Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə146/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   142   143   144   145   146   147   148   149   ...   153

                                                                                                                                                  

404 


Hələ  nağıl  başlanmamışdı.  Aşıq  qabağındakı  çaydan  içir  və  məclisdə

diksinmə",  "Salami",  "Uzundərə",  "Heydəri",  "Mirzəyi"  rəqs-yaxşı  oynadığı

haqqında  söhbətləri  dinləyir,  son  kənd  xəbərlərini  öyrənirdi.  Lazım  olduqca o  bu 

və ya başqa çatışmayan bir cəhəti ya dastanın münasib yerində tənqid edəcək, işarə

vuracaq və da həmin bəd əməl aradan götürüləcəkdi...  

Aşıq çoxdankı tanışı Kəblə Salehə yaman sataşırdı. 

-Kəbleyi, deyillər genə işləri korlamısan? 

Kəblə  Saleh  - yox  əşi, -  deyib  dinmədi,  cırt  çubuğunu  sümürdü. Onun yerinə 

Kəblə Heybət kişi cavab verdi: 

-Necə  korlamayıb,  gedib  Şirvana,  irast  olub  orda  cəddinə  qurban  Ağaseyidəli 

ağaya,  mınnan  nə  soruşubsa  çox  bikef  qayıtmışdı.  Dedim  nə  var,  lotu?  Niyə

bikefsən?  Deyir:  "Ağa  soruşdu  islamın  şərti  necədi?,  Hə,  neynək,  deyirəm,  əşi, 

deyəydin doqquz da... deyir: Əh, iki dedim heç irazılaşmadı...  

Məclisdən qəhqəhə qopdu.  

Aşıq yenə də Kəblə Salehi dindirməyə calışdı:  

-Sən  on  iki  imamnan  üsuli-dini  bir-birinə  qatmısan,  bundan  Allah  dünyada 

özün  bilərsən;  amma  bax,  o  bizim  əmdostunu  (aşıq,  arvadını  nəzərdə  tuturdu) 

incitməkdə  heç  yaxşı  iş  görmürsən.  əybaşıya  gedəndə  rast  oldu  mənə,  yaman 

gileyləndi.  Deyir:  elə  selbələyib  mənə  örkon  doğanağı  ki,  üç  gündü  qıçımı  çəkə

bilmirəm. Qiyamətdə yaxasından tutacağam, çəkəcəm məhşər ayağına.  

Kəblə    Saleh  gördü  aşıq  ondan  əl  çəkməyəcək,  özünün  də  söz  çinədanını

deşirdi,  dəyirmi  sərçə  gözlərinə  bənzəyən  gözlərindən  kələkbazlıq  tökülə-tökülə

çubuğu dişindən çıxardıb sözə başladı:  

-Əh,  Allahın  tuqi-lənəti  gəlsin  ona  yalansa,  bəs  Allahın  dava-dalaşdan  başı

çıxmır, haq-nahaq bilmir? Aşıq, başın haqqı, işə bax: süd daşır, pişik əti taxtanın 

üstündən qapıb qaçır, uşaq beşikdə cikkə çəkib, ağlayır, bu zalım zındığın qızı da 

əlində  bir  parça  tutub  mənə  görkəzir  ki,  kişi,  sən,  qırılanlarıvun  goru,  bu  "qonşu 

bağrı çatdadandan   mənə bir dizlik al. Cibimdə də quruşum yox. Asi olmazsan, nə

olarsan   Moltanı olmazsan, neynərsən? Qapdım sicimi doğanaq qarışıq dəstəynən 

əndərdim  bunun  yambızına,  moltanıdı  yalan  deyən,  bir  həftə  yerindən  dura 

bilmədi, elə indi-indi ayaq tutur ki, sənə irast olub... 

Hamı gülüşdü. 

 

 



                                                                                                                                                  

405 


-Əyşi, sən hələ namaz vaxtı onu qoyunun qırağına çağırmağından danış – deyə

Heybət  kişi  sözə  qarışdı  -  Aşıq,  haqqsalam  haqqı,  dünən  çıxmışam  çölə,  bir  də

görürəm bu nə deyir, o taydan bəri arvadı dəyədən qoyunun qırağına haylayır: "Ay 

arvad,  hey...  hey...  sən  gəl  bu  üzülmüşə,  mən  gedim  o  dağılmışa,  iki  əyilim,  bir 

düzəlim bu Allah qəbul eləməmişə". 

Toyxanadan gurultu qopdu, aşıq gözləri yaşarınca gülüb dedi: 

-Axı Saleh fağır neynəsin, o əlli illik ömründə oruc-namaz görmüşdü ki?! Başın 

tovlayıb apardılar Kərbəlaya. Orda da nə öyrənib namaz əvəzinə?.. Ağ qoyun, qara 

qoyun, başımı mən hara qoyum? deyir... Mən ölüm, dost, belədi, belə deyil?.. 

Hamıdan çox Kəblə Saleh özü gülürdü: 

-Vallah, axı mən avam adamam, bizi yığıb, o malı halaya qatan kimi, qatdılar 

bir yekə darvazadan içəri. Biri gəldi, Xəlil bəyin qırğısı kimi bir hündür yerə çıxdı, 

vıq-vıq vığıldadı; sonra da biri gəldi durdu qabağımızda qart-qurt elədi, sonra da 

üzümüzü sürtdük toz-torpağa,dəmir-dümürə, hasardan, paslı zəncirdən öpdük, heç 

nə  başa  düşmürdüm;  birdən  çovuş  Kəblə  Abbas  gəlib  bozzadı.  Sonra  da  dedi  ki, 

"hə,Allah qəbul eləsin, innən belə sən oldun kablayı..." 

Şair  saf  qəlbdən  söylənən  bu  sözləri  dinləyib  gülür  və  düşünürdü:  "Ay  yazıq 

Saleh, axı sən ərəbcə nə bilirdin ki, oxunan ziyafətdəmədən də nə başa düşəsən?" 

Amma bununla belə sən nə qədər gözü açıqsan, sözlərində dinə laqeydlik, kinayə

nə  güclüdür,  görəsən  sən  dinə  necə  balta  vurduğunu  başa  düşürsənmi?  Köpəyə

ehsan verən də bir sənin kimisi olub". 

Qocalardan birisi gülməkdən yaşarmış gözlərini silib dedi: 

-Aşıq qardaş, sən yaxşı deyərsən, başla görək, başımıza nə gəlir... 

Sonra xörək-çörək vaxtı  sənə  kəndimizdən  o qədər qərəvəlli  deyərik  ki,  bir  il 

gülərsən özünçün, gələn toyacan bəsin elər. İndi vaxt keçir,uşaqlar sənin nağılının 

intizarındadı... 

Aşıq  doğruldu,  "doğrudur"  -  deyə  adəti  hərəkətlə  geyməsini  səliqəyə  salıb, 

belindəki  təkbəndi  bərkitdi,  sazı  alıb  kökləməyə  başladı  və  köklədikcə  məclisi 

dövrə  vurur  yerdən  söz  atan,  sataşanlara  tizfəhmliklə  cavablar  qaytarır,  məclisi 

güldürürdü.  Sonra  toyxananın  ortasında  durub  üzünü  ağsaqqallara  tutdu,  əli  sazlı

hazır vəziyyətdə dayandı. 

-Atalar,  qardaşlar,  hansı  nağılı  və  ya  dastanı  meyliniz  çəkirsə,  buyurun,  onu 

danışım. 

 

 




                                                                                                                                                  

406 


Məclis birdən-birə sükuta daldı. Cavanlar ən çox nağıla həvəsli olsalarda birisi 

dillənmədi.  Ortabablar  bir-biri  ilə  pıçıldaşdı,  onlar  da  danışmadı,  Seyid  Əzim 

dilləndi. Onun aşığa baxan gözləri alışıb yanırdı: 

-Mən    bilən  ən  məsləhətlisi  budu  ki,  Kəblə  Heybət  baba  özü  desin,  hansı    

nağılı, o belə şeyin xəridarıdı... 

-Helə yaxşıdır...  

-Axıllı sözdü... 

Kəblə  Heybət dikəldi: 

-Neynək,  deyirsiz  –  mən  deyim!  Amma  sonra  məndən  inciməyin  ki,öz  

nəvəsinin  toyunda  da  qabağa  düşdü.  Bax,  aşıq  qardaş,  əvvəlcən-əvvəlcədən  bizə

bir  Koroğludan  de...  Qoy  cavanlarımıza,  elə  lap  bizim  özümüzə  də  görk  olsun. 

Koroğlu iyidliyi. Gələn gecələrə də inşallah baxarıq.  

Məsləhət  çoxunun  ürəyindən  oldu.  Məhəbbət  dastanı  eşitməyi  daha  çox  arzu 

edən  cavanlar,  bu  həvəsi  gələn  nağıllara  qoyub,  maraqla  dinləməyə  hazırlaşdılar. 

Hamı yerini rahatladı. Toyxanadakı qurcalaşma, pıçıldaşma kəsilənəcən, aşıq bir-

iki dəqiqə gözlədi. Birdən sazı boynunun ardına aparıb taziyanəni tellərə çaldı.  

Məclisə dərin sükut çökdü. O ilk əvvəl, ustadnamə oxumağa başladı.  

Seyid  ustadnamələrdəki  ağıllı  fıkirlərə  diqqət  və  heyranlıqla  qulaq  asıb  öz-özünə

düşünürdü:  "Ağıllı  sözlər  deyib  bizdən  qabaqkı  şairlər:  üsul  da  seçiblər?  Bu 

ustadnamələrin  bizim  nəsihətamiz  şeirlərdən  fərqi    nədədi?  Heç  nədə.  Tək  bircə 

vəznində".  

Aşıq isə ikinci ustadnaməyə keçirdi; şair huşguşla aşığın ikinci nəsihətnaməsinə

qulaq verməyə başladı:  

Adam var dolanar səhranı, düzü,  

Adam var döşürər gülü, nərgizi,  

Adam var geyməyə tapammaz bezi,  

Adam var al geyər, şalı bəyənməz. 

Aşiq qardaş nə düz tapmısan elin dərdini? "Bu Allah bölgüsü" nə əladır? Doğru 

deyirsən,  aşıq  qardaş!  Sənə  həsəd  aparıram,  mənim  yazdıqlarımı  ancaq  savadı

olanlar oxuyur, səni isə gör bir nə qoca-cahıl dinləyir?" Aşıq davam edirdi:  

Adam var çox şeylər elər iradə,  

Adam var ki, yetə bilməz murada,  

Adam var ki, çörək tapmaz dünyada,  

Adam var yağ yeyər, balı bəyənməz... 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə