Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə152/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   145   146   147   148   149   150   151   152   153

                                                                                                                                                  

422 


artıqdı?  Onun  ki,  heç  qəbrinin  yeri  də  bilinmir?  Ona  baxanda  yenə  Nizamiyə 

şükür..." 

Pərilər soltanı dilləndi: 

-Nə  danışırsan,  şairim,  belə  naümid  olma!  O  qaranlıq  əsrlərə  nisbətlə    sənin 

əsrin  nə  qədər  qabağa  gedib?!  Məgər  səpdiyin  toxumlardan,  əkdiyin  maarif 

ağacından bu qədər naümidsən? 

-Hayıf ki, Yetim Hüseyn o ağır qış Hacı Soltan Hüseyn hamamının külxanında 

donub  öldü.  İndi  mənim  fotuma  söz  qoşan  da  olmayacaq,  -deyə  şair  yaxası  açıq 

yetimi təəssüf və həzin bir məhəbbətlə xatırladı. 

Şaırin  xəyalı  bir  zaman  haradasa  yarımçıq  qalmış  mübahisəni  indi  davam 

etdirməyə başladı. O qəlbində də özü ilə deyişir, çarpışırdı: 

-Mən qorxuram. 

-Adət edərlər. Pis şeyə təqlidə, təğiyyəyə, əsarətə adət etmək yamandır. 

-Eləməzlər, tarix göstərir ki... 

-Yaxşı ilə birlikdə yaman da gələcək axı... 

-Bizə  ursiyət  kimi  bir  Ölkə  ilə  yaxınlaşmaq  zəruridir.  Türkiyə,  İran,dinimızin 

müəssisi  Ərəbistan  özünə  nə  gün  ağlayıb  ki,  bizə  neynəsin.Dünya  millətləri  irəli 

gedir.  Biz  tökülüb  dalda  qalmışıq.  Bitli,  sirkəli  mədrəsələr,  onların  komsavad 

mollaları uşaqlara nə verir? Əbcəddən, cərgədən o yana neçəsi çıxır və necə çıxır? 

Tüllablarımıza  bələdsiniz...Kərbəlada...  Nəcəfdə...  Dindarımız  yetim  malı  yeyib, 

ribaxor  olub,  Özgə  külfətinə  göz  dikib,  qardaş  qanı  töküb...  qoy  heç  olmasa  indi 

öyrənsin. 

Birdən xəstənin gözlərinin önündə Bakı səfərləri, "Məcməüş-Şüorada" Cürmi, 

Sürəyya, Müniri, Yusiflə görüşləri canlandı. Bu görüşlərdən birində bakılı dostları

onu  Suraxanı  Atəşgahına  aparmışdılar.  Ona  elə  gəldi  ki,  qızmar  günəş  altında 

heyrətlə,  yerdən  çıxan  alov-atəşlə  zəbanə  çəkən  məbədi  görür.  Məbədin  önündə

yarımçılpaq  bir  "xəyal"  da  görmüşdü.  "Xəyalın"  başında  çirkli  ağ  çalma,  belində

çirkli  ağ  fitə-dxoti  var  idi.  Gün  altında  qəhvəyi  rəngə  çalan  bədəni  sümüklər 

üzərinə  çəkilmiş  dəri;  vəzi  və  damardan  ibarət  idi...  Məbədin  zəbanə  çəkən 

mehrabı  qarşısında  əllərini  köksündə  qoşalaşdırmış,  ibadətkar  vəziyyət  alıb 

dayanmışdı. Gözlərini hər şeyi paklayan, həyatın başlanğıcı, əzəli və əbədi sandığı

müqəddəs oda zilləyib durmuş, dərin-dərin məyus-məyus fikrə dalmışdı... "Xəyalın 

xəyala dalması" əcaib idı... Dostlar onu yandırıcı günəş altından çəkib zaviyələrə, 

hücrələrə 

 

 



                                                                                                                                                  

423 


apardılar... Lakin uzaq Hindistandan, Kərbəlayı Vəli sarvanının səkkiz həftəyə - 

iki  aya  karvanla  getdiyi  yolu  pay-piyada,  zəvvar  kimi,  yalnız  ölmək,  həyatını

atəşpərəstlərin  məkkəsi  hesab  olunan  müqəddəs  diyarda,  yeraltı  odların  zəbanə

çəkdiyi  Suraxanıda  başa  vurmuq  üçün  uzaq  Hindistandan  bura  gəlmiş  o  qoca 

zəvvar,  onun  xatirəsində  əbədi  həkk  olunub  qalmışdı...  Həmin  zəvvarlardan  o, 

Məkkədə,  Məkkə  ibadətgahında  da  çox  görmüşdü.  Əyinlərinə  diri  ikən  ağ  kəfən 

geymiş, ayaqyalın, başıaçıq, ayaqlarını qızmar qumlar, başlarını od yağdıran günəş

yandıra-yandıra... Ciyərlərini "əff' ümidi parcalaya-parçalaya, lehləyərək... toz, tər, 

alov içində "əl-off, əl-əff' deyərək lökləyən, ibadət edən müsəlmanlar... onlar daş

önündə,  bunlar  atəş  önündə,  bunlar  atəş  qarşısında...  Suraxanı  iqlimi  həmin 

günlərdə, Məkkə iqlimindən mülayim deyildi. Suraxanı günəşi bu günlərdə göydən 

Ərəbistan  günəşindən  az  od  ələmirdi.  İndi  son  nəfəsində,  həyatının  son  hesabat 

verdiyi mizan-tərəzi qurub günah və savablarını hesaba aldığı bu dəqiqədə, həmin 

atəşpərəst zəvvar gəlib gözlərinin önündə durdu... 

Şair özünəməxsus bir incə kinayə ilə düşünürdü: "Hə, pərvərdigarın qulluğuna 

sən məndən xeyli əvvəl çatmısan, nə dedi, neylədi sənə? Ruhunu göylərmi qəbul 

elədi, yerlərdə torpaqlaramı qarışdın? Niyə gözlərimə görünüb əhli-beytimi bu son 

nəfəsdə  görməyimə  mane  olursan?  Behiştə  gedə  bilsəm,  sənin  də  dərdini 

pərvərdigara  çatdırmağımı  diləyirsən?  Nəydi  günahın?  Niyə  səni  elə  cəhalətə

atmışdı? Qərib ölkədə kim dəfn etdi səni, necə dəfh etdi? Cismini atəşə kim atdı? 

Ruhunu kim qəbul elədi? 

Əbədiyyat  qarşısında  hamı  birdir...  Qardaşım,  səni,  ümumən  insanları  bir-

birindən  ayıran  dinləri  mən  qəbul  eləmirəm.  Əgər  hamını  bir  Allah  yaradıbsa,  o 

heç bir zihəyata fərq qoymamalıdır..." 

Düşüncələr... xəyallar... son xəyallar... 

Məhəmməd:  "Allah  bir  günahkarın  günahmı  əfv  etməzdən  əvvəl  bir 

danişməndin  günahını  bağışlayır",  -  deyib,  niyə?  "Ey  pərvərdigar,  elə  elə  ki, 

yaratdıqların  şəkiba  olmasın"  bunu  da  Əli  deyib...  Bəs  sən  də  onun 

yaratdıqlarındansan,  şəkiba'  oldunmu  pərvərdigarına?..  Dərgaha  şübhələr  içində 

gəlirəm. 

Birdən  kiminlə  isə  nə  zamansa  yarımçıq  qalmış,  ipi-sapı  çürümüş  xəyal  kimi 

qırılmış başqa bir mübahisə xəstə qəlbində yenidən canlandı: 

 

 



                                                                                                                                                  

424 


-  Bilirsənmi  ki,  bizim  xalqın  ziyahsı  tez  gördü,  tez  öyrəndi  olur;  ərəb  gəlir, 

onun dilini, adətini, fars gəlir onunkunu, türk gəlir onunkunu götürür. İndi də bir 

başqasının yolunu, ərganını, şərabxorluğunu öyrənəcək...  

-  Əbədən  səhvsən...  Əvvələn,  bu  fıkir  özü  kökündən  düz  deyil.  Bizdə

Ərəbistanın  orta  göbəyində  yaşayıb  öz  doğma  ana  dilini,  adətini  mühafızə  edən 

qəbilələr, şairlər var... Füzulini unutdun? Kərgüklüləri görmədin? 

Sonra  da  Kərbəlada  Nəcəf  təhsili  zamanı  gördüyü,  dönə-dönə  ziyarət  elədiyi 

məzar  gözlərində  canlandı.  Bu  onun  çox  sevdiyi  Füzulinin  məzarı  idi...  "Bütün 

qəzəllərimin sələfı, başlanğıcı, ilhamı Füzuli... 

Qansı bütdür bilməzəm imanımı qarət edən?  

Səndə iman yox ki, "sən aldın, deyəm, imanımı?" 

-Məndəmi iman yoxdur, şairim? 

-Hələ də burdasan, pərilər soltanı? 

-Bəs harda olmalıyam? 

-Şeir, musiqi, tərəb olan yerdə.. Fərəh olan yerdə... 

-Səni tərk etmərəm, Ağa, əsasım yoxdur... bircə buna yanıram ki,sənin ilhamın 

olmuşamsa da, sənə heç səadət gətirə bilməmişəm... 

-Qoy indi də mən etiraz edim, gözəlim! Səadət verdiyin anlar da olub... Zillət 

içində  elə  xoş  anlarım  olub  ki,  dünyanın  bütün  soltanlarının,  bütün 

dövlətməndlərinin sərvəti bahasına əldə etmək olmaz  o səadəti, bəxtiyarlığı... 

Pərilər soltanının səsi qısıldı, maraq qarışıq təvazölə, utancaqlıqla  soruşdu:  

- Hansıdır? Nədir? Ölən şairin gözlərində evi işıqlandıran bir təbəssüm parladı: 

- Necə nədir? Mizan-tərəzi qurulan anlarda bunları unutsam, onda nameyi-əmalıma 

nə yazılacaq? Bəs ilk dəfə "Əkinçidə möhtərəm Zərdabi cənablarına məktubum və

şerim  çap  olunduğu  gün?  Bəs  məktəb  açıb  binəsiblərin  balalarını  qanadım  altına 

aldığım, onlardan əsil, basəvad vətəndaşlar yetişdirdiyimi duyduğun gün?.. Əlli üç 

illik ömür üçün bunlar az da olsa, fəqət var... hələ var... 

Arabir Minasoltan ananın ağlar səsi eşidildi, o, otağın bir guşəsində göz yaşları

içərisində  oturub  Seyyidin  hər  bir  arzusunu  kirpiklərinin  hərəkətlərindən  duymaq 

və  dərhal  yerinə  yetirmək  üçün  can  qurban  eləməyə  hazır  olan  Ceyrana  işarəylə

dedi: 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə