Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə149/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   145   146   147   148   149   150   151   152   153

                                                                                                                                                  

413 


-Balam, düz deyir kişi də... Həlbət ki, içməzdi... 

-Düz yolnan arası yoxdu. Allah bəndə, mömin yoluynan... Onunku elə urusdu, 

ermənidi, malağandı... Kişilər, belə də seyid olar ki, gedə kafır urusnan otura-dura? 

Kafırin dilini öyrənməyə cəhd göstərə? 

Seyid Əzimin tərəfdarları arabir sözə qarışır, dillənirdilər. Lakin onlar bu gün 

məsciddə az idilər... Ziyanın, işığın məsciddə, qaranlıqda nə işi var ki... şair özü də

bu  gün  bura  məcbur  gəlmişdi.  Yanında  ən    yaxın  adamlarından  bircə  Qırmızı

Qulam oturmuşdu. Şirin Abdulla isə Seyyiddən xeyli aralıda, qapı ağzına yaxın bir 

yerdə əyləşmişdi. Bu gün nə Mahmud ağa, nə şair-ziyalı dostları, nə Kərim bəy, nə

Cin Cavad... heç biri burada yox idi. Seyid Əzimin tərəfdarları, havadarları az idi. 

Odur  ki,  qaragüruhun  əlinə  fürsət  düşmüşdü.  "Belə  fürsət  az  ələ  düşər,  əldən 

vermək  olmaz  bu  fürsəti.  Namərdəm  əgəm  səndən  hamısının  hayıfını  çıxmasam. 

Namərdəm  əgər  bu  gecə  qapaqlıdan  aldığıma  haqq  qazandırmasam",  -  deyə  Alış

düşünürdü. 

Molla Qurbanqulu məclisi daha da qızışdırmaq, qurğunu həyata keçirmək üçün, 

öz  qorxaq  təbiətinin  təsiri  ilə  bir  də  diqqətlə  məscidi,  hazirunu  gözdən  keçirdi: 

"Yox, yaxınlığında Qırmızı Qulamdan başqa elə bir dəyərri adam yoxdu, fürsətdi. 

Fürsəti fövt eyləməz aqil, məgər divanə ola, - deyə düşündü. - Bir belə camaatın 

qabağında iki nəfər ona nə köməklik eləyəcək, yox, əsil vaxtıdır. Bircə bu meşədə

burda olmasaydı, lap əla olardı". 

Molla Qurbanqulu dizləri üstünə qalxıb əlini yuxarı qaldıranda məsciddəkilərin 

çoxu  susdu.  Qədim  adətilə  artıq  qocalsa  da,  çox  ucadan,  ifadəli  və  hər  cümlənin 

son sözlərini təkrarlayaraq, bunları müsahibinin beyninə yeritməyə çalışaraq sözə

başladı: 

-Ağalar, cənab behiştməsnəd Ağaseyidəli ağa (məsciddən "rəhmət"səsi ucaldı) 

bir həlim, mülayim insan idi, onun həqpərəstliyin hamımız bilirik, bəli, bəli, bilirik. 

Mən  bu  saat  şairin  bir neçə şerilə  sizin  qulluğunuzda  sübut  edəcəyəm  ki,  o  hətta 

cənab Ağaseyidəli ağanı da (yenə "rəhmət" səsi ucaldı) alladıb, xilafı-tövbə eləyib, 

günahi-əzimə batıb,bəli, batıb. Baxın! 

Burada  öz  kəskin  hafızəsinə  əmin  olan  Molla  Qurbanqulu  heç  bir  yazı-bayaz 

çıxarmadan  sözünə  davam  etmək  üçün  bir  anlıq  sükut  etdi.  Hamının  nəzərini, 

dostun  da,  düşmənin  də  diqqətini  cəlb  etdiyinə  əmin  olduqdan  sonra  boğazını

arıtlayıb, sozünə davam etdi: 

-Sizi böyük xudavəndi-aləmə and verirəm, ədalətlə diqqət buyurun: 

 

 



                                                                                                                                                  

414 


Peşimanəm ki, bir müddət qılıb vaiz sözün bavər, 

Bahari-ömrdə mey ülfətindən ictinab etdim.  

Bu nə deməkdir? Hansı şirvanlı bilmir ki, ona meydən tövbəni məhz Ağaseyid 

ağa verib! (Yenə "rəhmət" oxundu). Hazır göz qabagındadır ki, peşman olub, özü 

də boynuna alır ki, vaizin sözünə nahaq qulaq verib. Çox əcəb, bu onun öz işidi, 

özü bilən yaxşıdı. Deyə bilər-peşman olub, nə olsun, əhdini sındırmayıb ki! Əhdini 

sındırmağını mək istəyirsinizsə, buyurun:  

Meyi-nab ilə abad eylədim, səd şükür, can mülkün  

Əgərçi xaneyi-təqvamı aləmdə xərab etdim.  

Əgər bu da sizə dəlil deyilsə, onda daha dürüst qulaq verin. O getdikcə qızışan, 

coşan  bir  səslə  danışır  və  danışdıqca  ağzının  suyu  bir  neçə  addım  məsafəyə

çırtlayıb, qarşısındakıların paltarına, əlinə sıçrayırdı:  

-Nə eybi var. Xudavəndindən üz döndərib - özü bilər, Allahı bilər! xəhənnəm! 

İçir - şərabı nəhs buyuran cəddi üzünə tüpürsün! Məsələni, zahidi riya adlandırır - 

peyğəmbərlərin qulluğunda, məhşərdə cavab verəcək!.. Amma axı o bunlara qane 

olmur, bəli olmur. O, başqalarınıda  yoldan çıxardır, onunla mülaqatda olanların da 

vəbalına səbəb olur.  

Saqi mənə qılmandı, şərabım meyi-Kövsər,  

Vaiz ciyəri həsrət ilə qan olacaqdır.  

Fövt eyləmə bu fürsəti, ey aqilü huşyar,  

Ömrün gedəcək, dəhr özü viran olacaqdır.  

Seyyid deyiləm, nisyə sözə bavər edəm mən,  

Nəqdi-hünərim cama girovkan olacaqdır.  

Məscidin  içərisində  birər  küfr  kimi  səslənən  hər  bir  misra,  günbəzin  tağına 

dəyərək  oturan  cahillərin  başına  əbabil  quşlarının  cəhənnəmdən  gətirib  islam 

düşmənlərinin  başına  yağdırdığı  "siccü"  -  xırda  odlu  daşlar  kimi  tökülürdü. 

Çoxlarına elə gəlirdi ki, indicə bu sözlərdən sonra tufan qopacaq, aləm dağılacaq, 

pərvərdigarın vəd etdiyi "günfəyekun" baş verəcək, ərəsati-məhşər başlanacaqdır. 

Lakin bütün bunlar olmurdu. Gözlər, bərələ qalmış gözlər gözləsə də, nə bu küfrü 

yazan şairi ildırım vurub  öldürmür, nə də qorxmadan onları məscidin mehrabı 

 

 



                                                                                                                                                  

415 


Təkrar  edən  mollanın  başına  daş  düşmür,  dili  qurumurdu.  Nadan  və  cahil 

qaragüruh isə gözləyirdi. Molla Xudaverən də donub qalmışdı. Özünə-məxsus bir 

həssaslıqla bu gərginliyi anlayan Qırmızı Qulam, yerindən dikləndi, uca olmasa da, 

onun səsi məsciddə çox aydın eşidildi: 

-Qəriblər  ağasına  and  olsun,  Ağanın  şerindəki  qüdrətə  bax  ki,  onu  vaiz  də, 

molla da əzbərləyib... 

Qəlbində  isə  düşündü:  "Ay  küt  axmaq,  yaxşı  yayırsan,  təbliğ  edirsən  Ağanın 

küframiz  misralarını,  eşitməyənlər  də  eşitsin.  Bilməyən  də  bilsin".  Meşədi 

Qulamın sözündən sonra az-çox Seyid Əzim ətrafında əyləşmiş tərəqqi dostlarının 

ürəyinin üstündən elə bil ki, bir ağır daş götürüldü. Qorxudan gözü böyümüşlər də, 

sanki bir qədər özlərinə gəldilər. Molla Qurbanqulu hamının sevimlisi və özünün 

də  çox  işini  aşıran,  rastgu  Qırmızı  Qulama  sərt  cavab  verə  bilməyəcəkdi.  Lakin 

təslim olmaq, qələbəni qazandığı bir dəmdə əldən vermək, geri çəkilmək fıkrində

də  deyildi.  Yeganə  yol  guya  bu  sözləri  eşitmirmiş  kimi  əhəmiyyət  verməmək, 

özünü o yerə qoymayıb, eyni ahənglə sözə davam etmək idi; təcrübəli molla belə 

də elədi: 

-Mən  onun  bir  qəzəlini,  mültəfit  olun,  ağalar,  həcvini  demirəm  ha!Onda  elə

güman  elərsiz  ki,  özümə  toxunan  şey  var,  -  təkcə  bir  qəzəlini  sizin  qulluğunuza 

çatdırmaq istəyirəm. Qoy qonaq cənab da eşitsin.Onun bu qəzəli hələ ki, camaat və

uşaq-muşaq arasında gəzir, bəndəyə də gəlib çatıb, bəli çatıb: 

Can məşaminə gəlir buyi-riya məsciddən,  

Görmədim ömrdə bir zövqü səfa məsciddən. 

Buriya tək döşənir məscidə hər dəm zahid,  

Heyf, tərk olmadı əsla bu riya məsciddən! 

Öz-özüylə danışır vaiz, olub divanə 

Kim, qulağımə gəlir gündə səda məsciddən. 

Dürdi-meyxanəni tök camə, gətir, ey saqi,  

Görmədim dərdimə aləmdə dəva məsciddən!.. 

Seyyida, bunca ki, məsciddən edərlər nifrət,  

Nə görüblər görəsən kim, şüəra məsciddən? 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə