Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə136/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   132   133   134   135   136   137   138   139   ...   153

                                                                                                                                                  

377 


timsalı  olan  on  iki-on  üç  yaşlı  bir  qız  uşağı.  Sonanın  bəlalı  başını  qəribə  bir 

macəra  çəkib  mənim  mənzilimə  gətirib.  Mən  sənə  bir  zamanlar  yazmışdım  ki, 

Sonanı  Mahmud  ağanın  dostlarından  Əlyar  bəy  namində  birisinə  nədimə

vermişdik.  Sonra  özünün  razılığı  və  Əlyar  bəyin  məsləhətilə  bəyin  nökərlərindən 

birinə təzvic edibmiş. Bunu da mənim məktublarımdan biləsən gərək. Qız da onun 

qızı  imiş.  Bir  il  yarım bundan  qabaq  ərini  tövlədə at  vurur,  yarası  simləyir  ölür. 

Bir neçə ay əqdəm də Əlyar bəylə külfəti vəfat eləyir. Mülkə və nökarnayibə onun 

oğlu Bəybala bəy sahiblənir. Varis öz dədəsinə oxşamır. Sonanın, xüsusən, balaca 

qızın günü pis keçir, artıq nə yazım ki! Baş götürür, nökərlərin köməyilə karvançı

Kərbəlayı Vəlinin vəsatətiynən bizə pənah gətirir. 

Mən  Sonanın  son  günlərini  sənə  təsvir  etməklə  qəlbini  üzmək  istəmirəm, 

qardaş!  Son  nəfəsinəcən  ağlı  salim,  üstündə  idi.  Heç  bir  an  da  huşunu  itirmədi. 

Həkim  Mirzə  Məmmədi  gətirdim,  baxdı:  "Uzun  azardı,  köhnədən  varıymış, 

vərəmləyibmiş,  indi  soyuq  ki,  dəyib  zatülcəm  onun  kələyini  kəsib,  azarını  elə

qalxızıb ki, həm də bu qızügülün köpürən vaxtında belə azarlılar üçün çətin keçər" 

- dedi. 

Sona  elə  qızılgül  kimi  də  soldu.  Qarateldən-  qızından  yana  nigaran  getdi. 

Dünyada çox sonalar var, qardaş! Onların çoxu Sona kökdədi, amma çoxu da öz 

vəziyyətini başa düşmür. Yaranır, bahar vaxtında bir gül şaxəsi kimi açılır, yazın 

oğlan çağında bir gül qonçası kimi! Sonra da qəhri-zəmanədan solub gedir. 

Yerin  elə  görükür  ki,  Ağa  Tərlan!  Sənsiz,  dost-aşinasız  lap  inzivayə  çəkilmiş

kimiyəm.  Bir-birinin  ardınca  həmtaylarım  bu  dünyadan  köçür,  qorxum  budu 

təkkəvü  tənha  qalam...  Sən  də  qürbət  diyardan  mənə  bir  əl  yetir,  bir  nəfəs  yetir, 

Tərlan!  Hardasan,  qardaşım?  Sonanın  ölümü  mənim  ürəyimə  lap  sağalmaz  yara 

vurdu. 

Könül olubdu fərağında biqərar, ey dust!  

Neçin məni elədin zarü dilfikar, ey dust? 

O,  əsrin  Leylası  idi.  Mən  biləni  elə  Leyli  kimi,  nakam  eşqini  qəlbinin 

dərinliklərində dəfn edərək Leyli kimi bu dünyaya gözyumdu. Bircə deyə bilmədim 

ki, ey zəmanənin Leylası, fünuni-eşqi səndən dərs alanlar neçin sənin dərdinə qala, 

sənə bircə gün, bircə saat səadət verə bilmədilər?! 

 

 




                                                                                                                                                  

378 


Ümid əlim üzülüb damənin-vüsalından,  

Sənə bir növ degildim ümidvar, ey dust! 

Nə sən fəraqə səbəb olmusan, nə mən bais,  

Bu dərdə saldı bizi dövri-ruzigar, ey dust!.. 

Bu  da  sənə  qəzəl...  Tamamlaya  da  bilmirəm...  Ümidvaram  ki,  tamamlayam, 

onda hüzuruna irsal olunar. 

Əzizim, dostum, qardaşım Tərlan, məktəb işlərim də o qədər yaxşı getmir. Məni 

şəhər  məktəbindən  xaric  elədilər.  Ozümüzkü  də  sönən  şam  kimi  güclə  ziya  verir, 

elə  sönhasöndədi...  Sənin  kimi  dostların  köməyi  olmasa,  bu  da  gedər  bətfanəyə. 

Dövrəmdə  xeyli  düşmən  cəm  olunub.  Tərlan,  heç  özüm  də  bilmirəm  ki,  bu  naəhl 

Allah  bəndələri  niyə  başa  düşmürlər  ki,  mən  məhz  onlardan  ötəri,  onların 

fərzəndlərinin sabahı üçün əlləşib çaləşıram. Külfət çoxaldıqca möhnətim də artır. 

Amma anam, sənin Minasoltanın deyir ki, "Sonanın yadigarını nə qədər canımda 

can  var,  öz  nəvələrimdən  biri  kimi  saxlayıb  böyüdəcəm,  verəcəm  bir  halal    süd 

əmmişin birinə ". 

Qərəz, salamət ol, cənab Mahmud ağadan, İrza bəydən sənə salam dua 

Baqi... Seyid Əzim Məhəmməd oğlu Şirvani  

21 məhərrəmül-həram fi sənə filan 

İftara az qalmışdı. Bu gün Minasoltan qonşu Məşədi Qənbərgilə "orucaçdıya" 

çığırıldığından  evdə  olmayacaq  idi.  Çağa  beşikdə  yatır.  Mircəfərsə  bu  gün  Bikə

nənəgilə  qonaq  getmişdi,  uşaqlar  o  biri  otaqda  şam  etmiş,  tezdən  yerlərini  salıb 

oturmuş, Qaratelin söylədiyi nağılı dinləyirdilər. Ceyran bu axşamkı iftar süfrəsini 

təkcə  ikiləri  -  özü  və  Ağa  üçün  hazırlayırdı.  O  nimdaş  qələmkar  dəstərxanı  yerə

döşədi. Günortadan bişirib hazırladığı iki nimçə üstü darçınla bəzənmiş kimi, kəh-

rəba rəngli noğultərək, Ağanın çox xoşladığı şorməzə yarpaq dolması və sarımsaqlı

qatıq  piyalasını  ortaya  qoydu.  Balaca  çaydanı,  fincan  və  nəlbəkiləri  də  süfrəyə

düzdü. Ayrıca nəlbəkiyə oruc açmağa xüsusi "səvab gətirən" bir neçə xurma yığdı. 

Elə  bu  vaxt  darvazanın  açılması  və  Seyid  Əzimin  addım  səsi  eşidildi.  Ceyranın 

ürəyi  titrədi.  Onsuz  da  obaşdandan  ac  idi,  uşağa  süd  verməsinə  baxmayaraq, 

orucunu  sındırmırdı.  Gəlin  güclə  ayaq  üstə  dururdu.  Buna  baxmayaraq  ərini 

qarşılamaq üçün evin artırmasına çıxdı. 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə