Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə144/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   140   141   142   143   144   145   146   147   ...   153

                                                                                                                                                  

398 


O    gün  Seyid  Əzim  şəhərə  girəndə  qara  xəbər  qabağına  çıxdı:  Bu  gecə  şaxta 

Yetim  Hüseyni  Hacı  Soltan  Hüseyn  hamamının  külxanına  sovub    salıbmış...  Bu 

gecə  Şirvan  şikəstəsi  susmuş,  xalq  içində  adı  bilinməz  şairlərdən  biri  ölmüşdü. 

Daha  Bəzzazbazardan,  Baqqalbazardan,  şəhərin  adlı  məhəllələrindən- 

Sarıtorpaqdan,  İmamlıdan,  Minaxordan  Yetim  Hüseynin  zümzümələri 

eşidilməyəcəkdi... 

Soldu güllərim haray...  

Susdu bülbülüm haray... 

 Yetim Hüseyn özü sağ olsaydı, yəqin ki, halva tabağını yelləyə-yelləyə  bir ağı

deyər,  səsi  dilsiz  divarlarda,  tozlu-torpaqlı  yollarda,  dibsiz  göylərdə  əks-səda 

verərdi: 

Şamaxı vətənimiz, 

Durmadı yatanımız,  

Əl-ələ verdi getdi  

Dili söz tutanımız. 

“  Hə,  o  gün  getsin,  bir  də  qayıtmasın"  -  deyə  şair  bu  gün,  orucluğun  içində, 

payız  qapını  aldığı  bir  zamanda,  ağır  uzaq  yola  çıxmışdı...  O  gedir,  getdikcə  də

bircə  şey  düşünürdü:  nə  olur  olsun,  builki  qış  azuqəsin  irəlicədən  sahmanlayıb 

uşaqların başının altına qoysun ki, o keçmiş qəziyyə bir də başına gəlməsin. Yaxşı

ki, o aclıq ilində Nüsrətdin kişi Seyid Əzimi dardan qurtardı, olub-qalanını onunla 

tən yarı böldü, quru qurtarıb yaş yetişməyən bir dövrdən külfətini sağ-salim çıxart-

dı... Amma indi... Yenə də qabaqdan qılınc kimi qış gəlir... Qar qapını alacaq. Ailə

üzvlərinin  üzünə  aclıq  "zəfəran  rəngi  çəkəcək...  Yayda  söz  verən  ağalar,  payız 

xırmanı yığılanda ya sözlərini unudub əhdlərinə vəfa etmədilər, ya da... kim bilir... 

bəlkə  elə  qəsdcən,  yeni  bir  tərif-namə  adlarını  el  içində  qəni  kimi  ucaldan  şeir 

qazanmaq üçün gözətlətdilər, onu... Borclu deyil ki, mənə xalq?.. Məktəbdarlıqdan 

qazandığım məktəbin öz xərcinə güclə yetir..." 

Xəyallar,  xoyallar...  yollar  kimi  enişli-yoxuşlu,  yollar  kimi  dərəli-təpəli 

çuxurlu-xəndəkli... 

Şairə  elə  gəldi  ki,  pərilər  soltanı  hardasa,  buralardadır!  Başı  üzərində  qanad 

çalır,  həmişə  olduğu  kimi,  indi  də  onunla  birlikdə  səfərə  çıxıb  onu  yayda,- 

günəşdən  qorumaq  üçün  başı  üzərinə  qanad  gərib,  kölgəlik  yaradıb,  qışda,- 

yapıncıya dönüb, bir parça bulud olub, ilik 

 

 




                                                                                                                                                  

399 


lərinə  kimi  işləyən  soyuğun  qarşısını  kəsib...  "Pərilər  soltanı  bu  qayğılar,  dərdlər 

səninlə  bir  də  dərdləşməyə,  sevişməyə  imkan  vermir,  üzü  qara  olsun,  zalım 

zəmanəni...  Ey  qoca  Füzuli  "Dərd  çox,  həmdərd  yox,  düşmən  qəvi,  tale  zəbun" 

ikən  pərilər  soltanından  məhəbbət  diləmək  zamanımıdır?  İndi,  mənim  əziz 

sevgilim, indi mən artıq vaxtımın bir qismini ona-buna təriflər yazmaqla keçirməyə

məcbur oluram..." 

-Yox,  doğru  demirsən,  əziz  şairim,  sənin  məktəb  uşaqları  üçün  yazdıqların 

nəsihətlər,  mənzumələr,  elmi,  maarifi  yaymaq  üçün  qoşduğun    nəzmlər, 

düşmənlərinə  meydan  oxuyan  dovtələb  şeirlər  bir  yana,  məgər  mənim  hüsnümü 

tərif və tərənnüm üçün azmı qəzəl inşad edirsən? 

Şair  alnında  xırdaca  əlin,  incə  barmaqların  təmasını,  ağzında  gül  qoxuyan, 

bahar nəsimli dodaqların nəfəsini duyan kimi oldu: 

-Olur, niyə olmur ki... Amma yenə də özümdən razı deyiləm... 

-Pərilər soltanı olduğum gündən bəri özündən razı olana rast gəlməmişəm. Sən 

nə əvvəlincisən, nə də axırıncı... Şair özündən razı olan gün ölür... 

-Mənim  narazılığım  səndən  və  yazdıqlarımın  hamısından  deyil,  mən  gələcək 

nəsillərdon utanıram! 

-Niyə, azmı iş görmüsən? 

-Mənim  zəmanənin  güclülərinə  əl  açıb  yazdığım  mənzum  məktublarımı 

oxuyanlar  nə  deyəcək?  Mən  babamın  nəsihətini  yerinə  yetirə  bilmədim.  Bir  əba, 

bir  kürk,  bir  tağar  buğda,  bir  illik  azuqə  üçün  ona-buna  əl  açdım,  şeirlərimin 

bəzisindən yolçuluq tökülür, lənətləməyəcəklər ki? Gülməyəcəklər ki? Mənə alimi-

biəməl deməyəcəklər ki? 

-Məgər sən əşarını yadigar qoyub getdiyin, amalmı təlqinə çalışdığın, inkişafı

üçün  bəlalər  çəkdiyin  xələflərini  eləmi  nankor  hesab  edirsən?  Nigaran  getmə, 

arxayın ol, anlarlar! 

-Bəlkə də! Məgər onlar görmürlərmi ki, mən səkkiz baş külfət, nə qədər də borc 

qoyub gedəcəm... Yazıq Cəfərim onları necə yerbəyer edəcək? Hələ anam? 

-Dedim  ki,  nigaran  getmə,  sənin  xalqın  sənə  çıxa  bilmədisə  də,  övladına 

qahmar çıxar. Başsız qalan bir səninkilər deyil ki!.. Bütün bir xalq o haldadır! 

...Yollar,  tək-tənha  yollar...  Məgər  şair  xəyalı,  tək  qala  bilər?!  O  öz  zəngin 

təxəyyülü  ilə  özünə  həmsöhbət  də  tapar...  müsahib  də!..  Yola  nərdivan  qoyar... 

pərilər  soltanı  indi  on  yaxşı  bir  müsahib  idi,  onun  söhbətləri  şairin  qəlbini  ümid, 

fərəh və inamla doldurur, onun mübarizə 

 

 



                                                                                                                                                  

400 


əzmini  daha  da  gücləndirir,  ürəyinə  qüvvət,  qəlbinə  dəyanət,  qələminə  ziya 

gözlərinə  nur  verirdi.  Şair  yolüstü  kiçik  bir  bulağa  rast  gəldi.  Atdan  endi,  atı

yançidar  eləyib  çəmənliyə  buraxdı.  Payızın  bu  ayında  təpələr  yazdan  seçilmir, 

"pərilər soltanı, bir az əvvəl bu zümrüd donlu çəmənləri görmürdüm... Sağ ol, sən 

harda olsan, ilham da orda, zövqü səfa ordadır'. O, əl-üzünü bulağın sərin, göz yaşı

kimi duru suyunda yudu, üstünün tozunu çırpdı. Yəhər-qaşı heybəni atın üstündən 

açıb  bulağın  başına  gətirdi.  Yol  azuqəsindən  bir  azacıq  yeyib,  su  içdi,  sonra  da 

qələmdan  və  kağız  rahlayıb,  heybəni  dirsəyinin  altına  qoydu,  üstünə  dirsəklənib, 

ətrafı  seyr  etməyə  və  qəlbindən  dodaqlarına  süzülən  əşarı  yazıya  köçürmək  üçün 

xəyalını, qəlbini hazırlamağa başladı... 



QARAVƏLLİDƏ 

Düzünü desək şairi buraya Abdal-gülab aşıqlarının adı, sorağı gətirmişdi. Şairin 

qaravəllili  dostlarından  Kəblə  Heybət  bir  ay  bundan  irəli  Seyid    Əzimə  ismarış

göndərmişdi  ki,  nəvəm  Quluya  toy  eləyirəm,  hələl-həlbət  gələrsən.  Salayçı  "aşıq 

kimdi?"  sualına  belə  cavab  vermişdi:  "Qulunun  baxtından  Soltanəli  bəy  oğlunun 

toyuna  Abdal-gülabdan  aşıq  çağırtdırıb,  kişi  də  Soltanəli  bəyə  minnətçi  salıb  ki, 

izin  ver,  səndən  sonrı  işığın  bizdə  toy  eləsin.  Bəy  də  razılıq  verib.  Yoxsa  Kəblə

Heybət  abırlı kişi olsa da, Abdal-gülabdan bura aşıq gətirə bilməzdi". 

Oba  payız  binəsindəydi,  şair  alaçıqlar  arasıyla  irəlilədikcə  heç  kəsə  rast 

gəlmədi.  Hamı  uzaqda,  obanın  qırağında,  çəmənlikdə  qurulmuş,  yaşıl  xalı

üstündəki  əlvan  gül  topasına  bənzəyən  toyxanada  və  ya  onun  ətrafı  da  idi.  Çalğı

səsi  aləmi  başına  götürmüşdü.  Deyəsən,  içəridə  cahıl-  cuhul  oynayırdı.  Zurnaçı

qədim Mirzeyi havasını elə bir eşqlə çalırdı  ki, oynamaq bilməyənin də sümükləri 

oynaşırdı. 

Şair atını toyxana səmtə sürürdü ki, bəriki alaçıqdan çıxan Mənsimə qarı onu 

gördü; əlini-əlinə çırpıb irəli atıldı, cəld yaşmaqlandı, tərəkəmə arvadlarına məxsus 

çevikliklə bir əlilə atın cilovundan, digərilə üzəngisindən yapışdı: 

-  Bıy,  dərdin  ürəyimə,  Ağa,  can-can,  cəddüvə  qurban  olum,  can-can  xoş

gəlmisən. Ə-də, Ağaməli, hey... Ədə-ə-ə-ədə, Ağa gəldi, gözüm qurban, ə-də gəlin, 

atı tutun, aparın hörükləyin göy çəmənliyə... can-can Ağa, balaca ağam necədi? 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə