Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə140/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   136   137   138   139   140   141   142   143   ...   153

                                                                                                                                                  

386 


Seyid  Əzim  də  qalxdı,  divardakı  taxçaya  düzülmüş  kitablarını  araşdırmağa 

başladı. Burada onun səyahət zamanı aldığı, Qırmızı Qulam vasitəsilə əldə etdiyi 

kitablar  və  əlyazmaları  düzülmüşdü.  Burada  Xaqaninin  "Töhfotül-İraqeyn", 

Nizaminin  "Xəmsə",  Firdovsinin  "Şah-namə",  Sədi,  Hafız,  Füzuli  və  Nədimin 

divanları  ilə  yanaşı,  Cəlalədin  Ruminin  "Məsnəvi"si,  Rzaqulu  xanın  "Rövzətüs-

səfa"sı, Şəbüs-tərinin "Gülşəni-raz"ı, "Qamus", "Əxtəri-kəbir", "Gülüstan", "Şərhi-

lütəvvəl",  "Fiqh",  "Tarixi-Cahanara"  kimi  onlarla  başqa  mənzum  və  mənsur 

kitablar,  tarixə,  ədəbiyyata,  dilə-sərf  və  nəhvə  aid,  Şərqdə  məşhur  olan  müxtəlif 

əsərlər toplanmışdı. O bu gecə işləyəcək idi, həm də çox işləyəcəkdi. O atılan tənə

oxlarının mənbəyini bilirdi. Alışlar, molla Qurbanqulular, Qapaqlılar, Abidlər onu 

xalq  içində  xarü  zəlil  eləyə  bilməyəndə,  əllərini  içəri,  onun  ailəsinin  daxilinə, 

arvadının qəlbinə uzadır, bu pak, təmiz ürəyi şübhə, qorxu hissləri ilə yaralamaq, 

ürkütmək,  onun  vasitəsilə  Seyyidi  susdurmaq  istəyirdilər?  "Yox,  bu  olmayacaq, 

ağalar, Seyyid yaşayır və yazır. Seyyid sizin iç üzünüzü, xəbis qəlblərinizi, napak 

niyyətlərinizi yaxşı tanıyır və nə qədər canında can var, sizin mənfur daxilinizi açıb 

əlqə göstərəcək, sizi rüsvay-cahan edəcəkdir!!!" 

Yuxusuz  gözlər  oxuyur,  yorğun  əllər,  barmaqlar  yazır,  xalqının  tərəqqisini 

dərindən  arzulayan  ürək  çırpınırdı.  Bu  gecə  Seyyidin  evi  və  aşı  üzərində  ilham 

mələyi, pərilər soltanı xüsusi bir ahəng və həvəslə çurdu... 

Aralıda, yan otaqda Ceyran balalarının yanında dirsəklənmişdi. O, Ana,o, baş

yoldaşı  idi,  yorğun  olsa  da,  yata  bilmirdi.  Nigarançılıqla,  nürgüylə  oyaqlıq 

arasında,  Seyyidin  otağından  gələn  hənirtiləri  dinləyirdi    Birdən  qalxıb  ocağa  bir 

xışma  üzərlik,  düz  və  atil-batil  atdı,  Allaha  yalvarmağa  başladı:  "Allah,  mənim 

Ağamı  yerin-göyün  bəlasından    hifz  eylə!  İlahi,  Mircəfərimlə  Həcərimin  atasını

şərri-şeytandan, quru böhtandan, arsız-qırsız adamların bəd nəfəsindən, tənə-tərizin 

xilas  elə,  öz  pənahında  saxla!"  Ayişəylə  Ömərin  adını  çəkmədi.  O,qızı  nə

Minasoltan  kimi  Fatma,  nə  də  atası  kimi  Ayişə  adlandıra  bilmir  sadəcə  "qız", 

Ömərə isə təkcə "çağa" deyirdi.  

Şair isə qarşısındakı çıraq kimi için-için yana-yana işləyirdi.  

...Əgər  Seyyidin  başı  yazıya  qarışıq  olmasaydı,  yəqin  ki,  o  da  bizim  nizlə, 

Füzuli  ahəngilə  deyərdi:  "Ya  rəb,  xalqımın  məhəbbətini  qəlbimdə  daha  da  əfzun 

eylə. Onun yolunda bəla artdıqca, mən bu bəla 

 

 



                                                                                                                                                  

387 


dan qorxmuram. Artır bəlanı! "Mən istərəm bəlanı çün istər bəla məni!" Qoy bu 

məhəbbət  məni  yaxıb  yandırsın!  Qoy,  mən  şam  kimi  yanım.  İndi  məni  tək-tək 

vətəndaşlarım  anlayırsa,  zaman  gələr,  ellər,  kütlələr  anlar  məni!  Dərk  edərlər  ki, 

Seyyid  onların  səadəti,  maarifı,  gözlərinin  dünya  işlərinə  açılması  yolunda  nə

zülmlərə, cəfalara dözmüşdür! O heç nədən qorxmamışdır: 

Bəndi-bəndim kəsələr eyləmərəm tərki-fəğan,  

Qoy nəva ney tək edim, ta nəfəsim var mənim. 

Mürği-baği-mələkutəm, qəfəsi-çərx əsir,  

Bu əcəb, təng olan gör qəfəsim var mənim. 

Bikəsəm aləm ara, dərdü qəmindən özgə,  

Nə həvadarü, nə yavər, nə kəsim var mənim. 

Etmişəm gərçi bu dəm aləmi-nasutu vətən,  

Ey könül, böylə deyil, pişü pəsim var mənim. 

Karivan getdi, könül, qafıl edirsən nalə,  

Dəmbədəm naləvü bangi-cərəsim var mənim. 

Mövti-cismani ilə sanma mənim ölməyimi,  

Seyyida, ölmənəm, aləmdə səsim var mənim! 

Şair  düşünürdü:  "Yox,  məni  ölümlə  hədələyənlər  nahaq  yerə  canfəşanlıq 

edirlər.  Mən  tək  deyiləm:  sələfim  də  xələfım  də  var!  Məndən  əvvəl  və  məndən 

sonra gələn tərəqqi aşiqləri var və olacaqdır, baqidir. Cənablar, ağalar, məni nahaq 

yerə  ölümlə  hədələyirsiniz!  Mən  ölsəm  də,  nəvalarım  Hacı  Hüsünün, 

Məmmədhəsənin  səsində  səslənəcək.  Məclislərdə,  tərəb  əhli  Seyyid  adını

unutmayacaq!  Amma  yenə  də  əsil  məsələ  bunda  deyil.  Sizi  qorxudan,  ürküdən 

mənim  qəzəllərim  deyil,  sizi  qorxudan  başqa  şeydir.  Onları  yazmaq  lazımdır..." 

deyə şair, yeni kağız götürdü, qələmini çərtməyə, ucunu naziltməyə başladı. Qamı-

şın içərisindən çıxan incə teli qeyri-ixtiyari, qədim şagird adətilə ağzına atdı. Şirin 

bir tam dimağına yayıldı. Mədrəsədə uşaqlar deyərdi ki: "Hər kim qələmin içindən 

çıxan  teli  yesə,  "yaddaşlı  olar".  Bəlkə  "elə  buna  görə  də  ağalar,  sizin  bəd 

əməllərinizi unuda bilmirəm. Bu qələmin mənə təlqin etdiyi yaddaşdandır ki, yetim 

malım  həzmirabədən  keçirən  Molla  Qurbanqulunu,  yeganə  övladını  Vətəndən 

didərgin salandan 

 

 




                                                                                                                                                  

388 


Sonar belə, tərəqqi qatili kəsilib qalan Qapaqlını, bütün gözü açıqlarıbabi elan 

edən meşədi Qənbərləri unuda bilmirəm..." 

...Təzə qələm, ağ kağız üzərində işlədikcə yeni-yeni, "Köpəyə ehsan  verənlər, 

öz xeyrində olanda şeytanı belə müqəddəsləşdirənlərrüsvay edilirdi... 

Minasoltan gecə namazı üçün həyətə çıxanda hələ də Seyid Əzimin otagından  

işıq gəlirdi: "Yazır, cəddinə qurban olduğum, bu orucluqda da canına qəsd eləyir!" 

Ana təşvişlə otağa girdi: 

-Ay bala, hələ yatmamısan? Haçanacan, ay bala? Yorulub usanmadın bəyəm?  

-İndi  yatıram,  məmə,  narahat  olma...  hə,  yadıma  düşdü,  məmə,  səhər  namaza 

duranda Şirinə de ki, atı hazırlasın, bir səfərim var... 

-Xeyir olsun, haradı? 

-Ağaməmmədliyə, ay məmə... 

-Məmə sənə qurban olsun, bala! Bu orucluğun içində nə səfərdi? Hə? 

O  mehribanlıqla  anasının  üzünə  baxdı,  əllərini  əlinin  içinə  aldı,demək 

istəmədiyi sözləri deməyə məcbur oldu, amma səsini elə qısdı ki,Ceyran eşitməsin 

"Allah heç kişini əhli-əyal yanında xar eləməsin, pulsuzluq imtahanına çəkməsin", 

deyiblər: 

-Məmə, Kərəm bəy Ağaməmmədlidən mənə bir az taxıl söz vermişdi, bir də bir 

inək... Xeyli vaxt keçib, deyirəm, bəlkə yadından çıxıb  ya yollaya bilməyib başqa 

bir səbəbdən, yol palçıqdı nədi? 

Dənimiz də azalıb. O gün Şirin də deyirdi. İndi fikirləşdim gedim: "Üz-üzdən 

utanar,  bəlkə  söz  verdiklərini  verdi.  Onda  uşaqların  südü  də,çörəyi  də  olar, 

Ramazan gedir, qabaqdan qılınc kimi qış gəlir axı... Sonra havalar bərkiyər, gedə

bilmərəm, nə qədər payız quru keçir, yol yaxşıdı... sonra göylərin fağır heyvanlara 

rəhmi gələr, yağar elər... 

Ana əlləri qoynunda dilləndi: -Təki yağsın... 

-Hə də... onda heç gedə bilmərəm... 

-Bala,  Allaha  pənah!  Bəlkə  bu  orucluğu  gözləyəsən,  səfərə  çıxmayasan  .  Bir 

yandan bağlayanda, o biri yandan açar... Allah kərimdi! 

İncə,  kinayəli  bir  təbəssüm  Seyyidin  dodaqlarını  əydi:  "Allah  kərimdi,  Allah 

kərimdi,  quyusu  da  elə  dərindi  ki,  düşən  çıxmır.  Allah  kərimdi!..  Necə?..  Allah 

kərimdi?" Birdən onun qəlbində bu məlum sözlər ürək kimi döyünməyə, bir təqt ilə

şerə çevrilməyə başladı, o matı-qutu qurumuş anasına deyirdi: 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə