları qıldı, sübh namazı da hacət namazlarına qarışdı. 

...Şair  yuxudan  oyananda,  Şirin  Abdulla  onun  atını  alığlamış  və  hazır  qapıya 

bağlayıb işinə getmişdi. 

Tabağı yırğalaya-yırğalaya küçədən keçən Yetim Hüseyn oxuyurdu: 

Şirvandan təhərim var, 

 Altımda kəhərim var,  

Əyil üzündən öpüm – 

Bir ağır səfərim var... 

Anası dalınca qırxhaçar camından su atırdı... Onun gözləri Ceyrana sataşdı, şair 

böyük  bir  məmnuniyyətlə  həmin  mahnını  Ceyrana  oxuyar  və  orda  deyilənləri 

yerinə yetirərdi, amma həya... O, həsrətli 

 

 




                                                                                                                                                  

390 


baxışlarını  gəlindən  qayınanaya  çevirdi:  "Salamat  qalın,  ana",  deyib 

atıqəhmərlədi . 

...Yol uzun, o isə tək-tənha idi... Şair xəyalı təkmi olur? O öz tükənməz, bitib 

qurtarmaz  xəyalları  ilə  özünə  həmsöhbət  tapır,  yola  nərdivan  qoyur,  ürəyində

keçmişi, gələcəyi qarşılaşdırır, dostu dost, düşməni düşmən dililə danışdırırdı. İndi 

həmişəki  kimi...  Xəyallar...  xəyallar...  Yollar  kimi  bitib-tükənməz,  uzun,  yorucu 

ağır xatirələr... Elə onda Seyid Əzim külfət dərdi, ruzi dərdi ilə səfərə çıxmışdı... 

Amma necə? İndi bu necəyə cavab verirkən, o ağır qışdakı acı bir gün gözlərinin 

önündə canlandı: 

Şair  axşamdan  bəri  uşaqlara  o  ki,  var  nağıl  demiş,  şeir  oxumuş,  lətifə

söyləmişdi,  amma  "ac  qılınca  çapar",  əlindən  bir  şey  gəlməmişdi,  o  uşaqları

ovundura  bilməmişdi.  "İlahi,  nə  yaman  dərddir  aclıq  dərdi.  İlahi,  məni  aclıqla 

imtahana  çəkmə!  Mən  bu  dilsiz-ağızsız  körpələrin  üzünə  baxa  bilmirəm.  Mən 

Ceyranın  solmuş  simasını  seyr  eləyə  bilmirəm.  Anamın  məndən  gizlətdiyi 

baxışlarına nəzərim toqquşanda xəcalətdən yer ayrılmır ki, içinə girim". 

İndi artıq ana və nənənin dilə tutub ovundurduğu uşaqlar bitab düsüb uyumuş, 

səksəkəli,  həyəcanlı  bir  yuxuya  getmişdilər.  "Ceyran,  sübh  əzanında  deyirsən? 

Doğrudan?  Şirin  dayı  gətirəcəy?  Yox?  Onda  bəs  kim?  Xortdan?  Damdabaca?  (o 

vaxt uşaqlar lap kiçik idi) Eh, heç onlar da adama  şey verər? Yəqin Ağam gedib 

alacay!.."  Ana  zəif  təbəssüm,  ehmal  sığallarla  bu  xırda  başları,  incə  ürəkləri 

ovundurmuşdu.  Sonra  Ceyranla  məmə  o  biri  evdə  oturub  nə  isə  pıçıldaşırdılar. 

Yəqin  ki,  dünən  Şirini  hardansa  gətirdiyi  azuğu  lobyanı  qaynatmaq  haqqında 

məsləhətləşirlər. Gəlin deyirdi: 

- Məmə, gəlsənəm, o boranını da kəsim vurum böyrünə, bir sıxma axta zoğalı

da varımızdı, eləyim pırtdama-qəlyə. 

-Yox  ,ay  bala,-deyə  Minasoltan  dərindən  köksünü  ötürdü.  Təcrübədən  bildiyi 

şeyi güclə dodaqlarına gətirdi - başına dönüm pırtdama iştah açar, onun gözünə bir 

parça əppəyi də lazımdı axı... Yox, ele qoy lobyanı tək bişir: duzla, mədə tutandı, 

ürəklərin tutar. Boramnı da eıə-belə parça-parça bişir, qoyarsan təndirə... Yox, mən 

nə  deyirəm,  ay  bala,  heç  belə  vaxtda  bir  parça  boranı  üçün  də  təndir  qalarlar? 

Qoyarsan kürədə, tavada bişər gedər... 

…..Xudaya-xudavəndə ömrüm uzunu sənə yalvarmış, əlimdən gələni eləmiş və  

məni namərdə möhtac eləmə demişəm: 

 

 




                                                                                                                                                  

391 


Xodavəndə, behəqqi şahi-mərdan  

Məra möhtaci-namərdən məgərdan... 

Bəs budurmu sənin ədlin, ya rəbbi, əgər sən varsansa, niyə o gül üzlü, günahsız 

körpələri  ac  qoyursan?  Onlar  sənə  neyləyiblər?  Elə  Molla  Qurbanqulu  demişkən 

tutum  ki,  mən  günahkar  bəndəyəm:  sənə  layiqiynən  dua  eləməmişəm,  namazımı

keçirmişəm,  orucumu  yemişəm.  Bu  mənim  günahım.  Mənə  özün  o  dünyada  nə

cəza verərsən qailəm. Bəs onlar, bəs məməm ki, ömründə bir gün oruc yeməyib, 

bir vaxt namazı qəzaya qalmayıb, hələ hər gecə qıldığı hacət namazları ilə nə qədər 

sənin dərgahına əl açıb? Bəs Ceyran, o süd əmizən, körpələr pənahı ana! Süd verə-

verə  oruc-namazın  keçirməyib,  hər  əlini  qazi-yol-hacata  qalxızanda,  "ilahi  deyib, 

balalarıma yazığın gəlsin! Ruzilərini bol elə! Ərimi külfət yanında xəcalət eləmə!" 

Budurmu  sənin  ədlin,  ya  rəbbi?  Budurmu  sənin  böyüklüyün!  Ey  cəbbar,  qəhhar, 

qadir, kərim Allah!.. İndi mənharaüz tutum?.. Bu sözləri şair ondamı demişdi, ya 

indi  ürəyindən  qopurdu  nə  fərqi  var  ki:  elə  köhnə  hamam,  köhnə  tas,  heç  nə

dəyişməyib... 

...Bayırda yel elə uğuldayır ki, elə bil yüz min canavar birdən ulayır, yüzlərlə

çaqqal birdən qəhqəhə çəkirdi... Tufan qalxmış, dağların-daşların üstünü bir neçə

gündən  bəri  örtmüş  qarı  qalxızıb  havaya  sovurur,  yeri-göylə  birləşdirirdi,  qar 

yağmırdısa da, elə bir çovğun idi ki, göz-gözü görmürdü. Hamı axşamdan evlərinə

çəkilmişdi. Var evlərində kürsülər buğlanırdı, manqallarda qızarmış köz kömürlər 

kürsülərə  uzadılmış  ayaqları  qızdırır,  xoş  istini  cana  yayırdı.  Kürəklər  mütək-

kələrə,  başlar  nazbalışlara  söykənmiş,  kürsü  yorğanları  çənələrəcən  çəkilmişdi. 

Arabir kürsünün üstündəki lahıc məcməyilərinin içində qorğa, ləpə, iydə, ləbləbi-

kişmiş,  innab  kimi  xuşkabar  götürüb  ağzına  atan  kim,  kürsünün  cəhəngində  isti 

saxlanılan çaydanlardan çay süzüb içən kim, yağlı, xuruşu pilovları iştəha ilə içəri 

ötürənlər  kim  idi...  Əlbəttə,  bu  varlı,  var  evləri  idi...  Bəs  bizdə  nə  var?..  Ceyran 

əllərini  hovxura-hovxura  axşamdan  bəri  kömür  xəkəsindən  düzəltdiyi  xəkə-

güllələri  min  əzabla  qızartmış,  manqala  yığmışdı.  Qoru,  dəmi  çıxmış  manqal 

kürsünün  altında  haçandı  ki,  keçmişdi.  İsti  külü  qurdalamaqdan  bir  şey 

çıxmayacaqdı.  Qızardıb  manqala  əlavə  eləməyə  yararlı  kömür  yox  idi.  Səhərə

yaxın kürsü buza dönəcəkdi. Ac uşaqların canını soyuq 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə