Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə142/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   138   139   140   141   142   143   144   145   ...   153

                                                                                                                                                  

392 


alacaqdı, Ceyran gərək səhər obaşdandan da avvəl duraydı, qalan xəkə-gülbləri 

daldada qızarda bilsə, gətirib kürsüyə qoyaydı. Uşaqlar oyanmamış, canların soyuq 

almamış... 

Dərd  Seyid  Əzimin  ürəyini  almışdı...  "Getməliyəm...  Hara  olsa  getməliyəm. 

Səhər onların gözlərini bir də elə bu gecəki kimi görə bilmərəm... Nağılnan gecə

ovundurdum, gündüz ovundura bilmərəm..." Bu gecə Şirvan evlərindən neçəsində

balalar  belə  yatmış,  neçəsində  belə  ataları  xəcalət  təri  basmış,  necəsində  belə

analar,  nənələrin  gözlərinə  yuxu  girməmişdi?  Kim  bilir...  Tarix  bu  haqda  bir şey 

yazmır... Təkcə "quraqlıq ilinin ağır nəticələri..." "Məşhur aclıq ili" deyib keçir... 

Biz də keçəkmi, dostlar? Bu olan iş deyil. Biz sizinlə sözləşmişik ki, tarixin geri 

dönməyən,  kitab  səhifələrinə  girmiş  günlərinə  mütləq  nəzər  salacağıq...  Biz  o 

günləri  bircə-bircə  olmasa  da,  gözdən  keçirəcəyik...  Gəlin  qalın  geyinək,  nağıl 

həvəsli nənələr kimi ayağımıza dəmirdən çarıq geyək, əlimizə dəmir əsa alaq... Yol 

uzun, səfər ağırdır... 

...Sübhün  gözü  açılmamış  Ceyranın  və  Minasoltanın  hənirtisi  gəlirdi.  Seyid 

Əzim  yerindən  durdu.  Qalmığı  dəridən  papaqçı  Əliqulu  kişinin  tikib  Ağaya 

hədiyyə elədiyi (Allah bilir ürəyində nə niyyətə vermişdi, xüms idi, nə idi) börkü 

başına  qoydu,  çuxanın  üstündən  sarı,  Xorasan  kürkünü  geydi.  Dəstəgül  arvadın 

toxuyub pay göndərdiyi yun şətəlləri və şiblelləri ayağına çəkdi. Yaqsay dostunun 

bağışladığı ağ başlığı börkün üstündən başına doladı və nağıllarda deyildiyi kimi 

altdan geyinib üstdən qıfıllandı və həyətə çıxdı. Ceyran xəkə-güllə qızardırdı. Man-

qal  həyətdə  tüstülənirdi.  Qar  dayanmış,  külək  azalmışdı,  təbiət  ayazlı,  sazaqlı, 

şaxtalı, amma aydın bir səhər vəd edirdi. Ağanı yaraq-əsbablı, əli ağaclı, çiyni kürk 

və başlıqlı həyətdə görəndə Ceyran da, Minasoltan da təəccübləndilər. Ana yenə də 

həmişəki sualını verdi: 

- Hara belə, oğul, xeyir ola... 

Ağa gözlərini uzaqlara dikdi; o baxışlarını anasından və Ceyrandan gizləməyə, 

qaçırmağa çalışırdı. 

-Xeyir  olmamış nə var, lənət şərə... Balaca bir gedən yerim var.  

-Uzaqdımı, dərdin alım? 

-Yaxşı bilmirəm, məmə, bir az geciksəm nigaran olma.  

Ana hər şeyi anladı...  

-Yaxşı get , Allah xeyir eləsin... 

 “Çox sağ ol, ana, yaxşı ki, özün başa düşürsən, sənə daha izahat nə lazım?” 

 

 



                                                                                                                                                  

393 


-Salamat qalın... 

-Allah amanında... - O adəti bir hərəkətlə oğlunun ardınca bir cam su atdı... 

İrəlilədikcə  indicə  arxasınca  göz  yaşlarını  gizləyib  su  atan  ananın  əziz  surəti 

canlanır, o getdikcə bu surətdə qarşısında yol göstərən canlı-qanlı bir bələdçi kimi 

irəliləyirdi.  Şairin  ürəyi  öykələnir,  ananın  halını  düşünürdü:  "Mənim  anam, 

zəhmətkeş  anam,  cavanlığını,  həyatının  ən  əziz  günlərini  yolumda  qurban  verən 

anam!  Əvvəl  məni,  indi  də  balalarımı  yiyələnib  böyüdən,  pərəstarım  ana! 

Qadınların  ən  nəcibi,  anaların  ən  şərəflisi,  fədakarı  anam!  Əgər  Məhəmmədin 

dinindən  üz  döndərsəm,  cəddim  rəsulallahın  bütün  fıkirlərini  rədd  edib, 

düşüncələrini inkar etmiş olsam belə, insanlara, xüsusən qadınlığa qarşı bütün haq-

sızlıqları,  zülmü,  hicabı,  cəhaləti  ona  tək  bircə  cümləsi  üçün  bağışlardım: 

"Əlcənnətü  təhtə  əqdamil-ümməhat"  -  behişt  dedikləri  yer  anaların  qədəmləri, 

ayaqları  altındadır.  Sənin  kimi  anaların,  ana!  Ana  adını  daşımağa  layiq  olan 

qadınların ən nəcibinə, sənə qurban olum, mənim arxam, köməyim ana!" 

Beş  bayatım  var,  dostlar...  beşi  də  ana  diliylə  qoşulub.  Bir  görün  necə  də

yaraşır. Minasoltan anaya... Seyyidin anasına, şairin anasına... 

Minasoltan onun ardınca su atırdı... Bu neçənci dəfədir? Görəsən, dostlar, ana 

oğul dalıycan neçənci dəfə su atır, ömründə nə qədər atıb bu qırxhaçar camıyla su? 

Şirvana binə gəlləm,  

Gedərəm genə gəlləm,  

Birdə üzünü görsəm,  

İmana dinə gəlləm. 

Bu ana gözləri nə qədər yollara dikilib, yollarda qalıb? Nə qədər yol çəkib bu 

gözlər? Ətrafına xırda qırışlar düşmüş, bu mehriban, sevən gözlər. 

Oba keçir çaxnaqdan,  

Sular doymaz axmaqdan,  

Gözlərimə tor gəlib,  

Yollaruva baxmaqdan. 

Bu ürək nə qədər hicran ələminə dözüb, vüsal həsrətilə çırpınıb? 

 

 




                                                                                                                                                  

394 


 Arazıyam adanın,  

Quluyam şahzadanın,  

Çıxaydım, qabağına,  

Sənə gələn qadanın. 

Bu qulaqlar nə qədər addım səsində qalıb? Yüz addım səsindən birini ayırmağa 

çalışıb, birinin səsini tanıyıb yüz addım səsindən. 

Yol üstə kor bulağam,  

Bağrı sulağ-sulağam,  

Hansı yoldan gələsən,  

O yola göz-qulagam. 

Bu  dil-dodaqlar  nə  qədər  "bala"  pıçıldayıb?  "Bala"  deyib  göylərə  yalvarıb, 

"bala" deyib Allaha yovuncuyub. Pir qalmayıb sadağa getməsin, övliya qalmayıb 

canını qurban deməsin. 

Bala, bala bal dadı,  

Balam adam alladı,  

Şirini şirin olur,  

Acısı da bal dadı. 

-Uşaqlardan... 

-Nigaran getmə oğul, evdə bir az un qalıb, bişirrik, boranı da var. Sən   işində 

ol. Arxayın get... 

“ Kaş arxayın gedə bileydim, kaş gedə bileydim..." O, darvazadan çıxdı Sübh 

əzanı Kəblə Mürvətin yanıqlı zəminxarası... "La ilahə illəllah, Məhəmmədən rəsul-

Allah. Əmirəl-möminnəi Əliyyən-veliyyullah... La hövlə vəla qüvvətə illa billah" 

əbu  da  məhəllənin  istəklisi,  Qala  azar  hamamının  daimi  müştərisi,  əli  qələmkar 

boğçalı,  kəfşduz  Meşədi  Qəmbər  idi...  Seyid  Əzimi  görcək  təkbirini  kəsdi,  seyid 

üzünə çıxmışdı, bu təsadüfü xeyir fal kimi qəbul elədi. 

-Bıy  salam  -əleyk,  Ağa,  cəddüvə  sadağa  gedim...  Nə  əcəb  bu  sübhdən,yoxsa 

sən də hamama buyurursan? 

Seyyid  qəlbində  gülümsədi,  "bəh-bəh  bitib  hər  bir  yarağımız,  qalıb  saqqal 

darağımız,  elə  bircə  bu  havada  boş  qarına  hamamımız  əksikdi?  Kişi  sən 

dostgalısan, vallah, ruhun var... Əhsəntü". - Xeyr, balaca bir səfərim var... 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə