Microsoft Word ?Ziz? C?F?Rzad?docx



Yüklə 5,27 Mb.
Pdf görüntüsü
səhifə133/153
tarix28.06.2018
ölçüsü5,27 Mb.
#52254
1   ...   129   130   131   132   133   134   135   136   ...   153

                                                                                                                                                  

368 


Şirvanın yolu həşəm,  

Ağlamaq olub peşəm,  

Hardadı mənim yarım,  

Bir aydı görməmişəm.  

Həmişə də yollarda olardı, bu şikəstəni ondan eşidəndə soruşdum ki,Ay Udulu 

hey,  evlisən,  köçün-külfətin  var?"  Gülümsədi,  dedi:  neyşə  yoxdu,  yer  ayrılıb 

yerdən çıxmamışam ki! Bir nökərçən də var elə təzə dil açıb, ayaq açıb, nənəsi də

öyrədib,  o  irəli  gələn  kimi  cumub  üstümə  ki,  "qar  yağır  pillə-pillə,  dədə,  mənə

qaqqa, billə". İndi bu səfər ona gərək saçaqlı qəndəf alam, billə ona deyir..." 

Qərəz  ki,  gözüm  Udulu  dəvəçidə  qalıb,  uşaqlar  bu  yankıların  üstünü  açıblar. 

Bir də nə gördüm, uşaqlar qışqırışır məni səsləyir. Sarı kürkün arasında iki zənən 

xeylağı, biri lap uşaqdı, on iki-on üç yaşında ola-olmaya. O biri bir az ahıl, amma 

elə  də  qoca-zad  deyil,  özü  də  elə  cansızdı  ki,  bilmirsən  dünən  ölüb,  israğa  gün 

ölüb...  Bu  çöllü  bəri-biyabanda  arvad  nə  gəzir,  ay  Allah?!  Birdən  o  bayaqkı

nökərlər yadıma düşdü. Dedim, yazıqlar yəqin bu dəvəçiyə pənah gətiriblərmiş, ya 

da  elə  buna  qoşulub  qaçıblarmış.  Qərəz  üst-başlarından  da  görünürdü  ki,  fuğara-

dılar.  Dəvəci  öz  kürkün  bunlara  verib,  qalıb  yalınqat  paltarda,  bucuğazlar  da 

ölməyiblərsə  də,  kürk  arasında  elə  yarıcan  donan  kimidilər.  Mən  qananı,  Udulu 

dəvəçi soyuğa can verən adam deyildi. Görünür nəsə başına ayrı qəziyyə gəlmişdi, 

neyçün ki, belə yerdə cənazənin uzanışı alahı cür idi. Donsaydı, dəvənin böyrünə, 

ya  bir  yerə  qısılıb,  büzüşüb  qalardı.  Busa  əl-qolunu  atmışdı,  elə  bil  boğulmuşdu, 

gözləri də bərələ qalmışdı. Bir yasin oxuya-oxuya yazığın gözlərini örtdüm. Şəhid 

kimi elə ordaca ala-tələsik qəbir qazdırdıq. Suya, kəfənə tuta bilmədik. Təyəmmüm 

verib dəfn elətdirdim. Bunu da deyim ki, uşaqlar qəbir qazıncan mən zənənlərnən 

məşğul  oldum.  Qız  uşağının  qolunda  tikili  dördkünc  bir  şey  var  idi,  bazubəndə

oxşayırdı. Dua-pitiyə oxşamırdı. Keçə parçasıynan onların əl-ayaqlarını ovxalayıb 

isindirdik.  Arvad  hələm-hələm  özünə  gəlmədi.  Qız  isə  tez  gözlərini  açıb,  tanı-

madığı adamları görəncən "ay ana" deyib yarımcan arvada sovxaşdı. Özü onun əl-

ayağın,  sinəsin-başın  ovmağa  başladı.  Onda  bizimkilər  kənara  çəkildilər.  Sirr-

sifətləri  qara-quraya  bulaşıq  olsa  da,  oxşarları  var  idi,  o  saat  bilinirdi  ki,  ana-

baladılar. Mənim nədənsə əlim dinc 

 

 




                                                                                                                                                  

369 


solmuş qızılgül çıxdı. Kağızda, Ağa, sənin iki qəzəlinin əlyazması, özü də öz 

dəsti-xəttinlə,  bilirsən  ki,  sənin  xəttini  yüz  xətt  içində  tanıyıram.  Tutiya  kimi 

gözlərimə sürtdüm, öpdüm, biri "gül" rədifli, digəri "istər" rədifli qəzəllər idi. 

Şair  diksindi,  bu  hal  Kərbəlayı  Vəlinin  nəzərindən  qaçmadı,  bundan  sonra  nə

etmişdisə,  "yersiz  etməmişəmmiş,  deməli,  dürüst  başa  düşmüşəmmiş..."  -  deyə

düşündü. 

Qırmızı  Qulam  Seyid  Əzimin  vəziyyətindən  xəbər  tutcaq,  başqa  bir  şey 

duyacaq halda deyildi. Çünki sarvanın danışdığı hekayəti bütün varlığını qaplayan 

qəribə  bir  maraq  və  həvəslə  dinləyir,  acıdığı  yerdə  gözləri  dolur,  baməzə  söz 

eşidəndə gülümsəyirdi. Kərbəlayı Vəli sözünə davam etdi: 

-Bəli!  Sənin  iki  qəzəlini  bu  bədbəxt  arvad  hardan  tapmışdı,  bilmədim, 

indiyəcən də bilmirəm və olsun ki, heç vaxt bilməyim; amma o, iki qəzəli tutiya-

təbərrik, molla yazan dua-ovsun kimi, müqəddəs bir şey kimi parçaya tikib, qızının 

qoluna bağlamışdı. Çox şükür eləyirəm Yaradana ki, sənin həmin qəzəllərin mənə

düz  yolu,  sirati-müstəqimi  göstərdi.  Tez  parçanı  olduğu  qaydada  bağlayıb  qızın 

büründüyü  sigəciyə  atdım,  qoy  bilməsinlər  ki,  sirlərinə  aşinayam.  Arvad  da  bir-

təhər özünə gəldi. Amma çox üzgün, bitab idi. Hər ikisini arddaş-min-dəş dəvəyə

mindirdik.  Ərəbi  qaydada  palankindən,  gecavədən  heç  nəyimiz  yox  idi.  Gədələr 

birtəhər  onları  sarıyıb  sarmaladılar.  Yola  düşdük.  Çovğun  güclənirdi.  Udulu 

dəvəçinin  şeylərini  də  xurcuna  yığıb  dəvəsinin  üstündən  aşırtdıq.  Heyvanı, 

karvanın  cərgəsinə  qatıb  yol  aldıq,  amma  bu  günü  Pirəsənniyə  çatmaq  dayı

mümkün  olan  şey  deyildi,  odur  ki,  gecəni  qarammədli  aşnam  Azay  bəyin  evinə

düşdük.  Xeyli  vaxt  itirmişdik.  Gecəni  orda  qaldıq.  Azay  bəyin  külfəti  Gülcamal 

bəyim  tez  azarlıya  qaynar  süd  verdirdi.  Dedim  qorxub;  onda  daş  yağı  içirtdilər, 

qorxu daşını suya salıb suyun dadızdırdılar, nə bilim cəftə suyu, saç ucu suyu, daha 

nəynənsə  qorxuluğun  götürdülər.  Udulu  dəvəçinin  dəvəsini  və  şeylərini  burda 

qoydum ki, qayıdan baş gəlib Uduluya gedərəm, külfətinə çatdırram. Zənənləri də

özümlə Şəkiyə aparmalı deyildim, həm də azarlı, yorğun və donmuş idilər. Odu ki, 

onları da Azay bəyin külfəti Gülcamal bəyimə tapşırdım, dedim: 

-Gülcamal  bacı,  bu  mənim  bacımnan  bacım  qızıdı,  azarlıdı,  Şamaxıya 

Mirzəmmədin yanına aparacağam. İş elə gətirdi ki, Şəkiyə dönməli oldum, bir neçə

gün, mən Şəkidən qayıdanacan sizdə qalsınlar. 

 

 



                                                                                                                                                  

370 


Gülcamal  da,  Azay  bəy  də  arif  adamdılar:  başa  düşürdülər  ki,  burda  ,  üzə

vurmadılar,  ya  özlərini  elə  göstərdilər  ki,  guya  inandılar,  ya  da  doğrudan  da 

inandılar.  Axı  mənə  nə  düşüb  onlara  düzünü  deməyəm.  Qərəz  ki,  azarrılar  orda 

qaldı,  getdim  Şəkiyə,  yükümü  yerbəyer  elədim.  Karvan  adamı  almalısını  aldı, 

satmalısını  satdı,  qayıtdıq...  Havalar  hələ  də  soyuq  idi,  amma  dayı  yazın  nəfəsi 

gəlirdi,  Novruz  bayramına  ikicə  gün  qalmış,  qayıdıb  gördüm  ki,  azarrının  bərk 

qızdırması var, bu soyuqda heç yana gedə bilməz, amma qız yaxşılaşıb, üz-gözünü 

yuyub,  bir  mazarat  qız  olub  ki,  gəl  görəsən...  Bəli,  azarrını  tərpətmək  olmazdı. 

Gülcamal da, Azay bəy də and-aman elədilər ki: 

-Sən get işində ol, havalar babatlaşanda gəl apar, bizim kənddə çox hadığ bir 

arvad var, mamaçadı, həkimlikdən başı çıxır, Allah kərimdi... 

...Mən də dəvəçinin qəziyyəsini Azay bəyə danışmışdım,  karvanı burda dincə

qoyub,  bir  dəvə  bir  atnan  addadım  Uduluya,  vaxtdan  üç  gün  də  keçdi,  bayramın 

üçüncü  günü  gəlib  qara  xəbərini  verdim  külfətinə.  Eh...  Dünyada  qara  xəbər 

aparmaqdan pis iş yoxdur, amma nə çarə, kim isə biri deməlidi axı bu qara xəbəri 

də... 


...Karvan üçün Qarammədliyə qayıdanda azarlının bir az eyni açılmışdı, yanına 

getdim. 


-Bacı.  dedim,  kimsən,  nəçisən,  bilmirəm,  soruşmuram  da.  Sarvan  babayam, 

Allah bilir ki, ürəyimdəki bir şəxsin xatirinə sənin bütün istədiklərinə əməl elərəm. 

De göriim, səfərin haradı? Yüz min zərəlim olsa da, qorxma, yolumdan qalaram, 

aparram səni haqq yerinə çatdırram. 

Gözləri doldu: 

-Haqq yerə Allah aparır, qardaş. O da neyşə gecikdirir bilmirəm,- dedi, - əgər 

sənə zəhmət olsa da, bağışla məni. Bilirəm ki, əziyyətim çox dəyib, çox da yəqin 

dəyəcək. Bacara bilsən, bir ulaq tut, məni Şamaxıya, şair Hacı Seyid Əzim Ağanın 

qulluğuna, evinə göndər. 

İndi  özün  mülahizə  elə,  mən  nə  hala  düşdüm,  elə  yazığım  gəldi  ki!  Amma 

özümü saxlaya bilməyib soruşdum: 

-Sən onun nəyisən, bacı, qohumlarındansan? 

Susdu, gözləri axırdı, qızara-qızara: 

-Bacısıyam,  -  dedi...  Ağlamaq  tutduğundan  üzünü  örtdü.  Ürəyimdə  "yəqin 

mənim kimi, səni burada mənə bacı bilirlər, deməli, Seyyidlə mən də qardaşam", - 

dedim.  Bəli,  cavabında  bir  söz  demədimsə  də,  getmək  sarıdan  onu 

arxayınlaşdırmaq istədim: 

-Bacı, - dedim, - arın-arxayın ol! Sənin mənə heç bir zəhmətin düşmür, çünki 

yolum onsuz da elə oraya idi, amma Allah başıma döyə- 

 

 




Yüklə 5,27 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   153




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə