Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə151/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   145   146   147   148   149   150   151   152   153

                                                                                                                                                  

419 


rında  xəfıf  bir  təbəssüm  oynadı...  Yazdığı  əsərlər,  açdığı  məktəbdə  yetirdiyi 

şagirdlər  yaşayacaq,  könüllərdə  bir  parça  yeri  olacaq,  rəhmətlə  yad  ediləcək...  O 

bunu bilirdi. On gün bundan irəli 1888-ci ilin çiçəkli 10 may günündə ona medal 

da verdilər... Bu  da  əl  tutduğu,  ayağa qaldırdığı  insanların  təbəssümü  ilə  birlikdə

aldığı  mükafat  idi...  Gec  çatdı,  şair,  müəllim  onu  döşündə  gəzdirə  bilmədi. 

Zəhmətlərin qiymətini... 

...Bayırda qapının önündə xeyli adam toplanmışdı. Qəm dəryasına qərq olmuş

Şirin Abdulla, "Cəfər, ey qonçeyi-gülüstanım" deyə adı ilə bütün gənc nəslə xitab 

etdiyi  Mir  Cəfər,  səfadan düşmüş  "Beytüs-Səfanın"  məyus,  qocaman  üzvlərindən 

Ağababa  Zühuri,  Ələkbər Qafıl,  şairin  toy  mərasimində  iştirak  etmiş  yaxın  dostu 

Qafar  Rağib,  artıq  qocalmaqda  olan  Mahmud  ağa  və  Cin  Cavad,  Qori 

seminariyasında  təhsil  alan  Ramazanın  arıq  dəvəyə  bənzəyən  dədəsi  Hacı  Qədir, 

cavan şairlərdən Ələkbər Sabir, Ağaəli bəy Naseh... burada idi. Əlindəki qələmkar 

boğçası ilə hamamdan qayıdan Meşədi Qənbər hənadan xoruz quyruğu rəngi almış

saqqalını  sığallaya-sığallaya  yığılanlara  yaxınlaşdı,  susqun  durmuşların  məlul-

müşgül simasını gözdən keçirib soruşdu: 

- Ağa nə təhərdi? 

Kim isə qırıq, könülsüz bir səslə dilləndi: 

- Sokoratdadı... 

Meşədi  Qənbər  ağır-ağır  obasını  yelləyərək  uzaqlaşdı.  Onun  burda  durmağa 

macalı  yox  idi.  Başmaqçıbazardakı  dükanına  tələsməliydi,  boğçanı  evə  qoyub 

gedəcək, bir də evin üstündən salat səsi eşidiləndə, meyit namazına gələcəkdi... 

İçəridə  şairin  solmağa  başlayan  dodaqları  pıçıldayırdı:  Bəli,  gözəl  deyib 

hükəmalar: Sən dünyaya gələndə hamı sevinirdi, sən ağlayırdın. Elə yaşa, elə ömr 

et ki, sən bu dünyadan arxayın, mütəbbəssim gedəsən, başqaları dalınca ağlayalar... 

Səni sonra da xoş söz - xoş əməllərinlə yad edələr... 

Ana  elə  bilirdi  ki,  oğlu  kəlmə-şəhadət  deyir...  Ana  balasının  yastığı  ucunda 

əyləşmişdi, arabir titrək əlləri ilə hələ də körpə təsəvvür etdiyi balasının quruyan, 

avazıyan  dodaqlarına  su  damızdırırdı.  Dolub  boşalan  gözləri  bəzən  elə

dumanlanırdı ki, qadın, balasının necə haldan-hala düşdüyünü görmürdü, onu ölüm 

yovundura  bilmirdi.  Ömrü  boyu  o  qədər  ölümlər,  canvermələr  görmüşdü  ki... 

Amma  bu  adı balasına  yaxın  qoya bilmirdi.  Birdən  Seyyidin dodaqlarında  mələk 

sözünü eşitdi: "İlahi, yoxsa gözlərinə mələkəl-movt görünür, balamın?" – deyə 

 

 




                                                                                                                                                  

420 


qorxu  içində  düşündü.  Amma  şairin  gözlərinə  bu  anda  heç  bir  mələkəl-movt 

Əzrayıl görünmürdü, elə bil ki, bütün real, həyati və mövhumi-xəyali qara qüvvələr 

indi onu tərk edib getmişdilər. İndi onun xəstə (ağının üstündə şəfəqlərdən qanad 

taxmış şeir, ilham pərisi süzürdü. O öz sevimli şairinin son anlarını elə bil ki, öz 

qanı, canı, həyatı ilə  nuru ilə işıqlandırmağa gəlmişdi.   

- Sən məni hələ də tərk etməmisən, pərilər soltanı?  

-  Məgər  mən  səni  tərk  elərəm?  Haçan,  hansı  ağır,  hansı  həyəcanlı  qiqədə 

səndən ayrılmışam ki?  

-  Heç  bir  zaman.  Amma  indi  sonumdur...  Gözəl  dünyamızdan  ayrılıram... 

Şeirdən, sənin ilham verdiyin qələmdən...  

- Çox ağırdır?  

- Çox... dağlarımızdan, çaylarımızdan, ətirli, süsənli çəmənlərimizdən, gülüstan 

gözəllikli Vətəndən...  anamdan,  yaxşı-yaxşı  dostlardan, balamdan...  Elə  lap  mənə

dağ çəkməyə çalışan düşmənlərdən də...  

Pərilər soltanı aydın bir səslə, incə bir nəfəslə onun alnına toxundu, şairin alnı

alışıb yandı, nazlı bir səslə dedi:  

-  Yadındadırmı,  bir  dəfə  gözəl  bir  mənzərəni  seyr  edirdik,  "ilahi  dilbər,  nə

nazəndədir?" dedim. Sən isə, "heyif ki, Alışlar, Qapaqlılar ( bu cazibədar dünyanı

korlayırlar" dedin. Mən də sənə dedim ki,heç  bu yaşıl çəmənlərdə, şəbnəmli otlar 

üzərində  gəzəndə  ayağına  tikanlar  batmayıb?  Bax,  Qapaqlılar  da  cəmiyyətdəki 

həmin  o  tikanlardır...  Onlarsız  heç  mübarizə  olmazdı,  mübarizəsiz  həyat,  durğun 

həyat sənə, sənin kimilərə ləzzət verməzdi... Sən qorxma, şairim, sən ki, ölmürsən; 

torpaqdan yarandın, torpağa qayıdırsan! Vətən torpağına qarışan cismindir, canın, 

əsərlərində yaşayan düşüncələrin, əməl və arzuların isə yaşayacaq... Əbədiyyət bu 

deyilmi, şairim, bəs bu misraları  kim deyib:  

Behəmdillah ki, qaldı yadigar əşari-canbəxşim,  

Əgərçi, Seyyida, nə mülkü malü nə zərim qaldı. 

  

Seyyid  beyti  həzin,  bəxtiyar  bir  təbəssümlə,  nazik  dodaqlarındakı  reyişlə  dinlədi. 



Xəstənin  üzünü,  qəribə  də  görünsə,  xoşbəxt  bir  ifadə  qapladı.  Ana  təbəddülatı

yaxşı fal hesab etdi, uzun illərin həyat təcrübəsindən irdi ki, xəstə otağa "lampanın 

son işığı kimi bir işıq salar". Amma 



                                                                                                                                                  

421 


yenə də ana ürəyi yovutmurdu balasına, bir də, iki də ümidlə dolurdu... "sağalar... 

cəddi kömək olar". Bəzən Seyid Əzim düşünüb xəyalına gələnlərlə

danışdıqca,anaya elə gəlirdi ki, oğlu kiminləsə, bəlkə də onunla, Ceyranla, balaları

ilə halallaşır: 

-Əməyini, südünü halal elə, ana! - deyir. 

-Sən  də  çörəyini  halal  elə!  –  ürəyi  qoppacaya  düşmüş  Minasoltan  qəlbində 

dilləndi. 

O isə... İndi bu son ömür gününün yatağında Seyyid, həyatında baş vermiş bir 

neçə  hadisəni  heç  unuda  bilmirdi;  bu  hadisələr  ağır  dərd  kimi  onun  üçün  həyatı

boyu böyük ələm olmuşdu: Tərlan dərdi, (şükür, o, cəlayivətən oldusa da yaxşıdı, 

tale sinəmə dağını çəkmədi), Məhəmməd Səfa dərdi... Sona dərdi. Qəlbində nakam 

məhəbbətlərin məzarı qazılmış bu böyük ürəkdə o qədər hisslər, insanlar, əməllər 

gömülmüş, gah çiçəklənib gül açmış, gah da vaxtından əvvəl solmuşdu ki! 

Bu  hadisələrdən  biri  Tiflis  şəhərinə,  bağlanan  məktəbini  yenidən  açdırmaq, 

əlindən alınan müəllimlik hüququnu qaytartdırmaq üçün getdiyi zaman olmuşdu. O 

vaxt  onu  Gəncədə  şair  Naci  qarşılamış,  bir  dost  kimi  evinə  dəvət  etmişdi;  dən 

düşmüş  saqqalını  tumarlaya-tumarlaya  Seyid  Əzim  ilə  birlikdə  faytona  əyləşib 

böyük Şeyx Nizaminin qəbrini ziyarətə aparmışdı. 

-Əcəb eləyib yarı yolda düşmüsən qatardan, Ağa! Heç belə fürsəti fovtə vermək 

olardı?  -  demişdi,  -  Gəncənin  böyründən  keçəsən,  Naci  cəhənnəm,  şairlər  ağası, 

"Xəmsə"  yazan,  neçə-neçə  "xəmsələr"  müdəbbiri  Şeyx  Nizaminin  məzarını

görmədən gedəsən. Bu heç olan işdi?... 

Bu sətirlər də məhz o vaxt dilinə gəldi: 

Ey şeyx Nizami, ey nizamı dağılan,  

Ey Gəncədə izzü ehtişamı dağılan!  

Olmubdu sən ilə mən kimi aləmdə  

Beyti, evi, məktəbi, kəlamı dağılan. 

Şeyx Nizaminin, "Xəmsə"si əsrlər dalından boylanıb şeir aləminə günəş ziyası

saçan Nizaminin qəbri bir gündə idi ki, gözlər olsun, görməsin. Şair elə mütəəssir 

oldu ki, elə həmin gün də, həmin dəqiqələrdə bu sətirlər onun dilindən süzüldü. 

"Bəlkə  mənim  də  məzarım  o  günə  qalacaq?  Nizamidən,  qəbri  Sürxabda  itən 

möhtəşəm  həmvətənim  Xaqanidən,  Kərbəlada  Füzulidən,  Hələbdə  dərisi 

dabanından soyulan həmşəhərlini Nəsimidən nəyim 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə