Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə132/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   128   129   130   131   132   133   134   135   ...   153

                                                                                                                                                  

365 


açıq qələmkardan tikilmiş süfrədə pitiyə münasib istiot, sumağ, fal-fal doğranıb 

sirkəyə qoyulmuş baş soğan (hansın meyliniz çəksə dedi), yumşaq səngəg və təzə

təndir çörəyi var idi. Rəzi boş, lahıc sinisini qoltuğuna vurub getdi. Məşədi Qulam 

Kərbəlayı Vəliyə müraciətlə sözə başladı: 

-Buyurun,  qardaşlar,  bir  tikə  kəsin,  sonra  ağa  durub,  ağacan  durub,söhbət  də

elərsiz, lap gərək olsa qiybət də... Bismillah... 

Hər iki müsafır qonaq uzun söhbəti sonraya qoyub, bismillah etdilər Qulam kişi 

piti bardaqlarının ağzını açan kimi zəfəranın bihuşedic: ətri ətrafa yayıldı: 

-İştahanız artıq olsun, - dedi. 

Seyyid səngəgdən xırda-xırda doğrayıb pitinin suyuna tökdükcə deyirdi: 

-Kərbəlayı  Vəli  qardaş,  mən  hər  dəfə  bu  dükana  qədəm  basanda  məşədiyə 

deyirəm ki, gərək sən məni yox, mən səni pitiyə qonaq eləyəm, çünki hər gəlişimdə

məşədidən  təzə  bir  şey  öyrənirəm.  Necə  ki,  vaxtilə  ərəb  şairləri  şerin  dilini 

yoxlamaqçın bədəvilərin arasına gedərdilər, mən də bu məşədi qardaşımızın yanına 

onuyçun gəlirəm. O da hər dəfə məni xəcalət eləyir. 

-Əh,  xəcalət  düşməniniz  olsun!  Mən  də  deyirəm  görəsən  nə  olub?  Nədi  bu 

pitinin  maliyyəti,  dost  yanında?  Sənin  mənim  yanımda  qədrin  elədi  ki,  kaş  bir 

dövləti-qarun  olaydı  məndə,  oturdaydım  səni,  Ağa,  bir  xəlvət  otaqda,  qabağuva 

düzeydim gözəl təamlardan, "quş iliyi, can dərmanı', nə istəsən və deyəydim: Ağa, 

sənə fəda olum, azadsan bütün dünya qayğılarından, yaz nə qədər yazırsan o gözəl 

əşarından ki, el-camaat da, biz də oxuyub feyz alaq... 

Kərbəlayı Vəli güldü: 

-Olmaz ki, Allahdan istixarə eləyəydin ki, elə o dövləti-qarunu Ağanın özünə 

kəramət  eləyə  idi,  dayı  başqasının,  lap  elə  sən  də  olsan,əppəyinə  möhtac 

olmayaydı? 

Məşədi bir qədər güldüsə də pərtləşən kimi oldu, doğrudan da o xeyir işi niyə

özünə  arzulamışdı.  Ağaya  yox,  birdən  rəhmət  qapısı  açıq  olar,  Allah  eşidər 

razıniyazımızı?.. 

-Pərt olma, məşədi, rəhmət qapısı bu ay açıq deyil, baxəbərəm... 

-Niyə ki? 

-Özümdən bilirəm... 

Dəstərxan  yığıldı.  Əl  suyu  verildi.  Kərbəlayı  Vəli  Məşədi  Qulamın 

doldurtdurub gətirdiyi qəlyana bir qullab vurub sözə başladı: 

 

 




                                                                                                                                                  

366 


-Aga, səbrüvü  möhkəm  elə,  sözüm  bir  az  uzaqdan olacaq, bəlkə  səni  yordum 

da... Amma çarəm yoxdu, necə var, gərək qulluğuva elə də ərz eləyim.  

-Buyuracaqsan... 

Məşədi Qulam dəstərxanı daldaya (qurd-quş yeyər savabdı) çırpıb qayıtdı, hər 

ikı  qonağından  aşağı  nimdərin  üstündə  oturub,  taxta  qəfəsənin  alt  mərtəbəsinə

dirsəkləndi,  həmişə  Kərbəlayı  Vəlinin  uzaq  ölkələr  haqqında  əfsanə,  nağıl, 

"Rüstəmnamə",  "Hüseyni-kürd"  əhvalatı  kimi  maraqlı  hekayələrini  necə

dinləmişdisə, indi də elə, söhbətə qulaq verməyə başladı. 

Kərbəlayı Vəli sarvan öz hekayətini belə başladı: 

Ərdəbildən təzələrdə qayıtmışdım Bəkiyə. Yadıma düşdü ki, Küdrü binələrində 

Hacıqədirridə  böyük  bir  alacağım  var.  Qabaqda  da  Şəki  yolu.  Qərəz,  nə  başınızı

ağrıdım,  baxmadım  ki,  qışdı,  yolu  Küdrüdən  saldım.  Yay  olsaydı  buna  elə  sən 

deyən cürət eləməzdim. Yayda Küdrüdə ilan mələyir. Adama-zada irast olmursan, 

qərəzi  ki,  qumu  yoxdursa  da  əsil  elə  səhrayi-kəbirdi.  Binələr  bom-boş,  qurd-quş

yox, adamlar köçüb yaylağa, heyvanat yox, xali... qar oldu hər yanı ağappağ kəfən 

bürüyür, qar olmadı, boz-qara düzənlik. Bu başında yumurta qoysan o biri başında 

görünər. Elə də uzundu ki, zəhrimar getdikcə qurtarmaq bilmir, göz qaralır. Qış idi 

deyin  binələr  doluydu,  qar  girvə  çox  deyildi.  Amma  buna  gərək  yol  adamı

allanmasın, işin möhkəm tutsun. Neyçün ki, kiçik çillənin axırıydı. Kiçik çillə də

ki, axırında lap tufan elər. Necə ki, deyiblər: Kiçik çillə böyügə deyib ki, əgər sənin 

ömrün məndə olsaydı, sən gələndə mən gəlsəydim, uşaqları bələkdə dondurardım, 

arvadların  əlini  un  çuvalında.  Bir  də  deyib,  sənin  yerinə  mən  olsaydım,  həmli 

arvadlara  uşaq  ziyan  elətdirərdim,  hayıf  ki,  ömrüm  az,  dalım  yaz...  Qərəz,  gəlib 

Hacıqədirridə  işimi  aşırdım.  Yaxşı  qazancnan,  kefı  kök,  damağı  çağ  gedirdim. 

Çəltikçidən  ötdük,  dayanmadıq,  qərəzimiz  Pirəsənniydi,  orda  duracaqdıq. 

Arabqiyasdıya çatanda dalımızcan bir-iki atlı özünü çatdırdı: 

- Ay qardaşlar, - dedilər, - bu tərəflərdə iki zənən xaylağı görməmisiniz? Biri 

qoca, biri cavan... 

Dedik: yox, bu yiyəsizlikdə zənən xaylağı nə gəzir? 

Qərəz.  soruşub  öyrəndik,  bunlar  Çəltikçi  bəyinin  nökərləriymiş,  qulluqçuları 

qaçıb,  ya  götürüb  qaçıblar.  Nə  olubsa,  yoxa  çıxıb,  indi  axtarırlarmış.,.  Biz  də

doğrudan da görməmişdik. Zənən nə gəzirdi bu 

 

 



                                                                                                                                                  

367 


yerdə? Göz işlədikcən təzə, elə bu gecə yağan qar hər yeri örtmüşdü, hər yan 

ağappaq  idi.  Uzaqdan  qar  üstündə  bir  qarğa  da  olsa,  görünərdi.  Sözün  qısası, 

gədələr arxayınlaşıb qayıtdılar geri... 

Kərbəlayı  Vəli  sözünə  ara  verdi,  qəlyanın  qəmişini  nədənsə  çevirdi,  diqqətlə

baxmağa başladı. Çəltikçi, qulluqçu sözlərini eşidincə Seyid Əzimin ürəyi uçundu, 

amma unamadı, çünki qaçan adamı  iki dedilər. Bunlar kim ola və mənə nə dəxli 

var  ki,  Kərbəlayı  Vəli  bu  uzunluqda  söhbəti  bu  əcələliklə  mənə  danışmağa 

başlayıb? 

-  Qərəz  nökərlərin  bizə  çatdığı  yerdən  xeyli  aralandıq.  Qaram-mədə  bir-iki 

ağaclıq yol qalmışdı ki, irəlidə, qar içində, xıxmış bir dəvə, yanında da qaraltılar 

gördük.  Mən  nədənsə  narahat  oldum,  bayaqkı  söhbəti  unudurdum;  amma  bəs  bu 

nədi  qabağımıza  çıxır?  Yaxına  çatdıqcan  qəlib  parçası,  dolu  çuval  və  xeyli  yır-

yığıntı, balaca təpə kimi qaralırdı. 

Axırı ki, binəyə çatdıq. Dəvə heyvan necə vardı heyləcə axşamdan xıxırdıldığı

yerdəcə oturub göyşək vururdu. Dəvənin tayları axşamdan açılıbmış, yaxında ocaq 

da  qalanıbmış.  Dəvədən  aralı  navala  tabağı  düşmüşdü.  Görünür  sahibi  gecə

heyvana  navala  veribmiş.  Dəvənin  sağ  böyründə,  dalda  yerdə,  qəlib  salınmışdı; 

qəlibin üstündə sarı kürkə bürünmüş adamlar uzanmışdı; ya yatırdılar, ya da donub 

ölmüşdülər. Lap qorxulusu isə dəvənin o biri qatında idi, mən heç əvvəl əldə onu 

görməmişdim də. Gədələrdən kim isə qolumu dümsüklədi; baxdım, ətim ürpəşdi; 

bu  fağır  dəvəçi  idi;  arxası  üstünə  düşmüş,  ey...  haçandan  ölmüşdü.  Amma  iri 

gözləri hadağasından çıxıb açıq qalmışdı, dübbədüz göyə zillənmişdi. Şeylər, dəvə; 

kürkün  altındakılar  da  qalmışdı  allahçuna....Mən  dəvəçini  tanıdım.  Bu  adama  bir 

neçə  dəfə  karvan  yollarında  irast  olmuşdum.  Əsli  Uduludan  idi,  tez-tez  Bəkiyə

gedərdi;  bircə  dəvəsi  vardı,  hərdən  karvana  qoşular,  çox  vaxt  da  tək  dolanardı. 

Bəkidən  nöyütlükdən  qara  nöyüt,  Masazırdan  duz  gətirərdi.  Aparıb  kəndbəkənd 

gəzib satardı. Hey çığırıb malını təriflər, alıcı çağırardı: "Ay nöyüt alan, ay nöyüt 

alan... Duz alan, ay duz alan..." Bir dəfə elə düşmüşdü ki, gecəni onunla birlikdə

bir binədə dayanmalı olmuşduq. Bəkidən Ağdaşa gedirdik, o da bizə qoşulmuşdu. 

Axşam  düşdü,  ocaq  qaladıq,  çörək-xörək  bişirdik.  Dəvələri  ota  buraxdıq.  O  da 

dəstərxanın  açıb  yarımquru  cad  fətirini  pendirnən  yedi.  Lap  dəvəsi  kimi  göyşə-

yirdi...  Amma  sonra  ocağın  qırağında  oturub  patavalarını  qurudanda, 

karvandakılara elə gözəl nağıllar danışdı, tapmacalar dedi, bayatı çəkdi, bir yanıqlı

Şirvan şikəstəsi oxudu ki, səsi indi də qulağımdan getmir: 

 

 



Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   128   129   130   131   132   133   134   135   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə